Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3522/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli, 2(104)-227/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy rayon Məhkəməsinin (hakim İ.Abdurəhmanlı) 01.02.2017-ci il tarixli, 2(045)204/2017 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı QSC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Malik oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin olunaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 12439.64 ABŞ dolları məbləğində kredit borcu, 1729.97 ABŞ dolları məbləğində faiz borcu, 1243.96 ABŞ dolları məbləğində cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15413 ABŞ dolları pulun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsiqət edilmişdir. Goranboy rayon Məhkəməsinin (hakim İ.Abdurəhmanlı) 04.04.2017-ci il tarixli, 2(045)304/2017 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 12439.64 ABŞ dolları məbləğində kredit borcu, 1729.97 ABŞ dolları məbləğində faiz borcu, 643.96 ABŞ dolları məbləğində cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14813 ABŞ dolları pulun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsiqət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, Ə.Məmmədov, Ş.Rzaquliyev) 28.09.2018-ci il tarixli, 2(104)-227/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməyərək, Goranboy Rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli, 2(045)-304/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, keçirilmiş ekspertiza tədqiq atının dəyəri 145 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı QSC borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Malik oğluna qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə 23.11.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kreditorun xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 12439.64 ABŞ dolları məbləğində kredit borcu, 1729.97 ABŞ dolları məbləğində faiz borcu, 1243.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15413.57 ABŞ d olları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Goranboy rayon Məhkəməsinin (hakim İ.Abdurəhmanlı) 23.11.2016-cı il tarixli, 2(045)3655/2016 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı QSC borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi təmin edilmiş, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Malik oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 12439.64 ABŞ dolları məbləğində kredit borcu, 1729.97 ABŞ dolları məbləğində faiz borcu, 1243.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15413.57 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Goranboy rayon Məhkəməsinin (hakim İ. Abdurəhmanlı) 14.12.2016-cı il tarixli, 2(045)3655/2016 nömrəli qərardadı ilə borclu Cavabdeh1 məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Goranboy rayon Məhkəməsinin (hakim İ.Abdurəhmanlı) 23.11.2016-cı il tarixli, 2(045)-3655/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 iddiaçı təşkilatdan krediti manat ilə götürmüş, bu bankın ona göndərdiyi bildirişdə və Goranboy rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Lakin nədənsə sonradan kredit borcunun ABŞ dolları ilə verildiyi qənaətinə gəlinmiş və borc məbləğinin ABŞ dolları ilə tutulması qeyd olunmuşdur. Bundan başqa, onun müqavilə üzrə ödədiyi məbləğlər nəzərə alınmamışdır. Bu xüsusata da aydınlıq gətirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Həmçinin cavabdehin müqavilədə kreditin dollar ilə nəzərdə tutulması barədə cavabdehin məlumatı olmamışdır. Cavabdehin hazırda maddi vəziyyəti ağırdır və borc məbləğini ödəniş gününə məzənnə ilə ödəmək imkanı yoxdur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının MPM-nin 77, 88 və 106-cı maddələrinin tətbiq və təvsirində yalnışlığa yol vermiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də onlar, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli, 2(104)227/2018 nömrəli qətnaməsinin ləğv edilməsi işin yenidən baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı QSC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, şikayətin rədd edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin 28.09.2018-ci il tarixli, 2(104)-227/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmi şdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2015-ci il tarixli 050L**********64 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 07 iyul 2015-ci il tarixli 050R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, 14000 ABŞ dolları kredit verilmişdir. Həmçinin tərəfl ər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 14 yanvar 2016cı il tarixli 050R**********S və 22 fevral 2016-cı il tarixli 050R**********SA nömrəli sazişlər bağlanmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Malik oğlu borcalan Cavabdeh1 arasında 07 iyul 2015-ci il tarixli, 050S**********01, 050S**********02, 050S**********03 nömrəli zaminlik müqavilələri bağlanmış və əsas borclunun götürmüş olduğu öhdəliyin yerinə yetirilməsi üçün zaminlər onunla birlikdə məsuliyəti öz üzərlərinə götürmüşlər. Müqavilənin şərtlərinə görə, borcalan aldığı kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən edilmiş cədvələ əsasən ödəmək öhdəliyini, bu öhdəliyə əməl etmədiyi halda cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan müqavilə öhdəliyinə vaxtında və lazımi qaydada əməl etməmişdir. Apellyasiya icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəzin 03 avqust 2018-ci il tarixli 11366 nömrəli ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, 07 iyul 2015-ci il tarixli 050R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 06 oktyabr 2016-cı il tarixə 12562,95 ABŞ dolları əsas, 1976,62 ABŞ dolları faiz borcu yaranmışdır. Göründüyü kimi cavabdehdən tələb olunan əsas və faiz borcu kreditor tərəfindən düzgün hesablanmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasn, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kred itorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının, o cümlədən Azərbaycan Respublikasının MPM-nin 77, 88 və 106-cı maddələrinin pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən hazırkıişinfaktikihallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətin in dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli, 2(104)227/2018 nömrəli qətnaməsi dəyişdirilmə dən saxlanılsın. Qətnamə qalan hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3522/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3522/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver