Məhkəmə qərarları › İş №2(102)-3519/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3519/2024

21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3519/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə, iddia müddətinin tətbiqindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(106)-917/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İltizamnaməyə əsasən Cavabdeh öz xətti ilə sayımda iştirak etdiyini, mağazada sayılmayan mal qalmadığını, sonda qarşılaşdırma yolu ilə tam yoxlanıldığını, əksik verən mallarla tanış olduğunu, sayımla bağlı heç bir etirazı olmadığını qeyd etmiş və imza etmişdir. 2. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən Cavabdeh yekun ziyan məbləği 20866,46 manat məbləğində zərər vurması məlum olmuşdur. 3. 22 fevral 2023-cü il tarixli arayışa əsasən Cavabdeh 22 fevral 2023-cü il tarixinə İddiaçı MMC-yə ümumi borcu 20343,52 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmiyyətin əmlakına (maddi qiymətlərlə) vurulmuş ziyana görə ödənilməmiş 20343,52 manatın, mediasiya xərci üçün ödənilmiş 50 manatın və dövlət rüsumu kimi ödənilmiş 102 manatın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında X2 haqqında müqavilə imzalanmışdır.Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 4 mart 2022-ci il tarixində İddiaçı MMC-nin İddiaçı Biləcəri 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmiş, 4 mart 2022-ci il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 20866,46 manat məbl əğində müəyyən edilmişdir. Maliyyə arayışına əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan şirkət tərəfindən müvafiq güzəştlər edilmişdir. Beləliklə, cavabdehin hal-hazırda İddiaçı MMC-nə ümumilikdə 20343,52 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

6. Sabirabad Rayon Məhkəməsinin (hakim Səlim Allahverdiyev) 20 iyun 2023cü il tarixli 2(056)-802/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh dəymiş zərərin əvəzi 20343,52 manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat, ümumilikdə 20495,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəmə si mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və X2 haqqında Müqavilə əsasında ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürərək ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, zamanında müəssisəyə heç bir səbəbdən zərər vurmaması və ziyankarlığa qarşı mübarizə aparılması vəzifələrinin icra etməsi üzrə öhdəlik götürmüşdür. Lakin onun xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – OBA Biləcəri 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyy ətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən Cavabdeh ümumilikdə 20866,46 AZN məbləğində zərər vurması müəyyən edilmiş və həmin zərərdən hazırda ümumi qalıq borcu 20343,52 manat müəyyən edilmişdir. Cavabdeh özü də bu barədə iltizam verərək sayımla bağlı etirazı olmadığını, əksik verən mallarla tanış olduğunu bildirmişdir

8. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz cavabdehin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və X2 haqqında Müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı sənədləri, zərər məbləği ilə bağlı cavabdehin araşdırma zamanı vermiş olduğu iltizamdakı mövqeyini nəzərə alaraq bel ə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və dəymiş zərərin ödənilməmiş qalıq hissəsi 20343,52 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə, 194-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 199-cu maddəsinə, 202-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişd ir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi barədə o, 2024-cü ilin fevral ayında icra şöbəsində olarkən məlumat almış və xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək qətnaməni götürmüşdür. Həmin vaxta kimi o, məhkəmə iclasları və barəsində belə bir qətnamənin qəbul edilməsindən xəbərsiz olmuşdur. Mağaza müdiri vəzifəsinə xx.xx.2021-ci il tarixdən başlamış, qısa müddət sоnra xx.xx.2022-ci il tarixdə öz istəyi ilə mağaza müdirliyindən azad еdilmişdir. Bildirir ki, kеçən qısa müddət ərzində bu qədər malın əskik gəlməsi bir halda оla bilər ki, o açıq-aşkar malı daşıyıb aparsın, yəni оğurluq еtsin. Bu hal isə оlmamışdır. İşin halı оndan ibarətdir ki, mağazada satıcı işləy ən şəxs tərəfindən oğurluq edildiyini aşkar еdib bu barədə Baş ofisə bildirsə də, оğrunun barəsində tədbir görmək əvəzinə onun izahatı alınaraq öz işinə davam etməsi barədə göstəriş verilmişdir. O, müdir təyin edildikdən sonra dəfələrlə baş ofisə müraciət edib, mağazada sayım keçirilməsini xahiş etsə də, xahişi nəzərə alınmamışdır. xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə mağazada inventarizasiya olanda, inventarizasiya edən İddiaçı MMC-nin əməkdaşları ona dedilər ki, “təqdim edilən sənədə qol çək mağazanı təhvil ver. Əgər qol çəkməsən mağaza sənin adında qalacaq.” O da məcbur olub qol çəkmişdir. İnventarizasiya nəticələrini soruşanda ona dedilər ki, nəticələr barədə məlumatı Baş ofisdən alacaqdır. Səhəri gün Baş ofisə gedib, oradan məlumat almışdır ki, 20343,52 manat mal əskikdir və bu məbləğdə mağazaya ziyan vurulub. Bütün bu baş vеrənlər onda bеlə bir fikir fоrmalaşdırmışdır ki, kimlərinsə səhlənkarlığı, təqsiri ucbatından mağazada mal əskikliyi оlmuş, müdiriyyətin məqsədi, onun gəncliyindən, həyat təcrübəsinin azlığından və öz müdiriyyətinə hədsiz güvənindən, еtibarından istifadə еtməklə mal əskikliyi nəticəsində vurulmuş zərərin onun tərəfindən vurulması görüntüsünü yaradaraq, əsl zərərvuranların kimliyini Şirkətin təsisçisindən gizlətmək оlmuşdur.

12. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh Sabirabad rayonunda qeydiyyatda olsa da, orada yaşamır. Birinci instansiya məhkəməsinin mövcud qətnaməsindən yalnız icra mərhələsində məlumatlı olmuşdur. İddiaçı ən azından cavabdehə zəng edə, borcu barədə onu xəbərdar edə bilərdi. Bildirirmişdir ki, dəymiş ziyanla bağlı iddia qaldırılsa da, dəymiş ziyanla bağlı cavabdehin təqsiri müəyyən edilmir, habelə bununla bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyil. Cavabdeh özü sayımda iştirak etmişdir, lakin malların əksik olması barədə onun məsuliyyət daşıması nəzərdə tutulmamışdır. İddiaçı tərəf cavabdehin məsuliyyət daşımasını sübut etməlidir. Eləcə də, mağazada nə qədər malın olması barədə iş materiallarında heç bir sübut yoxdur. Əlavə olaraq, qeyd etmişdir ki, iddia əsassızdır və hesab edilsə ki, iddia əsaslıdır, onda belə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, 4 mart 2022-ci il tarixdə İddiaçıdə inventerizasiya aparılmış, həmin tarixlərdə ona maddi ziyan vurulması halı müəyyən edilmişdir. Əmək Məcəlləsinin müvafiq təl əblərinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilərdi. Belə ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməməlidir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Əhmədov Pərviz - sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq və Mayılov Samir) 2 iyul 2024-cü il tarixli 2(106)-917/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(056)802/2023 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməs i, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Cavabdeh xeyrinə ödənilməsini qət edimişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında X2 haqqında yazılı müqavilə imzalanmışdır. Beləcə, Cavabdeh xx.xx.2022-ci il tarixli İnventarizasiya Nəticələrinə dair Akta əsasən yekun ziyan məbləği 20866,46 manat olmuş və müvafiq güzəştlərdən sonra Cavabdeh ümumilikdə 20343,52 manat borcu müəyyən edilmişdir. Habelə İddiaçı MMC-nin İnventarizasiya Komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İltizamnaməyə ə sasən cavabdeh öz xətti ilə sayımda iştirak etdiyini, mağazada sayılmayan mal qalmadığını, sonda qarşılaşdırma yolu ilə tam yoxlanıldığını, əksik verən mallarla tanış olduğunu, sayımla bağlı heç bir etirazı olmadığını qeyd etmiş və imza etmişdir. Cavabdehin apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixli İnventarizasiya Nəticələrinə dair Akta və digər sənədlərə məcburiyyət qarşısında imza atması barədə dəlili isə heç bir mötəbər sübutla təsdiqlənmir. Bu baxımdan da, iddia tələbi əsaslıdır.

15. Cavabdeh nümayəndəsi Vəkil1 məhkəməyə ərizə verərək iş üzrə Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən hazırkı iş üzrə tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdehin “Sabi rabad rayonu Bulaqlı kəndi” ünvanına göndərilən bütün məhkəmə sənədləri (məhkəmə bildirişləri və qətnamə) cavabdehə çatdırılmamış və zərf geri qayıtmışdır. Apellyasiya şikayətindən isə cavabdehin ünvan 2 ünvanında yaşaması müəyyən edilir. Halbuki, məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğundan məhkəmə sənədlərini cavabdehin mobil telefon nömrəsinə SMS göndərməklə, müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə və digər vasitələrlə çatdırılması mümkündür. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində icraatla bağlı məlumatlı olmadığından iddiaya qarşı əsaslandırılmış etirazını, ona əlavə olunmuş sənədləri, habelə iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmək imkanı olmamışdır. Beləcə, cavabdehə məhkəmə qarşısın da öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanı yaradılmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəlir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş İnventarizasiya Nəticələrinə dair Aktlara əsasən İddiaçı MMC-nin İddiaçı Biləcəri 5 mağazasında çalışdığı zama n cavabdehin iddiaçıya vurduğu yekun ziyan məbləği 20866,46 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsindən, habelə digər iş materiallarından da göründüyü kimi, iddiaçıya maddi ziyan vurulması xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, mübahisə üzrə Cavabdeh qarşı yalnız xx.xx.2023-cü ildə iddia qaldırmışdır. Göründüyü kimi, iş üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddianın müddətinin axımı xx.xx.2022-ci ildən başlamış xx.xx.2023-cü il tarixində bitmişdir.

18. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məlumatsız olduğu üçün hazırkı tələbə apellyasiya instansiyası məhkəməsi zamanı Cavabdeh nümayəndəsi tərəfin dən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə baxılmalı və onun əsasında müvafiq qərar qəbul edilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsir inə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir.

20. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

21. Bununla da, kollegiya hesab edir ki, Cavabdeh dəymiş zərərin əvəzi 20343,52 manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat, ümumilikdə 20495,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

22. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul vəsaiti İddiaçı MM C-dən tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1, 375.2, 385.1, 386.1-ci, Əmək Məcəllənin 191, 199, 296.5-ci, Azərbaycan Respublikasının MPM-nin 14.2, 76, 77.1, 78.1, 107,109, 135.1,135.3, 135.4, 135.6, 135.7, 135.8, 217.2, 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiya sının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri:

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-917/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir. Apellyasiya instansiyasıməhkəməsində izahat verərkən qeyd etdiyi kimi, inventarizasiya yoxlaması iki hissədən ibarət olan prosesidir. Birinci hissə - mağazada maddi məsul şəxsin, yəni cavabdehin öhdəsində olan malların fiziki sayılması və sənədləşdirilməsi prosesidir, ikinci hissəsi isə - fiziki sayım nəticəsində aşkar edilmiş məlumatların (faktiki qalıq məlumatlarının) mühasibat uçotunda olan məlumatlarla üzləşdirilməsi, aşkar edilmiş nəticələrin (artıqgəlmələrin, əskikgəlmələrin və digər kənarlaşma hallarının) sənədləşdirilməsi, rəhbərlik tərəfindən bu nəticələrin ( yekun aktın, üzləşdirmə cədvəlinin) təsdiq edilməsi və cavabdehin bu nəticələrlə tanış edilməsi prosesidir. Cavabdeh inventarizasiya yoxlamasının birinci hissəsində (mağaza mallarının fiziki sayılması prosesində) şəxsən iştirak etsə də, ikinci hissəsində iştirak etməmişdir. Araşdırmanın nəticələri ilə tanış olması və izahat verməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, habelə cavabeh şifahi qaydada dəvət edilsə də, cavabdeh nəticələrlə tanış olmaqdan və çatışmazlıqla bağlı izahat verməkdən imtina etmişdir. İşçiyə hər hansı intizam tənbehi tətbiq etmək üçün ilk öncə araşdırmalar aparılmalı, bu araşdırmaları aparmaq və yekun nəticəyə gəlmək üçün isə işəgötürənə müəyyən qədər müddət lazım olur. İnventarizasiya yoxlamasının aparılmasımüddətini tənzimləyən konkret norma qanunvericil ikdə nəzərdə tutulmasa da, qanununun analogiyası üzrə ən azından (intizam xətasının araşdırılması üçün nəzərdə tutulmuş) bir aylıq araşdırma müddəti tətbiq edilməli və ya ağlabatanlıq prinsipi əsas götürülməlidir. Belə ki, inventarizasiya yoxlaması xx.xx.2022-ci il tarixdə başlasa da, bu o demək deyil ki, həmin gün yekun nəticələr bəlli olmuş və işçinin işəgötürənə 20343,52 manat məbləğində ziyan vurduğu aşkar olmuşdur. Ən azından, iş materiallarında olan sənədlərdən də görünür ki, nəinki xx.xx.2022-ci il tarixdə, heç cavabdehin işdən çıxmaq niyyəti barədə ərizəsini (iş.mater. 59, 62-ci vərəqləri) təqdim etdiyi xx.xx.2022-ci il tarixdə də inventarizasiya nəticələri məlum olmamışdır. Şirkət cavabdehin ərizəsini və şəxsiyyətini nəzərə alaraq, eləcə də humanistlik nümayiş etdirərək barəsində intizam tənbdehi tətbiq etməsə də, şirkətə vurulmuş ziyanın əvəzini tələb etmək hüququnu özündə saxlamışdır. Cavabdehin özünün də məhkəmə iclasında etiraf etdiyi kimi, inventarizasiya nəticələri (yəni, maddi ziyanın 20343,52 manat məbləğində olması) mağaza mallarının sayılması vaxtı(xx.xx.2022-ci ildə) məlum olmayıb, nəticələr daha sonrakı tarixdə baş ofisdə elan edilir. İş materiallarının 15-29-cu vərəqlərində olan Yekun Akt və faktiki-uçot məlumatlarının üzləşdirilməsi barədə İnventarizasiya Siyahısından (cədvəlindən) göründüyü kimi, bu nəticələr Şirkət rəhbərliyi tərəfindən 07 aprel 2022-ci il tarixdə təsdiq edilmişdir, yəni məhz bu tarixdə yekun ziyan məbləği məlum olmuş və inventarizasiyanın nəticələri təsdiq edilmişdir. X1 və İnventarizasiya Siyahısının yuxarı sağ küncündə Şirkət rəh bərliyinin təsdiq qeydi, imzası və tarixi mövcuddur ki, hazırki işə baxılarkən iddia müddətinin axımı məhz bu tarixdən hesablanmalıdır.

26. Bundan əlavə, məhkəmə kollegiyası mediasiya prosesinin tətbiq edildiyi müddəti də nəzərə almalıdır. İddiaçı hazırki növ mübahisələr üzrə ilk növbədə mediasiya prosesini keçməli və daha sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etməli idi. Məlumdur ki, mediasiya prosesi mediasiyanın tətbiqi barədə təklifin cavabdehə göndərilməsi ilə başlanır və İMS barədə Arayışın əldə edilməsi ilə bitmiş hesab olunur, bu aralıqda olan müddət isə iddia müddətinə daxil deyil, çünki mediasiyanın tətbiqi barədə təklifin göndərilməsi ilə iddia müddətinin axımı dayanır, İMS barədə arayışın əldə edilməsi ilə isə iddia müddətinin axımı bərpa edilir və iddia müddəti müvafiq olaraq uzadılır. İş materiallarının 7–13-cü vərəqlərində olan mediasiya prosesinə aid olan sənədlərdən göründüyü kimi, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddət ərzində hazırki mübahisə ilə bağlı mediasiya prosesi davam etmiş, qeyd olunan müddət ərzində isə iddia müddətinin axımı dayanır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının pozulmasına yol vermiş, iddia müddətinin axımının başlanması anını düzgün müəyyən etməmiş, bütün bunlar isə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

27. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiyasıməhkəməsi tam hüquqlu məhkəmə kimi işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməmiş, iş materialların da olan sübutların yoxlanılması və qiymətləndirilməsi prosesində səhvlər buraxmış, iddia müddətinin keçməsi qənaətinə gələrkən iddia müddətinin axımının başlanması anını düzgün müəyyən etməmiş, nəticə etibarılə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi Qətnaməsini əsaslandıra bilməmişdir.

28. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəinin 2 və 3-cü hissələrinə 194-cü maddəsinin 1-ci hissəsinə, 199-cu maddəsinin 1ci hissəsinin “a” bəndinə, 203-cü maddəsinə 288-ci maddəsinin “ğ” bəndinə, 296-cı maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 379.1.6, 379.4, 379.4-1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5, 21.6, 27.1.1, 28.1, 32.1.9, 32.4.2, 35.1, 35.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2, 88, 217.1 – 217.4, 372.1, 386, 387-ci maddələrinə də istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıx arması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi

32. Maddə 191

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

33. Maddə 192.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

34. Maddə 199

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri pro sesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; [279] ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini y aydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

35. Maddə 296.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarı 36. “MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkə n, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks e tdirilir....... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid o lan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhk əmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifar işli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

44. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

45. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxu d işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

46. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

47. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

48. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

49. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə i ştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

50. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

51. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçın tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin mediasiya prosesinin tətbiq edildiyi müddətin də nəzərə alınmalı olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddianın müddətinin axımı xx.xx.2022-ci ildən başlamış xx.xx.2023-cü il tarixində bitmişdir. Kollegiya qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, mediasiya prosesi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, yəni 22 gün davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh qarşı yalnız xx.xx.2023-cü ildə iddia qaldırmışdır.Buradan göründüyü kimi mediasiya prosesi müddətini nəzərə aldıqda da 1 illik iddia müddəti keçmiş olur.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli 2(106)917/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar