Məhkəmə qərarları › İş №2(102)-3486/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3486/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3486/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-547/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mustafayev X1 Samir Xəlil oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 8350 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh borca görə 3200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3230 manat pulun tutularaq ilkin İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Tahir Qubadov) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-547/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Ayaz Mahmudov) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmişdir. İddiaçıdan faizlə aldığı pulu tam qaytarsa da, məhkəmə ondan yenə də pul tutmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri nin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddiasına görə cavabdeh 2019-cu ilin iyun ayında 5-10 günə qaytarmaq şərtinı ondan 3200 manat pulu borca almış, lakin vədinə əməl edib borcunu qaytar mamışdır. Cavabdeh qarşılıqlı iddiasında borca aldığı 3200 manatın əvəzində iddiaçıya (qarşılıqlı cavabdehə) həmin pulun faizi ilə birlikdə 11520 manat qaytarmasını, bu səbədən də sonuncunun ona 8320 manat borcunun olmasını göstərmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən Cavabdeh 2019cu ilin iyun ayında İddiaçı 10-15 gün müddətinə qaytarmaq şərti ilə 3200 manat məbləğində borc almasına, bu faktın bir çox sübutlar, o cümlədən Cavabdeh özünün məhkəməyə verdiyi etiraf ərizəsində təsdiq olunmasına, vədələşdikləri vaxtın keçməsinə baxmayaraq, Cavabdeh borcunu qaytarmamasına, eləcə də qarşılıqlı iddiasında irəli sürdüyü tələblərin Cavabdeh tərəfindən sübuta yetirilməməsinə istinad edərək, iddianı təmin, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəmə sinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni Mülki Məcəllənin 448.1, 739.1, 740.1-ci və Mülki Prosessual Məcəllənin 771.-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia ərizəsi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçıla Cavabdeh arasında borc münasibətləri olub, iddiaçı cavabdehə 3200 manat pulu borca verib, cavabdeh pulu qaytarmayıb. Hətta bu faktı cavabdeh özü də məhkəməyə verdiyi ərizədə etiraf edib. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəli klərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsinin olması və cavabdehin borcunu qaytarmaması halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin qeyd edi lən maddələrini düzgün tətbiq etmişdir. Çünki həmin maddələrni dispozitiv şərti işin müəyyən edilmiş hallarına uyğundur. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə sübuta yetirlməməsi əsası ilə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apelyaisya instansiyası da həmin əsasla şikayəti təmin etməyərkən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə də düzgün olmuşdur. Belə ki, qarşılıqlı iddiaçı 8320 manat pul tələbini aldığı 3200 manatın müqabilində faiz qismində cavabdehə 11520 manat pul qaytarması ilə əsaslandırmışdır. Lakin məhkəmələr İddiaçı Cavabdeh borcu faizlə verməsi, eləcə də Cavabdeh faizi ilə birgə İddiaçı 11520 manat pul qaytarması halını müəyyən etməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, qarşılıqlı iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab et mişdir. Apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 -ci maddəlsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər qarşılıqlı iddiaçının (cavabdehin) apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verilib. Kassasiya instansiyasında işin faktiki halları araşdırılmadığından və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət görmür. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)547/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar