Məhkəmə qərarları › İş №2(102)-3481/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3481/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3481/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X5 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-626/2024 nömrəli, 11 iyun 2024cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı oğlu və Cavabdeh2 22 aprel 2015-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən, borc verən hissə-hissə, heç bir faiz tələb etmədən borc pul verməyi, borc alan isə borc pul məbləğini qəbul edib, tələb olunan vaxtdan 3 ay ərzində borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı oğlu və Cavabdeh2 Cavabdeh2 arasında 2 aprel 2020-ci il tarixdə bağlanmış üzləşmə aktına əsasən, tərəflər təsdiq edirlər ki, 2 aprel 2020-ci il tarixinə Cavabdeh2 İddiaçı 32120 manat, 24000 ABŞ dolları, 267537,84 rubl məbləğində borcu olmuşdur.

3. Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsinə əsasən, iddiaçı X8 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, 35040 manat, habelə ödəniş günü milli manata məzənnədə 24000 ABŞ dolları və 267537,84 rubl pulun Cavabdeh2 tutulub X11 ödənilməsi qət edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2021-ci il tarixli, 2(107)-1698/2021 saylı qətnaməsinə əsasən, X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-2572/2022 saylı qərarına əsasən, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2021-ci il tarixli, 2(107)- 1698/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X8 Cavabdeh2 qarşı 35040 manat, 24000 ABŞ dolları və 267537,84 rubl pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun, ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2015-cı ildə qaynı, yəni Cavabdeh2 Şamil oğlu ona müraciət edərək aldığı təmirsiz mənzilləri təmir etdirmək istədiyini, lakin bunun üçün pulu olmadığından ona borc pul verməsini xahiş etmişdir. O, Vüqardan borcunu necə qaytaracağını soruşduqda Vüqar, onun verəcəyi borc pul məbləği ilə təmirsiz mənzilləri təmir etdirdikdən sonra kirayə verib alacağı kirayə pulu ilə borcunu hissə-hissə olmaqla qaytaracağını bildirmişdir. O, Vüqarın yaxın qohumu olmasını, həmin mənzilləri də əvvəllər ona verdiyi borc əsasında aldığını və aldığı borcunu ona qaytarmasını nəzərə alaraq ona yenə də borc vermək qərarına gəlmişdir. Buna görə də 22 aprel 2015-cı il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Belə razılığa gəlmişlər ki, borc məbləğini tələb etdiyi vaxtdan 3 ay ərzində geri qaytaracaq. Borc pulun bir hissəsini bank vasitəsi ilə şəxsən öz adından, bir hissəsini isə yanında işləyən bacısı oğlu X6 vasitəsilə Cavabdeh2 Şamil oğluna göndərmişdir. Öz adından bank vasitəsilə Cavabdeh2 Şamil oğluna 13 may 2015-cı il tarixdə 5000 ABŞ dolları, 22 iyun 2016-cı il tarixdə 5000 ABŞ dolları, 14 dekabr 2016-cı il tarixdə 67537,84 Rusiya rublu, 14 avqust 2019-cu il tarixdə isə 200000 Rusiya rublu məbləğində pul göndərmişdir. Bacısı oğlu X2 vasitəsi ilə isə bankdan Cavabdeh2 Şamil oğluna 09 sentyabr 2016-cı il tarixidə 5000 ABŞ dolları, 30 may 2017-ci il tarixdə 4000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan başqa aralarında olan razılığa əsasən o, cavabdehə icazə vermişdir ki, ona məxsus ünvan 1 ünvanda yerləşən 69 nömrəli mənzili və ünvan 2 ünvandan yerlə şən 2318 nömrəli mənzili kirayə versin və kirayə haqqını da özünə götürsün. Cavabdeh2 Şamil oğlu, ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili 1 aylıq kirayə haqqı 380 manat olmaqla 21 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 18.240 manat məbləğində pulu və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili 1 aylıq kirayə haqqı 350 manat olmaqla 16 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 16.800 manat məbləğində pulu borc olaraq özünə götürmüşdür. Beləliklə, Cavabdeh2 Şamil oğlu ondan 35040 manat, 24000 ABŞ dolları və 267.537 Rusiya rublu məbləğində borc almış və bu günə qədər də borcunu ödəməmişdir. 2020-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər arasında münasibətlər gərginləşmiş və on ların arasında böyük ailə daxili münaqişə yaranmışdır. Cavabdehlər arasında yaranmış problemlərin düzəlmədiyini gördükdən sonra o, bu məsələnin yekunda onun üçün də problem yaradacağını ehtimal etdiyi üçün Cavabdeh2 müraciət edərək aldığı borcu qaytarmasını tələb etmişdir. Cavabdeh2 isə hazırda borcunu qaytarmaq üçün imkanın olmamasını əsas gətirərərək borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər Cavabdeh2 aldığı borcunu ödəməmişdir. Həmçinin borcun ödənilməsi ilə bağlı etdiyi müraciətlər və apardığı danışıqların isə heç bir nəticəsi olmamışdır.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ümumi məbləğdən 2000 manatını iddiaçının evinin təmirinə xərcləmişdir. Tələb edilən qalan məbləğləri isə öz ailəsinə xərcləmişdir. Həmin məbləğləri iddiaçı ona ev almaq məqsədi ilə vermişdir. Qeyd edilən borc məbləğlərinin ona verilməsindən digər cavabdeh X4 da məlumatı olmuşdur. İddianın qismən təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh X12 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Vüqarla 2000-ci ildə ailə qurmuş, 2020-ci ildə isə ayrılmışdır. Vüqarla evli olduğu müddətdə iddia tərəfindən ona heç bir borc məbləği verilməmişdir. İddia ərizəsində qeyd edilən evlərin hər ikisi 2015-ci ilə kimi alınmış və təmir etdirilmişdir. İddiaçının Vüqara göndərdiyi pul onun öz evinin təmirinə xərclənmişdir.

10. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadı ilə (hakim P.Hacıyev) iddia tələbinin “35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması” hissəsi üzrə icraata xitam verilmişdir.

11. Şəki Rayon Məhkəməsinin e-2(075)-484/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilməmişdir.

12. Şəki Rayon Məhkəməsinin e-2(075)-484/2023 nömrəli 1 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 35040 manat, 24000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 267537,84 rubl (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və iş üzrə ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun tutularaq X9 xeyrinə ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəm ə aktlarından görünmüşdür ki, X1 Vüqar Şəmil oğluna qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək 1/2 payın müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırarkən Cavabdeh2 da ona qarşı qarşılıqlı iddia ərizəsi verərək X7 və X10 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470.600,84 rubl və 40.540 manat məbləğində borcun 1/2 hissəsinin və 30 manat dövlət rüsumunun X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin onun bu tələbi təmin edilməmişdir. Göründüyü kimi, apellyasiya və kassasiya instansiyası məhkəmələri Cavabdeh2 X5 qarşı olan qarşılıqlı iddiasını təmin etməyərək, tələb edilmiş pul məbləğlərinin X3 da tutulmamasını əsaslı hesab etmişlər. Beləliklə, Cavabdeh2 tələb edilən borc pulun X3 tutulması yuxarı instansi ya məhkəmələrinin qərarları ilə mümkünsüz hesab edildiyindən, eyni zamanda pulun verilməsinə əsas olmuş borc müqaviləsinin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmasını əsas götürən məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi cavabdeh Ülkər Qəhrəmanovaya münasibətdə təmin edilə bilməz. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı X7 müxtəlif vaxtlarda cəmi 35040 manat, 24000 ABŞ dolları və 267537,84 rubl borc almışdır. Ümumi məbləğdən 2000 manatını iddiaçının evinin təmirinə xərcləmişdir. Tələb edilən qalan məbləğləri isə öz ailəsinə xərcləmişdir. Həmin pulları iddiaçı ona ev almaq məqsədi ilə vermişdir. Qeyd edilən borc məbləğlərinin ona verilməsindən cavabdeh X4 da məlumatı olmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmamış və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Məhkəmə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatına və iddia ərizəsinə əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək, onları borcun etirafı kimi qəbul etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh2 borc məbləğinin aldığını tam etiraf etsə də, həmin puldan 2000 manatını iddiaçının özünə xərclədiyini bildirmişdir. Bununla bağlı cavabdeh hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə onun bu izahatına tənqidi yanaşmış və iddianın borc məbləğinə münasibətdə tam təmin olunmasını əsaslı hesab etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan so nra – Mülki Məcəllə) 385.1, 425, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 52.5, 77.1, 88, 119.1, 191.3, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bundan əvvəl cavabdehlər arasında və iddiaçı ilə cavabdeh X14 arasında olan məhkəmə proseslərinin nəticələrinə dair məhkəmə aktlarına istinad etməklə iddianı rədd etmiş və iddia tələbinin Cavabdeh2 münasibətdə hissəsi üzrə icraata xitam vermişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi kifayət qədər mötəbər sübutlardan açıq-aşkar görünür ki, Cavabdeh2 iddiaçıdan külli miqdarda borc almışdır. Digər cavabdeh X12 isə qətiyyətlə belə bir borcdan məlumatlı olmasını inkar etsə də, keçmiş əri Cavabdeh2 qeyd edilən daşınmaz əmlakları hansı qazancı hesabına əldə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 cavabdeh X4 ona qarşı olan iddiası zamanı məhkəmə iclasında aldığı borc barədə məlumatlı olmasını bildirdiyi və bununla bağlı həmin məhkəmə prossesinin audio-video yazısının dinlənilməsi barədə vəsatət versə də, nədənsə məhkəmə həmin vəsatəti təmin etməmişdir. Hazırda məhkəmənin mövqeyindən belə çıxmışdır ki, cavabdehlər heç bir problem olmadan iddiaçıya məxsus olan pullarla əldə etdiklərini rahatlıqla öz aralarında bö lə bilərlər, iddiaçıdan aldığı pullarla istədiklərini edə bilərlər, iddiaçıya olan borclarını qaytarmalı deyillər və iddiaçının da əziyyətlə qazandığı pullarını onlardan tələb etmək hüququ olmamışdır. Göründüyü kimi cavabdehlər nikah dövründə birgə qazancları hesabına deyil, iddiaçıdan almış olduqları borc hesabına əldə etdikləri əmlakları öz aralarında böldükləri halda məhkəmə cavabdehlərin iddiaçıdan aldıqları borc məbləğini onların arasında bölməkdən imtina etməklə iddiaçının hüquqlarını və qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.

18. Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayətinə düzəliş barədə ərizə verərək 1 sentyabr 2023-cü il tarixli əlavə qətnamənin ləğv olunması və iddia tələbində göstərilən borc məbləğinin ondan və cavabdeh X3 bərabər qaydada tutulması bar ədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlaklar cavabdehlərin ümumi əmlakı hesab olunursa onlara çəkilən xərclər də cavabdehlərin ümumi xərci hesab olunmalı və əgər bu xərclər borc alınmış vəsait hesabına ödənilmişdirsə bu borc da cavabdehlərin ümumi borcu hesab olunmalı və hər iki cavabdehdən tutulmalı idi. Cavabdeh2 dövlət qulluqçusu və polis əməkdaşı olmuşdur. Aylıq gəliri haqqında arayışı məhkəməyə təqdim etmişdir. Təxminən aylıq 700 (yeddi yüz) manat əmək haqqı alır və bu maaşla bu qədər xərclərin ödənilməsi mümkün olmadığı üçün bu mənzilləri almaq, təmir etmək və əşyalarla təmin etmək üçün borc almışdır. Həmçinin həmin borc məbləği övladlarının təhsil haqqının ödənilməsi, ailə üçün tələb olunan digər xərclərə verilmişdi r. Borc pul Cavabdeh2 göndərilsə də həmin pul birgə nikah dövründə xərcləndiyi üçün həmin borc məbləği həm də X4 borcu hesab olunmalı və həmin borc məbləği həm də X3 tələb edilməli idi. Göründüyü kimi məhkəmənin mövqeyi tamamilə əsassız olmuşdur. Bununla da birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almayaraq əsassız əlavə qətnamə qəbul etmişdir. Cavabdeh2 borcu X7 nikah dövründə almışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin bu müddəasına əməl etməmiş və birgə nikah dövründə əldə olunmuş borc məbləğini yalnız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmin borc vəsaiti ilə təmir olunan mənzillər, onların içərisində olan əşyalar, daşınmaz əmlak olan Şəki şəhəri, X22 prospekti, ev 149B, 12 saylı mənzil ümumi əmlak hesab olunaraq X12 ilə Cavabdeh2 arasında bölünm üşdür. Bu əmlaklar ümumi əmlak hesab olunursa onlara çəkilən xərclər də ümumi xərc hesab olunmalı idi. Lakin birinci instansiya məhkəməsi əsassız mövqe tutmuş, çıxardığı əlavə qətnamədə X7 alınan borc vəsaitinin yalnız Cavabdeh2 tutulmasını qət etmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Əyyub Kərimov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 1 senty abr 2023-cü il tarixli əlavə qətnaməsi Cavabdeh2 35040 manat pulun tutularaq X9 xeyrinə ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğin 32.120 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 22 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçıdan aldığı borcu müqavilə ilə razılaşdırılmış müddətdə qaytarmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh2 tərəfindən yerinə yetirilməli, iddiaçıdan alınmış borc sonuncuya qaytarılmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış borcun məbləği ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 Rayon Məhkəməsinə verdiyi izahatında bildirir ki, onun iddiaçıya 22 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35040 manat, 24000 ABŞ dolları və 267537,84 Rusiya rublu məbləğində borcu yaranmış və ödənilməmiş qalmışdır. İddiaçı və Cavabdeh2 arasında aparılan və hər iki tərəfin imzası ilə təsdiq edilən 02 aprel 2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 02 aprel 2020-ci il tarixə iddiaçıya olan borcunun 32.120 manat, 24000 ABŞ dolları və 267537,84 rubl məbləğində olduğunu təsdiq etmişdir. Göründüyü kimi, borcun məbləği ilə bağlı Cavabdeh2 məhkəməyə verdiyi şifahi izahatlarında göstərdikləri ilə məhkəməyə təqdim olunmuş üzləşdirmə aktında göstərilənlər arasında ziddiyyətlər mövcud olmuşdur. Belə ki, cavabdehin izahatlarında borcun məbləği 35040 manat, 24000 ABŞ dolları və 267537,84 rubl olduğu halda, üzləşdirmə aktında həmin mə bləğ 32.120 manat, 24000 ABŞ dolları və 267537,84 rubl təşkil edir.

23. Apellyasiya instansiyası məhkəməsi belə olan halda borcun məbləğinin müəyyən edilməsində işdə olan yazılı sübutu 02 aprel 2020-ci il tarixli üzləşmə aktını daha mötəbər sübut kimi qəbul etmiş və belə qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya olan borcu 32.120 manat, 24000 ABŞ dolları və 267537,84 Rusiya rublu məbləğində olmuşdur.

24. Məhkəmə onu da qeyd etməyi vacib hesab etmişdir ki, Cavabdeh2 iddiaçıdan borc aldığı pulun 2000 manatını sonuncuya məxsus evin təmirinə xərclədiyini bildirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir.

25. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan borcun məbləğini müəyyən edərkən, işdə olan 2 aprel 2020-ci il tarixli üzləşmə aktını nəzərə almam ış, nəticədə borc məbləğini düzgün müəyyən etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi odur ki, hesab etmişdir ki, Cavabdeh2 iddiaçının xeyrinə 35040 manat pulun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 32.120 manat müəyyən edilməlidir.

27. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə digər cavabdeh Ülkər Qəhrəmanovaya münasibətdə iddia tələbini təmin etməmişdir. Belə ki, iddiaçıdan 35040 manat, 24000 ABŞ dolları və 267537,84 Rusiya rublu məbləğində borc aldığını etiraf edən Cavabdeh2 bildirir ki, həmin borc bərabər hissədə onunla yanaşı, digər cavabdeh Ülkər Qəhrəmanovaya da aid edilməlidir. Çünki həmin borc, Cavabdeh2 əldə etdiyi daşınmaz əmlakların təmirinə xərclənmiş, sonradan isə həmin əmlaklar kirayə verilmişdir. Hazırd a isə məhkəmə qətnamələri ilə sözügedən əmlaklar üzərində 1/2 hissədə onun və Ülkər Qəhərmanovanın payları müəyyən edilmişdir. Belə olan halda, iddiaçıdan alınmış vəsait də onların, yəni keçmiş ər-arvadın ümumi borcu hesab edilməlidir. Həmin hissədə Cavabdeh2 mövqeyi ilə üst-üstə düşən iddiaçının mövqeyi də ondan ibarət olmuşdur ki, onun verdiyi borc hər iki cavabdehə aid edilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçı və Cavabdeh2 bu dəlilləri ilə razılaşmamışdır.

29. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(075)20/2022 saylı qətnaməsindən görünmüşdür ki, X4 (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 (hazırki iş üzrə digər cavabdeh) qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünərək 1/2 payın müəyyən edilməsi tələbinə dair ilk iddiası qismən t əmin edilmiş, Cavabdeh2 X5 qarşı X7 və X10 alınmış və birgə nikah dövründə yaranmış ümumilikdə 62.500 ABŞ dolları, 470.600,84 rubl və 40.540 manat məbləğində borcun 1/2 hissəsinin və 30 manat dövlət rüsumunun X3 tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsini apellyasiya və kassasiya qaydasında mübahisələndirsə də, cavabdehin şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır.

30. Göründüyü kimi, Cavabdeh2 iddiaçıdan aldığı borcun, onunla Ülkər Qəhərmanova ilə qurduğu birgə ailənin rifahı üçün sərf olunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 739.1-ci, Ailə Məcəlləsinin 37.3-cü, MPM-in 14.2, 77.1, 88, 191.3, 217.1, 217.2, 217.3, 220.4, 384.0.1 və 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti Ailə Məcəllənin 37.3-cü, MPM-in 14.1 və 217.3-cü maddələrinə istinad edilməklə apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli tam, obyektiv araşdırılmasına lazımi şərait yar atmamış, işə birtərəfli yanaşılmış, işin faktiki halları müəyyən edilməmiş və iş obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digə r şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibətlərinin yarandığı dövrdə, 24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsnə etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

50. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri il ə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-626/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar