Məhkəmə qərarları › İş №2(102)-3507/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3507/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3507/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1002/2024 saylı, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 29 iyun 2021-ci il tarixli, 2021/00270-EGN nömrəli istehlak kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC Cavabdeh1 11.000 manat krediti illik 36 faizlə, 36 ay müddətinə vermişdir;

3. Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh2 arasında 29 iyun 2021-ci il tarixdə 2021/00270-EGN saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 8 nömrəli fərdi yaşayış evi (ipoteka predmeti) bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir;

4. İpoteka müqaviləsində tərəflər ipoteka predmetinin qiymətini 30.000 manat məbləğində müəyyənləşdirmişlər;

5. Ban kın təqdim etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə kredit üzrə qalıq borc 8787,10, faiz borcu 4913, 07, dəbbə borcu 4521,00 cəmi 18221, 17 AZN. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT ASC (bundan sonra – iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1309 manat dəbbə, cəmi 12.525,48 manat borc və ödənilmiş 127,58 manat dövlət rüsumunun tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 1309 manat dəbbə olmaqla, cəmi 12.525,48 manat borcun və ödənilmiş 127,58 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi; İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsasl andırmışdır ki, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlərCavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən 29 avqust 2022-ci il tarixə 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 1309 manat dəbbə olmaqla, cəmi 12525,48 manat borc yaranmışdır.

8. İddiaçı tələbin həcminin artırılmasına dair ərizə verərək, cavabdeh R. Vəliyevdən 8787,10 manat əsas, 4130,76 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 3553 manat dəbbə, cəmi 16470,86 manat borc və ödənilmiş 12 7,58 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 8 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8787,10 manat əsas, 4130,76 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3553 manat dəbbə, cəmi 16470,86 manat borcun və ödənilmiş 127,58 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Birinci instansiyası məhkəməsində Cavabdeh1 nümayəndəsi Nümayəndə 2 Elmidar oğlu iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı aşağı olduğundan krediti vaxtında ödəyə bilməmişdir. İddianı əsas borc hissəsində qəbul etsə də, faiz və cərimə borcu hissəsi ilə razı deyil. Həmçinin ipoteka predmetinin qiyməti ilə razı deyildir. Qeyd edilənlərlə əlaqədar iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsi borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq, ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndiriməsi barədə isə məhkəmə-əmtəəşunaslıq ekspertizaları təyin edilmiş, "xxxx" MMC-nin 27 fev ral 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 41000 manat təşkil etmişdir. 11. "xxxx" MMC-nin 26 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 1-ci dalan 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 40500 manat, likvid dəyəri isə 32400 manat təşkil etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 22 iyun 2023-cü il tarixli, 9/3751 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan borcu 8787.10 AZN, faiz borcu isə 4129.32 manat olmaqla, cəmi 12.916,42 manat təşkil edir. 13. "xxxx" MMC-nin 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42.000 manat, likvid dəyəri isə 34000 manat təşkil etmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-47/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim M. Mustafayev) iddia qismən təmin olunmuş, Cavabdeh1 8787,10 manat məbləğində kredit borcu, 1998,09 manat məbləğində faiz borcu, 50 manat dəbbə pulunun, cəmi 10835,19 manat pul, 109,98 manat dövlət rüsumu alınıb İddiaçı BOKT ASC-nin hesabına və 100 manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməsi; İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən 4 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması; Həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə cəmi 10835,19 manat borc, 109,98 manat dövlət rüsumu alınıb iddiaçının hesabına və 100 manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməsi; Əmlakın qiymətləndirilməsi üçün sərf edilmiş 300 manat qiy mətləndirmə haqqı cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülmasi; İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 04 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri ilə 34000 manat müəyyənləşdirilməsi; Gəncə şəhəri Nizami rayonu, Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən istifadə hüququ itirilməsi, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, əmlak boşaldılması və açıq hərrac vasitəsilə satıldıqdan sonra alıcıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

15. Gəncə Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə 9 yanvar 2024-cü il tarixli qətnaməsinin nəticə hissəsində yazılmış “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada” sözlərinin “Cavabdeh1” sözləri kimi oxunmasına dair yanlışlığın düzəldilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, b ank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur.

17. Məhkəmə tələbin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42.000 manat, likvid dəyəri isə 34.000 manat qiymətləndirilmiş və sözügedən fərdi yaşayış evinin likvid dəyəri 34.000 manat müəyyənləşdirilməlidir.

18. Bundan başqa məhkəmə iddianın əsas borc hissəsinə qiymət verərək hesab etmidir ki, iddia həmin hissədə əsaslıdır, faiz borcu ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərildiyi tarixdən iddiaçı ilə cavabdeh arasındakı kredit müqaviləsi ləğv edilmiş sayılır. Faiz borcu xəbərdarlıq tarixinə hesablanmış 1998,09 manat hissəsində təmin edilməlidir. Tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edib ki, iddiaçı Bankın xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə 3553 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da, əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2021-ci il tariхli, 20 21/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə dəbbə pulunun 3553 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab etmişdir.

20. Məhkəmə hesab etmişdir ki, tələbin xx.xx.2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə 8787,10 manat məbləğində kredit borcu, 1998,09 manat məbləğində faiz borcu, 50 manat dəbbə pulunun, 127,58 manat ödənilmiş dövlət rüsumunun 109,98 manatının tutulması, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması, əldə olunan vəsait hesabına bankın borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıy a təhvil verilməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 308.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 462-ci, 467, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 34-cü, 39-cu, 59-cu, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2-ci, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə ödənişlər nəzərə alınmalı və ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün ekspertiza təyin edilməlidir.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1002/24 saylı, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov – sədrlik edən və məruzəçi, F.Mehtiyev və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə əsas kredit borcunun 8787,10 manat, faiz borcunun 1998,09 manat, 50 manat dəbbə olmaqla, cəmi borcun 10835,19 manat müəyyən edilməsi” və “ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 4 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri ilə 34000 manat müəyyənləşdirilməsi” hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən qətnamə mübahisələndirilən hissəllərdə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma təmin edilmiş, alınmış ekspert rəyləri məhkəmə tərəfindən işdəki sübutlarla əlaqəli şəkildə araşdırılaraq düzgün hüquqi qiymət verilmişdir. İş üzrə yenidən məhkəmə-mühasibatlıq, eləcədə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçırılməsinə zərurət yoxdur.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qətnamə mübahisələndirilən hissələrdə i ş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Konstitusiyanın 60.1, Torpaq Məcəlləsinin 83.1, 84, 111.1, MPM-in 107, 115.0.1, 119.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 Eldar oğlu kassasiya şikayəti verərək Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini, cavabdehin ödədiyi pulu ümumi məbləğdən çıxıb evin ekspertiza ilə qiymətinin müəyyən edib onun əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Mülki Məcəllənin 385.1, 442-ci, “İpoteka haqqında” Qanunun 39.3.3-cü və MPM-nin 88-ci maddəsinin tələbi pozmuşdur. Belə ki, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka saxlayanın razılaşması əsasında mübahisə olduqda isə müstəqil qiymətləndirmə işi rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməli olduğu halda məhkəmə bunu etməmiş, həmçinin evin qiyməti ilə bağlı pul ödənişinə dair sübutları düzgün qiymətləndirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

31. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

33. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya a dətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüq uqunu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

39. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

40. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

41. Maddə

33. Borclu əsas öhdəli yi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

42. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

43. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasınd a, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

44. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

45. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

46. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

47. Maddə 59.4. Bu Qanunu n 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti iddianın təmin olunduğu həcmdə əsaslıdır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh Nümayəndə2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kass asiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1002/2024 saylı, 3 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar