Məhkəmə qərarları › İş №2(102)-3506/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3506/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3506/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı QSC-nin vəkili **** Cavabdeh1, Cavabdeh3 vəkili *** iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2018-ci il tarixli, 2(107)1671/2018 nömrəli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 15 fevral 2018-ci il tarixli, 2(046)81/2018 saylı qətna məsi ilə iddia qismən təmin edilmiş, 20.11.2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşması üzrə 3031 (üç min otuz bir) ABŞ dolları 51 (əlli bir) sent əsas, 393 (üç yüz doxsan üç) ABŞ dolları 66 (altmış altı) sent faiz, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 3475 (üç min dörd yüz yetmiş beş) ABŞ dolları 17 (on yeddi) sent, 15.11.2013-cü il tarixli 26R000003518 saylı kredit razılaşması üzrə 17785 (on yeddi min yeddi yüz səksən beş) ABŞ dolları 70 (yetmiş) sent əsas, 2108 (iki min bir yüz səkkiz) ABŞ dolları 28 (iyirmi səkkiz) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20393 (iyirmi min üç yüz doxsan üç) ABŞ dolları 98 (doxsan səkkiz) sent, ümumilikdə hər iki kredit razılaşması üzrə 23869 (iyirmi üç min səkkiz yüz altmış doqquz) ABŞ dolları 15 (on beş) sent məbləği ndə pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanda yerləşən 0,0502 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 23869 (iyirmi üç min səkkiz yüz altmış doqquz) ABŞ dolları 15 (on beş) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə mürac iət etmək üçün xərcin cavabdehlərə aid hissəsi olan 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 10 (on) manatın İddiaçı QSC-yə, 50 (əlli) manat məhkəməmühasibatlıq ekspertizası xərcinin 45 (qırx beş) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 5 (beş) manatın İddiaçı QSC-yə aid edilməsi, iş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 160 (bir yüz altmış) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 40 (qırx) manatın İddiaçı QSC-yə aid edilməsi, (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ********************, Kod:200093 hesabı), iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) 05.07.2018-ci il tarixli, 2(107)-1671/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Göyçay Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və onun vəkili Həsənov Əkrəm Şirvan oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20 noyabr 2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşması üzrə 3682 ABŞ dolları 06 sent əsas, 393 ABŞ dolları 78 sent faiz, 640 ABŞ dolları 32 sent cərimə olmaqla, cəmi 4716 ABŞ dolları 16 sent bоrcun, 15 noyabr 26R000003518 saylı kredit razılaşması üzrə 17785 ABŞ dolları 70 sent əsas, 2108 ABŞ dolları 28 sent faiz, 4763 ABŞ dolları 99 sent cərimə olmaqla, cəmi 24657 ABŞ dolları 97 sent bоrcun, ümumilikdə hər iki kredit razılaşması üzrə 293 74 ABŞ dolları 13 sent borcun və 30 mаnаt ödənilmiş dövlət rüsumunun, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının tutulması, tələbin Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində mülkiyyətində olan 0,0502 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evinə yönəldildilərək açıq hərracda satılması və cəmi 29374 ABŞ dolları 13 sent bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərrаcdаn əldə оlunan vəsаit bоrcun tаm ödənilməsinə kifаyə t etmədikdə qаlаn bоrcun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində mülkiyyətdə olan 0,0502 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnаmənin qəbul edilməsini xаhiş etmişdir. İddiaçı QSC daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20 noyabr 2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşması üzrə 3031 ABŞ dolları 51 sent əsas, 393 ABŞ dolları 66 sent faiz, 640 ABŞ dolları 32 sent cərimə olmaqla, cəmi 4065 ABŞ dolları 49 sent bоrcun, 15 noyabr 26R000003518 saylı kredit razılaşması üzrə 17785 ABŞ dolları 70 sent əsas, 2108 ABŞ dolları 28 sent faiz, 4763 ABŞ dolları 99 sent cərimə olmaqla, cəmi 24657 ABŞ dolları 97 sent bоrcun, ümumilikdə hər iki kredit razılaşması üzrə 28723 ABŞ dolları 46 sent borcun və 30 mаnаt ödənilmiş dövlət rüsumunun, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının tutulması, tələbin Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində mülkiyyətində olan 0,0502 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evinə yönəldildilərək açıq hərracda satılması və cəmi 28723 ABŞ dolları 46 sent bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun, ipоtekа predme tinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərrаcdаn əldə оlunan vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə qаlаn bоrcun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində mülkiyyətdə olan 0,0502 ha torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh3 və onun vəkili Həsənov Əkrəm Şirvan oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin Cavabdeh3 aid ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd silinməlidir. İddiaçı tərəfindən ümumiyyətlə ipoteka predmetinə tutma yönəldilməsi düzgün deyildir. Belə ki, 14 noyabr 2011-ci il tarixli, 26M000000151 saylı ipoteka müqaviləsində təminat verilən əsas öhdəliyin məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı baxımından tutmanı n ipoteka predmetinə yönəldilməsi yolverilməzdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin Cavabdeh3 aid ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin vəkili Ramazanov Raul Fikrət oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Dig ər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.07.2018-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsini Cavabdeh3 aid hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, madd i və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2011-ci il tarixli 26L000000395 saylı kredit xətti müqаviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 aymüddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. (1.1 və 1.2-ci bəndlər). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,8333 % hesablanmaqla 36 aylıq müddətə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağ lanmış 15.11.2013-cü il tarixli 26R000003518 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 2 % hesablanmaqla 36 aylıq müddətə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15 dekabr 2014-cü il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilir (15.12.2014-cü il tarixli saziş). Cavabdeh3 və Cavabdeh2 da Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üz ərlərinə götürmüşlər (06 aprel 2011-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli 26M000000151 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti ünvan 5,0502 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evidir.(2.1-ci bənd). İpoteka predmetinin qiyməti 30284 manat məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). İddiaçı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 29.01.2016-cı il tarixli ərizə ünvanlayaraq ünvan 5,0502 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 31.05.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh3 göndərilmiş və 23.01.2016-cı il tarixdə bildiriş alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına əsasən, ipoteka predmeti olan Cavabdeh3 məxsus Göyçay şəhəri, Nəriman Nərimanov küçəsi ev 103 ünvanında olan 0,0502 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 03.02.2016-cı il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus Göyçay şəhəri, Nəriman Nərimanov küçəsi ev 103 ünvanında olan 0,0502 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 15.11.2011). Cavabdeh3 20.11.2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 3031 ABŞ dolları 51 sentəsas, 393 ABŞ dolları 66 sent faiz, 640 ABŞ dolları 32 sent cərimə olmaqla, cəmi 4065 ABŞ dolları 49 sent borcu yaranmışdır (01.02.2018-ci il tarixli maliyyə arayışı). Cavabdeh1 15.11.2013-cü il tarixli 26R000003518 saylı kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 17785 ABŞ dolları 70 sent əsas, 2108 ABŞ dolları 28 sent faiz, 4763 ABŞ dolları 99 sent cərimə olmaqla, cəmi 24657 ABŞ dolları 97 sent borcu yaranmışdır (11.02.2016-cı il tarixli maliyyə arayışı). Məhkəmə Ekspertizası Mərkəzinin 25.07.2017-ci il tarixli 7997 nömrəli rəyinə əsasən Cavabdeh1 11 fevral 2016-cı il tarixinə banka olan borcu 20.11.2013-cü il tarixli 26R000003587 saylı kredit razılaşması üzrə əsas borc 3682 ABŞ dolları 06 sent, faiz borcu 393 ABŞ dolları 78 sent, cərimə borcu 640 ABŞ dolları 32 sent və 15.11.2013-cü il tarixli 26R000003518 saylı kredit razılaşması üzrə əsas borc 17785 ABŞ 70 sent, faiz borcu 2108 ABŞ dolları 28 sent, cərimə borcu 4763 ABŞ dolları 99 sent təşkil edir. Аzərbаy cаn Respublikаsı Xаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Xidməti Tərəqqi MMC tərəfindən verilmiş 14.07.2016-cı il tarixli rəyə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşən 103 saylı fərdi yaşayış evinin 14.07.2016-cı il tarixinə bazar qiyməti 48.000 manat təşkil edir. 11.02.2016-cı il tarixli ödəniş qəbzinə əsasən, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş 29.01.2016-cı il tarixli bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş 29.01.2016-cı il tarixli təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi kassatora aid hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci mаddəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür; 472.1-ci mаddəsinə əsаsən bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər Mülki Məcəllədə və yа zаminlik müqаviləsində zаminlərin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаminlər və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr; 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаminlər kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə borcalan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından bocalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faizlə birgə iddiaçıya ödəməlidir. Eyni zamanda, Cavabdeh3 zamin kimi borcalanın iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bunu nla yanaşı kassasiya kollegiyası hesab edir ki, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməklə onun açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi ilə bağlı hissəsi üzrə də apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə görə əgər borclu təminаt vаsitəsi ipotekа olаn tələbin ödənilməsini ləngidirsə, ipotekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla tə min edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotek aya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıc ıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir; Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq düzgün olaraq hesab etmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun zamin Cavabdeh3 müştərək qaydada ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nət icə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5- ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İstinad edilən qərarda əks olunmuş hüquqi mövqedən görünür ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan əlavə kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın və zaminin razılığı alınmalıdır. Alınmadığı halda isə bu hal məsuliyyətin artması və ya onun üçün digər əlv erişsiz nəticələrə səbəb olan hal kimi qiymətləndirilməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitamın verilməsi, habelə ipotekaya yöltmənin qarşısını alan əsas kimi kimi nəzərə alınmalıdır. Kredit müqavilələrinə əlavələr, habelə kreditin faiz dərəcəsi zaminlik və ipoteka müqaviləsində qeyd edilməsə də, sonradan bağlanmış kredit müqaviləsi üzrə faiz və aylıq ödənişin həddini əks etdirən ödəniş cədvəlinə zamin və ipoteka qoyan qismində Cavabdeh3 tərəfindən imza edilməklə tanış olduğundan onun borc üzrə tutmanın ipotekaya yönəldilmənin qanunsuzluğu ilə bağlı istinad etdiyi kassasiya şikayətinin bu dəlilləri əsassız hesab edilməldir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2018-ci il tarixli, 2(107)-1671/2018 nömrəli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar