Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-35/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun, maddi və mənəvi zərərin ödənilməsi 28.01.2021 Bakı şəhəri, 28 yanvar 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-215/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı2 sahibkardır.
2. Vergi orqanlarında qeydiyyatdan keçməklə tikinti-inşaat materiallarının alqı-satqısı ilə məşqul olur. İddiaçı tikinti-inşaat materiallarının alqı-satqısını əri X köməyi ilə həyata keçirir. İddiaçı1 cavabdeh Cavabdeh metal alqı-satqısı ilə məşqul olmasını eşidib, onunla tanış olub, iş birliyi razılıqına gəlmişlər. Metal tullantılarının alması məqsədi ilə İddiaçı1 2014-2015-ci illərdə ayrı-ayrı vaxtlarda cavabdehə pul vermişdir. Lakin Cavabdeh aldığı pulun müqabilində metal alışını təşkil etmədiyinə və ya aldığı pulları qeri qaytarmadığına görə İddiaçı1 hüquq-mübahizə orqanlarına şikayət etmişdir. İddiaçı1 X birlikdə ümumi razılşama əsasında metal alqı-satqısı ilə məşqul olan zaman aralarında yaranmış 29900 manat və 600 ABŞ dolları məbləğində borcla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 cavabdeh Cavabdeh qarşı pulun qaytarılması, maddi və mənəvi zəzərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra İddiaçı2 məhkəməyə ərizə göndərərək onun əsl olmayan iddiaçı ilə əvəz olunmasını xahiş etmiş, ərizəsini isə fiziki şəxs olan sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməklə inşaat-tikinti materiallarının alışı və satışı ilə məşqul olması, tələb olunan pulların ona məxsus mağazaya aid olması, onun mağazasına zərər dəyməsi ilə əsaslandırmişdır. İddiaçı1 onun əsl iddiaçı ilə əvəz olunma sına razı olduğunu bildirmişdir.
4. Beləliklə iddiaçı cavabdehdən 29900 (iyirimi doqquz min doqquz yüz) manat pulun, 600 ABŞ dolları, 20000 (iyirimi min) manat əldən çıxmış faydanın, taksi-marşurut və telefon –rabitə xidmətlərindən istifadəyə görə çəkilmiş 3000 (üç min) manat xərcin, mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(51)-311/19 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia qismən təmin edilərək, Cavabdeh 600 (altı yuz) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 (iyirimi min bir yüz əlli) manat və dövlət rüs umu kimi ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı2 verilməsi və iddianın 20000 (iyirimi min) manat əldən çıxmış fayda, 10000 (on min) manat mənəvi ziyan, 3000 (üç min) manat taksi marşurut fəaliyyətindən və telefon rabitə xidmətlərindən istifadə üçün çəkilmiş xərc tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı2 sahibkardır və Vergi orqanlarında qeydiyyatdan keçməklə tikinti-inşaat materiallarının alqı-satqısı ilə məşqul olur. İddiaçı tikinti-inşaat materiallarının alqı-satqısını əri X köməyi ilə həyata keçirir. İddiaçı1 cavabdeh Cavabdeh metal alqı-satqısı ilə məşqul olmasını eşidib, onunla tanış olub, iş birliyi razılıqına gəlmişlər. Metal tullantılarının alması məqsədi ilə İddiaçı1 201 4-2015-ci illərdə ayrı-ayrı vaxtlarda cavabdehə pul vermişdir. Lakin Cavabdeh aldığı pulun müqabilində metal alqışını təşkil etmədiyinə və ya aldığı pulları qeri qaytarmadığına görə X hüquq-mübahizə orqanlarına şikayət etmişdir. İddiaçı1 X birlikdə ümumi razılşama əsasında metal alqı-satqısı ilə məşqul olan zaman aralarında yaranmış 29900 manat və 600 ABŞ dolları məbləğində borcla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnaməni həmçinin onunla əsaslanmışdır ki, iddiaçıya məxsus tikinti-inşaat materialların alqı-satqısı mağazaya aid vəsaitdən cəmi 29900 manat (iyirimi doqquz min doqquz yüz) manat və 600 (altı yüz) ABŞ dolları metal tullantıları, dəmir borular almaq üçün Cavabdeh vermiş, lakin cavabdeh ona ya metal tullantıları, dəmir boruları alıb verməmiş, ya da həmin pulları qeri qaytarmamışdır. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehə qeyd edilən məbləğdə pul verilməsi mötəbər sübutlara təstiq olunmadı. Cavabdeh X məhkəmə iclasında tələbə etirazını bildirərək metal tullantıları, dəmir borular alınması üçün ona tələb olunan qədər pul verilmədiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı1 və Cavabdeh 14 iyun 2016-cı il tarixli üzləşdirmə protokolunun surətindən isə görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh metal tullantıları, dəmir borular almaq üçün ayrı-ayrı vaxtlarda -1500 manat, 2500 manat, 6700 manat, 3000 manat, 2000 manat, 950 manat və 650 ABŞ dolları, cəmi 19150 (on doqquz min bir yüz əlli) manat və 600 ABŞ dolları verilmişdir. Bundan əlavə cavabde h məhkəmə iclasında etiraf etmişdi ki, boruların alınması ilə əlaqədər İddiaçı1 xahişi ilə tanışı X ona 1000 (bir min) manat pul vermişdir. Ancaq həmin pulların razılaşdırılmış iş üçün cavabdeh tərəfindən xərclənməsi isə məhkəmə iclasında öz təsdiqini tapmadı.
8. Qeyd edilənlərə əsasən, birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddia metal tullantıları və dəmir burular alınması üçün verilmiş 29000 manat və 600 ABŞ dolları məbləğində pul tələbinə dair hissədə qismən təmin olunmalı, cavabdehdən 600 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və 20150 manat alınıb iddiaçıya verilməlidir.
9. Məhkəmə iddiaçının iddiasının mənəvi zərar tələbinə dair hissəsinin əsaslandırdığı halların nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi f iziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən hesab etmişdir ki, iddia 10000 manat mənəvi ziyan tələbinə dair hissədə təmin olunmamalıdır.
10. Məhkəmə, həmçinin, hesab etmişdir ki, sübutlar təqdim edilmədiyinə görə iddia 20000 (iyirimi min) manat əldən çıxmış fayda və taksi-marşurut fəaliyyətindən, telefon rabitə xidmətlərindən istifadəyə görə çəkilmiş 3000 manat xərc tələbinə dair hissədə də təmin olunmamalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan so nra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-215/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 600 (altı yuz) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 (iyirimi min bir yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı2 verilməsi qət edilmiş, iddia 20000 (iyirimi min) manat əldən çıxmış fayda, 10000 (on min) manat mənəvi ziyan, 3000 (üç min) manat taksimarşurut fəaliyyətindən və telefon rabitə xidmətlərindən istifadə üçün çəkilmiş xərc tələbinə dair hissədə təmin olunmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir.
14. Belə ki, apelyator İddiaçı1 ilə iş danışıqlarının özü tərəfindən deyil, X tərəfindən aparıldığını bildirsə də, iş materiallarında olan 14 iyun 2016-cı il tarixli ÜzləşdirməDindirmə protokolundan görünür ki, Cavabdeh İddiaçı1 Sumqayıt şəhərində ona bir neçə dəfə pul verdiyini etiraf etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri, həmçinin işin digər halları da iddianın təmin edilmiş hissədə əsaslı olduğunu apelyasiya şikayətinin isə qalan hissədə əsassız olduğunu göstərir.
15. Eyni zamanda kollegiyanın iclasında izahat verən cavabdeh qeyd edilən məbləğlərin işin görülməsi ilə bağlı çəkilə xərclərə sərf olunduğunu bildirmiş, lakin bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, kassastor kassasiya şikayətində iddiaçının göstərdiyi pulları almamasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışı nın hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məc əllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur.
26. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər.
27. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, şikayət qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır.
32. Kassatorun dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillər əsassızdır, belə ki, kassator danışıqlarının özü tərəfindən deyil, X tərəfindən aparıldığını bildirsə də, iş materiallarında olan 14 iyun 2016-cı il tarixli ÜzləşdirməDindirmə protokolundan görünür ki, Cavabdeh İddiaçı1 Sumqayıt şəhərində ona bir neçə dəfə pul verdiyini etiraf etmişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-215/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.