Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3510/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3510/22 Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3825/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadından qət namə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh1 və X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixə 119185-1-10113/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə Banka borclu olduğu 151.961,80 manat məbləğində əsas borcun, 9553,43 manat məbləğində faizin və 585 manat məbləğində cərimənin, cəmi 162.100,23 manat pul məbləğinin, 1191851-10113/2 saylı, xx.xx.2013-cü il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə Banka borclu olduğu 58.000 ABŞ dolları məbləğində əs as borcun, 7491,67 ABŞ dolları məbləğində faizin və 1580,50 ABŞ dolları məbləğində cərimənin, cəmi 67.072,17 ABŞ dolları pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq Banka ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi 9a nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin məcburi qaydada boşaldılaraq, ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Banka ödənilməsi, Cavabdeh1 27 oktyabr 2015-ci il tarixə ******** **06 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Banka borclu olduğu 9998,68 manat məbləğində əsas borcun, 319,40 manat məbləğində faizin və 23,04 manat məbləğində cərimənin, cəmi 10341,12 manat məbləğində borcun Cavabdeh1 alınaraq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4296/2015 nömrəli iş üzrə 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilmişdir.
3. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin tutmanın evə yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiyası məhkəməsi) 2(102)-2897/2017 nömrəli iş üzrə 10 may 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2897/2017 nömrəli iş üzrə 10 may 2017-ci il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), Ə.Əliyev və G.Quliyev) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra qətnamə ilə maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs (bundan sonra - maraqlarına toxunan şəxs) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin tutmanın evə yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3825/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağ lı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Beləliklə, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına, MPM-in 366.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona q arşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində ona aid hissəyə qiymət verilməmişdir, onun razılığının olub-olmaması və onun mülkiyyətçi kimi evin girovda olmasına və ya qalmasına münasibəti öyrənilməmişdir. Əslində məhkəmə o vaxt işə baxarkən onu (Cavabdeh1 həyat yoldaşı) işə cəlb etməli və ona münasibətdə də qətnamə çıxarmalı idi. Çünki mülkiyyət hüququ pozulmuşdur. O, evin girova qoyulmasına razılıq verməmişdir. Həmçinin, məhkəmə onun imza atmadığı qaimələrə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, ərizədə o, xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir.
13. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329, 337, 340-cı, MPM-in 1.5, 9.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məs ələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadı Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Apellyasiya instansiyası məhkəməsinin aktı qətnamə maraqlarına toxunan şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegi yası həmin əsaslandırılma ilə razılaşır.
21. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3825/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.