Məhkəmə qərarları › İş №2(102)-3484/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3484/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3484/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, yaxşılaşdırmalara çəkilmiş xərcin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-921/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqaviləyə əsasən, satıcı Cavabdeh MMC ilə İddiaçı arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilən yüksəkmərtəbəli yaşayış binasının bina 2, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,06 kv.m.-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzili alıcı İddiaçı satmış, alıcı İddiaçı sözügedən mənzilin sahəsinin hər kvadratmetri üçün 550 manat olmaqla, cəmi 58.333 manat ödəməyi, həmçinin ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100 faizini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləği tam ödədikdən sonra mənzil “Alıcı”nın şə xsi mülkiyyətinə keçir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcıya” hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır satıldıqdan sonra qalan məbləğ nəğd və ya poçt vasitəsilə “Alıcı”ya geri qaytarılır.

3. Abşeron Rayon Məhkəməsinin 2(12)-3859/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 ma nat dövlət rüsumuna görə pul, cəmi 510 manat alınaraq iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4136/2022 nömrəli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(12)- 3859/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, 114.000 manat pulun və məhkəmə xərclərinə görə tərəflərindən ödənilmiş 404 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəfindən ödənişlər edilsə də bu ödənişlər Cavabdeh MMC tərəfindən qəbul edilməmişdir. Belə ki, o 17 iyun 2021-ci il tarixdə 5.000 manat ödəniş etmiş, bununla da cavabdehə ümumilikdə mənzilə görə 40.000 manat pul vəsaiti ödənilmişdir.Tərəflər arasında müqavilə bağlanmış, müqavilə öhdəliyi onun tərəfindən vaxtında yerinə yetirilmiş və ödənişlər ödənilmişdir. O qalan məbləği də tam olaraq ödəməyə hazır olduğu üçün müqavilənin ləğv edilməsinə razı deyildir. Onun oğlu Elvin Yusubov ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti a rasında iş birliyi olmuş, o, 2020-ci il tarixdə Cavabdeh MMC-də satış üzrə menecer işləmişdir. Elvin Yusubov iddiaçıya tikinti materialları vermiş, o mənzili təmir etmiş və hazırda o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Onun maddi imkanı mənzilin təmiri ilə bağlı və sonradan məlum pandemiya ilə əlaqədar müqavilə üzrə razılaşdırılmış öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Hazırda mənzilin qalan borcundan artıq 5.000 manat ödənilmiş və qalan borcu da bu yaxınlarda tam olaraq ödəməyə hazır olsa da cavabdeh buna şərait yaratmamış və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizələri onun həmin mənzildən çıxarılması məhkəmə qətnamələri ilə təmin olunmuşdur. İddiaçı X2 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış müqavilənin tələblə rinə əsasən həmin dövr üçün evin ümumi dəyəri 50.333 manat müəyyən edilsə də həmin məbləğin 40.000 manatı cavabdehə ödənilmiş və iddiaçının 18.333 manat məbləğində qalıq borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş evin alqı-satqısına dair müqavilədən göründüyü kimi ev ona tam təmirsiz satılmış, evin bütün təmir quraşdırma xərclərinin ödənilməsi öhdəliyi payçı kimi onun üzərinə qoyulmuş və bu səbəbdən də ev onun şəxsi vəsaiti hesabına tam təmir edilmişdir. İddia ərizəsinə əlavə olunmuş “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05-128/22 saylı rəyindən göründüyü kimi ev iddiaçıya satılarkən hər kvadrat metrin qiyməti 550 manat, ümumi dəyəri 50.333 manat müəyyən edilsə də hazırki qiymətlə evin təmirli vəziyyətdə hər kvadrat metrinin qiyməti 1.245,7 manat müəyyə n olunmuşdur. Eyni zamanda mütəxəssis tərəfindən verilmiş rəyə əsasən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, binanın konstruksiyası, və sair xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçıya məxsus Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən evin hazırki bazar dəyəri 132.000 manat müəyyən olunmuşdur. Belə ki, 132.000 manat mənzilin ümumi dəyərinin 40.000 manatını mənzilin alınması üçün ödənilmiş pul, mənzilin təmiri üçün hər kv.metrə təxminən 500 manat hesablanmaqla ümumilikdə 50.300 manat təmir xərcinə çəkilmiş, qalıq 41.700 manat isə mənzilin alınan vaxtda dəyəri ilə hazırki bazar qiyməti ilə arasında yaranmış fərqidir. “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05-128/22 saylı rəyindən göründüyü kimi əml akın ümumi dəyərinin 132.000 manat müəyyən edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 18.333 manat borcları qaldığı halda ümumi dəyəri 132.000 manat olan evi iddiaçıdan alaraq evdən çıxmasını ondan tələb edərək onun və ailə üzvlərinin mülkiyyət hüququnu ələ keçirmişdir. Hesab edir ki, xx.xx.2019-cu il tarixə mənzilin bazar dəyəri ilə 2023-cü ilin mənzil bazarındakı qiymət fərqini müqayisə etsələr əgər 2019-cu ilin fevral ayı üçün mənzilin hər kv.metrinin dəyəri 550 manat idisə, hazırki vaxtda mənzilin hər kv.metrinin dəyəri 1246 manatdan yuxarı məbləğdə müəyyənləşdirilmişdir. Belə ki, eyni şəraitli mənzillə təmin olunmaq üçün iddiaçı hazırki şəraitdə təxminən 132.000 manat pul ödəməlidir. Cavabdeh hazırkı mənzili özgəninkiləşdirməklə təmirli vəziyyətdə hər kv.metrini 1. 246 manata satdığı halda minimum 92.000 manat gəlir əldə edəcəkdir. Bu isə cavabdehin əsassız varlanmasına və hüquqdan sui-istifadəsinə gətirib çıxarmaqla iddiaçını mənzilsiz qoyub mülkiyyət hüquqlarını məhdudlaşdırmış olacaqdır. Mənzilin alınması üçün bugünədək ödənilmiş 40.000 manat pulu, həmin tarixdə başqa bir MMC-yə ödəmiş olsaydı, cavabdeh hal-hazırda borclu qaldığı 18300 manatı götürər və evi iddiaçının sərəncamına vermiş olardı. Göründüyü kimi cavabdeh onun faktiki sahibliyində olan mənzili özgəninkiləşdirməklə fayda götürərək əsassız varlanacaq və nəticədə onun qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılacaqdır.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cə miyyətinə ödənilmiş 40.000 (qırx min) manat pulun və İddiaçı tərəfindən mənzilin təmir tikintisinə xərclənmiş 50.300 manat və mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasında ki, fərq olaraq 23.700 manat olmaqla, cəmi 114.000 manat pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı X1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh MTK iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh MMC-yə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı 24 saylı mənzilin 58.333 manat dəyərindən 35.000 manatını ödəmiş, qalan 23.333 manatı 12 ay ərzində, yəni xx.xx.2020-ci ilədək müddətdə ödəməyərək müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan öhdəliyini qəsdən yerinə yetirməmişdir. Cavabdeh MMC tərəf indən iddiaçıya dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq o, ödəniş etməkdən yayınaraq müqavilənin 2.2.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmiş, bu hal MMC tərəfindən iddiaçının müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. MMC 1 (bir) il müddətində iddiaçının “şıltaqlığına” dözmüş, nəhayət 23 fevral 2021-ci il tarixdə ona rəsmi bildiriş göndərərək həmin müqavilənin ləğv edilməsi barədə məlumat vermişdir. Hansı ki, uzun müddət iddiaçı həmin bildirişə də heç bir reaksiya verməmiş, mənzili boşaldaraq iddiaçıya təhvil vermədiyindən MMC məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən müqavilə üzrə cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətdə 23.333 manat ödəməliydi, ancaq qəsdən ödəməmişdir. İddia ərizəsində qeyd edilir ki, o, bu öhdəli yi, yəni qeyd edilən müddətdə 23.333 manatı guya ölkədə olan pandemiya səbəbindən ödəyə bilməmişdir. Hansı ki, bu yalnız bəhanədir ona görə ki, əvvəla pandemiya ölkədə rəsmən 03 mart 2020-ci il tarixdən elan edilmiş və müəyyən məhdudiyyətlər başlamışdır. Daha sonra əgər pandemiya səbəbindən iddiaçı həmin məbləği cavabdehə ödəməkdə maddi çətinlik çəkibsə, onda özünə məxsus olmayan mənzili hansı pulla təmir edib. Demək ki, pandemiya yalnız bəhanədir və iddiaçının kifayət qədər maddi imkanı olub ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımınca yerinə yetirsin. İddiaçı cavabdehin 2021-ci ili fevral ayında ona ünvanladığı “müqaviləni ləğv etmək” barədə təklifinə heç bir reaksiya vermədiyindən mübahisə məhkəməyə çəkilmiş, işə Abşeron Rayon Məhkəməsində baxılarkən iddiaçı bank vasit əsilə cavabdehin hesabına 5.000 manat ödəmiş, lakin sonuncu artıq müqavilə ləğv edildiyindən və ya mübahisələndirildiyindən həmin vəsaiti qəbul etməmişdir və hazırda da bu məbləğ bankın depozitindədir və iddiaçı istədiyi vaxt həmin məbləği bankdan qabul edə bilər. İddiaçı iddia ərizəsində özü etiraf edir ki, guya məlum COVİD səbəbindən sözügedən müqavilənin 2.2.2-ci bəndi üzrə öhdəliyini vaxtında icra edə bilməmişdir. Hansı ki, sonrakı “dəlilində” hesab edir ki, 17 iyun 2021-ci ildə müqavilənin qeyd edilən 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdən 1 il 5 ay sonra, ödəməli olduğu 23.333 manatdan 5.000 manat banka ödəmişsə, demək ki, o, müqavilə öhdəliyini vaxtında yerinə yetirib. İddiaçı hətta məhkəmə mübahisəsi zamanı da müqavilə üzrə ödəməli olduğu 23.333 manatı yox, vəziyyəti öz xeyrin ə dəyişmək üçün cəmi 5.000 manat ödəməyə çalışmış, daha sonra iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə iclasını mühasibatlıq və ya kassa, MMC-nin nümayəndəsini isə kassir hesab edərək hansısa məbləğdə pulun onun cibində olduğunu və ödəməyə hazır olduğunu bildirmişdir. Hansı ki, bu halın özü iddiaçının öz hüquqlarından sui-istifadəsi deməkdir. Hansısa kommersiya qurumunun mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsinə dair "xxxx" qiyməti təyin etməsi hər hansı qanuna uyğun deyil. Daha sonra, MTK tərəfindən hansısa mütəxəsis rəyini məhkəməyə təqdim edə və mənzilin bazar dəyərini hazırkı dövr üçün 65.000–70.000 müəyyən edilə bilər. İddiaçının mübahisələndirdiyi hazırkı məsələ qanuni qüvvədə olan məhkəmə qərarı və tərəflər arasında olan müqavilə ilə tənzimlənməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh olmuş və onun hazırkı mübahisə predmeti olan mənzildən çıxarılması qət edilmişdir. Təbii olaraq həmin məhkəmə aktları yaxın zamanda qanuna müvafiq olaraq icra ediləcəkdir. İddiaçı C.İsgəndərova ona məxsus olmayan mənzildən qanuni qüvvədə olan məhkəmə aktları ilə çıxarılmalıdır və bu hal heç bir müzakirə və mübahisə predmeti ola bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ona yönəlmişdir ki, nəyin bahasına olsun cavabdehə məxsus mənzildən çıxmasın və ya çıxarılanda ona böyük məbləğdə pul verilsin. İddiaçı C.İsgəndərovanın əsassız yerə yaratdığı hazırkı mübahisənin həlli onunla Cavabdeh MMC arasında bağlanmış və hazırkı iş üzrə də məhkəməyə təqdim edilmiş, habelə bəndlərinə istinad edilmiş 21 fevral 2019-cu il tarixli müqavilədə öz əksini tapıb. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcı”ya hər bir geçikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsilə “Alıcı”ya geri qaytarılır. Qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən müvafiq icra orqanı iddiaçı C.İsgəndərovanı hər bir halda, gec və ya tez həmin mübahisələndirdiyi mənzildən çıxa racaq. Bu hal hər hansı müzakirə və ya mübahisə predmeti deyil. Bundan sonra isə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən 3.1-ci bəndinin tələbi əsasında mənzil satışa çıxarılacaq. Bundan sonra iddiaçının mənzilə görə ödədiyi məbləğ və təmirə xərclədiyi vəsait ona geri qaytarılacaq. O ki qaldı, iddiaçının hansısa kommersiya qurumundan ona məxsus olmayan mənzildə apardığı təmirə görə şişirdilmiş xərclərə dair qiymət təqdim etməsi, bu “sübut” növü deyil. Təmirə çəkilmiş xərc mübahisə yaradacağı halda onların da iştirakı ilə müvafiq ekspertiza keçirilər və yalnız bundan sonra təmirin həqiqi dəyəri bilinər. 9. “Koral Konsaltinq” Hüquq və Qiymətləndirmə Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, KC/N05-128/22 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin bazar dəyəri 132.000 manat təşkil edir.

10. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, 24 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 54990 manat məğləğində olduğu müəyyən olunmuşdur. 11. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin təmirinə çəkilmiş xərc 20.950 manat təşkil edir.

12. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 nömrəli, 15 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən Xırdalan şəhəri, 26-cı məhə llə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik, avadanlıq və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla, 29465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 80 qəpik təşkil edir.

13. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 5 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilə görə ödənilmiş 40.000 manat və təmirə xərclənmiş 29.465,8 manat, 0,80 qəpik, cəmi 69.465,8 manat həcmində pulun Cavabdeh MTK-dan alınaraq iddiaçı X1 verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 246 manatının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manatın Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Məhkəmə bildirmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilməlidir. İddiaçı mənzilə görə cəmi 40.000 manat ödəniş etmişdir və bu məbləği cavabdeh də etiraf edir və iddiaçıya qaytarmağa razıdır.

15. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyab r 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyini işdə olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli və Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyləri və işin faktiki halları, eləcə də işdə olan sübutlarla müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, rəydə mal-metarial və işçi pulu kimi qeyd edilən qiymətlər real olmamaqla əldə edilmə mənbəyi göstərilməmişdir. Habelə nəzərə alınmalıdır ki, həmin rəyi vermiş ekspert mühəndis olmaqla tikinti və ev əşyalarının qiymətləndirilməsi üzrə mütəxəsis deyil. Bu halda onun hər hansı q iymətləndirmə aparması yol verilməzdir. Bundan başqa hətta iddiaçı öz iddia ərizəsində mənzilin təmirinə 50.300 manat xərc çəkdiyini göstərdiyi halda ekspert rəyində 54990 manat təmir xərci göstərilməsi inandırıcı deyil.

16. Məhkəmə iş materiallarında olan digər iki rəyi müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi mübahisələndirilən mənzilin təmir xərclərini özündə daha əsaslı, ətraflı və inandırıcı şəkildə əks etdirir. Belə ki, həmin rəy üzrə aparılmış tədqiqat işi Bеynəlхаlq Qiymətləndirmə Stаndаrtlаrınа (BQS) və «Qiymətləndirmə fəаliyyəti hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа uyğun оlаrаq аpаrılmış, təmirə çəkilmiş xərclərin məbləği, o cümlədən işçilik, avadanlıq və material xərci daxil olm aqla real bazar qiymətləri nəzərə alınmış və bu zaman konkret informasiya mənbələrinə istinad edilmişdir.

17. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi mənzilin hazırkı bazar dəyəri üzrə yox, iddiaçının mənzilə görə ödəmiş olduğu ilkin məbləğ 35.000 və daha sonra ödədiyi 5.000 manat, habelə təmirə çəkilmiş real xərcin məbləği ilə cəmlənərək ümumi məbləq, 40.000 manat + ƏEM/D 52-1097/23 nömrəli, 15 dekabr 2023-cü il tarixli rəy ilə müəyyən olunmuş 29.465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik, cəmi 69.465,8 manat həcmində təmin edilməlidr.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqavilə məhkəmə qaydasında ləğv edilsə də, həmin müqavilənin 3.1-ci bəndinin tələblərinə əməl edilməlidir və cavabdeh bu t ələbi icra etməyə razılığını bildirmişdir. Belə ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni mənzil satıldıqdan sonra qalan məbləği, iddiaçının mənzilə görə ödədiyi və təmirə çəkdiyi xərci nağd və ya poct vasitəsilə iddiaçıya qaytarmağı razılığını bildirir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.4, 404.1, 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayə ti onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənəati əsaslı hesab etmir. Belə ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin mövqeyindən çıxış edərək, onu izahatını qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun n ormaları nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert rəyindən və ona əlavə olunmuş şəkillərdən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, 24 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 54.990 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin, “Koral Konsaltinq” Hüquq və Qiymətləndirmə Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, KC/N05-128/22 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin bazar dəyəri 132.000 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik, avadanlıq və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla, 29.465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik təşkil edir. 114.000 (yüz on dörd min) manat məbləğində müəyyən edilməli və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Birinci instansiya mə hkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Afiq Hüseynzadə – sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) 2(105)-921/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(012)-78/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə d əyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mübahisəli evin təmirinə çəkilmiş xərcə dair Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli və Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyləri olmuşudur ki, ekspert rəyi ilə mənzilə çəkilmiş xərclərin dəyəri 54990 manat, mütəxəssis rəylərinə görə isə müvafiq olaraq 20.950 manat və 29465,8 manat müəyyən edilmişdir ki, Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyi digər rəylərə münasibətdə daha mötəbər olmuşdur.

24. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-c ü il tarixli, 10/4487 saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən mübahisəli evdə 70 ədəd divar kağızının istifadə edilməsi qeyd edilməklə, divar kağızının vurulması ilə bağlı zəhmət haqqı ilə birlikdə təxminən 5000 manata yaxın xərcin çəkilməsi müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində isə 30 ədəd divar kağızının istifadə edilməsi qeyd edilməklə, divar kağızının vurulması ilə bağlı zəhmət haqqı ilə bilikdə təxminən 1500 manata yaxın xərcin çəkilməsi müəyyən edilmişdir ki, təxminən 100 kv.m sahədən ibarət evin divarlarına 70 ədəd divar kağızının istifadə edilməsi ağlabatan və inandırıcı da deyildir.

25. Bundan başqa ekspert rəyində inşaat materiallarının, zibilin daşınması və nəqliyyat xərcləri ilə bağlı 4 000 manat xərc müəyyən edilsə də mütəxəssis rəyində həmin xərclər 600 manat məbləğində müəyyən edilmişdir ki, həmin xərlərin 4000 manat olması da ağlabatan və inandırıcı olmamışdır.

26. Bundan başqa ekspert rəyində evdəki 7 ədəd otaq qapılarına görə 1 ədədi 500 manat olmaqla, 3500 manat xərc müəyyən edilmişdir ki, mütəxəssis rəyində həmin məbləğ 1 ədəd qapıya görə 280 manat olmaqla, 1960 manat müəyyən edilmişdir. Hərçənd ki, qapılar.az internet portalından çıxarılmış və iş materiallarına əlavə edilmiş çıxarışda mübahisələndirilən evdə quraşdırılmış eyni ilə olan qapının dəyərinin 185 manat olması görünməkdədir ki, bu da mütəxəssis rəyinin daha mötəbər olmasını təsdiq etmişdir.

27. Bundan başqa mətbəxt mebeli üçün ekspert rəyində 7000 manat xərc müəyyən edilsə də, mütəxəssis rəyində həmin m əbləğ təxminən 3400 manat müəyyən edilmişdir ki, bu kimi fərqlər digər materiallarda, iş və xidmətlərdə də biruzə vermişdir.

28. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində mənzilə çəkilmiş xərclərə dair informasiya mənbləri (internet portalları və sair mənbələr) konkret olaraq qeyd olunmaqla, həmin mənbələrə baxış keçirilməsi ilə həmin mütəxəssis rəyi avadanlıq və material xərcinin real bazar qiymətlərini özündə əks etdirməklə daha konkret, əsaslı və inandırıcı olmuşdur. Ekspert rəyində isə mənzilə çəklmiş xərc məbləği 54990 manat müəyyən edilsə də rəydə qiymətləndirmənin mənbəyi göstərilməmiş, xərclər ümumi şəkildə qeyd olunmuş, həmçinin yuxarıda istinadlara əsasən real dəyərindən artıq müəyyən edilmişdir. Buna görə də birinci instan siya məhkəməsi haqlı olaraq, ekspert rəyini deyil, mütəxəssis rəyini əsaslı və mötəbər hesab etmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasındakı dəyər fərqinin ödənilməsi ilə bağlı tələbinin də əsassız hesab etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə ləğv edildiyindən, mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçmişdir ki, iddiaçı müqavilə ləğv edilən vaxta kimi həmin mənzilin vicdanlı sahibi olmuşdur. Yuxarıda istinad olunan Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə əsasən isə vicdanlı sahib yalnız əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini həmin hissədə də əsassız h esab etmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.7-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi 2(105)-921/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı eks pert rəyinə heç bir hüquqi qiymət verməmiş, işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Həmçinin məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirilməmişdir. Belə olan halda isə işdə iddiaçı şəxs olan İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin kömə yi ilə müəyyənləşdirir.

34. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iş materiallardan görünür ki, 2022-ci ilin iyul da daxil olmaqla iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri təqdim edilmiş təhvil-təslim aktlarına əsasən 1.274.346,02 manat (ƏDV daxil olmamaqla) təşkil etmiş, cavabdeh tərəfindən isə həmin dövr üzrə cəmi 230.001,60 manat məbləğində vəsait ödənilmiş, sonuncu ödəniş – 50.000 manat isə ümumiyyətlə işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında edilmişdir. Bu səbəbdən görülmüş işlərin dəyəri Əlavə 1 ilə deyil, Əlavə 2 ilə hesablanmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi düzgün olmayaraq, görülmüş işlərin dəyərini Əlavə 2 ilə hesablamışdır. Bundan başqa, məhkəməmühasibatlıq ekspertizasının 2 saylı Əlavədəki qiymətlərlə hesablanması da bu zaman ədalətli və əsaslı olmamışdır. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi tərəfindən işin həqiqi halları ilə bağlı real vəziyyətin təfərrüatlı şəkildə təhlil edilməməsi də sonda bu məhkəmə tərəfindən düzgün olmayan hesablamalar aparılmaqla, ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Bütün bunlar o deməkdir ki, apellyasiya instansiya məhkəməsi işdəki sübutlara işin faktiki hallarına münasibətdə düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmal arını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

40. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında bağlanmış və sonradan ləğv edilmiş müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması tələbi 40.000 manat, yaxşılaşdırma xərclərinin əvəzinin ödənilməsi tələbi 29.465,8 manat həcmində əsaslıdır. Sonuncu məbləğ təqdim olunmuş ekspertiza və mütəxəssis rəyləri arasında aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-921/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar