Məhkəmə qərarları › İş №2(102)-3528/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3528/2019

15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli 2(103)-1891/19 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş 2(005)-3541/2018) İddiaçı Ağabala oğlunun cavabdehlər Cavabdeh1 və X2 kredit müqaviləsi üzrə borcun tut ulması tələbinə dair iddiası təmin edilərək, cavabdehlərdən 10.000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və N.Ş.Cəfərov) Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 aid hissədə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir İşin halları: 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 10.000 manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. 2018-cı ilin noyabr ayında Cavabdeh1 Bakı şəhəri Nərimano v rayon məhkəməsinin 07 avqust 2018-ci tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ilə əlaqədar yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətində qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. əsas göstərməklə ləğv edilməsini və işə apellyasiya şikayəti əsasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olma dan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi Cavabdeh1tərəfindən 30 avqust 2018-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, lakin 13 noyabr 2018-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edilmişdir. Az ərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilən Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İ şdə apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizə olmadığından, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar