Məhkəmə qərarları › İş №2(102)-3526/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3526/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3526/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi və xərcin tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 19.06.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26.07.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Cavabdeh “Azərbaycan Kredit Bürosu” MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir.

3. İddiaçı, alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi və xərcin tutulmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin mə hkəmənin 10.01.2019-cu il tarixli, X nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, 19.06.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin 19.06.2018-ci il təvəllüdlü X5 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır).

5. İddiaçı işin yuxarıda qeyd edilə n faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin əmək haqqından əlavə bonus və mükafatlar kimi əlavə gəlirləri də mövcuddur. Birgə nikahdan dünyaya gəlmiş X7 əməliyyat olunmuşdur. Cavabdeh uşağın əməliyyatına biganə qalmış, əməliyyat xərcini iddiaçı ödəmişdir. əməliyyat xərci 2.200 manat təşkil etsə də, iddiaçı yalnız ödədiyi 937 manat vəsaitə dair sübutları məhkəməyə təqdim edə bilir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh hər ay 160 manat aliment ödəməklə yanaşı, himayəsində olan ata və anasının maddi təminatını ödəyir. Evin kommunal xidmət haqqını ödəyir. Bu səbəbdən 170 manat aliment ödəməyə razı deyildir. Cavabdeh pandemiya ilə bağlı yenidən evlənə v ə toy edə bilmir. Cavabdeh gələcəkdə evlənəndən sonra ailə üzvlərinin sayı artacaqdır. Uşaq anadangəlmə sünnətlidir. Onun əməliyyatına 937 manat xərclənə bilməzdi. Onun bir oğlu və bir qızı var. Qızı İsraildə yaşayır, həkim işləyir. Buna baxmayaraq valideyn kimi onlar oğlu Yusifin himayəsindədirlər. Yusifin valideynlərinə aliment ödəməsi barədə məhkəmə qətnaməsi yoxdur. Hesab edir ki, iddia tamamilə əsassızdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 05 oktyabr 2020-ci il tarixli, 2(004)-4728/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, 19.06.2018-ci il təvə llüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin, həmçinin 19.06.2018- ci il təvəllüdlü X5 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən oğlu X3 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə Ailə Məcəllənin 76.1.1-ci, 81.3-cü və 84.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin valideynləri Ağayev Ağaəsgər Yusif oğlu və X1 ƏƏSMNnin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X4” alt sisteminə əs asən əmək müqavilələrinin aşkar edilməməsi, cavabdehi doğma övladına aliment ödəmək və onun müalicəsi üçün çəkilən əlavə xərclərdə iştirak etməkdən azad edilməsi üçün əsas ola bilməz. Əksinə, cavabdehin maddi durumunun yaxşı olması, onun öz övladının maddi təminatının ödənilməsində daha yaxından iştirak etməsinə zəmin yaratmalıdır.” ” b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 01 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X saylı, 05 oktyabr 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin aliment məbləğinin artırılması (əmək haqqının ¼ məbləğində), uşağa qulluq etməyə görə anaya aylıq 100 manat alimentin ödənilməsi hissəsində qismən ləğv edilməsini, uşağa 260 manat məbləğində alimentin ödənilməsi, İddiaçı təyin olunmuş alimentin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun övladının aylıq xərcinin real məbləğinin nə qədər olması, bu xərclərdə həmçinin ananın da payının olmasını, cavabdehin valideynlərinin onun öhdəliyində olmas ını nəzərə almaq istəməmişdir. Hipospatiyanın əməliyyat xərcini yarıya bölən məhkəmə, digər xərcləri valideynlər arasında bölməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Həmçinin, məhkəmə tərəfindən iddiaçının əmək fəaliyyəti ilə məşğul olması, gəlirinin olması faktı nəzərdən qaçırmışdır. Bu səbəbdən anaya uşağın 3 yaşı tamam olanadək 100 manat məbləğində alimentin ödənilməsi barədə qərarı da əsassızdır. Belə ki, iddiaçının belə bir maddi yardıma ehtiyacı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili k assasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay” 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

17. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respu blikasının Qanunu:

18. Maddə

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

22. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli X nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 19.06.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26.07.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

26. X nömrəli icra işinin 27.08.2020-ci il tarixli elektron çıxarışından müəyyən edilir ki, Cavabdeh “Azərbaycan Kredit Bürosu”MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir. Həmçinin 23.07.2020-ci il tarixdən Cavabdeh mülkiyyətində “Mercedes Benz E 200” minik markalı, 2007-ci il buraxılışlı, 99OA226 dövlət qeydiyyat nişanlı avtomobil var.”

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Yasamal Rayon Məhkəməsi 10.01.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmışdır. Kollegiyanın qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüd üyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

28. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

29. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyy ən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

30. Bu baxımdan apellyasiya kollegiyası uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin onun qazancının ¼ hissəsində müəyyən edilməsini ədalətli və ağlabatan hesab etmişdir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. 31. “Аzərbаycаn” Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsin in də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən ”valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

32. Apellyasiya məhkəməsi “uşağın üç yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehdən iddiaç ının xeyrinə uşaq 3 yaşına çatanadək 100 manatın tutulması əsaslıdır.

33. Kollegiya hesab edir ki, iddiaçını aliment tələblərinin təmin edilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur. İş üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və o nların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar