Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3527/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-418/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015ci il tarixli müqavilə üzrə 25000 ABŞ dolları əsas borcun, 5753,37 ABŞ dolları faiz borcunun, 4315,46 ABŞ dolları cərimənin, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2644,14 ABŞ dollarının, ümumilikdə 37712,97 ABŞ dolları borcun və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604,05 ABŞ dolları məbləğində əsas borcun, 3608,78 ABŞ dolları məbləğində faiz borcunun, 5272,96 ABŞ dolları məbləğində cərimənin, Azərbaycan Respublikası MM-in 445.7- ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2520,54 ABŞ dollarının, ümumilikdə 36006,33 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə 25000 ABŞ dolları əsas borcun, 5753,37 ABŞ dolları faiz borcunun, 15,46 ABŞ dolları cərimənin, ümumilikdə 30768,83 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604,05 ABŞ dolları məbləğində əsas borcun, 3608,78 ABŞ dolları məbləğində faiz bo rcunun, 22,96 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 28235,79 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB-nin hesabına ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-418/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi və ona xx xxxxxx 2015-ci il tarixli 01 saylı əlavə saz iş üzrə 25000 ABŞ dolları əsas borcun, 1473,27 ABŞ dolları faiz borcunun, 15,46 ABŞ dolları cərimənin və gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 2084 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24604,05 ABŞ dolları məbləğində əsas borcun, 310,99 ABŞ dolları məbləğində faiz borcunun, 22,96 ABŞ dolları məbləğində cərimənin və gecikdirilən vaxt üçün əsas borcdan illik 5 faiz hesablanmaqla 2291,67 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə tutularaq Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)418/2020 nömrə li qətnaməsinin apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi, məhkəmə tərəfindən yeni qərar qəbul edilməklə iddianın tam təmin edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulmasıilə qəbul etmişdir. İş üzrə keçirilmiş ekspert rəyi əsassız olmuş, apellyasiya instansiyası məhkəməsi həmin rəyin məcburi xarakter daşımamasını, onda faizlərin və cərimələrin hesablanması barədə məlumatların əks etdirilməməsini nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı bar ədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının vəkili isə məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı məhkəməiclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının hüquqi şəxs olmasını, onun vəkilinin isə ərizəyə əlavə etdiyi tibbi sənədlərin xx xxxx 2020ci il tarixə aid olunmasını nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, cavabdehlər kassasiya şikayəti verməmiş, iddiaçı isə qətnaməni iddianın təmin olunmamış hissəsi üzrə mübahisələndirmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini iddiaçının şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsi üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh1 MMC və QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 19 faiz dərəcəsi tətbiq edilməklə 02 ay ərzində qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqaviləyə xx xxxxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişlə kreditin ödənilməsinin son tarixi xx xxxxxx 2016-cı ilədək uzadılmışdır. Həmçinin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə QSC “xxxxxxxxxxxxx” KB tərəfindən Cavabdeh2 illik 19 faiz dərəcəsi tətbiq edilməklə 03 ay ərzində qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmiş və xx xxxxxx 2015-cü il tarixli Zaminlik müqaviləsi ilə Cavabdeh2 və xx xxxxxx 2015-ci il tarixli Zaminlik müqaviləsi ilə Cavabdeh1 MMC müvafiq olaraq borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər tərəfind ən müqavilələr üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmiş və onların banka borcları yaranmışdır. İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB Cavabdeh1 MMC-nin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə 25000 ABŞ dolları əsas borcun, 5753,37 ABŞ dolları faiz borcunun, 4315,46 ABŞ dolları cərimənin, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi ilə 2644,14 ABŞ dolları borcun, ümumilikdə 37712,97 ABŞ dolları borcun, Cavabdeh2 isə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə 24604,05 ABŞ dolları məbləğində əsas borcun, 3608,78 ABŞ dolları məbləğində faiz borcunun, 5272,96 ABŞ dolları məbləğində cərimə borcunun, Azərbaycan Respublikası M M-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi ilə 2520,54 ABŞ dolları borcun, ümumilikdə 36006,33 ABŞ dolları məbləğində borcun olmasını iddia etmiş, həmin borcun mövcudluğunu sübut etmək məqsədi ilə məhkəməyə Maliyyə arayışlarını təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəy ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsi və xx xxxxxx 2015-ci il tarixli əlavə sazişin şərtlərinə müvafiq olaraq “xxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas borcu 25000 ABŞ dolları, faiz borcu isə 470,83 ABŞ dolları təşkil edir. Apellyasiya məhkəməsi həmin rəylə qismən razılaşmış və göstərmişdir ki, rəyin nəticə hissəsində həm birinci kredit müqaviləsinin, həm də ona əlavənin şərtləri nəzərə alınmaqla borcun məbləğinin müəyyənləşdirilməsi qeyd olunsa da, rəyin təsviri hissəsindən görünür ki, ekspert faiz borcunu yalnız 90 günlük müddət üzrə (xx xxxxxx 2015 – xx xxxxxx 2016) hesablamışdır. Həmin müddət üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər (791 ABŞ dolları) çıxılmaqla, onun 470.83 ABŞ dolları faiz borcu qalmışdır. Göründüyü kimi faiz borcu xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. Lakin tərəflər arasında ilkin müqavilə xx xxxxxx 2015-ci il tarixdə bağlandığı üçün faizlər də həmin gündən başlayaraq hesablanmalı idi. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə nəzərə alınmayan müddətin 76 gün təşkil etdiyini (xx xxxxxx 2015 - xx xxx xxx 2015), hər günə düşən faiz məbləğinin 13,19 ABŞ dolları olmasını nəzərə alaraq müəyyən etmişdir ki, xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsi və xx xxxxxx 2015-ci il tarixli əlavə saziş üzrə cavabdehin cəmi 1473,27 ABŞ dolları faiz borcu vardır. Həmin məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, müqavilə müddətinin bitdiyi tarixdən (xx xxxxxx 2016-cı il) məhkəməyə müraciət edildiyi tarixədək (xx xxxxxx 2018-ci il) gecikdirilmiş vaxt üçün, yəni 20 aya görə beş faiz pulun tutulması qənaətinə gəlmiş və tutulmalı olan 25000 ABŞ dolları əsas borcun 5 %-i 1250 ABŞ dolları, bu məbləği bir ilə böldükdə 104,2 ABŞ dolları, həmin məbləği 20 aya vurduqda isə 2084 ABŞ dolları olduğu müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi həm çinin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesab etmişdir ki, iddiaçı tərəfindən faiz borcunun məbləği düzgün hesablanmamışdır. Belə ki, 25000 ABŞ dollarına illik 19 faiz olmaqla 3 ay müddətinə 1187,50 ABŞ dolları faiz hesablanacaq (25000 x 19:100:12 x 3=1187,50). Lakin iddiaçı daha böyük məbləğdə faiz tələb etmiş, işə baxan məhkəmə də əsassız olaraq həmin hissədə tələbi təmin etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən 1272,51 ABŞ dolları (396, 394, 482,51 ABŞ dolları olmaqla) ödənişlər edilmişdir. Həmin məbləğdən 396 ABŞ dolları əsas borcdan çıxılmışdır. Beləliklə, cavabdehin həmin müqavilə üzrə 310,99 ABŞ dolları faiz borcu qalmışdır (1187,50-(1272,51-396)=310,99). Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı müqavilə üzrə gecikdirilmiş vaxt üçün, yəni 22 aya görə (xx xxxxxx 2015 – xx xxxxxx 2018) 2291,67 ABŞ dolları məbləğində pul tutulmalıdır (25000 x 5:100:12 x 22 = 2291,67). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443. 1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edə rək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsi nə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq faiz və əlavə 5 faizlə hesablanan borcu müvafiq ekspertiza keçirilməklə, ekspert rəyi ilə razı olmadığı hissədə isə mövcud sübutlara əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci m addəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Cərimə borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi s əlahiyyətləri çərçivəsində dəbbə pulu borcu hissəsində tələbləri azaltmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübah isələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Lə ğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-418/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3527/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3527/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver