Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3514/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması Açar sözlər: məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 02 iyun 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 06.12.2006-cı il təvəllüdlü Fidan və 20.05.2008-ci il təvəllüdlü Cavid adlı övladları anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, uşaqların analarının himayəsində saxlanılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2011-ci il tarixli əmri ilə uşaqlarının saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin tutulub, İddiaçı verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı qızının uşaqların yetkinlik yaşına çatanadə k saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2011-ci il tarixli əmri ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, 06 dekabr 2006-cı il təvəllüdlü X5 və 20 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsində icraat 02 iyu l 2020-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2013cü il tarixli qətnaməsi ilə 06 dekabr 2006-cı il tarixdə doğulmuş qızı X2 və 20 may 2008-ci il tarixdə doğulmuş oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində uşağın hər birinə 50 manat olmaqla, hər ay cəmi 100 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşağa 150 manat olmaqla, ayda 300 manat alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2993/2020 saylı iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.C.Rzayeva) iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 18 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, 06.12.2006-cı il təvəllüdlü X2 və 20 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 80 manat, ümumilikdə 160 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəm iyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8375/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, E.Ə.Mehdiyev, Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə alimentin məbləğinin hər uşağa görə 80 manat, cəmi məbləğin 160 manat müəyyən edilməsi hissələrində dəyişdirilmiş, hər uşağa görə alimentin məbləğinin 70 manat, cəmi 140 (yüz qırx) manat müəyyən edilməsi qət edilmiş, qənamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını n və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi alimentin sabit pul məbləği hissəsinin artırılması ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləği hissəsində uşaqların əvvəlki təmi nat səviyyəsini nəzərə alsa da, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları tam olaraq nəzərə almamışdır. Belə ki, işdə olan cavabdehə aid haqq-hesab sənədlərindən görünür ki, o, aylıq 959 manat əmək haqqı alır, başqa nikahdan 15.05.2015-ci il təvəllüdlü bir uşağı vardır. Əmək haqqı 959 manat nəzərə alındığı halda, cavabdeh hər uşağa görə 239 manat (959: 1/3: 2 + 80=239 manat) aliment ödəməlidir. Buna görə də, qətnamə alimentin məbləği ilə bağlı hər uşağa görə 80 manat sabit pul məbləğində və cəmi məbləğin 160 manat müəyyən edilməsi hissələrində dəyişdirilməli, hər uşağa görə alimentin məbləği 70 manat, cəmi məbləğ 140 manat müəyyən edilməlidir. Apellyasiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, alimentin məbləğində qeyd olunan qaydada dəyişikliyin edilməsini qanuni və əsaslı hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan mad di təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə al araq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3514/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3514/2021
02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver