Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3518/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 30 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahvedizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər C avabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7377/2020 nömrəli, 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. BOKT "xxxx" MMC ilə bağlanmış 25 iyun 2015-ci il tarixli, 06/357 saylı kredit kredit müqaviləsinə əsasən biznesin inkişafı üçün Cavabdeh1 24 ay müddətinə, illik 26 faizlə 35000 ABŞ dolları kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi 25 iyun 2015-ci il tarixdə Cavabdeh5 ilə zaminlik müqaviləsi, Cavabdeh2 ilə ipoteka müqaviləsi bağ lanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1-ni bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. Müqavilədə ipoteka predmetinin qiyməti 53000 ABŞ dolları ekvivalentində 50563 manat müəyyənləşdirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 30342,22 ABŞ dolları əsas, 13669 ABŞ dolları faiz, 84456 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 128467,22 ABŞ dollarının manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki ünvan 1-yə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 pasport qeydiyyatlarına xitam verilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə ödənilməli olan kredit və faiz borcunu ödəməmişdir.
6. Borc məbləği 20 iyul 2017-ci il tarixə hesablanmışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 442, 445.1, 445.2.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1, və 59.3-cü maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 (borclu) vəsatət verərək 13669 ABŞ dolları faiz və 84456 ABŞ dolları cərimə məbləğinin yüksək hesablanmasını göstəri b, mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin 10 aprel 2018-ci il tarixli qəraradı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdehin müqaqvilənin qüvvədə olduğu müddət üçün borcunun məbləği barədə sual qoyulmuşdur.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 13.02.2019-cu il tarixli, 12409 saylı ekspert rəyinə əsasən Cavabdeh1 sualda qeyd edilən 26.06.2011-ci il tarixinə banka 30505,03 ABŞ dolları əsas, 13064,63 ABŞ dolları faiz borcu vardır.
11. İddiaçının nümayəndəsinin vəsatəti əsasında ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə birinci instansaiya məhkəməsi 25 fevral 2020-ci il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 10. "xxxx" MMC-nin 14 mart 2019-cu il tarixli rəyinə əsasən mənzilin likvid dəyəri 47000 manatdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-39/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada 25 iyun 2015-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən əsas kredit borcu üzrə 30505,03 ABŞ dolları, faiz borcu üzrə 13064,63 ABŞ dolları, cərimə borcu üzrə 430,34 ABŞ dolları olmaqla, cəmi 44000 (qırx dörd min) ABŞ dolları borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 10 (on) manat 28 (iyirmi səkkiz) qəpik hissəsinin tutularaq iddiaçı BOKT “İdeal Kredit MMC-yə ödənilməsi, tələbin Cava bdeh2 mülkiyyətində olan ipoteka predmeti – ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 47000 (qırx yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinın iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satıldığı gündən 1 (bir) ay müddətində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9,72 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Nigar Nəbizadə)
12. Birinci instansiya məhkəməsi iddia tələbinin 84456 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edib ki, bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır.
13. Əsas və faiz borcunu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilə n hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq birinci instansiya məhkəməsi hesab edib ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 430,34 ABŞ dolları cərimə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsinin iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən sonra cavabdehlərin həmin mənzilə pasport qeydiyyatlarına xitam verilməsi hissəsinə münasibətdə mövqeyi belə olub ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. Məhkəmə vətəndaşları yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan ç ıxarmaq üzrə səlahiyyətli orqan hesab edilmir.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 295, 317.1, 467, 470, 472.1, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.1, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - işə cavabdehin iştirakı olmadan baxılıb; - hesablanmış faiz yüksəkdir; - ipoteka predmetinin 47000 manat qiymətləndirilməsi düz olmayıb. İpoteka predmetinin təxmini qiyməti 90 min-100 manat civarındadır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7377/2020 nömrəli, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi R ayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)
19. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Qətnamə digər cavabdehlər tərəfindən, həmçinin iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan qətnamənin əsaslılığı yalnız Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə və apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə qanuni və əsaslı sayıb, apellyasiya şikayətind ə irəli sürülən faiz borcunun şişirdilməsi barədə dəlilə qiymət verərək vurğulayıb ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası cavabdeh E.Cəfərovun özünün vəsatəti əsasında təyin edilmiş və faiz borcunun 13064,63 ABŞ dolları olduğu müəyyən edilmişdir. Ekspert müəyyən etmişdir ki, cavabdeh tərəfindən 03.11.2015-ci il tarixədək cəmi 7596 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, bunun da 3101,03 ABŞ dolları faiz borcuna, 4494,97 ABŞ dolları isə əsas borcun ödənilməsinə silinmişdir. Ekspert kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilmiş və vaxtı keçmiş borclara görə də əlavə faizlər ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq ödənilməli olan cəmi faiz məbləğinin 13064,63 ABŞ dolları olduğu qənaətinə gəlmişdir.
21. İpoteka predmeti olan daşı nmaz əmlakın bazar dəyərinin düzgün müəyyən edilməməsi barədə dəlillə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, ekspert (qiymətləndirici) tərəfindən daşınmaz əmlakın bazar dəyəri yox, onun likvid qiyməti müəyyən olunmuşdur və məhkəmə də məhz ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən məhz bu qiyməti əsas götürmüşdür. Cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən əsas götürülmüş mütəxəssis rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin rəyin əsassızlığını şübhə altına alan, orada göstərilənləri təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir.
22. Apellyasiya şikayətinin digər, işə cavabdehin iştirakı olmadan baxılması barədə dəlilə gəldikdə, apellyasiya məhkəməsi bu dəlili də əsasız sayıb və bunu belə əsaslandırıb ki, Cavabdeh1 iş materiallar ında olan yeganə ünvanı ünvan 2 də məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişləri həmin ünvana göndərmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığına görə məktublar geri qaytarılmışdır. Cavabdeh1 yeni ünvanı barədə məhkəməyə hər hansı məlumat verməmiş və hətta apelyasiya şikayətində belə, faktiki yaşadığı ünvan kimi ünvan 3assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, təkrar qiymətləndoirmə və mühasibatlıq ekspertizası keçirilməsi və yekun qərar qəbul edilməsi üşün işin aprellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh ipoteka predmetinin qiyməti və faiz borcunun məbləği ilə razı deyil. Apellyasiya məhkəməsi tərəfindən təkrar mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər, o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfin dən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun məbləği və ipoteka predmetinin qiyməti hissəsindən Cavabdeh1 apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi öhdəlik mün asibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
32. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin qiymətini və faiz borcunu mübahisələndirərək, aşağı olduğu üçün ipoteka predmetinin qiyməti ilə razı olmadığını, faiz məbləğinin isə yüksək olmasını bildirmişdir.
33. İşdən görünür ki, apellyasiya məhkəməsi həmin dəlillərlə razılaşmamışdır.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 20-21-ci bəndlərində əks olunan mövqeyi ilə razılaşır və bununla bağlı əlavə şərhə zərurət görmür.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən təkrar mühasibatlıq və qiymətləndirmə ekspertizalarının keçirilməməsi barədə kassasiya şikayətini dəlillərini qəbul etmir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7377/2020 nömrəli, 07 okt yabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.