Məhkəmə qərarları › İş №2(102)-3494/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3494/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3494/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ötürülmüş prosessual müddətin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 51.000 manat pul borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraa t

5. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2660/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri q aytarılmışdır.

8. İddiaçı nümayəndəsi Vəkil2 kassasiya şikayəti və həmin şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən elektron imzası ilə bağlı yaranmış texniki nasasızlığı üzrlü səbəb hesab edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-477/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçının adından vəkili və etibarnamə üzrə nümayəndəsi olaraq tərəfindən kassasiya şikayəti ilə Ali Məhkəmənin Mülki kollegiyasına müra ciət olunmuşdur. Həmin vaxt elektron məhkəmə informasiya sistemində elektron kabinetində yaranmış texniki nasazlıq səbəbindən qeyd olunan kassasiya şikayətini iddiaçının asan imzası əsasında onun elektron kabineti vasitəsi ilə göndərmiş və kassasiya şikayətinin göndərilməsinə dair həm iddiaçının, həm də vəkili olaraq onun elektron kabinetinə məlumat daxil olmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)2660/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən vəkil olaraq tərəfindən imza edilməməsi (elektron qaydada) əsas gətirilərək həmin kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılmışdır. Lakin həmin kassasiya şikayətinə əlavə edilmiş pdf formatında olan kassasiya şikayətində fiziki imzası əks olunmuşdur. Eyni zamanda həmin şikayə tə əlavə edilmiş sənədlərə nəzər yetirildikdə, orada iddiaçını təmsil etmək səlahiyyətinə malik olduğunu təsdiq edən vəkil orderi, həmçinin onun adından nümayəndəsi qismində çıxış etmək üçün bütün prosessual hüquqlara sahib olduğunu bildirən notarial qaydada təsdiq edilmiş etibarnamə əlavə edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər İlqar Dəmirov – sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi və vəkili ərizəsində texniki nasazlığa görə kassasiya şikayətinin yalnız iddiaçı tərəfindən imzalandığını bildirsə də, həmin texniki nasazlıq barədə həmin vaxt məhkəmə kollegiyasına hər hansı məlumat verməmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 202 4-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, elektron kabinetdə yaranmış texniki nasasızlıq tərəflərin iradəsindən asılı olmayan bir hal olduğu üçün həmin səbəbin üzürlü hesab edilməsi məqsədə uyğun olmalıdır. Həmçinin texniki problemin aradan qaldırılması üzrə səlahiyyətli qurum Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası olmadığı üçün bu haqda məlumatlandırılmaması əsas hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqey i:

21. İddiaçının vəkili ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində ona əsaslanır ki, apelyasiya instansiyası məhkəməsinin 8 aprel 2024-cü il tarixli qətnaməsindən ilk dəfə kassasiya şikayəti verərkən onun elektron imzası ilə bağlı elektron məhkəmə informasiya sistemində texniki nasazlıq yaşanmışdır. Bu səbəbindən qeyd olunan kassasiya şikayətini iddiaçının asan imzası əsasında onun elektron kabineti vasitəsi ilə göndərmiş, lakin şikayət mümkün sayılmamışdır.

22. İddia tərəfi elektron kabinetdə yaranmış texniki nasasızlıq barədə sənəd də təqdim edərək, bu halın tərəflərin iradəsindən asılı olmadığı üçün həmin səbəbin üzürlü sayılmasını xahiş etmişdir.

23. Ərizəni rədd edən apelyasiya məhkməsi mövqeyini belə əsaslandırmışdır ki, sözügedən texniki nasazlıq barədə həmin vaxt məh kəmə kollegiyasına məlumat verilməmişdir.

24. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı hesab etməmişdir, ona görə ki, müddətin bərpası barədə ərizənin həllində nəzərə alınmalı olan meyar, istinad olunan səbəbin (o cümlədən müddətin keçməsinin) məhkəmə tərkibinə bildirlməsi deyil, tərəfin iradəsindən asılı olmadan baş verib-verməməsidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.

26. Baxılan işdə iddiaçının vəkili istinad etdiyi texniki nasazlıqla bağlı elektron məhkəmə informasiya sistemində rəsmiləşdirilmiş sənədi məhkəməyə təqdim etmişdir. Belə olan halda vəkilin kassasiya şikayətinə elektron qaydada imza edə bilməməsinin həmin nasazlıqdan irəli gəlib-gəlməməsi aydınlaşdırılmalı, əgər bundan irəli gəlmişsə, həmin halın prosessual müddətin bərpasına əsas olub-olmadığına hüquqi qiymət verilməlidir.

27. Apelyasiya məhkəməsi bu istiqamətdə zəruri araşdırma və nəticələri üzrə hüquqi dəyərləndirmə aparmadığı üçün qərardad ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edil sin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və ötürülmüş müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar