Məhkəmə qərarları › İş №2(102)-349/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-349/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-349/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, öhdəliyin icrası müddəti, müqavilədən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6851/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 05 dekabr 2010-cu il tarixli, 306/SB nömrəli müqaviləyə əsasən, icraçı qismində cavabdeh sifarişçi qismində iddiaçı qarşısında MMC tərəfindən tikintisinə başlanmış “Yeni Ticarət Mərkəzi”ndə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün göstərdiyi sahəyə uyğun olaraq 40 kv.m yerin tikintisini vaxtında və keyfiyyətlə tamamlayıb sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə öhdəliyin icrası müddəti qeyd olunmamış, sifarişçi isə hər bir kvadrat metri 1.000 manat hesablanmaqla, 40.000 manat pulu icraçıya ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən icraçı sifarişçinin verdiyi sifarişi yerinə yetirir, tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılmasını öhdəsinə götürür (bənd 298, 298.1). Sifarişçi götürdüyü 40 kv.metr mağazanın ümumi dəyərini tam ödədikdən sonra icraçının iştirakı ilə üçüncü şəxsə icarəyə verə və ya müqavilə yolu ilə sata bilər (bənd 298.2). Sifarişçi gələcəkdə bazar qanunlarına uyğun, icraçı ilə razılığa gələrək özəlləşdirmə haqqında şəhadətnamə ala bilər (bənd 298.3). 05 dekabr 2010-cu il tarixdə iddiaçı üzərinə düşən müqavilə öhdəliyini icra edərək, 40.000 manat pul vəsaitini cavabdehə ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə mür aciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq mübahisəli obyektin dəyərinin əvəzi qismində 87.210 manat, mənəvi zərərə görə 40.000 manat, 10 il ərzində əldən çıxmış faydaya görə 60.000 manat və 35.910 ABŞ dolları, dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, artıq 9 ildir cavabdeh öhdəliklərini icra etmir. Bu günə qədər sahə tikilib ona təhvil verilməmiş, heç bir sənəd təqdim edilməmişdir ki, mülkiyyət hüquqlarını rəsmiləşdirsin. Dəfələrlə şifahi şəkildə edilən müraciətləri cavabsız qalmışdır. Cavabdeh tərəfindən öhdəliklərin lazımınca və vaxtında icra edilməməsi nəticəsində ona külli miqdarda zərər vurulmuşdur. Cavabdehə haqlı iradları olduğu halda, ona qa rşı etinasızlıq nümayiş etdirilmiş, bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Vurulmuş mənəvi zərəri 40.000 manat həddində qiymətləndirir. Son dəfə cavabdehə yazılı olaraq pretenziya məktubu göndərilməsinə və həmin məktubun alınmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş, cavab məktubu göndərilməmişdir. Obyektin dəyəri 40.000 manat olsa da, həmin vaxt onun vəsaiti ABŞ dolları ilə olmuş, həmin dövrün məzənnəsi ilə 1 ABŞ dollarının 0,78 manat olduğu nəzərə alınsa, obyektin dəyəri 51.300 ABŞ dolları olmuşdur. Lakin obyekt ona təqdim edilmədiyindən, faktiki olaraq həmin vəsaiti itirmişdir. 9 il ərzində obyekti icarəyə vermiş olsaydı, əldə edəcəyi gəlir ən azı hər ay üçün 500 manat olmaqla, 9 il (108 ay) ərzində cəmi 54.000 manat gəlir əldə edə bilərdi. Eyni zamanda, həmin vəsaiti bank depozitinə yerləşdirməklə illik uçot faiz dərəcəsi 7% nəzərə alınmaqla 9 il ərzində 25.200 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Bundan başqa, ölkədə baş verən devalvasiya və onun vəsaitlərinin xarici valyutada olması nəzərə alınarsa əldən çıxmış fayda obyektin dəyərinə görə 87.210 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi şirkət tərəfindən sözügedən ticarət mərkəzinin inşa edildiyini, hazırda həmin tikilinin özəlləşdirilməsinin onlardan asılı olmayan səbəbdən mümkün olmadığını qeyd etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2970/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, 40.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini icra etməmiş, sahəsi 40 kv.m olan tikilini inşa edərək iddiaçıya təhvil verməmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 298.3-cü bəndinə əsasən, tərəflər gələcəkdə bazar qanunlarına uyğun olaraq özəlləşdirmə haqqında şəhadətnamə alınması barədə razılığa gəlmişlər. Müqavilə ilə tikilməsi nəzərdə tutulan sahə (obyekt) fiziki olaraq tikilsə də, cavabdeh tərəfindən həmin sahə (obyekt) iddiaçının mülkiyyətinə verilməməklə müqavilə öhdəliyinə riayət edilməmişdir. İddiaçı mübahisənin məhkəmədən kə nar qaydada həll edilməsi üçün cəhd etmiş, məktub cavabdehə çatmış, lakin bunun heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 40.000 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddianı qalan hissədə rədd edən məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçı ona ödədiyi 40.000 manat pul vəsaitindən artıq ziyan vurulmasına, əlindən 60.000 manat və 35.910 ABŞ dolları həcmində faydanın çıxmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissələrdə iddia tələbi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 1 4.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 05.12.2010-cu il tarixli N306/SB nömrəli müqavilə həmin dövrdə MMC-nin direktoru İsmayılov tərəfindən imzalanmaqla qüvvəyə minmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və “Yeni Ticarət Mərkəzi”ndə yerləşən 3cü sıra, 39-cu yer, 5 В sıra nömrəli mağaza iddiaçının artıq 4-5 ildir ki, istifadəsinə verilmişdir (2014-2015-ci illərdən). Bu barədə məhkəmənin təşəbbüsü ilə yerli baxış belə aparılmamış, işin halları araşdırılmamış və cavabdehin haqlı mənafelərinə zidd qətnamə çıxarılmışdır. İddiaçının əsl niyyəti, karantin rejiminin gətirdiyi məhdudiyyətlər və mövcud sanitar-epidemioloji vəziyyət səbəbi ilə obyekt üzrə planlaşdırdığı kimi fayda (gəlir) əldə edə bilmədiyindən, mağaza üçün ödədiyi pulu guya cavabdehin “öhdəliklərini yerinə yetirməməsi” əsası ilə geri almaqdır. İddiaçının iddia ərizəsində irəli sürdüyü hallar ümumiyyətlə mövcud deyildir və məhkəmə tərəfindən işin hallarının düzgün araşdırılmaması cavabdehin hüquq və mənafelərinin pozuntusuna gətirib çıx armışdır. Müqavilədən irəli gələn öhdəlik cavabdeh tərəfindən tam icra olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq müqavilə dəyərinin geri ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı müqavilə üzrə hansı öhdəliyin icra edilməməsini və ya lazımınca icra edilməməsini sübuta yetirməmişdir. Apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerində baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, “Yeni Ticarət Mərkəzi”ndə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün göstərdiyi sahəyə uyğun olaraq 40 kv.m qeyri-yaşayış sahəsi tam olaraq tikilmiş və hazır vəziyyətdədir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6851/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X. Mərdanova və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində, yəni 40.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə də iddia tələbi təmin edilməmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 14.2.1, 385, 442-ci maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində ca vabdeh MMC-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmamışdır. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Odur ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə iddiaçının “cavabdehin gələcəkdə mağazanın özəlləşdirilməsi və mülkiyyət hüquqlarına dair çıxarış alınması üçün müvafiq sənədləri ona verməyi” kimi öhdəlik götürmüş olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin belə bir öhdəliyinin olması müəyyən olunmur. Müqavilədə yalnız 298.3 saylı bənd kimi belə bir razılaşma qeyd olunmuşdur ki, “”Sifarişçi” Zeynalova gələcəkdə bazar qanunlarına uyğun, “İcraçı” ilə razı lığa gələrək özəlləşdirmə haqqında şəhadətnamə ala bilər”. Məhkəmə belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri nəzərə alınaraq ümumiyyətlə həmin bənd (maddə) Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, cavabdeh müvafiq orqanlardan tikintinin həyata keçirilməsi ilə bağlı lazımi qaydada və qanunvericiliyin tələblərinə uyğun şəkildə icazələr almışdır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddia tələbinin digər hissələri üzrə araşdırma aparılmasına ehtiyac olmadığını qeyd etmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 385, 442-ci maddələrinə istinadla cavabdeh tərəfindən öhdəliklərin icra olunması qənaətinə gəlmişdir. Lakin 11 il ərzində tikilinin inşa edilərək iddiaçıya təhvil verilməsini sübut edən heç bir təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Cavabdehin tikinti işlərini tamamlaması, tikilinin iddiaçıya təqdim edilməsinə dair təklifi və ya bunun poçt qəbzi belə məhkəməyə təqdim edilməmişdir, çünki belə bir hal olmamişdır, cavabdeh öz öhdəliyini icra etməmişdir. Yalnız məhkəməyə iddia ilə müraciət etdikdə n sonra, məhkəmənin təşəbbüsü ilə yerli baxış zamanı tikilinin mövcudluğu müəyyən edilmişdir. Lakin mübahisəli sahənin (40 kv.m) iddiaçıya deyil, üçüncü şəxsə verilməsi və başqa şəxsin istifadəsində olması müəyyən edilsə də, məhkəmə bu halı nəzərə almamış, tikilinin mövcudluğunu rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, cavabdehin öhdəliyi sadəcə obyekti tikmək olmuşdur. Məhkəmə tikinti işləri ilə bağlı cavabdehin qanun çərçivəsində hərəkət edibetməməsini müəyyən etmək əvəzinə bir sira kserosurətlərdən ibarət kağız parçalarını rəsmi sənədlər kimi qəbul edərək, yenə də cavabdehin mövqeyindən çıxış etmişdir. Məhkəmə cavabdehin 40.000 manat əvəzində iddiaçıya əmlakı tikib təhvil verdiyi zaman iddiaçının hansı hüququnun yarandığını müəyyən etməmişdir. Faktiki olaraq, cavabdeh tikinti işlərin i yekunlaşdırdıqdan sonra qeyd edilən tikilini mülkiyyət kimi (əmlak kimi) dövlət qeydiyyatına aldırmalıdır. Bu hal müqavilədə göstərilməsə belə, qanunvericilikdən irəli gəlir (Mülki Məcəllənin 178.1-ci maddəsi). Məhz bundan sonra cavabdeh həmin tikilini iddiaçıya təhvil vermək kimi hüquqa malikdir. Bu zaman əmlakla birlikdə həmin əmlak üzərindəki hüquqların da iddiaçıya ötürülməsi baş verməlidir. Lakin məhkəmə bu hala diqqət yetirməmiş, cavabdehin tikinti üçün icazələrinin olduğunu vurğulayaraq onun öz öhdəliyini icra etdiyini qeyd etmişdir. Bundan başqa, məhkəmə tikintinin dövlət tərəfindən istismara qəbul edilibedilməməsini də araşdırmamışdır. Halbuki, qeyd olunan hal məhkəmədə müzakirə edilmişdir və cavabdeh bütün sənədləri təqdim edəcəyini bildirsə də, məhkəmə sənədləri gözləmədən qər ar çıxarmışdır. Şikayətə görə, məhkəmə Mülki Məcəllənin 21, 152, 178, 442, 443, 1128, 1129, MPMin 9, 14.2, 77.1, 88.2, 217.4-cü maddələrini kobud şəkildə pozmuş, iş üzrə əhəmiyyət kəsb edən faktları, sübutları düzgün qiymətləndirməmiş, əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, kassator və vəkili sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 427.2. Əgər öhdəliyin icrası mü ddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qa yda tətbiq edilmir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialar ından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, tərəflər arasında 05 dekabr 2010-cu il tarixdə cavabdeh tərəfindən tikintisinə başlanmış “Yeni Ticarət Mərkəzi”ndə 40 kv.m yerin inşasına dair müqavilə bağlandığı, müqavilə dəyərinin 40.000 manat olduğu və iddiaçı tərəfindən ödənildiyi işin müba hisə olunmayan hallarıdır. Tərəflərin mübahisələndirmədikləri müqavilə şərtlərinə əsasən cavabdeh tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılmasını öhdəsinə götürmüş, iddiaçının tikilinin ümumi dəyərini tam ödədikdən sonra cavabdehin iştirakı ilə üçüncü şəxsə icarəyə vermək və ya müqavilə yolu ilə satmaq hüququnun olduğu, iddiaçının gələcəkdə bazar qanunlarına uyğun, cavabdehlə razılığa gələrək özəlləşdirmə haqqında şəhadətnamə ala biləcəyi razılaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, cavabdeh ticarət mərkəzinin tikintisinin həyata keçirilməsi ilə bağlı müvafiq orqanlardan lazımi qaydada və qanunvericiliyin tələblərinə uyğun şəkildə icazələr almışdır. Tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin podrat hüquq münasibətlərini tənzimləyən normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Baxılan iş üzrə iddiaçı (sifarişçi) müqavilədən imtina edir və icraçı tərəfindən müqavilənin uzun müddət icra edilməməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş, tikilini inşa edilib, ona təhvil verməmiş, eyni zamanda ona mülkiyyət hüquqlarını rəsmiləşdirməyə imkan verən sənədlər təqdim olunmamışdır. Mülki Məcəlləyə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (maddə 427.2, 427.4). Tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddəti göstərilməmiş, məhkəmələr tərəfindən hazırkı iddianı qaldıranadək iddiaçının c avabdehdən müqavilədən irəli gələn öhdəliyin dərhal icrasını tələb etdiyi müəyyən olunmamışdır. Cavabdeh isə iddiaya etirazında müqavilə üzrə öhdəliyini icra etdiyini və mağazanı inşa edərək iddiaçıya təhvil verdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı yerində müayinə əsasında müəyyən olunmuşdur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən isə ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmədiyi halda, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Məcəllənin 447.7-ci maddəsinin mənasına görə kreditor məhz müqavilədən imtina etmək üçün qanunda müəyyən edilmiş əsaslarla müqavilədən çıxdıqdan so nra müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu cür tələb hüququnun yaranması üçün həm də müqavilədən çıxmağa əsas borclunun təqsirindən irəli gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi və iddia ərizəsi məhkəməyə təqdim edilməzdən bir neçə gün əvvəl cavabdehə çatdırılmış pretenziya məktubu Mülki Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan öhdəliyin dərhal icrasının tələb olunması kimi qiymətləndirilə bilməz. Çünki həmin məktubun məzmununda iddiaçı cavabdehdən müqavilə predmeti olan tikilinin ona təhvil verilməsini tələb etməmiş, yalnız mağazaya və tikintiyə dair bütün sənədlərin təsdiq edilmiş surətinin qısa müddət ərzində ona təqdim olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının tə ləb etdiyi sənədlərin verilməsindən cavabdehin imtina etməsinin, yaxud müraciətinin cavablandırılmamasının qanuniliyi barədə məsələyə hüquqi qiymət vermədən qeyd edir ki, hazırkı iddianın əsasını təşkil edən müqavilədə cavabdehin belə bir vəzifəsi birbaşa nəzərdə tutulmadığından bu hal da iddiaçının müqavilədən imtina etməsinə birmənalı əsas kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6851/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar