Məhkəmə qərarları › İş №2(102)-352/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2019

14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “14” yanvar 2019-cu il iş № 2(102)-352/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Qəhrəman Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızının katibliyi, cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.Quliyev; 2(005)2158/2018) İddiaçı iddiası qismən təmin edilərək, 20.09.2004-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC ilə «xxxx» MMM arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, ****************************** nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməmiş və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev, (sədrlik edən və məruzəçi), R.Eyvazov, F.Talışınski 2(105)-2730/2018) Cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2158/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Cavabdehna qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən 4 otaqlı 15 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və ona dəymiş 10.000 man at maddi ziyanın cavabdeh təşkilatdan tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin «Nəsimi» filialı ilə «xxxx» MMM arasında 20.09.2011-ci il tarixli 302/2 USD saylı kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi ona məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən 4 otaqlı 15 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən ödənilməmiş borcun tutulması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq tutma ona məxsus yuxarıda qeyd olunan mənzilə yönəldilmişdir. O, həmin qətnamədən müvafiq olaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyas iya Məhkəməsinin 06.10.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli 2(007)- 56/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, onun bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra banka mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə məktub verilməsi tələbi ilə müraciət etməsinə baxmayaraq, ona bu barədə halhazıradək heç bir cavab verilməmişdir. Bank tərəfindən qeyri-rəsmi olaraq ona bildirilmişdir ki, «xxxx» MMM-nin banka digər kredit borcları olduğundan ona məxsus mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə məktub ona verilmir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8913/2017 saylı qətnaməsi ilə bank qarşısında öhdəliyinin olmaması öz təsdiqini tapmışdır və bu səbəbdən də ona məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən 4 otaqlı 15 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməlidir. Bununla yanaşı bildirir ki, yaranmış maddi zərurətlə əlaqədar mənzili satmaq məcburiyyətində qalmışdır. Mənzilin satışı ilə bağlı müştəri ilə arasında 10.000 manat beh müqaviləsi bağlanmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Qanunvericilik aktlarından irəli gələn normaları pozduğundan və mülkiyyət üzərində sərəncam hüquqlarının realizəsinə maneə törətdiyindən, alqı-satqı müqaviləsini vaxtında bağlaya bilməmiş, bu səbəbdən 10.000 manat pul vəsaitini müştəriyə geri qaytarmalı olmuş və ona 10.000 manat maddi ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 80, 88, 405.0.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəməkollegiyasınıniclasında cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişe tdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktik i halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq e dilmiş sənədlərdən, o cümlədən 08.09.2004-cü il tarixli, 18 nömrəli kredit müqaviləsindən görünür ki, "Azərdəmiryolbank" SB «xxxx» MMM-nə 60 ay müddətinə illik 23% hesablanmaqla 82.000 avro məbləğində kredit vermişdir; 08.09.2004-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "Azərdəmiryolbank" SB ilə «xxxx» MMM arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün X8 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir; 20.09.2011-ci il tarixli, 302/20USD nömrəli kredit müqaviləsindən görünür ki, "Cavabdeh" ASC «xxxx» MMM-nə 6 ay müddətinə illik 22% hesablanmaqla 56.000 ABŞ dolları məbləğində kredit vermişdir; 20.09.2004-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "Cavabdeh" ASC ilə «xxxx» MMM arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliy in təmin edilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, ******************************************************** nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli 2(007)-56/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər «xxxx» MMM, İddiaçı, X4, X14, X9 və X10 qarşı «borcun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ASC-nin xeyrinə cavabdeh «xxxx» MMM-dən 6943,04 ABŞ dolları əsas borc, 4229,04 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 11272,08 ABŞ dolları məbləğində borc və iddia ərizəsinə ödənilməmiş dövlət rüsumuna görə 9,63 manat məbl əğində pul vəsaitinin tutulması, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ************************************* nömrəli mənzilinə yönəldilərək həmin mənzil açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilməsi və satışdan əldə olunmuş pul-vəsaiti hesabına iddiaçı Cavabdeh ASCnə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 11272,08 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinə ödənilmiş dövlət rüsumuna görə 9,63 manat məbləğində pul vəsaitinin ödənilməsi, Bakı şəhəri, ***************************************** nömrəli mənzilinə tutma yönəldildikdə və həmin mənzil satıldıqda cavabdehlər İddiaçı, X2, X6, X5 və X7 mənzili boşaldaraq ən geci bir ay ərzində mənzildən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza t ədqiqatının dəyəri olaraq 16,06 manat cavabdeh «xxxx» MMM-dən alınaraq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 06.10.2017-ci il tarixli 2(103)8913/2017 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016- cı il tarixli 2(007)-56/2016 saylı qətnaməsindən «xxxx» MMM-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, «xxxx» MMM-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli 2(007)-56/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh ASC- nin xeyrinə «xxxx» MMM-dən 6943,04 ABŞ dolları əsas, 4229,04 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu o lmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 11272.08 ABŞ dolları məbləğində borcun, habelə ödənilmiş dövlət rüsumunu görə 9,63 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, **************************************** nömrəli mənzilinə yönəldilərək həmin mənzil açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilməsi və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh ASCnə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 11272,08 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinə ödənilmiş dövlət rüsumuna görə 9,63 manat məbləğində pul vəsaitinin ödənilməsi, Bakı şəhəri,******************************************** nömrəli mənzilinə tutma yönəldildikdə və h əmin mənzil satıltıqda cavabdehlər İddiaçı, X2, X6, X5 və X7 mənzili boşaldaraq ən geci bir ay ərzində mənzildən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 16,06 manat cavabdeh «xxxx» MMM-dən alınaraq dövlət büdcəsinə keçirilməsi hissəsində ləğv olunmuş, iddia tələblərinin həmin hissələrdə də təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddia ərizəsin verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun 9,63 manat hissəsinin də iddiaçının özünə aid olunması, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın dəyərinin 16,06 manat hissəsinin isə (yəni cəmi 50 manat) Cavabdeh ASC-dən alınaraq müvafiq hesaba köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 16 manatın Cavabdeh ASC-dən alınaraq «xxxx» MMM-nə verilməsi qət edilmişdir; 07.02.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdehna müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8913/2017 saylı, 06.10.2017-ci il tarixli qətnaməsinə əsasən «xxxx» MMM-nin Cavabdeh ASC qarşısında olan kredit öhdəliyinin tam ödənilmiş olduğunu və bank tərəfindən «xxxx» MMM-yə qarşı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan borc məbləği «xxxx» MMM tərəfindən tam ödənilmişdir. Bütün bunları nəzərə alaraq girovda olan Bakı şəhəri, ************************************** saylı mənzilinin girovdan azad edilməsini və bu barədə arayış verməsini xahiş etmişdir; İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ona görədə birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə və onun əsaslandırılması ilə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 20.09.2011-ci il tarixli, *************** nömrəli kredit müqaviləsi üzrə borc məbləği «xxxx» MMM tərəfindən Cavabdeh ASC-nə tam ödənilmiş, bu səbəbdən də iddiaçı ona məxsus əmlakın ipoteka yüklülüyündən azad olunması ilə bağlı banka müraciət etmişdir. Lakin Cavabdeh ASC onlara edil miş rəsmi müraciətə cavab verməmiş, həmçinin 08.09.2004-cü il tarixli, 18 nömrəli kredit müqaviləsinə əsasən «xxxx» MMM tərəfindən götürülmüş kredit öhdəliyinin icra olunmadığını əsas gətirərək iddiaçıya məxsus olan mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə məktubu ona verməmişdir. “Azərdəmiryolbank” SB ilə «xxxx» MMM arasında bağlanmış 08.09.2004-cü il tarixli, 18 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə X8 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı yuxarıda qeyd olunan müqavilə üzrə bank qarşısında heç bir öhdəlik götürməmiş və əmlakını ipoteka ilə yüklü etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın ə şya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; - 274-cü maddəsinin tələbinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişdirmir; - 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istə nilən əşyalar və tələblər girov predmeti ola bilər; - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanılmışdır. İşin şərh olunan hallarını müzakir ə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Qəhrəman Allahverdiyev Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar