Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-351/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun, maddi və mənəvi ziyanın ödənilməsi Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-442/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan xx.xx.2012-ci il tarixli qəbzə əsasən Cavabdeh İddiaçı 15.264 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını aldığını və həmin əşyaların dəyərini 1 ay müddətində İddiaçı qaytaracağını bildirmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında olan alış-veriş əsasında cavabdehin ona borclu qaldığı pulun – 15.264 ABŞ dollarının, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin – 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2005-ci il tarixdən hazırki vaxtadək “Moskva Univermağı” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh uzun illərdi ki, tanışdılar və aralarında etibarlı münasibətlər olmuşdur. 2011-ci ilin noyabr ayında cavabdeh iddiaçının yanına gələrkən ondan qızıl-zinət əşyalarını nisyə alaraq, əşyaların dəyərini bir ay ərzində ödəmək istədiyini bildirmişdir. İddiaçı cavabdehə etibar etdiyi üçün cavabdehin təklifini qəbul etmiş və ümumi dəyəri 16.000 ABŞ dolları olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Lakin bir ay keçdikdən sonra cavabdeh iddiaçının iş yerinə gələrək əlavə bir ay vaxt istəmişdir. İddiaçı bununla razılaşmışdır. 2012-ci ilin yanvar ayında cavabdeh yenidən iddiaçının yanına gəlmiş və bildirmişdir ki, qızıl-zinət əşyaları satılıb, lakin o, pulları öz şəxsi ehtiyaclarına xərcləyib və həmin pulu hissə-hissə verə biləcək. xx.xx.2012-ci il tarixdə cavabdeh iddiaçıya 736 ABŞ dolları ödəmiş və qəbz yazaraq qalan pulu hissə-hissə qaytaracağını yazılı surətdə bildirmişdir. Lakin bir neçə il keçməsinə baxmayaraq cavabdeh qalan pulu iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, (16.000–736=) 15.264 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)363/2016 saylı qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehdən 15.264 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-442/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması və ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfin dən müəyyən edilmişdir ki, iş üzrə iddiaçı cavabdehə 16.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını vermiş, cavabdeh isə həmin məbləği iddiaçıya qaytarmağı öz öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmiş və həmin puldan yalnız 736 ABŞ dolları hissəsini qaytarmışdır, hazırda iddiaçıya 15.264 ABŞ dolları borcu vardır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi q iymət verməmiş, təqdim edilmiş ekspert rəyi həqiqəti əks etdirməmiş, qəbzin tərtib olunma tarixi saxtalaşdırılmış, iş üzrə düzgün olmayan qərar verilməsinə səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin -740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğind ən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Cavabdeh aid hissədə yoxlanıldığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi də Cavabdeh kasasiya şikayəti əsasında ona aid hissədə y oxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmədiyindən iddia müddətinin tətbiqinə dair ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək iddiaçının iddia tələbinin 3 il keçdikdən sonra verildiyini bildirirək iddianın rədd edilməsini xahiş etmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi həmin ərizəni əsaslı saymayaraq qeyd etmişdir ki, həmin ərizə birinci instansiya məhkəməsində işə baxılan zaman verilməmiş, apelyasiya baxışı zamanı verilmişdir ki, bu da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə yolverilməzdir. Cavabdeh məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq, bildirişlərin qəbulundan imtina et mişdir. Lakin iş materiallarından görünür ki, cavabdehə ünvanlanmış məktublar müxtəlif səbəblər göstərilməklə ünvan sahibinə təqdim olunmamışdır. Belə səbəblər kimi məktubun qəbulundan imtina edilməsi (i/v 21), cavabdehin həmin ünvanda yaşamaması (i/v 42), qapının bağlı olması (i/v 34) göstərilmişdir. Yəni iş materialları ilə həmin bildiriş məktublarının qəbulundan “şəxsən” cavabdehin imtina etməsi təsdiq olunmur. Bundan əlavə birinci instansiya məhkəməsinin qanuni qüvvəsini almış prosessual müddətin bərpasına dair xx xxxx 2019-cu il tarixli qərardadında aşağıdakılar qeyd olunmuşdur: “... Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının bildirişləri, o cümlədən yekun qərar cavabdehin ünvanına poçt vasitəsi ilə göndərilsə də, ona çatdırılması barədə məlumat yoxdur...”. Bunda n əlavə, iddiaçının öz tələbini əsaslandırdığı işin 23-cü vərəqindəki “qəbzin” məzmunundan görünür ki, həmin qəbz 2011-ci ildə tərtib olunmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi həmin qəbzin məzmununa hüquqi qiymət vermədən həmin qəbzin tarixinin dəyişdirilməsinə diqqət yetirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə əsasən mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, b u barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yen idən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 442/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-351/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-351/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver