Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3501/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)1110/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 09 fevral 2017-ci il tarixli müqavilə bağlanmışdır.
2. İddiaçı Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş Təbii X2nın pozulması haqqında 01 mart 2016-cı il tarixdə 088095 saylı; 31 yanvar 2018-ci il tarixdə ******* saylı; 14 mart 2018-ci il tarixdə ******* saylı; 18 aprel 2018-ci il tarixdə ******* saylı; 17 may 2018-ci il tarixdə ******* saylı; 27 iyul 2018-ci il tarixli ******* saylı; avqust 2018-ci il tarixli; 19 sentyabr 2018-ci il tarixli ******* saylı; 31 oktyabr 2018-ci il tarixli ******* saylı; 30 noyabr 2018-ci il tarixli ******* saylı; 28 dekabr 2018-c i il tarixli ******* saylı; 31 yanvar 2019-cu il tarixli ******* saylı; 28 fevral 2019-cu il tarixli ******* saylı; 29 mart 2019-cu il tarixli ******* saylı; 30 aprel 2019-cu il tarixli ******* saylı; 30 may 2019-cu il tarixli ******* saylı; 28 iyun 2019-cu il tarixli ******* saylı; 31 iyul 2019-cu il tarixli ******* saylı; 30 avqust 2019-cu il tarixli ******* saylı; 30 sentyabr 2019-cu il tarixli ******* saylı; 30 oktyabr 2019-cu il tarixli ******* saylı; 29 noyabr 2019-cu il tarixli ******* saylı; 30 dekabr 2019-cu il tarixli ******* saylı; 30 yanvar 2020-ci il tarixli ******* saylı; 28 fevral 2020-ci il tarixli ******* saylı; 30 mart 2020-ci il tarixli ******* saylı; 30 aprel 2020-ci il tarixli ******* saylı; 31 may 2020-ci il tarixli ******* saylı; 30 iyun 2020-ci il tarixli ******* sa ylı; 30 iyul 2020-ci il tarixli ******* saylı; 31 avqust 2020-ci il tarixli ******* saylı; 30 sentyabr 2020-ci il tarixli ******* saylı; 30 oktyabr 2020-ci il tarixli ******* saylı; 30 noyabr 2020-ci il tarixli ******* saylı; 30 dekabr 2020-ci il tarixli ******* saylı; 29 yanvar 2021-ci il tarixli ******* saylı; 26 fevral 2021-ci il tarixli ******* saylı; 31 mart 2021-ci il tarixli ******* saylı; 30 aprel 2021-ci il tarixli ******* saylı; 31 may 2021-ci il tarixli ******* saylı; 30 iyun 2021-ci il tarixli ******* saylı; 30 iyul 2021-ci il tarixli ******* saylı; 31 avqust 2021-ci il tarixli ******* saylı; 30 sentyabr 2021-ci il tarixli ******* saylı və 29 oktyabr 2021-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 11A-da yaşayan iste hlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş və cavabdehə ümumilikdə 9703,4 manat borc hesablanmışdır. Həmin aktların hər biri istehlakçı Cavabdeh adının qarşısında “imtina etdi” qeydi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9703,40 manat məbləğində dəymiş ziyanın, hüquqlarını bərpası ilə bağlı çəkilmiş 400 manat xərcin və 121,62 manat dövlət rüsumunun, ümumilikdə 10225,02 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış və iddiaçıya ziyan vurmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli rəyinə əsasən təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(009)1100/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə iddiaçı tərəfindən cavabdehin borcu əsassız və mövcud olmayan səbəbə görə hesablandığından, iddiaçı itirilmiş qazın bərpası üzrə hesablanmış qazın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb edə bilməz.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 448.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddələri, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.1, 4.2, 6.5-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(009)-1100/2022 nömrəli qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 27 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evə (abonen t kodu **********00001) baxış keçirilərkən evə gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) v ə qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin, hal-hazırda təbii qazın talanması nəticəsində dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə müvafiq norma müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər hüquqi aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədilə müvafiq normativ hüquqi akt layihələri hazırlanmış, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış və qəbul edilməsi üçün norma yaratma orqanına təqdim edilmişdir. Dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ev ilə bağlı İddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün deyil.
11. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə trasoloji və məhkəmə mühasibatlıq ekspertizasının 28 mart 2023-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, Cavabdeh tərəfindən yaranmış borc məbləği 9703,4 manat məbləğində müəyyən edilir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-1110/2023 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(009)1100/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən 9703,4 manat pulu qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı iddiasında və apellyasiya şikayətində cavabdehin qaz xət tinə sayğacdan kənar qoşulduğuna görə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də, bu halı təsdiqləyən işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən, yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkillər əlavə edilmişdir. Eyni zamanda, işdə birincisi 01 mart 2016-cı ildə, ikincisi 31 yanvar 2018-ci ildə, sonuncusu 29 oktyabr 2021-ci ildə tərtib edilmiş 45 akt mövcuddur. Bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda aktlar tərtib edilmişdirsə, ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəccüblü olsa da, iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanun vericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktlarda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri X3 Dair Tələbnamələrdə görüləcək tədbir kimi “sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin” qərarının olması qanunsuz qoşulmanı, yaxud onu ləğv etməni təsdiq etmir. Yəni, həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspert və mütəxəssis rəyləri ilə də Cavabdeh məxsus ünva n 2 ünvanında yerləşən evə (abonent kodu **********00001) baxış keçirilərkən evə gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilmədiyi təsdiqlənmişdir. Ekspert və mütəxəssis rəylərində fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyi ona görə mötəbər hesab edilməlidir ki, əgər qanunsuz qoşulma olsaydı və qaynaq vasitəsilə yaxud hansısa texniki vasitə ilə qanunsuz qoşulma kəsilərək aradan qaldırılmışdırsa, mütləq ki, bunun da hansısa izi qalmamış olmazdı. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü iddiaçını n üzərinə düşür, lakin istinad etdiyi halları sübut edə bilmir. Əksinə iddiaçının göstərdikləri qeyd olunduğu kimi, iş üzrə keçirilmiş ekspert və mütəxəssisin rəyləri ilə təkzib edilir.
15. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii X2nın pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2016-cı ilin əvvəllərindən başlayaraq bu aktların tərtib olunduğu iddia olunur. Ancaq iddiaçı əgər 2016-2021-ci illərdə bu qanunsuz qoşulmaları görürdüsə, bu vaxta qədər onlarla bağlı tədbir görmədiyinin, yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də, cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X2nın pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəy ərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
16. Ən nəhayət apellyasiya baxışında iştirak edən cavabdeh uzun illərdir ki, məhz qazdan istifadə etmədiyi üçün ödəniş etmədiyini israrla bəyan etdi. Belə ki, iddiaçı təşkilatın əməkdaşları ilə əri arasında mübahisə yarandığına və həyət evində yaşadığı üçün həmişə qaz balonundan istifadə etdiyini, soyuq vaxtlarda isə evin dizel yanacağı ilə işləyən soba ilə qızdırıldığını bəyan etdi. İddiaçı tərəf bu arqumenti inkar edəcək hər hansı bir dəlil göstərə bilmədi. Demək ki, cavabdehin qazdan real istifadə etmədiyi üçün də ödəniş etməməsinin də səbəbi aydın olur. Bu cür vəziyyətdə məhkəmə iddianı hansı əsa sla təmin etməli idi ki, iddiaçı da bundan “razı” qalsın? Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı tərəf buna cavab verməyə hazır olmalı idi.
17. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2. 1097.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, 18.2, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2- ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-1110/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 386, 1096, 1097-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3, 6.5-ci bəndləri, Mülki Prosessual Məcəllənin 76, 77, 88, 217.1-c i maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçıya maddi zərərin vurulması ilə bağlı halları sübut edən mötəbər sübutlar nəzərə alınmamışdır.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmas ına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəy yən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olu nmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, X2nın tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı c avabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
30. İşin hallarının araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-1110/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.