Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3506/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT-na, “xxxx” ASC-yə, “xxxx” MMC-yə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3506/21 (Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun və Cavabdeh3 QSC BOKT-un vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-8255/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT-na, “xxxx” ASC-yə, “xxxx” MMC-yə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, 03 iyul 2012-ci il tarixli icra vərəqəsinə əsasən 03 iyun 2019 və 01 iyul 2019-cu il tarixlərdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinə dair keçirilmiş hərracların qanunsuz hesab edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyə ti tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin 2019-cu ildə “xxxx” ASC-yə təklif edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin “xxxx” ASC qarşısında ipotekasına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)32/2012 saylı, 03 iyul 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən «xxxx» ASC-nin xeyrinə 10 yanvar 2008-ci il tarixli, 100/108 saylı kredit sazişi üzrə yaranmış 2.455.138,44 Avro məbləğində əsas borc, 222.169,91 Avro məbləğində faiz borcu, 50000 Avro məbləğində cərimə bo rcu, cəmi borcu isə 2.727.305,35 Avro məbləğində pul ödənildiyi gün Avronun Azərbaycan manatına məzənnə nisbətində manat hesabı ilə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinə yönəldilməsi və həmin sahənin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun “xxxx” MMC-nin «xxxx» ASC-yə olan borcuna ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra Sabunçu rayon İcra Şöbəsi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsinin hərrac vasitəsi ilə satılması üçün 2014-cü ildə xxxx MMC-yə sifariş vermişlər. Torpaq sahəsi 28 yanvar 2014-cü il tarixdə hərraca çıxarı lmış, lakin nə birinci, nə də ikinci hərrac baş tutmamışdır. Bundan sonra ipoteka predmeti olan torpaq sahəsi banka təklif edilmiş, lakin bank da öz nöbəsində həmin torpaq sahəsini əldə etməmişdir. Qanunvericiliyin tələblərinə baxmayaraq, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsi 03 iyun 2019-cu il tarixdə yenidən hərraca çıxarılmış, hərrac baş tutmadığından növbəti hərrac 01 iyul 2019-cu il tarixə təyin edilmişdir. Bu hərrac da baş tutmadığından torpaq sahəsi yenidən banka təklif edilmişdir. Beləliklə hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aşkar şəkildə göründüyü kimi 2014-cü ildən bu günə qədər olan müddət ərzində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0,15 ha torpaq sahəsi 4 dəfə hərraca çıxarılmış və 2 dəfə ipote ka saxlayan “xxxx” ASC-nə təklif edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-516/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbinin Cavabdeh3 QSC BOKT-a münasibətdə təmin edilməsi, “xxxx” ASC-nin İddiaçı və “xxxx” MMC arasında bağlanmış 12 fevral 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair ipotekaya xitam verilməsi, iddia cavabdehlər “xxxx” ASC-yə və “xxxx” MMC-yə münasibətdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “xxxx” ASC-nin Abşeron filialı ilə “xxxx” MMC arasınd a bağlanmış 10 yanvar 2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 5 il müddətinə illik 15% dərəcəsi ilə 2.470.000,00 Avro məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı və “xxxx” MMC ilə Bank arasında 12 fevral 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, 03.07.2012-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin “borcun tutulması və s.” tələblərinə dair iddiası qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən «xxxx» ASC-nin xeyrinə 10 yanvar 2008-ci tarixli, 100/108 saylı kredit sazişi üzrə yaranmış cəmi 2.727.305,35 (iki milyon yeddi yüz iyirmi yeddi min üç yüz beş, 35) Avro məbləğində borcun (ödənildiyi gün Avronun Azərbaycan manatına məzənnə nisbətində manat hesabı ilə) tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə yönəldilməsi və həmin sahə ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun «xxxx» MMC-nin «xxxx» ASC-yə olan borcuna ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-32/2012 saylı, 03.07.2012-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi Sabunçu rayon İcra Şöbəsinə icraya yönəldilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tə rəfindən 11.01.20014-cü və 28.01.2014-cü il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzrə keçirilmiş hərraclar baş tutmamış elan edilmiş, fərdi torpaq sahəsi hərrac vasitəsilə satılmadığı üçün 2(006)32/2012 saylı, 03.07.2012-ci il tarixli icra sənədinin Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Daha sonra isə ipoteka predmeti olan əmlak barəsində 11.01.2014-cü və 28.01.2014-cü il tarixli hərracların baş tutmamış elan edilməsinə və icra sənədinin qaytarılmasına baxmayaraq Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən 03 may 2019-cu və 17 may 2019-cu il tarixlərində yenidən hərraclar keçirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsi, hərraclar baş tut madığı üçün, təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 47.812,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İddiaçıya məxsus ipoteka predmeti tələbkar, yəni Cavabdeh3 QSC BOKT tərəfindən Hərracın yekunları barədə 31 iyul 2019-cu il tarixli, 50/07 nömrəli protokola əsasən əldə edilmiş, lakin həmin protokol Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4667/2019 saylı, 11.12.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş, hərracın nəticələrinin etibarsız sayılması qət edilmişdir. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən edilən qaydalarına riayət olunmuş, ipoteka saxlayan “xxxx” AS C-yə ipoteka predmetinin əldə edilməsi təklif olunmuş, lakin Bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmə imkanına malik olduğu halda, ipoteka predmetini almamaqla onun əldə edilməsi müddətini ötürmüşdür. Hərrac təşkilatı tərəfindən keçirilən hərraclar zamanı əmlakın satılmadığına görə geri qaytarılmasına baxmayaraq cavabdeh “xxxx” ASC-dən sonra “xxxx” MMC-nin problemli borcu üzrə tələb hüququna malik olan Cavabdeh3 QSC Bank olmayan Kredit Təşkilatı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair hərracın keçirilməsinə yenidən nail olur və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması ilə mübahisəli əmlakı əldə edir. Məhkəmə iddianın “xxxx” ASC-yə münasibətdə rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə Cavabdeh3 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh3 QSC-yə güzəşt edilməsinə dair” 21.04.2017ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “xxxx” MMC-nin problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında Cavabdeh3 QSCyə güzəşt edilmişdir. Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. “xxxx” ASC-nin İddiaçı və “xxxx” MMC arasında bağlanmış 12 fevral 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən yaranmış öhdəlik hüquq münasibətlərindən irəli gələn hüquqlar və tələblər yeni kreditor qismində çıxış edən Cavabdeh3 QSC BOKT-a keçdiyindən, borclu bu müqavilə əsasında malik olduğu etirazları ilkin kreditora qarşı irəli sürə bilməz. Məhkəmə həmçinin iddianın “xxxx” MMC-yə münasibətdə olan hissəsi ilə əlaqədar qeyd edir ki, həmin hüquqi şəxsin bu iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, iddia bu cavabdehə münasibətə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsi haqqında” Qərarı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 43.3-43.5, 43. 7, 43.8, 48.1.1-48.1.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 199.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 2(103)-8255/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi id dia tələbi qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh3 QSC BOKT (vəkili P) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, eləcə də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1,2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında "Cavabdeh3" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “xxxx" MMC-yə qarşı problemli borcu üzrə tələb hüququ da 30.08.2017-ci il tarixli S-49 saylı təhvil-təslim aktı əsasında QSC-yə təhvil verilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş 01.05.2017-ci il tarixli “Üzərinə həbs qoyulmuş həbs qoyulmuş əmlak satılmadıqda icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərara əsasən icra sənədi üzrə tələbin yönəldiyi fərdi torpaq sahəsi hərrac vasitəsilə satılmadığı üçün 2(006)-32/2012 saylı, 03.07.2012-ci il tarixli icra sənədinin Nəsimi rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “xxxx" MMC'-nin borcu Cavabdeh3 QSC tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra Sabunçu rayon icra və Probasiya şöbəsi tərəfindən icra sənədi ü zrə ipoteka predmetinin hərracda satılması üçün xxxx” MMC-yə sifariş verilmiş və həmin MMC tərəfindən 08 may 2019-cu və 17 may 2019-cıı il tarixlərində yenidən hərraclar keçirilmişdir. Qeyd olunan ipoteka əmlakı ilə bağlı sonuncu hərraclar baş tutmadığı üçün, həmin əmlak təkrar hərracdakı ilkin atış qiymətindən 25% az olmayan qiymətlə, yəni 47.812.50 manat olmaqla ipoteka saxlayana təklif olunmuş və Cavabdeh3 QSC tərəfindən hərracın yekunları barədə 31 iyul 2019-cu il tarixli, 50/07 nömrəli protokola əsasən sözügedən əmlak əldə edilmiş, lakin iddiaçı şikayət verdiyindən həmin protokol Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 667/2019 saylı, 11.12.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş, hərracın nəticələrinin etibarsız sayılması qət edilmişdir. (həmin qətnamədən Cavabdeh3 QSC tərəfindən apelyasiya şikayəti verilmişdir.) Cavabdeh3 QSC tərəfindən məhkəməyə qaytarılmış icra tələbinin yenidən icraya yönəldilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilmişdir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bundan sonra Cavabdeh3 QSC tərəfindən 09.07.2018-ci il tar ixli məktubla Nəsimi rayon məhkəməsinə müraciət olunaraq, qətnamə əsasında verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsi xahiş edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Göründüyü kimi sözügedən ipoteka predmetinin 30 gün ərzində əldə edilməsinin tam yekunlaşmaması İddiaçı Tofıq oğlunun və “xxxx” MMC-nin vemiş olduğu iddialar əsasında Nəsimi rayon məhkəməsinin 2(006)-32/2012 saylı, 03.07.2012~ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması ilə bağlı olmuşdur. Bu səbəbdən hesab edirlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair ipotekaya xitam verilməsi əsassızdır. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallanın araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublika sı MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, “xxxx” MMC “xxxx” ASC 10.01.2008-ci il tarixdə 100/108 saylı kredit müqaviləsinə əsasən bankdan 2 470 000 Avro məbləğində kredit xətti açılmışdır. Sabunçu rayon İcra və Probasiya şöbəsinin 03.07.2018-ci il tarixli verilmiş arayışına əsasən “xxxx” MMC tərəfindən banka 2 529 910 Avro məbləğində ödəniş həyata keçirilib və hal-hazırda “xxxx” MMC-nın banka 197 395,35 Avro borcu var. “xxxx” MMC aldığı kredit məbləği 2 470 000 Avro qarşısında banka 2 529 910 Av ro ödəniş edib. 11.03.2014-ci il tarixdə xxxx tərəfindən “xxxx” ASC-ya məlumat göndərilmişdir. Məlumatda ipoteka predmeti olan əmlak banka 37485 manat məbləğdə alınması 30 gün müddətində təklif olunmuşdur. “xxxx” ASC-dən heç bir rəsmi cavab almadan 18.06.2014-ci il tarixdə xxxx işini icra şöbəsinə geri qaytarılmışdır. 2014-ci ildə “xxxx” ASC yeni iddia qaldıraraq, kredit borcun tutulması, tutulanın “xxxx” MMC tərəfindən girov qoyulmuş camaşirxana xidməti üzrə texnoloji avadanlıqları və generatora yönəldilməsini məhkəmədən xahiş etmişdir. Avadanlığın ekpert tərəfindən qiymətləndirilməsi keçirilmişdir. Lakin iş baxılmamış qalmışdır. Sonradan 2015-ci ildə “xxxx” ASC təkrar olaraq Nəsimi rayon Məhkəməsinə müraciət edərək 03.07.2012-ci il tarixli işi yenilənmək istədi. Lakin Məhkəmələr 2015-ci ildə şikayəti qeyri-mümkün hesab etdilər. Bildirildi ki, 16 aprel 2014-ci ildə “xxxx” ASC-nin nümayəndəsi iş ilə tanış olub və bəzi sənədlərin surətini götürüb. Bu fakt bir daha təsdiqləyir ki, "xxxx” ASC xxxxnin nəticələrini bilirdi, əmlakı götürmək təklifini cavabsız qoyub. 06.07.2018-ci il və 18.04.2019-ci il tarixlərdə “xxxx” MMC Sabunçu rayon İcra probasiya şöbəsinə və Cavabdeh3 QSC Bank olmayan kredit təşkilat müraciət edərək qalıq 197 395 Avro borcun ödənilməsi məqsədi ilə bankın girovunda olan Almaniya istehsalın dəyəri 395 400 Avro “Kannegiesser” avadanlığını təklif etdi. Lakin təklif cavabsız qaldı. Səbəb isə Cavabdeh3 QSC Bank olmayan kredit təşkilatın rəhbəri Məmməd Musayev onun mülkiyyətində olan Zabrat qəsəbəsində 1500 kv.m sahəsi olan zavodun reyder yolu ilə mənimsəyib ələ k eçirmək məqsədidir. “xxxx” MMC-nin qalıq borcu müəssisənin borcudur. O, rəhbər olduğu müddətdə aldığı krediti artıqlaması ilə qaytarmışdır. Zabrat qəsəbəsindəki əmlak onun şəxsi əmlakıdır. Qanunvericilikdə 2ci dəfə hərrac keçirilməsi yolverilməzdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər “xxxx” ASC-nin, “xxxx” MMC-nin və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası nda iştirak edən Cavabdeh3 QSC BOKT-in vəkili P kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. K assasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 QSC BOKT tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instans iyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası cavabdehin dəlilləri əsasında hər hansı məhkəmə araşdırmasını həyata keçirməmiş, birinci instansiya məhkəməsinin mövqeyini və əsaslandırmasını qəbul etdiyi qətnamədə təkrarlamaqla iş üzrə düzgün qənaətə gəlindiyini göstərmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında "Cavabdeh3" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçməsinə, borcun ipoteka predmetinə yönəldilməsinə dair icra sənədinin icra şöbəsi tərəfindən məhkəməyə qaytarılması tarixinə, qeyd edilmiş Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “xxxx" MMC-yə qarşı problemli borcu üzrə tələb hüququnun QSC-yə 30.08.2017-ci il tarixli S-49 saylı təhvil-təslim aktı əsasında təhvil verilməsinə, yəni icra sənədi geri qaytarıldıqdan sonra bu iş üzrə təhvil-təslim işlərinin bankla QSC arasında həyata keçirilməsinə, bundan sonra QSC-nin icra sənədinin təkrar icraya yönəldilməsi və bununla bağlı digər hüquq prosedurların aparılması üçün müvafiq hüquqi hərəkətlər etməsinə, bu əsasla Sabunçu rayon icra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə ipoteka predmetinin hərracda satılması üçün xxxx” MMC-yə sifariş verilməsinə və həmin MMC tərəfindən 08 may 2019-cu və 17 may 2019-cu il tarixlərində yenidən hərraclar keçirilməsinə, həmin hərracların yekunu üzrə QSC-nin ipoteka predmetini əldə etməsinə əhəmiyyət verməmiş, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Bundan başqa, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 667/2019 saylı, 11.12.2019-cu il tarixli qətnaməsinin apelyasiya qaydasında mübahisələndirilməsinə də əhəmiyyət verməmiş və münasibət bildirməmişdir. Halbuki, həmin işin nəticəsi hazırki işin nəticəsi ilə qarşılıqlı əlaqədədir və demək olar ki, bit-birindən asılıdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl pr insipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğu nu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məçhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qis mən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2020-ci il tarixli, 2(103)-8255/2020 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26.11.2020-ci il tarixli, 2(103)-8255/2020 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəm əsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.