Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3491/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-221/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,16 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuş və onun mülkiyyət hüququ 05 noyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunda təsdiq olunmuş 13 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin torpaq sahəsini X1 və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus torpaq sahəsini 30 noyabr 2000-ci il tarixdə orada olan 25 dib fındıq bağı ilə birlik də alıb orada əlavə olaraq 5 dib fındıq ağacı əkməsini, lakin Cavabdeh həmin torpaq sahəsini 2019-cu ildə 3500 manata Nəzir Muradova satmasını, həmin torpaq sahəsində yerləşən fındıq topasının cəmi dəyərinin 4290 manat təşkil etməsini əsas göstərməklə həmin məbləğin ona dəymiş maddi ziyan kimi Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək torpaq sahəsini 2000-ci ildə İddiaçı satsa da onun hərəkətsizliyi nəticəsində müqavilənin rəsmiləşdirilməsinin baş tutmamasını, orada olan fındıq topasından yalnız 5-nin İddiaçı məxsus olmasını və onun dəyərinin də cəmi 400 manat təşkil etməklə həmin məbləği ona qaytarmağa hazır olmasını, torpaq sahəsində olan 25 topa fındığın ona məxsus olmasını lakin İddiaçı onda n 19 il ərzində gəlir götürməklə varlanmasını, onu isə həmin gəlirdən məhrum etməklə ona ziyan vurmasını əsas göstərərək İddiaçı onun xeyrinə əldən çıxmış faydaya görə 16.625 manatın tutulmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-777/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov) İddiaçı iddiası təmin edilərək Cavabdeh onun xeyrinə 4290 manat tutulmuş, Cavabdeh qarşılıqlı iddiası isə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin sübutlara birtərəfli qiymət verilməklə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilkin iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin olunmasına dair qətnamə qəbul edil məsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-221/2020 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-777/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək mülkiyyətində olan torpaq sahəsini 3000 manata satmasını, belə olduqda əmlakın hazırkı dəyərinin 4290 manat təşkil etməsi barədə məhkəmənin nəticəsinin həqiqətə uyğun olmamasını, torpaq sahəsində olan fındıq topalarından yalnız 5 ədədinin İddiaçı məxsus olmasını və ona görə də yalnız həmin sayda fındıq topasının dəyərini ondan tələb etmək hüququna malik olmasını, İddiaçı 19 il müddətində ona məxsus fındıq topalarında yığdığı məhsulları satıb gəlir əldə etməklə ona 16.625 manat məbləğində ziyan vurmasını, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi hallarına düzgün qiymət verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının icl asına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə ed ilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiy a instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Osmanov X3 rayonunun Əliabad qəsəbəsində yerləşən və 25 fındıq topası olan torpaq sahəsini 2000-ci ildə İddiaçı 125.000 manata satmış və sonuncu həmin torpaq sahəsinə görə vergi ödənişlərini həyata keçirməklə orada əlavə olaraq 5 topa fındıq ağacı əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X6 Mərkəzinin 08 iyul 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirərkən orada 30 ədəd fındıq topası olduğu aşkar olunmuş, həmin fındıq topasının 27 ədədinin hər birinin bu günkü bazar qiymətinin 150 manat, 3 topanın qiymətinin isə 80 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh N faktiki olaraq satdığı torpaq sahəsini notariatda təsdiq edilmiş müqavilə əsasında N satmaqla ona 4290 manat məbləğində maddi ziyan vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092, 1096, 1097-ci maddələrinin qüvvəsini tətbiq etməklə İddiaçı dəymiş ziyanın Cavabdeh tutulmasını qanuni saymışdır. Qarşılıqlı iddia tələbinin rədd olunmasını əsassız hesab edərkən apellyasiya instansiyası məhkəməsi işdə İddiaçı hərəkəti nəticəsində Cavabdeh hər hansı formada maddi ziyanın dəyməsi barədə sübutların olmamasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-221/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3491/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3491/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver