Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3517/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Masallı rayonu Masallı Bələdiyyəsi və Fövqəladə Hallar Nazirliyinin Cənub regional şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Masallı rayonu Masallı Bələdiyyəsi və Fövqəladə Hallar Nazirliyinin Cənub regional ş öbəsi) qarşı gediş-gəliş və avtomobil yolunun açılması, daş hasar sökülməklə gediş-gəliş üçün maneələrin aradan qaldırılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-405/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-338A (kod: ********) nömrəli Şəhadətnaməyə əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarı ilə Cavabdeh, X1, X7 və X3 0,08 hektar həyatyanı torpaq sahəsi verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA ******* nömrəli 18 may 2012-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında olan 0,06 hektar torpaq sahəsi X5, İddiaçı və X6 ümumi mülkiyyətində, həmin torpaq sahəsində olan yerləşən 2 mərtəbəli, 2 otaqlı, 47,3 kv metr yaşayış, 154,6 kv metr yardımçı, 201,9 kv metr ümumi sahədən ibarət yaşayış evi X4 ayrıca mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun üzərində cavabdeh tərəfindən daş hasar çəkilməklə yaradılmış maneələrin aradan qaldırılması, bunun üçün həmin hasarın cavabdehin hesabına sökülməklə yolun genişləndirilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh qonşunun həyətyanı torpaq sahəsinin yanından ona məxsus evə və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu olmuşdur. Cavabdeh təxminən bir ilə yaxın müddət olar ki, həmin yolun bir hissəsini daş hasar çəkməklə zəbt edərək gediş-gəlişi mümkünsüz etmişdir. Yolun daraldılması nəticəsində həyətlərinə yük maşınları daxil ola bilmir. Həyətdə hər hansı bədbəxt hadisə baş vermiş olsa, həyətə yanğınsöndürən maşın, təcili tibbi yardım maşını, su maşınının daxil olması qeyri-mümkün olacaqdır. Yol bələdiyyə mülkiyyə tinə aid edilmiş və elektron bazada bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Cavabdehə dəfələrlə həmin yolu açmasını, yaşadığı evə gedən yolu bərpa etməsini demiş olsa da, cavabdeh buna məhəl qoymamışdır. Həmçinin qanunsuz inşa edilmiş hasar tam sökülmədən, 1 metrədək məsafədə geriyə çəkilməsi barədə cavabdehə təklif də etmiş, lakin cavabdeh buna da razı olmamışdır. Halbuki cavabdehin inşa etdiyi həmin daş hasar və bir tərəfi həmin daş hasarın üzərində yerləşən köməkçi tikili ona məxsus torpaq sahəsində olmamış, bələdiyyəyə məxsus və hər kəsin ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahəsində olmuşdur. Keçirilmiş ekspert tədqiqatlarının yekun nəticələri ilə də, cavabdehin onun torpaq sahəsinə gedən yolu daraltması öz təsdiqini tapmışdır.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək gös tərmişdir ki, mübahisəli hasar və bir tərəfi həmin hasarın üzərində olan tövləni bir neçə il öncə inşa etmiş və istifadə etməkdədir. Həmin hasarın çəkildiyi torpaq sahəsi ata-babadan onlara məxsus olmuşdur. İddia tələbi tam əsassızdır. Belə ki, həmin yolda həm minik, həm də yük avtomobillərinin normal hərəkət etməsi üçün yetərli məsafə vardır.
6. Masallı rayon İHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 11 fevral 2019-cu il tarixli akta əsasən nümayəndənin müavini, məsləhətçisi və mütəxəssisi tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, X4 yaşadığı ünvanda giriş dəmir qapısının eni 3,40 metr təşkil etmişdir. Həmin küçədə yaşayan qonşusu Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində vaxtı ilə inşa edilmiş həndəsi ölçüləri 6 metr x 2,5 metr olan köməkçi bina ilə əks tərəfdə digər qonşusu arasında hasarla olan məsafədə 3,40 metr təşkil etmişdir. Komissiya üzvləri hesab etmişlər ki, vətəndaş X4 yaşadığı ünvana giriş-çıxış üçün heç bir maneçilik olmamışdır.
7. Masallı Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.
8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 8 avqust 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mübahisəli gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olan ümumi i stifadəli torpaq sahəsi olmuşdur. Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində iddiaçının evinə gediş-gəliş yolunun başlanğıc, daraldılmış hissəsi mişar daşı ilə hasara alınmış, cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində iddiaçının evinə gediş-gəliş yolunun başlanğıc, daraldılmış hissəsində mişar daşı ilə hörülmüş hasar və bir tərəfi bu hasarın üzərində yerləşən köməkçi tikili olmuşdur. İddiaçının dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə Mas allı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə başqa tərəfdən gediş-gəliş yolu nəzərdə tutulmamışdır, mövcud deyildir.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mübahisəli gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi olmuşdur. Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində iddiaçının evinə gediş-gəliş yolunun başlanğıc, daraldılmış hissəsi mişar daşı ilə hasara alınmış, cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə Masallı şəhəri, M.Talışxanov küçəsində iddiaçının evinə gediş-gəliş yolunun başlanğıc, daraldılmış hissəsində mişar daşı ilə hörülmüş hasar və bir tərəfi bu hasarın üzərində yerləşən köməkçi tikili olmuşdur. İddiaçının dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialına görə başqa tərəfdən gediş-gəliş yolu nəzərdə tutulmamışdır, mövcud deyildir.
10. İddiaçının vəsatəti əsasında Masallı Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki e kspertizası təyin olunmuşdur.
11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 3 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar və bir tərəfi həmin hasarın üzərində yerləşən köməkçi tikili bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində inşa edilmişdir.
12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyul 2020ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən mübahisə predmeti olan Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun eni 3,44 metr – 3,9 2 metr olduğuna görə, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 9 saylı cədvəlinin tələblərinə əsasən avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normalara uyğun olmuş, həyətyanı sahələrə yük maşınlarının keçidi üçün nəzərdə tutulan normalara isə uyğun olmamışdır. Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar və bir tərəfi həmin hasarın üzərində yerləşən köməkçi tikili bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində inşa edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş sxemin göstəricilərinə əsasən Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən mübahisə predmeti kimi tələb olunan yolun gedişgəliş hissəsinin eni Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialında başlanğıc hissədə 4,23 metr, sonda isə 4,52 metr olmuşdur. Mübahisə predmeti kimi tələb olunan yolun faktiki gediş-gəliş hissəsinin eni başlanğıcda 3,44 metr, sonda 3,92 metr olmuşdur. Odur ki, mübahisə predmeti kimi tələb olunan yolun gediş-gəliş hissəsinin eninin başlanğıcda 0,79 metr, sonda isə 0,6 metr daraldığı müəyyən olunmuşdur. Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsində iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun mütəxəssis rəyinə əlavə olunmuş ikinci sxemə əsasən eni başlanğıc və son hissədən 4,23 metr – 3,74 metr, orta hissələrdən 4,52 metr – 4,49 metr, uzunluğu isə bir tərəfdən 48,1 metr, digər tərəfdən isə 47,5 metrdən ibarət olmuşdur.
13. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-46/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddianın qismən təmin edilməsi, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş və avtomobilin hərəkəti üçün nəzərdə tutulmuş yolun üzərində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ümumilikdə 100 manatın Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə tutulması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. Gediş-gəliş yolunun müəyyən hissəsi və ondan kənarda yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili inşa edilmiş və bunun nəticəsində iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneə yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən yolun əvvəlki vəziyyətə gətirilməsini tələb etmişdir.
15. Məhkəmə iddiaçının cavabdeh tərəfindən onun fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş və avtomobil yolunun üzərində cavabdeh tərəfindən yaradılmış maneənin arada n qaldırılması, həmçinin cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, tələb həmin hissələrdə qeyrimüəyyən olmuşdur. Belə ki, iddiaçı daş hasarın hazırda mövcudluğuna istinad edərək onun sərbəst hərəkətinə maneələrin olduğunu qeyd etmişdir. Digər hər hansı formada onun hərəkətinə cavabdeh tərəfindən maneələrin yaradılması və onun tərəfindən digər qanunsuz hərəkətlərin edilməsi məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən iddia həmin tələblərə münasibətdə təmin olunmamalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1-170.4, 238.1 və 239.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia əsassız rədd olunmasını xahiş etmiş, ekspert rəyini şübhəli sayaraq təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-662/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və İsmayıl Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikаyətinə münasibətdə dəyişdirilmədən saхlanılması qət olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan gediş-gəliş yolu ümumi istifadədə olan torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Gediş-gəliş yolunun müəyyən hissəsi və ondan kənarda yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili inşa edilmiş və bunun nəticəsində iddiaçının öz əmlakından istifadə etmək imkanları məhdudlaşmışdır. İddiaçı onun həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən əvvəlki vəziyyətə gətirilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 152.1, 170.1-170.4, 238.1 və 239.1-ci, Torpaq Məcəlləsinin 47 və 111-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5085/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 29 iyul 2020-ci il tarixli ekspertin rəyində tikili dedikdə mişar daşından inşa edilmiş hasar və bir tərəfi həmin hasarın üzərində yerləşən köməkçi tikilidən bəhs olunmuşdur. Bu halda həmin tikili tam deyil, məhz yolun daralmış hissəsində sökülə bilər. Bu baxımdan, baxılan iş üzrə qətnamənin nəticə hissəsində tikilinin məhz hansı hissədə, hansı ölçülərdə sökülməsi dəqiq (ekspert rəyinə uyğun) müəyyən edilməli idi.
24. Məhkəmə kollegiyası həəmçinin qeyd etmişdir ki, cavabdehin dəlillərindən biri ondan ibarət olmuşdur ki, mövcud hasar 15 il əvvəl inşa edi lmişdir və yolun daralmasına səbəb olmamışdır. İşə baxan məhkəmələr dəlilə qiymət verməmişdir.
25. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14, 77, 80 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-405/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Müşfiq Həsənov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Orxan İsmayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş və avtomobilin hərəkəti üçün nəzərdə tutulmuş yolun üzərində cavabde h tərəfindən inşa edilmiş daş hasarın həmin yolun başlanğıcından 10,68 metr uzununa hissədə cavabdehin hesabına sökülməsi qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hasarın nə zaman inşa edildiyini cavabdeh həmin hasarın birinci instansiya məhkəməsində iş üzrə məhkəmə iclasında verdiyi izahatda bir neçə il öncə, apellyasiya şikayətində 18 il əvvəl, kassasiya şikayətində isə 10 il əvvəl inşa edildiyini qeyd etmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən isə cavabdeh həmin hasarın 15-20 il əvvəl, iddiaçı isə 2018-ci ildə inşa edildiyini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh mübahisəli hasarın inşa edildiyi zamanla bağlı müxtəlif fikirlər irəli sürmüş, son olaraq həmin hasarın 15-20 il əvvəl inşa edildiyini qeyd etmiş, lakin bununl a bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
28. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli hasar cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən bələdiyyə mülkiyyətinə aid ümumi istifadədəki torpaq sahəsində yerləşən yolda inşa edilərək yolun daralmasına səbəb olmuşdur. Bu səbəbdən həmin hasar iddiaçı tərəfindən mübahisələndirilən hissədə, yəni iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun başlanğıcından 10,68 metr uzununa hissədə cavabdehin hesabına sökülməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 170.1 və 170.2ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 111-ci m addələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlil və sübutlara hüquqi qiymət verməmiş, həmin sübutları sadalamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsində əsas götürülən faktlara istinad etməklə yekun nəticəyə gəlmişdir. Mülkiyyətçi kimi Masallı Bələdiyyəsi iddiaçı qismində çıxış e də bilərdi, bələdiyyə bu hüququndan istifadə etmədiyi halda iddiaçı bu hüquqa sahiblənmiş, iddiaçının subyektiv hüququ olmamışdır.
32. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən “tikililərin mübahisəyə qədər son 1 ilə yaxın bir müddətdə inşa edilməsi” qənaətinə gələrkən yalnız ididaçının izahatına əsaslanmışdır. Birinci instansiya məhkəməsinin qərardadına əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi və ekspertiza aparılmasına dair edilən hərəkətlər zamanı, mütəxəssislər tərəfindən yerində baxış və ölçmələr zamanı iştirakı təmin edilməmiş, ümumiyyətlə bu barədə ona xəbərdarlıq olunmamışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə razılaşmadığından əlavə ekspertizanın keçirilməsi barədə birinci instansiya məhkəməsinə vəsatətlə mü raciət etsə də, məhkəmə tərəfindən vəsatəti diqqətə alınmamışdır.
33. Həmçinin cavabdeh qeyd etmişdir ki, 15 oktyabr 1963-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən atası X2 adına verilmiş “Şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da Masallı şəhəri, Kirov küçəsi, 12 nömrəli evin ümumi həyətyanı torpaq sahəsi 0,12 ha ölçüdə göstərilmişdir. Lakin məhkəmələr bu xüsusatı nəzərə almamışlar.
34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.2, 88, 99.1, 101.2 və 102.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13.1. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-is tifadə olmasın.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
41. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
42. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməl idirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
43. Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
44. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
45. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin – küçələrinin, meydanlarının, yerl i əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
46. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökü lməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam müb ahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
59. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Hazırkı iddia ilə məhkəməyə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmaması, belə bir hüququn torpaq sahəsinin mülkiyyətçisi olan Masallı bələdiyyəsinə aid olmasına dair dəlilllə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedən yolu özbaşına daraltmışdır, bunun nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən öz istədiyi kimi istifadə edə bilmir. Belə olan halda iddiaçı cavabdehin həmin hərəkətlərinə son qoyulmasını, məhdudiyyətlərin aradan qaldırılmasını məhkəmə vasitəsilə tələb etməkdə haqlı olmuşdur.
61. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-405/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.