Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3480/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)50/2020 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddi açı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdənmüştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10883,37 ABŞ dolları əsas, 4772,10 ABŞ dolları faiz və 6900,95 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22557,17 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-2159/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10883,87 ABŞ dolları əsаs bоrc, 4772,1 ABŞ dolları fаiz bоrcu, 6000 ABŞ dolları cərimə bоrcu, cəmi 21655,97 ABŞ dolları (iyirmi bir min altı yüz əlli beş ABŞ dolları do xsan yeddi sent) ödəniş gününə məzənnə üzrə manatla borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Famil Nəsibov) Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, əsas və faiz borcunun azaldılması, cərimə borcunun silinməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-50/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2159/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əsas, faiz və cərimə faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 10.660.72 (on min altı yüz altmış dollar 72 sent) ABŞ dollar, faiz borcunun məbləği 3426.91 (üç min dprd yüz iyirm i altı dollar 91 sent) ABŞ dolları, cərimə borcunun məbləğin 1000 (bir min) ABŞ dolları, əsas, faiz və cərimə borcun cəminin isə 15.087.63 (on beş min səksən yeddi dollar 63 sent) ABŞ dolları müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyər olan 200 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 Eyyub oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Ayaz Mahmudov(sədrlik edən və məruzəçi) Elçin Hüseynov, Vəzirxan Məliko v) Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. İddiaçı tərəflə aralarında müqavilə imzalandıqdan sonra cavabdehin maddi vəziyyəti ağırlaşdığından kredit şərtlərinə uyğun olaraq müqavilənin şərtlərinin yerinə yetirilməsi mümkün olmamışdır. İş üzrə əlavə ekspertiza təyin olunması və ekspert rəyinə uyğun qanuni qərar qəbul edilməsi üçün apelyasiya instansiyasın ın qətnaməsi ləğv edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflərməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 əsas, faiz və cərimə borcu hissəsində mübahisələndirmişdir. Apelyasiya da birinci instansiya məhkməsinin qətnaməsini m übahisələndirilən həmin hissədə yoxlamışdır. Kassasiya şikayətini də Cavabdeh1 verdiyi üçün hazırki kassasiya baxışının predmetini də əsas, faiz və cərimə borcunun məbləği təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi, həmin müqavilənin çərçivəsində kredit razılaşması bağlanmasını, kredit razılaşmasına uyğun olaraq Cavabdeh1 24 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit verilməsini, kredit müqaviləsinin şərtlərinə əməl edil məməsi nəticəsində Cavabdeh1 kredit borcunun yaranmasını, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməsini müəyyən etmiş, bununla belə özünün təyin etdiyi ekspertizanın rəyinə uyğun olaraq əsas, faiz və cərimə borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməli olması qənaətinə gələrək, qətnaməni yuxarıda göstərilən qaydada dəyişib borc məbləğin azaltmış, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 445.1, 448, 465.2, 467 və 739-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irə li gəlib, kredit borcunun qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 448.1-ci maddəsini düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin borc məbləğinin şişirdilməsi barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, birinci ins tansiya məhkəməsi əsas və faiz borcu hissəsində iddianı tam təmin təmin etmiş, yalnız 6900 ABŞ dolları məbləğində cəriməni azaldıb 6000 ABŞ dolları müəyyən etmişdir. Cavabdeh apelyasiya şikayətində əsas və faiz borcunun azaldılması, cərimə borcunun silinməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi cavabdehin həmin dəlillərini yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixinə, yəni müqavilə müddətinin bitdiyi tarixə 10660.72 ABŞ dollar əsas, 3426.91 ABŞ dollar faiz borcu olmasını müəyyən edərək, əsas və faiz borcu hissəsində qətnaməni ekspert rəyinə uyğun müəyyən etməklə, həmin məbləğləri azaltmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir. Buna görə də məhkəmə kollegiyası əsas və faiz borcunun məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apelyasiya məhkəməsi həmin hissədə cavabdehin dəlillərini tam yoxlamış, bu məqsədlə mühasibatlıq ekspertizası təyin etmiş və əsas və faiz borcunun məbləğini də ekspert rəyinə uyğun müəyyən etmişdir. Həmçinin qətnamədən görünür ki, apelyasiya məhkəməsi dəbbə pulu hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişib, dəbbəni 1000 ABŞ dolları müəyyən etmişdir. Mülki Məcəllənin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənl əşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun normasından da görünür ki, tənasübsüz surətdə yüksək hesablanan dəbbə pulu yalnız azaldıla bilər. Dəbbə pulunun silinməsi qanunvericilikdə nəzərdə tutulmayıb və əks halda bu, öhdəliyin təminatı kimi dəbbənin əhəmiyyətini heçə endirərdi. Bu baxımdan, dəbbə pulunun azaldılması hissəsində də apelyasiya məhkəməsi işin müəyyən edilmiş halları və maddi hüquq normaları çərçivəsində düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır. Məhkəmə kollegiyası kassatorun digər dəlilini – borcun məbləğinin əlavə ekspertiza ilə müəyy ən edilməli olması – əsassız sayır. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hal larda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə Cavabdeh1 ekspert rəyi il razı olmamasını bildirsə də, apelyasiya baxışında iştirak etməmiş, ekspert rəyi ilə razı olmamasını apelyaisya məhkəməsində irəli sürməmişdir. Hazırda kassasiya şikayətində irəli sürdüyü bu dəlinini isə heç nə ilə əsaslandıra bilməmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)50/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3480/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3480/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver