Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3488/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh qarşı qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi (qüsurlu icranın nəticələri), iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışA ƏSASƏN, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 0,0405 ha torpaq sahəsi İddiaçı2 adına tam mülkiyyət hüququ ilə dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən evin tikintisinə görə ödənilmiş 38.030 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 500 manat pulun, eləcə də 210 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək, İddiaçı1 əsl İddiaçı2 (bundan sonra iddiaçı) ilə əvəz edilmişdir.
4. İddiaçı1 adından tərtib edilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 daha əvvəldən tanıdığı uzaq qohumudur. O, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə cavabdehlə razılaşmışdır. Həmin torpaq sahəsini baldızı İddiaçı2 baş etibarnamə əsasında almışdır. Belə ki, o, cavabdehin tikinti işləri ilə məşğul olduğunu bilmi ş, məhz bu səbəbdən də qohum olduqları üçün ona etibar etmişdir. Razılaşmaya əsasən cavabdeh cari ilin may ayından işə başlayaraq avqustda, yəni 3 ay ərzində evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. O isə evin tikintisi üçün 35.000 manat, işlərin görülməsinin haqqı olaraq isə 5.000 manat verməyi öhdəsinə götürmüşdür. Xidmət haqqı olan pul məbləği məhz işin sonunda ödənilməli idi. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən cavabdehə təxminən may ayının 10-15 aralığında 25.000 manat, daha sonra ayrı-ayrı vaxtlarda 4.500, 2.500 və 3.300 manat məbləğində olmaqla, ümumilikdə 35.300 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh evi vaxtında hazır etməmiş, daha sonra əlavə 10.000 manat da istəmişdir. Sonuncu istənilən 10.000 manat məbləğində pul tərəflər arasında daha əvvəlki razılıqda olmamışdır. Cavabdeh məhz evi 3 ay ərzində 35.000 manata tikib hazır etməli idi. Lakin cavabdehin istədiyi pul məbləği tərəfindən tam halda ödənilsə də, tikili yarımçıq və qəzalı vəziyyətdədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19.240 manat müəyyən edilmişdir. Hesabatın nəticə hissəsində hazırkı tikilinin istifadəyə yararsız olduğu və göstərilən nöqsanların aradan qaldırılması üçün tikilinin tam sökülərək yenidən tikinti norma və qaydalarına uyğun inşa edilməli olduğu qeyd edilmişdir. Cavabdeh isə bunun əksini, yəni ödənilən 35.300 manat məbləğində pulun tam olaraq evə sərf edildiyini bildirmişdir. Cavabdeh özü Sumqayıt şəhərində fəaliyyət göstərən “Daş Bazarı” adla ndırılan ərazidə tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin cavabdeh fərdi evin tikintisi üçün sənədlərin düzəldilməsi adı ilə 2.730 manat məbləğində pul alsa da, sonradan həmin məbləği də məhz evin tikintisinə sərf etdiyini bildirmişdir. Cavabdehin evin sənədlərinin düzəldilməsi adı ilə aldığı 2.730 manat məbləğində pulu da evin tikintisinə sərf etdiyi nəzərə alınsa, ümumilikdə 38.030 manat məbləğində pul cavabdehə verilmişdir. Lakin sərf edilmiş xərcin dəyəri 19.240 manat müəyyən edilsə də, nəticədə göstərilmişdir ki, nöqsanları aradan qaldırmaq üçün tikili sökülməli və yenidən tikinti normalarına riayət edilməklə tikilməlidir. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən evin tikintisinə ödənilmiş 19.240 manat pulun heç bir əhəmiyyəti yoxdur. Qeyd olunan hallar ilə bağl ı şahidlər də vardır. Belə ki, cavabdehin özünün və ustalarının iştirakı ilə sərf edilmiş materialların bazar qiymətinə uyğun olaraq dəyəri hesablansa da, cavabdeh bununla razılaşmamış, qiymətləri dəyərindən çox artıq söyləmişdir. Həmçinin cavabdeh “Whatsapp” yazışmalarında da qeyd olunan məbləğdə pulun verildiyi faktını təsdiq etmiş, lakin tam şəkildə tikiliyə sərf etdiyini bildirmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19.240 manat müəyyən edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarix li rəyində qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikilinin inşası tamamlanmadığından, nöqsanın aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan tikilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18.053 manat məbləğində olduğu müəyyən olur.
7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-29/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, cavabdehdən 17.147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225,50 manat pul və ödənilmiş 141,44 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq iddiaçıdan 27,45 manat, cavabdehdən 22,55 manat pulun tutularaq X1 müxbir hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh aldığı pul müqabilində torpaq sahəsində ev tikib hüquqları rəsmiləşdirərək təhvil verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıdan cəmi 35.200 manat məbləğində pul almış, lakin həmin pulun müqabilində üzərinə götürdüyü ev tikmək öhdəliyini vaxtında və layiqincə yerinə yetirməmişdir. Cavabdeh inşaat işlərinə 18.053 manat sərf etdiyindən, iddia 17.147 manatın tələbi həcmində əsaslı hesab edilmişdir.
9. Məhkəmə cavabdehin özü tərəfindən əlyazma şəklində tərtib olunmuş tikiliyə göstərilən məbləğdən daha artıq xərc çəkilməsinə dair siyahını, onun iş materialları və digər sübutlarla təsdiqini tapmadığından mötəbər dəlil və həqiqətə uyğun hesab etməmişdir.
10. Eyni zamanda məhkəmə, iddianın tikintidə yol verilmiş pozuntuların düzgün məcraya gətirilməsi üçün pul tələbi hissəsini işin faktiki hallarına, təqdim olunmuş sübutlara və ekspert rəyinə əsasən inşaat işlərinin tamamlanmamasına, nöqsanların aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə görə əsaslı hesab etməmişdir.
11. Məhkəmə iddianın qiymətləndirmə hesabatına görə ödənilmiş pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hisslərini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehdən qiymətləndirmə hesabatına görə ödənilmiş 225,50 manat pul və iddianın verilməsi üçün ödənilmiş 141,44 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1 442, 445.1, 448.1, 752.1 və 752.2-ci maddələrinə və Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan aldığı pulları qeyd olunan evin tikintisinə sərf etmiş və birinci instansiya məhkəməsində həmin evin tikintisi ilə bağlı aldığı materialların dəyəri ilə bağlı sübutlar və özündə apardığı qeydiyyat məlumatlarını təqdim etmişdir. Bu işlər 5 ay davam etmiş, 80 kv.m. tikili əvəzinə 120 kv.m. tikili inşa etmiş, bu 5 ay müddətində tikinti materiallarının alınmasını, yüklənməsini, daşınmasın ı, avtoqənliyyat xərclərini, iri daş kubiklərin yuxarı mərtəbəyə daşınmasını həyata keçirmiş və ona bu işlər müqabilində iddiaçı 6.000 manat pul ödəməli oldugu halda, 3.000 manat ödəmiş, 3.000 manat borclu qalmışdır. Evdə mərtəbələrarası “kəmər”in salınmasına sərf olunan tikinti materialları, tikinti işlərinin aparılması ilə bağlı əlavə yardımçı tikinti alətlərinin alınması, dəyişdirilməsi, təmiri xərclərinin heç biri və eyni zamanda bu evin eskizinə və tikintinin aparılmasına memarlıq tərəfindən icazənin verilməsi üçün çəkilən xərclər də hesablanmamışdır. Bu xərcləri nəzərə aldıqda və düzgün qiymətləndirmə aparıldıqda verilmiş bütün pulların tərəfindən sərf edildiyi tam təsdiqini tapar. Lakin məhkəmə yarımçıq məlumatlar əsasında verilmiş və həmin evin tikintisinə sərf edilən bütün məlumat ları özündə doğru-düzgün əks etdirməyən bir ekspertiza rəyinə əsaslanmaqla guya iddiaçıdan artıq pul alması qənaətinə gəlmiş və bu da sonda üzərinə əlavə məsrəflərin qoyulması ilə nəticələnmişdir. Məhkəmə qeyd olunan maddi normalara istinad etməklə belə bir nəticəyə gəlmişdir ki, o üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün ekspertiza rəyində müəyyən edilmiş məbləğ çıxılmaqla qalan mələği iddiaçıya qaytarmalıdır. Bu yanaşma ilə razı deyil. Əvvəla iddiaçı tərəfindən verilmiş vəsait tam olaraq bu tikiliyə sərf edilmiş və həmin vəsaitlə bütün tikinti materiallarını almaqla yanaşı, onların bu əraziyə gətirilməsini, daşınmasını, yüklənməsini, fəhlələr vasitəsi ilə yuxarı mərtəbələrə qaldırılmasını, aralarında həmin pul müqabilində razılaşdırılmış bütün işlərin icrasını həyata keçirm əyə sərf etmiş və əvvəldən də iddiaçıya həmin evin qeyd edilmiş məbləğ civarında tikiləcəyini demiş, iddiaçı da onunla razılaşmışdır. Həmin vəsaitləri ona hissə-hissə verməsi də bu razılaşmadan irəli gəlmişdir. Əgər o bu məbləğə razı deyildisə, onda ödənişi dayandırardı və ya başqa ustaya müraciət edərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, bu torpaq sahəsi boş olmuş, orada tikilən bu evdən sonra evin dəyəri çəkilən xərcə uyğun olaraq artmışdır. Ekspertiza rəyində bu evə alınmış materialların və görülmüş işlərin bir çoxunun, hətta quraşdırılmış pilləkənin (dəyəri 875 manat) yer almamasını, evin zirzəmisinə vurulan dayaqların (420 manat), pola vurulan 79 ədəd diklərin (dəyəri 3.318 manat), 4 m.kub 5x15 ölçüdə laqaların (dəyəri 1.640 manat), profnastillərin (dəyəri 4.470 manat, ekspert rəyində bunlar şifer kimi qeyd edilmiş, halbuki onların dəyəri arasında fərq 1180 manat təşkil edir), kubiklərin qaldırılmasına görə fəhlələrə ödənilən 900 manat pulun və usta işlərinə görə ödənilməli olan vəsaitin – 3.000 manat pulun, 500 manat ödənilmiş əlavə xərclərin bu rəydə də olmamasını nəzərə almayaraq bu rəylə razılaşmış, nəticədə onun hüquqlarının pozulmasına xidmət edən qətnamə qəbul edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, evin tikintisində taxta-şalban istifadə olunub ki, bu da 4.000 manata yaxın pul edir. Lakin, məhkəmənin əldə etdiyi ekspert rəyində evin tikintisində taxta-şalban istifadə olunması qeyd olunmayıb. Eyni zamanda qarşı tərəflə 6.000 manat zəhmət haqqı alacağı ilə bağlı razılaşmışdır. Faktiki olaraq evin tikintisi ilə bağlı işlərin 50 faizini gördüyü halda hələ də heç bir ödəniş almamışdır. Bundan başqa qeyd olunub ki, guya evin damına sovet dövrünün şiferi vurulmuşdur. Halbuki, o dəmir şifer vurmuşdur ki, bu da yalandır. Evi tikintiinşaat normalarına uyğun qaydada tikmişdir. Məhkəmənin suallarında cavabında isə bildirmişdir ki, iddiaçı Nəzakət xanımla qohumluq əlaqəsi olsa da, evin tikintisi ilə bağlı onunla heç bir razılaşması olmamış, tikinti işlərinin aparılması ilə bağlı razılaşma onunla İddiaçı1 arasında olmuşdur. Sadəcə olaraq evin tikildiyi torpaq sahəsi Nəzakətin adına olduğundan sonradan iddiaçı kimi o, işə qoşulmuşdur. Bildiyinə görə Şahin torpaq sahəsini 8.000 manata alımışdır. Qızı onların ailəsində gəlin olduğundan söz-söhbət yaranmaması üçün 5.000 manat pul verməyi qəbul etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarına cavabında isə bildirmişdir ki, cavabdeh onun bacısı ərinin qohumu olmaqla, bacısıgilə ev tikmişdir. İddiaçı1 isə onun bacısının əridir. Torpaq sahəsi onun adına olsa da, torpağı o, etibarnamə əsasında Şahinə satmışdır. Şahin də həmin torpaqda özünə ev tikmişdir.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda evin tikintisi ilə bağlı razılaşmanın İddiaçı1lə aparılması, o cümlədən evin ona tikilməsi ilə bağlı səsləndirilən fikirlər İddiaçı2 hüquqlarının pozulmasın a gətirib çıxarmaqla, mübahisənin uzadılmasına xidmət edir. Əslində iddia qismən təmin olunsa da, daha çox vaxtın itirilməməsi üçün onlar tərəfindən apellyasiya şikayəti verilməmişdir. Mövqeyi isə ondan ibarətdir ki, torpaq İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin evi Nəzakət xanım tikdirmiş, işi isə İddiaçı1 gördürmüşdür.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya ai d edilmiş və məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı2 50 manat pulun tutularaq Məhkəmə X1 müxbir hesabına köçürülməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında İddiaçı2 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi ilk əvvəl məhkəməyə iddia ərizəsi ilə İddiaçı1 müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, cavabdehlə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə razılaşmışdır. Həmin torpaq sahəsini baldızı İddiaçı2 baş etibarnamə əsasında almışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 da qeyd edilən faktı təsdiq edərək, İddiaçı1 onun bacısının əri, cavabdehin isə onun qohumu olmaqla, bacısıgilə ev tikməsini, evin inşa edildiyi torpaq sahəsinin onun mülkiyyətində olsa da, həmin torpağı etibarnamə əsasında İddiaçı1 satdığını və Şahinin də həmin torpaqda özünə ev tikdiyini bildirmişdir ki, bununla da evin inşası ilə bağlı podrat müqaviləsinin İddiaçı1 ilə cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı1 tərəfindən, özü üçün inşa edilməsi öz təsdiqini tapmışdır. İşə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Vəkil İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Həmin qərardadla, o cümldən işdə olan prosessual əvəzçiliklə bağlı ərizələrdən iddiaçının əsl iddi açı ilə əvəz edilməsinin səbəbi müəyyən edilməməkdədir. Lakin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin səbəbi əslində inşa edilmiş evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin İddiaçı2 olması olmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evin inşa edildiyi torpaq sahəsinin etibarnamə əsasında İddiaçı2 tərəfindən İddiaçı1 satması ilə bağlı hüquq münasibəti hazırkı mübahisənin predmeti olmamaqla, onlar arasında bağlanmış əqdin eitbarlı olub-olmaması hazırkı iş üzrə əhəmiyyət də kəsb etməmişdir. Lakin torpaq sahəsinin İddiaçı2 mülkiyyətində olması hazırkı iddianı qaldırmaq üçün ona subyektiv hüquq verməmişdir. Belə ki, əvəz edilmiş İddiaçı1 məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə yanaşı, həmçinin məhkəmə kolleg iyasında iddiaçının və cavabdehin izahatları ilə də evin inşası ilə bağlı podrat müqaviləsinin İddiaçı1 ilə cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı1 üçün inşa edilməsi, o cümlədən İddiaçı2 podrat müqaviləsinin tərəfi olmaması öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi isə hüquq münasibətində olan tərəfləri düzgün müəyyən etməməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən onların prosessual hüquqlarını həyata keçirməsində lazımı köməklik göstərməmiş və nəticədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq olmayan şəxsin iddiasını qismən təmin etmişdir. Halbuki, işin hallarına əsasən məhkəməyə iddia ərizəsini təqdim etmiş İddiaçı1 hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
21. Məhkəmə kollegiyası İddiaçı2 nümayəndəsi və vəkili Vəkil torpağın İddiaçı2 mülkiyyətində olması, həmin evi Nəzakət xanımın tikdirməsi, işi isə İddiaçı1 gördürməsi ilə bağlı izahatına münasibətdə isə qeyd etmişdir ki, nümayəndəsinin izahatı təmsil etdiyi şəxsin izahatı ilə ziddiyyətli olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı2 məhkəmə kollegiyasının 23 aprel 2024-cü il tarixli və 15 may 2024-cü il tarixli məhkəmə iclaslarında eyni izahatı verməklə, evin inşa edildiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, torpağı etibarnamə əsasında İddiaçı1 satdığını və Şahinin də həmin torpaqda özünə ev tikdiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin qeyd olunan izahatını məhkəmə gedişatında iddiaçın ın hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını anlaması və hazırkı iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüquqa malik olmasını əsaslandırmaq istəməsi kimi qiymətləndirmişdir.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 386.1, 389.1 və 752.1-ci maddələrinə, həmçinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair və ya işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, həmçinin göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüqu qi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Göründüyü kimi iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ olduğu halda hakim buna əhəmiyyət verməmişdir. Göründüyü kimi tərəflər arasında rəsmi müqavilə mövcud olmasa da, aralarında şifahi danlşıq yolu ilə razılaşma olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, torpaq sahəsinin mülkiyyətçisi İddiaçı2dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bütün sübutların olması, işin faktiki hallarının təhlil olunması məhkəmə üçün əhəmiyyət kəsb etməmişdir. Cavabdeh öz izahatında iddianı qəbul edərək pulu almasını etiraf etmişdir. Həmçinin işin faktiki halları ilə bağlı mütəxəssis rəyləri olduğu halda, məhkəmə cavabdehin əl yazma ilə yazdığı dəftərindəki qeydlərə istinad etmişdir. Çıxarılan qətnamə ilə iddiaçının bu iddianı verməkdə subyektiv hüququnun olmaması yanaşması qanuna ziddir. İddiaçının cavabdehlə hər hansı razılşmada iştirak etməməsi onun iddia ilə bağlı subyektiv hüququnun olmamasına gətirib çıxarmamalıdır. Belə ki, tikinti gedən torpaq üzərində xüsusi mülkiyyət hüququ və həmin torpağın ona məxsusluğunu tanınmışdır. Məhkəmə buna baxmayaraq əsassız qətnamə çıxartmaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
25. Cavabdeh iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağıro vun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. B elə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni hazırkı qərarın 19-21-ci paraqraflarında əsaslandırmaqla kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, İddiaçı2 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlmişdir.
45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya M əhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.