Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3499/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması tələbi) 13.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3122/2023 nömrəli, 8 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh xx.xx.2017-ci ildə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, 79 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160(bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aliment məbləğinin 26 noyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. 3. 17.11.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vək il1 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 ( yüz altmış) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (¼) hissəsi miqdarında alimentin tutularaq azyaşlı uşağın mənafeyi naminə ona ödənilməsi və mediasiya p rosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzi Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbinin işin hallarına uyğun əsasladırmaqla qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2019-cu il qətnaməsi ilə müəyyən olunmuş 160 ( yüz altmış) manat aliment himayəsində olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, uşağın böyüdükcə maddi-sosial tələbatları,ehtiyacları, reabilitasiya və müalicəsi, habelə təhsil və tədrisi ilə bağlı xərcləri artır. Onlarda olan məlumata görə Cavabdeh "xxxx" MMC (VÖEN: **********) -dən 650 AZN (altı yüz əlli manat/ vəzifə: hüquqşünas, vəkil), "xxxx" MTK (VÖEN:**********) –dan 850 AZN ( səkkiz yüz əlli manat/ vəzifə hüquqşünas, vəkil), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli/ v əzifə: hüquqşünas),"xxxx" Motors MMC (VÖEN:**********)-dən 150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas), "xxxx" MTK(VÖEN:**********)-dan 150 AZN ( yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), “EURO STYLE” LTD (VÖEN:**********)-dən 300 AZN ( üç yüz manat/ vəzifə: hüquqşünas), "xxxx" MMC-dən (VÖEN: **********)500 AZN (beş yüz manat/ vəzifə: idarə edən), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), "xxxx" MMC (VÖEN: **********) -dən 700 AZN (yeddi yüz manat/ vəzifə: idarə edən),Bərgüşad MTK (VÖEN: **********)-dan 150 AZN ( yüzəlli manat/ vəzifə: hüquqşünas, vəkil) hər ay əmək haqqı alır. Ümumilikdə, Cavabdeh 3750 ( üç min yeddi yüz əlli) AZN əmək haqqı alsa da övladı onun mövqeyinə görə 17 yanvar 2018-ci il təvəllüdlü X4 cəmi 160 AZN ( yüz altmış manat) alimentdən bir qəpik də artıq pul vermir. Bunu məhkəmənin özü də elektron sistemdə axtarış etməklə rahatlıqla müəyyən edə bilər. Bundan başqa Cavabdeh adına xx.xx.2022-ci ildə ** RP *** dövlət qeydiyyat nişanlı, BB286181 nömrəli qeydiyyat şəhadətnaməli, WP1ZZZ9YZPDA00302 banömrəli, 557646 mühərrik nömrəli, 2022-ci il istehsal ili olan, “Porsche Cayenne” markalı qara rəngli minik avtomobili, xx.xx.2022-ci il tarixdə ** LB *** dövlət qeydiyyat nişanlı, BB273695 saylı qeydiyyat şəhadətnaməli, KNAFX411BE5112871 ban nömrəli, G4FGDH655111 saylı mühərrik nömrəli qara rəngli, 2013-cü il istehsal ili olan “Kia Cerato” markalı avtomobil qeydə alınıb. Həmin avtomobilin bazar qiyməti 101.000-149.000 Dollar (253.300 AZN) arasında dəyişir. Buna dair sübutu iş materiallarına əlavə et mişlər. Bundan başqa Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Hesab edirlər ki, cavabdehin maddi vəziyyəti dəyişdiyi üçün alimentin miqdarı artırılmalıdır. Bir məbləğ təyin olunduqdan sonra aliment verənin maaşının, gəlirinin və digər qazanclarının artdığı barədə yeni məlumatlar əldə edilirsə,aliment alan tərəf alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi ( ¼) miqdarında aliment tutulmalıdır.
6. Məhkəmə iclasında cavabdeh iddiaya et iraz edərək rədd edilməsini xahiş etmiş, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim: Fərid Hətmzadə) iddia təmin edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh hüquqşunas, vəkildir və bir neçə şirkətdə hüquqşunas (vəkil) vəzifəsində işləyir. Cavabdehdən bir uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği (160 manat), onun qazancının (3750 manat) dörddə bir hissəsinin miqdarı (937,5 manat) nəzərə alındıqda əhəmiyyətli dərəcədə azdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı qətnamə əsasında tutulan a limentin məbləğinin dəyişdirilməsini tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 19-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.1.1, 112.1-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədə n apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni heç bir norma ilə əsaslandırmamışdır. Belə ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlar ını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını, uşağın anasının rəsmi işlədiyini və müstəqil qazancının olmasını, habelə diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment qeyd edilən üsulla dəyişdirilməməli idi. Qətnamədə göstərilən formada aliment ödənilərsə, məlum məsələdir ki, iddiaçı həmin məbləği şəxsi ehtiyaclarına sərf edəcəkdir və uşağın saxlanması üçün hər hansı xərc çəkməyəcəkdir. Çünki bir ana kimi öz vəzifələrini düzgün yerinə yetirmir, yalnız öz maraqları üçün yaşayır və uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olmur. Mülki Prosessual Məcəllənin 112.1.3- cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əv vəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır. Lakin məhkəmə iddianı təmin edərkən qanunvericiliyin tələblərinə riayət etməyərək dövlət rüsumunun cavabdehdən tutulmalı hissəsinə qiymət verməmişdir. Hər bir halda apellyasiya şikayətinin verilməsi üçün rüsum qanuni dövlət rüsumu nəzərə alınaraq artıqlaması ilə ödənilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd etmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”. Lakin məhkəmə nəzərə almam ışdır ki, qətnamədə qeyd edilən iş yerləri hamısı müvəqqətidir və yaxın zamanda həmin iş yerləri ilə bağlı əmək müqavilələrinə xitam veriləcəkdir. Belə olan halda isə iddiaçının ümid etdiyi “uşağın saxlanılması üçün hər hansı vəsait” ona köçürülməyəkdir. İddiaçı ilə dəfələrlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilsə də, onun qeyri-adekvat davranışları səbəbindən bu mümkün olmamışdır. O, “uşağın saxlanması üçün vəsait” tələb etsə də, iddia ərizəsində lüzumsuz məlumatlar əlavə edərək cavabdehin adında olmayan əmlakları guya cavabdehindir kimi təqdim etmişdir. Buna görə də iddia təmin olunmamalı idi və gələcəkdə iddiaçı uşağın saxlanmasına dair xərclərin meydana gəldiyini əsaslı sübutlarla təsdiq edə biləcəyi halda aliment məbləğinin dəyişdirilməsi məsələsi müzakirə oluna bilərdi. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Baxılan iddia tələbinin predmeti aliment məbləğinin dəyişdirilməsi (artırılması) ilə bağlı olmuşdur. MPM-in 36.3-cü maddəsi isə alimentin alınması ilə bağlı iddiaçının seçməsinə görə ərazi aidiyyətinə dair məsələni əhatə edir. Odur ki baxılmış iddia alimentin alınması tələbi ilə bağlı olmadığından, qeyd edilən maddənin təsir dairəsinə düşə bilməz. Cavabdehin həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 1n Məhkəməsində baxılmalı idi. Belə ki, Bərdə rayonundan Binəqədi Rayon Məhkəməsinə gəlib-getməklə keçirilən məhkəmə iclaslarında cavabdehin iştirakı mümkün olmamış, bu da h ərtərəfli, tam, obyektiv və ədalətli məhkəmə araşdırmasının aparılmasının qarşısını almışdır. xx.xx.2022-ci il tarixdə, saat 09:00-da keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin iştirak etməyinin qeyri-mümkün olması, əlavə sübutlar və vəsatətlə çıxış etmək niyyətinin olduğu və bu səbəbdən hazırlıq iclasının təxirə salınması xahişi ilə elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdehin ərizəsi nəzərə alınmamış, iş məhkəmə baxışına təyin olunmuşdur. Belə ki, xx.xx.2022- ci il tarixdə cavabdehin yaxın qohumunun rəhmətə getməsi səbəbindən məhkəmədə iştirakı qeyri-mümkün olmuş, bununla bağlı hətta məhkəmə iclas katibinə də telefon vasitəsilə məlumat vermişdir. Lakin məhkəmə bu halı nəzərə almamış, hərtərəfli, tam və obyektiv məhkəmə araşdırmasının aparılm asını təmin etməmiş və çəkişmə prinsipinə riayət etməmişdir. İddiaçı tərəfindən ailə münasibətlərindən irəli gələn işlər üzrə zəruri olduğu halda müvafiq mediasiya tədbiri keçirilməmişdir. Məhkəməyə təqdim olunmuş mediasiya arayışının əksinə olaraq, cavabdeh yaşadığı ünvandan köçməmişdir və əlaqə telefonlarını dəyişməmişdir. Lakin cavabdehə indiyədək iddiaçının mediasiya çağırışı barədə heç bir təklif daxil olmamışdır. Mediasiya təşkilatı tərəfindən cavabdehə mediasiya sessiyasının keçirilməsinə dair hər hansı bildiriş göndərilməmiş, cavabdeh tərəfindən heç bir qəbz imzalanmamış və mediasiyadan məlumatsız olmuşdur. Məhkəməyə təqdim olunmuş mediasiya arayışı formal xarakter daşıyır və həqiqəti əks etdirmir. Mediasiya prosesinin keçirilməməsi iddianın mümkünsüzlüyünə əsasıdır. Cavabdeh hesab edir ki, tərəflər arasında olan həmin mübahisə məhkəmədən kənar mediasiya prosesində həll oluna bilərdi və buna dair cavabdeh tərəfindən heç bir etiraz verilməmişdir. Mediasiya təkliflərinə və qarşılıqlı müzakirəyə hazırdır. Odur ki, tərəflər arasında mediasiya prosesi keçirilmədiyi üçün iş baxılmamış saxlanılmalı, mübahisə üzrə mediasiya prosesi keçirildikdən sonra mübahisə mövcud olarsa yenidən iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır.
13. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz unvanlayaraq qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayəti tamamilə əsassızdır. Cavabdeh hazırki apellyasiya şikayətini yalnız vaxt uzatmaq və məhkəmə qətnaməsinin icraya qısa müddət ərzində yönləndirilməsinin qarşısını almaq məqsədilə vermişdir. Belə ki, iddiaçının alimentin miqdarını və n övünün dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək onun ən təbii hüququdur. Cavabdeh apellyasiya şikayətində özü də etiraf etmişdir ki, iddiaçının alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslıdır. Habelə qeyd etmişdir ki, qətnamədə göstərilən formada aliment ödənilərsə, məlum məsələdir ki, iddiaçı həmin məbləği şəxsi ehtiyaclarına sərf edəcəkdir və uşağın saxlanması üçün hər hansı xərc çəkməyəcəkdir. Çünki bir ana kimi öz vəzifələrini düzgün yerinə yetirmir, yalnız öz maraqları üçün yaşayır və uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olmur. Buradan da görünür ki, cavabdeh iddianın əsaslı olduğunu qəbul edir, sadəcə olaraq ananın alimenti şəxsi ehtiyacları üçün sərf edəcəyindən narahatdır. Cavabdehin qeyd etdikləri tamamilə cəfəng iyyatdır. Əldə olunan aliment tamamilə uşağın şəxsi ehtiyaclarına, qidalanmasına, reabilitasiyasına və istirahətinə sərf olunacaqdır. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddiaçı guya öz maraqları üçün yaşayıb uşağın qayğı və tərbiyəsi ilə məşğul olmur. Qeyd edilir ki, əksər analar kimi iddiaçı da öz valideynlik borcunu artıqlaması ilə yerinə yetirir, uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olur. Bunun tam əksinə cavabdeh övladı ilə maraqlanmır, uşağını ata sevgisi və şəfqətindən məhrum etmişdir. Cavabdehin özünə onun uşağı və ailəsi maraqlı deyil. Cavabdeh tərəfindən qeyd olunanlara sadəcə apellyasiya şikayətinə don geyindirməkdən ibarətdir. Açıq-aydın şəkildə cavabdehin şikayəti əsassızdır. Bundan əlavə Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə dəfələrlə mübahisənin məhkəmədə n kənar həllinə cəhd edilsə də, onun qeyriadekvat davranışları səbəbindən bu mümkün olmamışdır. Bildirilir ki, bu tamamilə yalandır. Əslində məsələnin barışıqla həll olunmasına mane olan şəxs cavabdehin özü olmuşdur. Onun yalan deməsi faktı birinci instansiya məhkəməsində də sübuta yetirilmişdir. Belə ki, o, Bərdə rayonunda olduğunu qeyd etsə də, əslində həmin tarixdə Bakı şəhərində olmuşdur. Bunu təsdiq edən “WhatsApp” yazışmaları iş materiallarına əlavə edilmişdir. Daha sonra cavabdeh qeyd etmişdir ki, onun həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 3sində baxılmalı idi. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2007/2023-cü il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin aiddiyyətlə bağlı çıxardığı qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, artıq hüquqi qiymət verilmiş və preyudisiallıq daşıyan bir məsələyə cavabdeh yenidən apellyasiya şikayətində toxunmuşdur. Bu halın özü belə cavabdehin apellyasiya şikayətinin nə qədər əsassız olduğuna bir daha dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarından görünür ki, iddiaçının qeydiyyat ünvanı və yaşayış yeri - ünvan 5dia ərizəsi aidiyyatı üzrə mülki prosessual hüquq normalarına müvafiq şəkildə verilmişdir. İş materiallarınd an görünür ki, cavabdeh Bakı şəhərində yerləşən 9 ( doqquz) ayrı iş yerində əmək fəaliyyəti ilə məşğul olur. Cavabdeh Bakı şəhərində yaşamasına və Bakı şəhərində işləməsinə baxmayaraq belə təəssürat yaratmağa çalışır ki, guya o qeydiyyatı Bərdə olmaqla orada yaşayır. Daha sonra cavabdeh qeyd etmişdir ki, guya ona indiyədək iddiaçının mediasiya çağırışı barədə heç bir təklif daxil olmamışdır. Mediasiya təşkilatı tərəfindən ona mediasiya sessiyasının keçirilməsinə dair hər hansı bildiriş göndərilməmiş, tərəfindən heç bir qəbz imzalanmamış və mediasiyadan məlumatsız olmuşdur. Məhkəməyə təqdim olunmuş mediasiya arayışı formal xarakter daşıyır və həqiqəti əks etdirmir. Cavabdeh mediasiyanın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olsa da, qəsdən və bilərəkdən mediasiya sessiyasının iclasına gəlməmişdir. Ümumiyyətlə cavabdeh bir dəfə də olsun məhkəmə iclaslarına belə gəlməmişdir. Qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3122/2023 nömrəli iş üzrə 8 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydalarının pozulması ilə işə baxılması barədə dəlilinə əsassız hesa b edərək qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair” vəsatəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2007/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır, qərardad qanuni qüvvəsini almışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, aidiyyatla bağlı məsələyə hüquqi qiymət verilmişdir.
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili olan zəruri qaydada mediasiyanın keçirilməminə münasibət bildirərk qeyd etmidir ki, ilkin mediasiya sessiyası barədə bildiriş və bildirişin cavabdehə göndərilməsini təsdiq edən qəbz iş materiallarına əlavə olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apelyasiyanın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi şikayətdə qeyd olunan maddi və prosessual normalarının pozulmasına münasibət bildirməmiş, yalnız iki məsələyə münasibət bildirərək qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
20. Maddə.75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 76.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
23. Maddə 76.2 aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər
24. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbl əğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alim ent ödəməkdən azad edə bilər.
27. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 28. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
42. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3122/2023 nömrəli, 8 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.