Məhkəmə qərarları › İş №2(102)-352/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5417/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 avqust 2016-cı il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən, “MercedesBenz G-500” markalı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

2. İş üzrə Cavabdeh "xxxx" MMC-dən faktiki sahibliyinə götürdüyü, İddiaçı məxsus olan sözügedən avtomobillə xx.xx.2022-ci il tarixdə onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı İddiaçı avtomobilinə zərər dəymişdir. Dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi - 7000 manat, əldən çıxmış fayda olaraq 2400 manat və ödənilmiş dövlət rüsu mu olaraq 114 manat olmaqla, ümumilikdə 9514 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi – 25.506,97 manat, əldən çıxmış fayda olaraq 3600 manat və ödənilmiş dövlət rüsumu olaraq 177 manat olmaqla, ümumilikdə 29106,97 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz-G500” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili icarə qaydasında bəzən müxtəlif şəxslərə vermişdir. Onun avtomobilini əsasən 1 günlük toy mərasimləri zamanı istifadə etmişlər. Bu məqsədlə həmin avtomobili xx. xx.2022-ci il tarixində icarəyə vermişdir. Həmin gün 23:30 radələrində Cavabdeh ona məxsus olan “Mercedes BenzG500” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuş, lakin kasko sığortası olmadığından ona sığorta ödənişi edilməmişdir. Cavabdeh ona məxsus avtomobili həmin gün etibarnamə əsasında "xxxx" MMC vasitəsilə bir günlük icarəyə götürmüş və yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh avtomobilə dəymiş ziyanı ödəməsini öhdəsinə götürsə də sonradan heç bir ödəniş etməmişdir. Cavabdeh barəsində Xəzər RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılmış və xx.xx.2022ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı avtomobilə “Euro Style LTD” tərəfindən verilmiş qüsur aktına əsasən 25289,97 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda qüsur aktının tərtibi üçün servisə 177 manat, avtomobilin yoxlanmaq üçün gətirən evakuator xidmətinə görə 40 manat xərcləmişdir. Beləliklə cavabdehin təqsirindən cəmi 25.506,97 manat (25289,97+177+40) maddi ziyan dəymişdir. O, dəfələrlə cavabdehə avtomobilə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə vədinə əməl etməyərək ödəniş etməmişdir. Halbuki, cavabdehə daha az məbləğdə pul ödəyə cəyi təqdirdə vurulmuş ziyanın qalan məbləğindən imtina edəcəyini dəfələrlə bildirmişdir. Lakin bu günədək cavabdeh heç bir ödəniş etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 23:30 radələrində iddiaçıya məxsus "xxxx" MMC-dən icarəyə götürdüyü “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa Buzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Həmin gün avtomobili “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin ofisində Ramazan adlı şəxsdən götürmüşdür. Avtomobili işə saldıqdan sonra onun əyləc sisteminin nasaz olduğunu hiss etmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi avtomobili belə idarə etməsini bildirmişdir. Avtomobilin əyləci yaxşı işləmədiyindən qəza baş vermişdir. Hadisə ilə bağlı onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazılmışdır. İddiaçı ilə aralarında ödənişlə bağlı razılıq əldə etsə də, müəyyən maddi çətinliklərə görə maddi ziyanı ödəyə bilməmişdir. Tələb edilən məbləğlə razı deyil. Avtomobilə dəymiş zərərin təxminən 2000-3000 manat olduğunu düşünür.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia qismən təmin edilərək, cavabdehdən avtomobilə dəymiş maddi ziyana görə 9038 manat, qüsur aktının tərtib edilməsi xərcinə görə 177 manat, evakuasiya xidmətlərinə görə 40 manat olmaqla, cəmi 9.255 manat və ödənilmiş dövlət rüsumuna görə 112,55 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1, 1096, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması ilə əlaqədar mübahisəyə dair məhkəmə aidiyyətinin pozulması ilə bağlı ləğv olunmasını, cavabdehin izahatında göstərdiyi istifadəsində olarkən “Mercedes Benz-G500” markalı avtomobil in əyləc sisteminin nasaz olub-olmamasının müəyyən edilməsi və əyləc sisteminin təmiri ilə bağlı avtomobilə hər hansı müdaxilə olunub-olunmamasına dair avtomobil-texniki ekspertiza təyin edilməsini, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və sənaye mallarının əmtəəşünaslıq tədqiqinə dair ekspertiza təyin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər məhkəmə əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz etsəydi, mübahisənin məhkəmə aidiyyəti Bakı Kommersiya Məhkəməsi olacaqdı, çünki "xxxx" MMC hüquqi şəxsdir. MPM-in 26-cı maddəsi MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında komme rsiya məhkəmələri baxır. İkincisi məhkəmə Cavabdeh hüquqlarını məhkəmə zamanı tam, aydın şəkildə cavabdehə izah etməmiş, bunun yerinə formal xatırlatmalar etmişdir. Bununla da məhkəmə Mülki Prosessual Məcəllənin 174 və 182-ci maddələrinin tələblərini pozmuşdur. Üçüncüsü iş üzrə cavabdeh izahatında “Mercedes Benz-G500” markalı **-KO*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sisteminin saz vəziyyətdə olmadığına və işləmədiyinə görə qəzanın baş verdiyini və bu səbəbdən qəzanın onun səhvi ucbatından baş vermədiyini qeyd etmişdir. Lakin həmin məsələ ilə bağlı məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməmiş, ümumiyyətlə cavabdehin bu izahatını və MPM-in 97.1-ci maddəsini nəzərə almamışdır. Dördüncüsü Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə təyin olunmuş eksperti za rəyində göstərilən dəyişilməli olan ehtiyat hissələrin və təmin-bərpa işlərinin qiymətləri real bazar qiymətlərindən artıq göstərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5417/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-317/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

13. Mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda m övcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

14. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əs asının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

15. Qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulduğundan dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də Cavabdeh daşıyır.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlini əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz-G500 ” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə deyil, iddiaçıya məxsusdur. Bu halda mülkiyyətçi olaraq iddiaçı hazırkı iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

17. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim edərək iddia tələbində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin 25289,97 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9269 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes BenzG500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9038 manat müəyyən edilmişdir.

18. Məhkəmə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhz ekspert rəyini mötəbər sübut hesab etməklə, zərərin məbləğini rəydə göstərilən qiymətlə müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin ekspert rəyinin əsassız ilə bağlı dəlilini də qəbul etmir. Belə ki, cavabdeh həmin rəyi təkzib edəcək hər hansı əsaslı sübut təqdim etmir və iş materialları ilə də rəyi təkzib edəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən edilmir.

19. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin qəzanın baş verməsinə səbəb məhz avtomobilin əyləc sisteminin saz vəziyyətdə olmaması ba rədə dəlilini də qəbul etməmiş və şikayətin bu dəlilini cavabdehin mülki məsuliyyətdən yayınması kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş protokoldan görünür ki, avtomobilin tormoz sisteminin saz olması qeyd edilmiş və cavabdeh baş vermiş hadisə üzrə araşdırma zamanı öz əl yazısı ilə vermiş olduğu izahatında avtomobildə hər hansı qüsurun olması barədə qeyd etməmiş və vurmuş olduğu ziyanın ödənilməsi ilə razı olduğunu bildirmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1, 1096, 1097.1-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin vəkili tərəfindən 12 sentyabr 2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edilərək icraatında olan (Şəki Ağır Cinayətlər Məhkəməsində) başqa cinayət işi üzrə məhkəmə prosesində iştirak etməli olduğu bildirilmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, vəsatətlərini məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, elektron müraciətinə məhkəmə portalından digər iclas barədə çıxarışı (screenshot) əlavə etmişdir. Lakin məhkəmə bu müraciətinə məhəl qoymamış, məhkəmənin çəkişmə prinsipini yox saymı şdır. Məhkəmə deliktin olub-olmadığını müəyyən etmək üçün heç bir addım atmamış yuxarıda qeyd edilən ekspert rəyinin deliktin mövcud olub-olmamasında birbaşa rolunun olduğunu nəzərə almamışdır. Hazırki iş üzrə əsl Cavabdeh əsl olmayan cavabdeh, "xxxx" MMC əsl cavabdehdir. Mülki Məcəllənin 683.3-cü maddəsinə əsasən istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Lakin məhkəmə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni yox saymışdır. Məhkəmə Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, əgər məhkəmə əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz etsəydi, mübahisənin məhkəmə aidiyyəti Bakı K ommersiya Məhkəməsi olacaqdı, çünki "xxxx" MMC hüquqi şəxsdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsası yoxdur və formal mülahizələrə əsaslanır, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5417/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.

25. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şə xsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işt irak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaş mır.

40. Belə ki, işdən görünür ki, “Mercedes Benz-G500” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətindədir və 08 noyabr 2021-ci il tarixli etibarnaməyə əsasən, o həmin nəqliyyat vasitəsini idarə etməyi 05 il müddətinə, yəni 08 noyabr 2026-cı il tarixədək "xxxx" MMC-yə etibar etmişdir. Nəqliyyat vasitəsi PDS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. "xxxx" MMC həmin avtomobili idarə etmək üçün xx.xx.2022-ci il saat 23:45-dən, xx.xx.2022-ci il saat 23:45-dək iddiaçının adına etibarnamə vermişdir. Bakı şəhəri, Xəzər rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi əraz isində yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi aşkar edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığına görə onun barəsində inzibati təsir tədbiri görülməsi üçün qərarın surəti Bakı şəhəri Xəzər Rayon DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması haqqında protokolun surətindən görünür ki, hadisə zamanı avtomobilin sükan, idarə sistemi, tormoz sistemi, əl tormoz dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, işıq sistemi, digər aqreqat, mexanizm və hissələri saz vəziyyətdə olmuşdur. "xxxx" LTD MMC avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2 023-cü il tarixli qüsur aktından görünür ki, avtomobilə 25.289,97 manat ziyan dəymişdir.

41. Əvvəla, deliktə görə - məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

42. Zərərin əvəzinin ödənilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, M ülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

43. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, cavabdehin hüquq zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulduğundan, dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də cavabdeh daşıyır.

44. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən avtomobil "xxxx" MM-yə deyil, məhz məxsusdur. Bu halda mülkiyyətçi olaraq iddiaçı hazırkı iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

45. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim edərək, iddia tələbində yol-nəqliyya t hadisəsinin baş verməsi nəticəsində avtomobilə vurulmuş zərərin 25289,97 manat olduğunu iddia etsə də, mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 9038 manat müəyyən edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, işə baxan məhkəmə məhz ekspert rəyini mötəbər sübut hesab etməklə, zərərin məbləğini həmin rəydə göstərilən qiymətlə müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin ekspert rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətin in dəlili də tam əsassızdır.

47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-5417/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar