Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) İddiaçı x1 cavabdeh x2 qarşı pul tələbinə dair mülki iş üzrə iddianın et iraf olunmasının qəbul olunması, iddianın təmin edilməsi, cavabdeh x2 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı x1 geri qaytarılması, iş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən, məruzəçi), F.Məmmədov və L.Məmmədova, 2(103)2679/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh x2 iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı x1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı pul tələbinə dair iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 12.000 (on iki min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhk əmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan pul almasını inkar etməsədə, həmin pulun iddiaçının tələb etdiyi məbləğdə deyil, 6000 manat olduğunu və həmin məbləğdən 460 manatını poçt vasitəsi ilə iddiaçıya göndərdiyini və sonuncunun həmin məbləği qəbul etməyərək, 12.000 manatı birdəfəlik ona ödənilməsini tələb etdiyini etiraf edərək, iddianı 5540 manat məbləğində təmin edilməsini xahi ş etmişdir. Lakin cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı yazılı ərizəsində isə iddiaçıya iddia tələbində göstərilən 12000 manat məbləğində borcu olduğunu, hazırda isə həmin məbləği imkanı olmadığından ödəyə bilməməsi, qısa müddət ərzində borcunu tam olaraq ödəyəcəyini bildirmiş və həmin ərizənin kiril əlifbası ilə yazmasının səbəbini belə göstərmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). İşdən göründüyü kimi cavabdehin iddiaçıya tələbdə göstərilən məbləğdə borlu olması onun özünündə yazılı ərizəsində öz təsdiqini tapmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh x2 12000 manat pulun tutularaq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin qətnamənin nəticə hissəsində cavadeh tərəfindən iddianın etiraf olunması qəbul olunsun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşmamışdır. Qətnaməsinin nəticə hissəsinə nəzər salarkən aydın olmuşdur ki, nətic ədə anlaşılmayan ifadə (cavadeh tərəfindən iddianın etiraf olunması qəbul olunsun) işlədilmişdir. Bununla yanaşı həmçinin dövlət rüsumunun iddiaçının xeyrinə tutulmalı olduğu halda dövlət büdcəsinin hesabına tutulması qənaətinə gəlmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (Mülki Prosessual Məcəllənin 119.1. və 124.2. maddələri). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə, buraxılmış çatışmazlığı aradan qaldıraraq cavabdeh x2 iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı x1 verilməsi, qətnaməsinin qalan hissəd ə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-350/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-350/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver