Məhkəmə qərarları › İş №2(102)-3526/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3526/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3526/2023 14.08.2023 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli 2(106)-178/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qal an hissədə ümumi qaydada icra edilməsi, cavabdehin və digər şəxslərin torpaq sahəsi və fərdi yaşayış evində istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, kredit müqaviləsinin və kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilərək 09 sentyabr 2019-cu il tarixli, 13-BİZG-1-0-169-19 saylı Baş kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və X müştərək qaydada əsas borc üzrə 33106 (otuz üç min yüz altı) manat 85 (səksən beş) qəpik əsas borc və 7520 (yeddi min beş yüz iyirmi) manat 05 (beş) qəpik fai z borcu, 300 (üç yüz) manat dəbbə olmaqla, ümumilikdə cəmi 40926 (qırx min doqquz yüz iyirmi altı) manat 90 (doxsan) qəpik və iddiaçının tərəfindən çəkilən məhkəmə məsrəfləri ilə bağlı 150 (yüz əlli) manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı ASC-yə verilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsinin və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.0227 hektar torpaq sahəsi ilə birlikdə ilkin sat ış qiymətinin (likvid qiymət) 45000 (qırx beş min) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Şamradov Şükür Əmrah oğlundan və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-yə, "xxxx" ASC Abşeron Filalı-Kod 805539 VÖEN **********, SWİFT BİC İBAZAZ2X, Müxbir hesab AZ03NABZ********************, VÖEN **********, Hesab AZ52İBAZ******************** nömrəli hesaba ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli 2(106)-178/2023 saylı qətnaməsi ilə (hakimlər P.T.Əhmədov sədrlik edən, məruzəçi, İ.Q.Əsədov və S.İ.Mayılov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi Cavabdeh1 və digər şəxslərin Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh1 və digər şəxslər Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-178/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(106)-178/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən, kassasiya şikayətinin məzmunu qanuna müvafiq tərtib edilmədiyindən, dövlət rüsumu ödənilmədyindən geri qaytarılmışdır. Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, məhkəmənin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermək üçün maddi imkanının olmaması səbəbindən dövlət hesabına vəkil xidməti ilə təmin edilməsini xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)178/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Cavabdeh1 və vəkili Vəkil tərəfindən iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-178/2023 nömrəli, 19 ya nvar 2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə təkrarən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, cavabdeh təkrar kassasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş, lakin apellyasiya məhkəməsi kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddətin ötürülübötürülməməsini müzakirə etmədən kassasiya şikayətini baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildi yi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-178/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar