Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3483/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3483/2022 (açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi, iddia tələbindən kənara çıxma ) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6 300/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Toyota LC200” markalı avtomobil İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra “iddiaçı”) məxsusdur.
2. Cavabdeh (bundan sonra “cavabdeh”) idarə etdiyi “BMW 3301” markalı ** UO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla iddiaçıya məxsus, X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
3. Cavabdeh Bakı şəhər DYPİ YNH inspektorunun tərtib etdiyi xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir
4. Mübahisə dəymiş zərərin ödənilməsi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə 14.517,25 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 14.547,25 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri R.Zorgi küçəsi ilə Xəqani küçəsinin kəsişməsində cavabdeh idarə etdiyi və "xxxx" ASC sığorta şirkətində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət inin icbari sığortası növü ilə sığortalanmış “BMW 3301” markalı ** UO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla, iddiaçıya məxsus, X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə şirkətə məxsus nəqliyyat vasitəsinə 19000 manatdan artıq maddi zərər vurulmuşdur. Bakı şəhər DYPİ YNH inspektorunun tərtib etdiyi xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir.
7. Cavabdehin icbari sığorta üzrə sığortaçısı olan "xxxx" ASC sığorta şirkətinə qəza anında dərhal məlumat verilmiş və sığortaçının nümayəndəsi hadisə yerinə gəlməklə bir neçə fotoşəkillər çəkmişdi r. Bundan sonra sığortaçı ilə istehlakçıların təcrübədə qiymətləndirmə zamanı problem yaşadığını öncədən nəzərə alaraq, sığorta şirkəti, eyni zamanda cavabdehlə gələcəkdə zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində mübahisənin yarana bilmə ehtimalına görə iddiaçının vəsaiti hesabına nəqliyyat vasitəsi 2 fərqli, rəsmi texniki xidmət və təmir müəssisəsinə aparılmış və mütəxəssislərin iştirakı ilə müayinə aparılaraq ehtiyat hissələri və onların dəyəri müəyyən edilmişdir.
8. Texniki xidmət və təmir müəssisələrinin mütəxəssislərinin iştirakı ilə “Toyota” şirkətinin Azərbaycandakı rəsmi servisi olan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli və digər rəsmi servis olan “MY AUTO Servis” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli qüsur aktları tərtib edilmişdir. Mütəxəssislər tərəfind ən tərtib edilmiş qüsur aktları əsasında "xxxx" MMC şirkəti ilkin texniki baxış zamanı nəqliyyat vasitəsinin təmiri üçün 19.445 manat müəyyən etmişdir. 9. “MY AUTO Servis” şirkəti tərəfindən tərtib olunan qüsur aktına əsasən isə nəqliyyat vasitəsinin təmir xərcləri yekun olaraq 18.738,40 manat müəyyən edilmişdir. 10. "xxxx" ASC tərəfindən iddiaçının bank hesabına 4.927,76 manat köçürmə edilmişdir. Daha sonra, iddiaçı cavabdehə və yaxınlarına yerdə qalan zərərin ödənilməsi barədə bir neçə dəfə müraciət etmiş, lakin qarşı tərəf dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır.
11. İddiaçı xx.xx.2021-ci il tarixli MP-009/21 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməmiş qalan 14.517,25 manat hissəsinin 5 gün ərzində ödənilməsini, əks təqdird ə məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. Lakin pretenziya məktubunun qarşı tərəfə çatmasına baxmayaraq bu müddət ərizində cavabdeh tərəfindən dəymiş zərər ödənilməmişdir.
12. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcələnin 21.1, 1097.1 və “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə istinad etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2231/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Vahid Hacıyev)
14. Birinci instansiya məhkəməsi iş materiallarına əsan müəyyən edib ki, cavabdeh xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində idarə etdiyi “BMW 330İ” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri R.Zorgi küçəsi ilə Xəqani küçəsinin kəsişməsində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azə rbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkəti davam etdirmiş və iddiaçıya məxsus olan, X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə həmin avtomobillərə maddi zərər dəymişdir
15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçının mülkiyyətində olan “Toyota LC200” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş real maddi zərərin məbləği 19.445 manat (ƏDV daxil) müəyyən edilmişdir. Cavabdehin sığortaçısı "xxxx" ASC tərəfindən iddiaçının əmlakına dəymiş zərərə görə 4.927,76 manat ödənilmiş, qalan 14.517,25 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, 1108.1 və 1115-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - işə baxmış R ayon Məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, birtərəfli qərar qəbul etmiş, yalnız iddiaçının sübutlarına istinad etmişdir; - sübut kimi şişirdilmiş və əsassız qüsur aktına istinad edilmişdir. Halbuki, “Gold AvtoServis” Mərkəzinin mütəxəssisləri tərəfindən iddiaçı Şirkətə məxsus avtomobilə baxış keçirilmiş və həmin Mərkəz tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Qüsur aktı”na əsasən zərər 6.190 manat təşkil edir.
19. Cavabdeh apellyasiya baxışında dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza barədə vəsatət vermiş, vəsatətinə “Gold AvtoServis” Mərkəzinin xx.xx.2020-ci il tarixli “Qüsur aktı”nı da əlavə etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi 09 iyul 2021-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
21. Məhkəmə Eksp ertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6157 saylı rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “qiymətləndirmə aktında” qeyd edilən məlumatlar üzrə avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota LC200” minik markalı, 2014-cü il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti və təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 14.088 manatdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6300/2021 saylı mülki iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın tam təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, hə min hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 12.018 (on iki min on səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul tutulmuş, birinci instansiya məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməli olması və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 (otuz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev, Rəşad Həsənov)
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyı r və bu işin mübahisəsiz halıdır.
24. Zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 19.445 manat pul vəsaiti tələb olunmasını, "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə ona 4.927,76 manat ödəniş edilməsini və qalan 14.517,25 manat (ƏDV daxil olmaqla) məbləğində zərərin ödənilməsi bildrisə də, cavabdeh məbləğ şişirdilməsini göstərmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi zərərlə bağlı ziddiyyətli halı təyin etdiyi ekspert rəyi ilə aradan qaldırdığını göstərərək, tərəflərin həmin rəyin şübhə altına ala biləcək digər rəy təqdim etmədiklərini nəzərə alıb ekspert rəyini etibarlı sübut kimi qəbul etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən, ekspert rəyində ki 14.088 manat zərəri əsas götürmüş, həmin zərərdən "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə ona 4.927,76 manat sığorta ödənişini çıxmış, alınan məbləğin üzərinə də 2588,40 manart ƏV gələrək zərərin 12018,64 manat olması qənaətinə gəlmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1 və 1108.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. Şikayətin dəlilləri: - iş üzrə aparılmış ekspert rəyi faktiki ziyanı müəyyən etmir. Ekspertizaya təqdim edilmiş avtomobil təmir edilmiş şəkildə, heç bir zədə olmadan təqdim edilmişdir, eks pert həmin avtomobilə çəkilmiş xərcləri nəyin əsasında və hansı qiymətlərə əsaslanmaqla əldə etdiyini tədqiqat hissəsində göstərməmişdir. Yəni vurulmuş ziyanla, iddiaçının tələb etdiyi məbləğ arasında qeyri-proporsianallıq var. Ekspert bu fərqi aydınılaşdırmamışdır; - məhkəmə işə birtərəfli yanaşaraq yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmiş, şişirdilmiş, heç bir əsası olmayan qüsur aktını şübhəsiz sübut kimi qəbul etmişdir. Halbuki, “Gold AvtoServis” servis mərkəzinin mütəxəssiləri tərəfindən iddiçıya məxsus avtomobilə baxış keçirilmiş, buna dair xx.xx.2020-ci il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin akta əsasən vurulmuş zərərin məbləği 6190 azn təşkil edir. Göründüyü kimi zərər məbləğlərinə dair ziddiyyət mövcud olsa da, məhkəmə işə obyektiv yanaşmayaraq bu ziddiyyə tin aradan qaldırılmasına dair hər hansı bir hərəkət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ö dəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam mübahisələndirib. Bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin zərərin məbləği ilə bağlı ekspert rəyinə istinad etməsini işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.
35. İddia tələbi deliktdən yaranan öhdəliyə əsaslanır, işin müəyyən edilmiş mübahisəsiz halına görə də törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də cavabdehin iddiaçı qarşısında dəymiş zərərə görə məsuliyyət daşımalı olması barədə tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur.
36. Zərərin məbləğinə gəldikdə, işdən görünür ki, iddiaçı zərərin məbləği ilə bağlı "xxxx" MMC-nin xx.xx.2020-ci il və “MY AUTO Servis” şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktlarına istinad etmiş, həmin aktlarda zərərin məbləği müvafiq olaraq 19.445 manat və 18.738,40 manat göstərilmişdir. Birinci instansiya məhkəməsdi "xxxx" MMC-nin qüsur aktındakı 19.445 manat zərəri əsas götürü b, həmin məbləğdən sığorta ödənişini çıxmaqla zərərin məbləğini müəyyən etmişdir. Cavabdeh bununla razılaşmamış, “Gold AvtoServis” servis mərkəzinin xx.xx.2020-ci il tarxili aktına istinad edərək zərərin 6190 manat olmasını göstərmişdir.
37. Apellyasiya məhkəməsi zərərin məbləği ilə bağlı mübahisəli halı yoxlamaq üçün ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən zərərin 14.088 manat olmasını əsas götürmüş və həmin rəyi əsas götürməsini də onunla əsaslandrımışdır ki, tərəflər həmin rəyin şübhə altına ala biləcək digər rəy təqdim etməyiblər.
38. Məhkəmə kollegiyası zərərin məbləği ilə də bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, apellyasiya məhkəməsi qeyd edilən halın xüsusi bilik tələb etdiyini nəzərə alaraq ekspertiza təyin etmiş və zərərin məbləğini də hə min rəyə əsasən müəyyən etmiş, rəyi də MPM-in 88 və 103.1-ci maddələrinə uyğun olaraq qiymətləndirmişdir.
39. Məhkəmə kollegiyası ekspertizanın rəyinin düz olmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ek spertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
41. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, bu səbəbdən apellyasiya məhkəməsi cavabdeh tərəfindən onun bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməməsinə istinad edərək, göstərib ki, ekspert rəyini şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir.
42. Həmçinin apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə ona 4.927,76 manat sığorta ödənişinin vurulmuş 14.088 manat zərərdən çıxılmalı olması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Çünki zərərin 4.927,76 manat hissəsi artıq cavabdehin sığortaçısı tərəfindən iddiaçıya ödənilib.
43. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 14.088 manat zərərdən 4.927,76 manat sığorta ödənişini çıxdıqdan sonra, alınan məbləğin üzərinə 2858,40 manat ƏDV gəlməklə iddia tələbindən kənara çıxmışdır.
44. Belə ki, iddia ərizəsində iddiaçının belə bir tələbi yoxdur, ekspert rəyində də zərər cəmi 14.088 manat müəyyən edilib. Buna baxmayaraq, apellyasiya instansiyası instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, olmayan tələb üzrə də qətnamə çıxarmış, eyni zamanda ƏDV məbləğinin nəyə görə zərərə əlavə edilməsini də qətnamə də əsaslandırmamışdır.
45. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
46. Mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır.
47. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə q ənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi maddi zərərin 2858,40 manat ƏDV hissəsində ləğv edilməli, iddiaçıdan tutulan məbləğ 9160,24 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6300/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi maddi zərərin 2858,40 manat ƏDV hissəsində ləğv edilməli, iddiaçıdan tutulan məbləğ 9160,24 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.