Məhkəmə qərarları › İş №2(102)-3489/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3489/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3489/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Allahverdi qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əsassız varlanma, pul tələbi) Kateqoriya: Qanundan əmələ gələn öhdəliklər üzrə mübahisələr, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Allahverdi qızının Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 11500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(106)-905/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh Xulaverdi oğlunun əmisi qızıdır. İddiaçı cavabdehin ondan 11500 manat borc pul aldığını iddia edir, cavabdeh isə etiraz edərək bu pulu almadığını göstərir.

2. Biləsuvar rayon Ppolis Şöbəsinin 24 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, iddiaçının qardaşı Şahid1 Cavabdeh onu aldadaraq, 11700 manat məbləğində pulunu mənimsədiyi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə mülki mühakimə qaydasında müraciət etmək hüq uqu izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 11500 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun əmisi oğludur. İddiaçının oğlu “Vətən müharibəsi”ndə həlak olmuşdur. Oğlu şəhid olduğuna görə ona “Yaşat” Fondu və “Heydər Əliyev” Fondu tərəfindən müvafiq olaraq 11 min və 10 min manat məbləğində birdəfəlik ödəmələr edilmişdir. 2023-cü ilin fevral ayının ortalarında əmisi oğlu (cavabdeh) iddiaçının qardaşı Şahid1 vasitəçiliyi ilə onun yaşadığı evə gələrək, Bakı şəhəri ndə meyvə mağazası açmaq istədiyini bildirmiş, bu məqsədlə ondan borc pul istəmiş, borcunu həmin ilin sentyabr ayına qədər qaytaracağını vəd etmişdir. O, cavabdehə inanaraq, şəhid övladının “qan pulu” qismində ödənilmiş vəsaitin 7500 manat məbləğində hissəsini borc qismində cavabdehə verməyə razılaşmışdır. O, borcun payızda yağış mövsümü başlayanadək qaytarmalı olduğunu təkidlə cavabdehə bildirmişdir. Cavabdeh isə borcunu 2023-cü ilin sentyabr ayınadək qaytaracağını ona vəd etmiş, onu inandırmaq üçün icarəyə götürdüyü meyvətərəvəz dükanının şəkillərini telefonda ona göstərmiş, hətta kiçik oğlunun həmin meyvə tərəvəz mağazasında satıcı işləməsinə icazə verməsini xahiş etmişdir. Bu səbəblərdən cavabdehə inanaraq 2023-cü ilin fevral ayında 7500 manat məbləğdə pul vəsaitini qardaşı Şahid1, son uncunun oğlu Şahid2 və şərikli mal-qara alveri etiyi X1 yanında nağd şəkildə cavabdehə vermişdir. Bundan təxminən bir ay sonra, mart ayının ortalarında cavabdeh təkrarən onun yaşadığı evə gələrək, ondan daha 4000 manat məbləğində borc istəmişdir. Cavabdeh bütün borcunu 2023-cü ilin sentyabr ayına qaytaracağını vəd etdiyinə görə o, 4000 manatı qardaşı Şahid1, sonuncunun şəriki B.Xammədovun yanında cavabdehə vermişdir. Həmin vaxt Cavabdeh qardaşının oğlu Şahid2 Bakı şəhərində açdığı mağazada fəhlə işinə götürdüyü üçün o, cavabdehin borcunu qaytaracağına tam inanmışdır. 2023-cü ilin avqust ayında əri Şahid3 işlədiyi Şamaxı rayonundan yaşadığı evə qayıtdıqdan sonra o, cavabdehə verdiyi borc vəsaitləri barədə ərinə məlumat vermişdir. Cavabdehin ona vəd etdiyi vaxtda, yəni 2023-cü ilin sentyabr ayında o, cavabdehlə əlaqə saxlamış və borcunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra cavabdeh, təkrarən iddiaçının qardaşı ilə birlikdə onun yaşadığı evə gələrək, borcunu qaytarması üçün ona 10 gün möhlət verməsini xahiş etmişdir. Həmin vaxt cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. Lakin sonra cavabdeh onun heç bir telefon zənginə cavab verməmiş və borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də o, qardaşı Şahid1 cavabdehi onun evinə gətirdiyinə və sonuncuya zamin durduğuna görə məcbur etmişdir ki, polisə müraciət etsin. Aparılmış araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və bundan sonra o, məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun əmisinin qızıdır. O, iddiaçının şəhid övladının yas mərasimində 2020-ci ilin sentyabr ayında iştirak etmiş və həmin vaxtdan sonra onunla görüşməmişdir. O, 2023-cü ilin fevral ayında iddiaçıdan heç bir pul vəsaiti borc almamışdır. Şahid1 19 sentyabr 2023cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə müraciət edərək, onun həmin şəxsdən dələduzluq yolu ilə 14500 manat məbləğində pul aldığını bildirmişdir. Həmçinin o həmin şikayətində ona verdiyi 14500 manat məbləğində pul vəsaitini bacısı İddiaçı verilmiş şəhid pulundan verdiyini bildirmişdir. O, Şahid1 4500 manat, sonradan daha 2000 manat borc almışdır. Lakin Şahid1 ona həmin pulları sələmə götürdüyünü və buna görə də ona 14500 manat qaytarmalı olduğunu bildirmişdir. O, həmin pul vəsaitinə görə Şahid1 əvvəlcə 1600 manat ödəniş etmiş, daha sonra isə dostu Aqilə 1500 manat verərək, həmin pul vəsaitinin üstünə 30 manat da qoyaraq, Şahid1 verməsini tapşırmışdır. Onun tanışı Aqil “Okoyl” yanacaq doldurma məntəqəsinin yanında həmin məbləğdə pul vəsaitini Şahid1 vermişdir. Sonradan o, Aqildən 2000 manat borc almış və həmin pulu Aqilin və digər tanışı X2 yanında Şahid1 vermişdir. Həmçinin 2023-cü ilin iyun ayında Biləsuvar rayonu, Bəydili kəndində yerləşən, X3 məxsus fermanın yanında, M.Əzizov onun borcunun əvəzində 5000 manat, daha sonra isə 2023-cü ilin iyul ayında “Ay işığı” restoranın yanında daha 5000 manat məbləğində pul vəsaitlərini Şahid1 vermişdir. Onun mobil telefonunu Şahid1 oğlu Rəhman götürdükdən sonr a həmin telefonda olan başqa bir qadının şəkillərini əsas tutaraq, Şahid1 həmin şəkilləri yaymaqla onu şantaj edərək, ondan daha 1200 manat məbləğində pul istəmişdir. O isə daha həmin şəxsə pul verməyəcəyini bildirmiş və buna görə də Şahid1 onun barəsində polisə şikayət etmişdir. Şahid1 polis şöbəsində onun üzünə duraraq, onun bacısı İddiaçı borc pul aldığını bildirmişdir. O, İddiaçı nəinki 11500 manat məbləğində borc almış, hətta həmin şəxslə 3 il ərzində heç vaxt görüşməmiş və ya əlaqə saxlamamışdır.

6. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, İddiaçı əridir. O, Şamaxı şəhərində işlədiyi vaxt arvadının öz əmisi oğluna 7000 manat və 4000 manat olmaqla, cəmi 11500 manat borc verdiyini sonradan – 2023-cü ilin sentyabr ayında Biləsuvar rayonuna gəldiyi vaxt öyrənmişdir. Həmin hal barədə onun arvadı ona məlumat vermişdir. Buna görə də o, cavabdehi evinə dəvət etmişdir. O, borcunu qaytarmayacağı təqdirdə polisə müraciət edəcəyini cavabdehə bildirdikdən sonra, 24 hektarlıq torpaq sahəsində əkdiyi süpürgə məhsulunu biçdikdən sonra pulu qaytaracağını ona bildirmişdir. Həmin vaxt onların yanında Şahid1 da olmuşdur. Buna görə də o, polisə şikayət etməmişdir. Lakin sentyabr ayı bitdikdən sonra da onlara olan borcunu ödəməmiş və onların zənglərinə də cavab verməmişdir. Buna görə də iddiaçı qardaşı Şahid1 polisə şikayət etməyə məcbur etmişdir.

7. Şahid1 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, mal-qara alveri ilə məşğul olur. Cavabdeh onun əmisinin oğludur və həmin şəxslə münasibətləri normal olmuşdur. 2023-cü ilin fevral ayının ortalarında cav abdeh onun yanına gələrək Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin mağazanın icarə haqqını ödəmək və meyvə-tərəvəz alıb mağazaya yığmaq üçün pulu olmadığını bildirmiş və ondan borc istəmişdir. O, cavabdehə hazırda pulu olmadığını bildirərək, ona borc verə bilməyəcəyini söyləmişdir. Bundan sonra cavabdeh onun bacısı İddiaçı onun üçün borc pul istəməsini ondan xahiş etmişdir. Buna görə də o, cavabdeh ilə birlikdə bacısı İddiaçı evinə getmişdir. Həmin vaxt onların yanında onun oğlu Rəhman və şərilkli mal-qara alveri etdiyi B.Xammədov da olmuşdur. Cavabdeh Nailəyə Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin bunun üçün pulu olmadığını bildirmişdir. Buna görə də həmin şəxs İddiaçı borc pul istəmişdir. Cavabdeh həmin vaxt telefonunda olan həmin mağazaya dair fotoları da onlara göstərmişdir. İddiaçı da inanaraq, cavabdehə 7500 manat məbləğində borc pul vermişdir. Sonradan, 2023-cü ilin mart ayında o, İddiaçı qonşusunun həyətində fəhləlik etdiyi vaxt cavabdeh ona zəng vurmuş və onunla birlikdə iddiçının evinə getməsini ondan xahiş etmişdir. O, cavabdeh ilə birlikdə təkrarən İddiaçı evinə getmiş və orada cavabdeh İddiaçı 4000 manat məbləğində borc istəmişdir. Həmin vaxt İddiaçı daha 4000 manat məbləğində pul vəsaitini borc qismində cavabdehə vermişdir. İddiaçı cavabdehə 7000 manat və 4000 manat, ümumilikdə 11500 manat məbləğində pul vəsaitlərini onun və B.Xammədovun yanında cavabdehə vermişdir. Cavabdeh NailəKazımovadan aldığı pul vəsaitlərini 2023-cü ilin sentyabr ayınadək qaytaracığını vəd etsə də, iddiaçıya olan borcunu hal-hazıradək geri ö dəməmişdir. Həmçinin o, özü də cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 4150 manat məbləğində borc versə də, onun təkidi ilə cavabdeh ona olan borcunu 2023-cü ilin aprel ayında 2000 manat və 1500 manat olmaqla, iki dəfəyə, cəmi 3500 manat məbləğində hissəsini geri qaytarmışdır. Hazırda cavabdehin ona 650 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu vəd etdiyi vaxtadək geri qaytarmadığına görə 2023-cü ilin sentyabr ayında o, bacısı İddiaçı tələbi ilə, cavabdehlə birlikdə, iddiaçının yaşadığı evə getmişdir. Həmin vaxt cavabdeh borcunu qaytarması üçün ona daha 10 gün möhlət verməsini iddiaçıdan xahiş etmişdir. Belə ki, cavabdeh İddiaçı və onun əri Şahid3 yanında iddiaçıya olan borcunu 10 gün ərzində qaytaracağına dair vəd vermiş, ondan polisə şikayət etməməsi ni xahiş etmişdir. Həmin vaxt cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. O, həmin vədinə də əməl etmədiyinə görə və borc məsələsində tərəflər arasında vasitəçilik etdiyi üçün bacısının təkidi ilə cavabdehdən Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. B.Xammədov onun şəriki olduğuna görə cavabdeh iddiaçından borc pul vəsaitlərini alarkən, hər dəfə B.Xammədov da onlarla birlikdə iddiaçının evində gəlmişdir. Həmçinin cavabdeh onun oğlu Şahid2 da özü ilə Bakı şəhərində açdığı meyvə-tərəvəz mağazasına aparmış və yanında aylıq 400 manat əməkhaqqı verməklə işlətmişdir. Onun cavabdeh ilə heç bir şərikli işi və ya ticarəti olmamışdır. O, özü dəfələrlə iddiaçıda n borc pul almış və sonuncuya olan borcunu da qaytarmışdır. İddiaçı cavabdehə borc verdiyi vaxt orada B.Xammədov da olmuşdur, lakin həmin şəxs hazırda Rusiya Federasiyasındadır və buna görə də məhkəmə iclasına gəlməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında cavabdeh onların evinə gəlmişdir. Həmin vaxt onların evində ailə üzvləri ilə yanaşı onun dostu və atasının şəriki B.Xammədov da olmuşdur. Cavabdeh onun atası Şahid1 borc pul istəmiş, lakin atası həmin məbləğdə pulunun olmadığını cavabdehə bildirmişdir. Bundan sonra isə cavabdeh onun bibisi İddiaçı pul istəməsini atasından xahiş etmişdir. Buna görə də o, atası, cavabdeh və B.Xammədov ilə birlikdə İddiaçı evinə getmişdir. Cavabdeh Şahid1 zamin durması ilə iddiaçıdan borc pul istəmiş və İddiaçı 7000 manat məbləğində pulu cavabdehə təqdim etmişdir. Bundan az sonra cavabdeh onu da özü ilə birlikdə Abşeron rayonu, Masazır kəndində icarəyə götürdüyü meyvə-tərəvəz mağazasına aparmış və onun yanında işlədərək, ona ayda 400 manat məbləğində zəhməthaqqı vermişdir. 2023-cü ilin mart ayında cavabdeh Biləsuvar rayonuna getmiş və geri gəldiyi vaxt onun bibisi İddiaçı daha 4000 manat borc aldığını bildirmişdir. O, cavabdehin İddiaçı 4000 manat pulu aldığı vaxt orada olmamışdır.

9. Biləsuvar Rayon Məhkəməsinin (hakim Rəfayil Əliyev) e-2(022)-103 nömrəli, 15 fevral 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid ifadləri ilə təsdiq olunmuşdur ki, cavabdeh 2023-cü ilin fevral ayında iddiaçıda n ayrı-ayrılıqda 7000 manat və 4000 manat olmaqla, ümumilikdə 11500 məbləğində borc adı ilə pul almiış, lakin həmin pulu vəd etdiyi 2023-cü ilin sentyabr ayında qaytarmamışdır.

11. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 11500 manat məbləğində pul vəsaiti ondan iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh iddiaya yazılı etirazını göndərsə də, etirazın əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 739.1, 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tə min olunmamasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Mübahisəni araşdıran məhkəmə aralarında borc müqaviləsinin olmamasına, onun tərəfindən həmin borcun İddiaçı alınmamasına, 2020-ci ildən mübahisə başlanana qədər aralarında heç bir əlaqə və münasibət olmamasına diqqət yetirməmiş, onun borclu olmamağına və İddiaçı həmin pulu ondan tələb etməyə səlahiyyətli olmamasına lazımı hüquqi qiymət verməmişdir. Bununla məhkəmə yekunda yanlış nəticəyə gəlmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-905/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov-sədrlik edən və məruzəçi, Fikrət Hüseynov və Tofiq Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

17. Belə ki, yaranan münasibətlərə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, 2023-cü iln fevral və mart aylarında sözügedən pul vəsaitinin alınması Cavabdeh xahişi (tapşırığı) ilə Şahid1 vasitəsilə həyata keçirilmiş olsa belə, bu mülkiyyətində olan pul vəsaitini verən iddiaçının hazırkı tələb hüququnu istisna etmir. Yəni iddiaçının hazırkı cavabdehə qarşı təzminat davası ilə məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdehin Şahid1 vasitəsilə iddiaçıdan aldığı pul vəsati sonuncunun deyil, iddiaçıya məxsus olmuşdur.

18. İş üzrə təqdim edilmiş sübutlarla müə yyən edilmişdir ki, cavabdeh 2023-cü ilin fevral və mart aylarında Şahid1 borca pul istəmiş, sonuncu onda həmin məbləğin olmadığını bildirdikdən sonra birincinin xahişi (tapşırığı) ilə Şahid1 bacısı İddiaçı Cavabdeh üçün borca pul verməsini xahiş etmiş, İddiaçı şahidlərin yanında iki dəfə, 2023-cü ilin fevral və mart aylarında cavabdehə qaytarmaq şərti ilə cəmi 11500 manat pul vermişdir.

19. Tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdeh iddiaçının hesabına heç bir əsas olmadan zənginləşən (varlanan) şəxsdir, bunun müqabilində iddiaçı yoxsullaşmışdır. Ona görə də əldə edilən məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

20. Cavabdeh etirazında iddiaçı ilə borc münasibətində olmasa da Seyfəddindən hissəhissə pul aldığını, əvvəlcə 4500 manat, sonra 2000 manat aldığını, əvəzində 14500 manat qaytarmaq barədə razılaşdıqlarını bildirmişdir.

21. Birinci instansiya məhkəməsi şahidlərin ifadələrini sübut kimi qəbul edərək belə hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus (iddiaçının mülkiyyəti hesabına) 11500 manat pul vəsaitini əsas olmadan borc adı ilə ələ keçirmişdir.

22. Cavabdeh tərəf imkanı olsa da birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə qarşı hər hansı arqument irəli sürməmiş, iddiaçı isə öz tələbini əsaslandıra və sübuta yerirə bilmişdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 777.1, 777.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə arasında heç bir borc müqaviləsi mövcud olmayıb və hər hansı bir formada İddiaçı 11500 manat borclu olmağını etiraf edən bir sənəd mövcud deyildir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi borclu olmadığını təsdiq edən hər hansı bir sənəd olmadan onu İddiaçı borclu hesab etmişdir. Eyni zamanda qanunun tələbi baxımından 11500 manat məbləğində borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin Nailə ilə onun arasında belə bir müqavil ə yoxdur. Onun əmisi oğlu Şahid1la aralarında pul məsələsi olmuşdur və ona olan borcunu da qaytarmışdır. Seyfəddin şəhid adından istifadə etməklə ondan əlavə olaraq 11500 manat pul almaq istəyir. Ona görə də onun məsləhəti ilə bacısı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

26. Bundan başqa, məhkəmələr müstəntiq tərəfindən onun mənafeyinə uyğun ifadə verən şahidlərin dindirilməsi ilə əlaqədar heç bir təşəbbüs göstərməmişlər. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi müstəntiqin araşdırmasında İddiaçı izahatını onun mənafeyinə uyğun sübut kimi qəbul edərək həmin izahat əsasında qətnamə qəbul edir, eyni araşdırmada onun İddiaçı yox, Şahid1 pul alıb və qaytarmağını təsdiq edən şahidlərin ifadələrini isə sübut kimi qəbul etmir. Polis Şöbəsi ndəki araşdırma zamanı İddiaçı digər şahidlərin izahatları ilə təsdiq olunmayan izahatını məhkəmə qərar qəbul etmək üçün əsas qəbul edirsə, deməli, həmin araşdırma zamanı onun da dediklərini təsdiq edən şahidlərin də izahatlarına məhkəmələr tərəfindən qiymət verilməli idi.

27. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini di nləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətində göstərilən dəlillər iddiaya yazılı etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılm aqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

42. Cavabdeh kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci m addəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tət biqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-905/2024 nömrəli iş üzr ə 4 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar