Məhkəmə qərarları › İş №2(102)-352/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-170/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 03 dekabr 2014-cü il tarixli 14035-/210428 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə borclu Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh1 İddiaçıdən 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 03 dekabr 2014-cü il tarixli 14035-/263367Z saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən zamin bank qarşısında borclu Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. 03 dekabr 2014-cü il tarixli 14035-/181504Z saylı zaminlik müqaviləsinin surə tindən görünür ki, İddiaçı ilə zamin Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən zamin bank qarşısında borclu Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 9548,53 ABŞ dolları məbləğində əsas kredit borcu, 1222,24 ABŞ dolları faiz borcu, 954,85 ABŞ dolları penya borcu, cəmi 11725,62 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli 2(036)-4383/2015 saylı məhkəmə əmrinə əsasən borclular İmişli şə həri, C.Nəsirov küçəsi, ev 20-də yaşayan Cavabdeh1, İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 17-də yaşayan Cavabdeh2 və İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 144-də yaşayan Cavabdeh3 müştərək qaydada 9548,53 ABŞ dolları məbləğində əsas kredit borcu, 1222,24 ABŞ dolları faiz borcu, 954,85 ABŞ dolları penya borcu, cəmi 11725,62 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə verilməsi əmr edilmişdir. İmişli rayon məhkəməsinin 06 dekabr 2016-cı il tarixli 2(036)-4383/2015 saylı qərardadı ilə Cavabdeh2 etirazına əsasən İmişli rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli 2(036)4383/2015 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İm işli Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(036)-199/2017 saylı qətnaməsi (hakim Qurban Hacıyev) ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9548,53 ABŞ dolları məbləğində əsas kredit borcu, 1222,24 ABŞ dolları faiz borcu, 954,85 ABŞ dolları penya borcu, cəmi 11725,62 (on bir min yeddi yüz iyirmi beş dollar, altmış iki sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən, məruzəçi), X11 və X12) 2(106)170/2021 nömrəli 25 may 2021-ci il tarixli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(036)-199/2017 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi qe yd etmişdir ki, işə əlavə edilmiş 03 dekabr 2014-cü il tarixli 14********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə borclu Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh1 İddiaçı-dən 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bank Respublika"ASC-nin İmişli filialının direktoru vəzifəsində işləmiş X2 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, İddiaçı-nin İmişli filialının direktoru vəzifəsində işləmiş X8 həm in vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı X13 ilə əlbir olub cinayət əlaqəsinə girərək, İddiaçı-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin YYYla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, YYYun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırki iş üzrə Cavabdeh1 illik 24%-lə, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində pulu kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və giorov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödə niş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365.85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb YYYla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə "xxxx"ASC-nin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin "xxxx"ASC-nin mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X1 165268 manat, X3 99824.3 manat, X4 13410 manat və X6 29434 manat alınaraq mülki iddiaçı "xxxx"ASC-nə ödənilməsi hökm edilmişdir. Həmçinin apelyasiya məhkəməsi qeyd etmişdir ki, Şirvan Ap elyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı Müşfiq Rəhimov tərəfindən apelyasiya protesti, zərərçəkmiş hüquqi şəxs "xxxx"ASC-nin İdarə heyətinin sədri Asəf Namazov, məhkum edilmiş şəxslər Əlizamin Şükürov və YYY tərəfindən ayrı-ayrılıqda veriliş apelıyasiya şikayətinə baxılmış, məhkum edilmiş şəxs Əlizamin Şükürov və YYY tərəfindən verimiş apelyasiya şikayəti təmin edilməmiş, hökm apelyasiya protesti və zərərçəkmiş şəxsin apelyasiya şikayətinə əsasən məhkum olunmuş şxəslər X13 və Cavabdeh3 münasibətdə dəyişdirilərək X5 CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edilmiş, Cavabdeh3 CM-nin 308.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası təyin olunmuş, Cavabdeh3 təyin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 №-li, 15 noyabr 2018-ci il hökmü apelyasiya protesti və apelyasiya şikayətlərinə əsasən qalan hissədə və məhkum olunmuş şəxslər X8, X14, X15, X16, X9 və X10 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə müəyy ən edilmiş hallar baxımından Bankla Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X8 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri-mümkündür. Çünki istinad olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Bankın mülki iddiası təmin olunmuş,cinayət nəticəsində Bankın məhrum oldu ğu əmlakın həmin cinayətin törədilməsində təqsirli şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı səbəbindən Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən zaminlik öhdəlikləri də etibarsız olduğundan zaminlərə qarşı iddia da əsassızdır. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsinin 337, 340.1, 82.4 –cü maddələrə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)170/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıl arının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank 03.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətində illik 24% dərəcəsi ilə 10000 ABŞ dolları kredit vermiş, həmin kreditin təminatı kimi digər cavabdehlərlə zaminlik müqavilələri bağlamışdır. Lənkəran Ağır Cinayətlər məhkəməsinin 15.11.2018-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin CK-nın 24.07.2019-cu il tarixli qərarından görünür ki, bankın Cavabdeh1lə bağladığı kredit müqaviləsi, həmin kredit təminatı kimi digər cavabdehlərlə bağladığı zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş, kredit məbləği Cavabdeh1 tərəfindən kassa məxaric ordeninə imza etməklə onun özü tərəfindən bankın müvafiq filialından götürülmüş və s onradan həmin məbləğ hökmdə göstərilən təqsirləndirilən şəxslərə verilməklə həmin şəxslər tərəfindən mənimsənilmişdir. Hökmdə hazırki iddianın əsaslandığı kredit və zaminlik müqavilələri üzrə hər hansı bir qanunsuzluğun olması və ya həmin müqavilələrin etibarsız sayılmasına dəlalət edən hər hansı bir fakt mövcud olmamışdır. Eyni zamanda qeyd olunan müqavilələrin qanunsuz və ya etibarsız hesab edilməsi barədə məhkəmə qərarı mövcud deyildir. Kassator kassasiya şikayətində AR MM-nin 385, 739, 472, AR CPM-nin 87, AR MPM-nin 82ci maddələrinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi İsgəndərov Rauf Maarif oğlu kassasiya şikayətinin dəlillər ini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Maddə 337.1. bu Məcəllə il ə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həq iqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə gör ə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunda əqdin ə həmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əq din etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.( Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uy ğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-170/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar