Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3529/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı «Bank Melli İran»ın Bakı filialının nümayəndəsi X1, cavabdeh HBnın və vəkili X3 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh HBtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi il ə (sədrlik edən E.A.Nuriyev, iş 2(007)-1146/2018) iddiaçı «Bank Melli İran»ın cavabdehlər HBna və ƏƏna qarşı kreditin, ona hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dairiddiasının qismən təmin edilməsi, HBndan və ƏƏndan 19884,27 manat əsas borc və 11919,46 manat faiz borcu, cəmi 31803,73 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 31833,73 (otuz bir min səkkiz yüz otuz üç manat 73 qəpik) manatın alınaraq «Bank Melli İran»nın Bakı filialına ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə ƏƏna məxsus Sumqayıt şəhəri, ÜNVANə yönəldilməsi, mənzilin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən cəmi 31833,73 (otuz bir min səkkiz yüz otuz üç manat 73 qəpik) manatın «Bank Melli İran»nın Bakı filialına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ƏƏna qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 145 (yüz qırx beş) manat HBndan və ƏƏndan alınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi və iddia tələbinin «mənzil satıldıqdan sonra bir ay müddətinə boşaldılması» hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli, 2(103)-13587/2018 saylı qətnaməsi ilə (E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), hakimlər R.Ə.Qurbanov və A.Ə.H üseyn) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin - faiz borcunun məbləği hissəsində və iddianın təmin edilməyən - mənzil satıldıqdan sonra bir ay müddətinə boşaldılması hissəsində ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, HBndan və ƏƏndan 19884,27 manat əsas borc və 11331,77 manat faiz borcu, cəmi 31216,04 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 31246,04 (otuz bir min iki yüz qırx altı manat dörd qəpik) manatın alınaraq «Bank Melli İran»nın Bakı filialına ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə ƏƏna məxsus Sumqayıt şəhəri, ÜNVANə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən cəmi 31246,04 (otuz bir min iki yüz qırx altı manat dörd qəpik) manatın «Bank Melli İran»nın Bakı filialına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ƏƏna qaytarılması, ƏƏna məxsus Sumqayıt şəhəri, ÜNVANında yerləşən mənzilsatıldıqdan ən geci bir ay ərzində evi tərk etmədikdə Cavabdeh2mənzildən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun HBndan və ƏƏndan alınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı «Bank Melli İran» cavabdehlər HBna və ƏƏna qarşı iddia ərizəsi və iddia tələbinin həcmi nin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, HBndan və ƏƏndan 34251,70 manat (bundan 19884,27 manat əsas borc və 14367,43 manat faiz borcu təşkil edir) məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması və «Bank Melli İran»ın Bakı filialına verilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi ƏƏna məxsus Sumqayıt şəhəri, ÜNVANında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması və mənzil satıldıqdan sonra «Bank Melli İran»ın Bakı filialına olan kredit borcunun ödənilməsi, mənzil satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh HB apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh HB və vəkili X3 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı «Bank Melli İran»ın Bakı filialının nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kas sasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan «Bank Melli İran»ın Bakı filialının rəhbərliyi tərəfindən HBna ünvanlanmış 01 oktyabr 2015-ci il, 10 fevral 2016-cı il və 15 noyabr 2017-ci il tarixli bildirişlərdən görünür ki, həmin tarixlərə gecikdirilmiş borcları tam şəkildə ödənilməzsə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan «Bank Melli İr an»ın Bakı filialının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 10 yanvar 2018-ci il tarixli, 2018/54 saylı ərizədən görünür ki, ƏƏna məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 10, mənzil 24 ünvanında yerləşən mənzilə «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş»in qeydə alınması xahiş edilmişdır. İş materiallarına əlavə edilmiş «Bank Melli İran»ın Bakı filialı tərəfindən cavabdehlərə ünvanlanmış 20 dekabr 2017-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə 25 noyabr 2014-cü il tarixli, 77 №li kredit müqaviləsi üzrə yaranmış borcu 11 yanvar 2018-ci il tarixədək ödəmələri, əks təqdirdə məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldi lməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26 noyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, «Bank Melli İran»ın Bakı filialı tərəfindən HBna 30000,00 (otuz min) manat ödənmişdir. İşdə olan «Bank» və «İpoteka qoyan» arasında imzalanmış 25 noyabr 2014-cü il tarixli, 77 saylı «Sonrakı İpoteka» müqaviləsinə əsasən ƏƏna məxsus olan ÜNVANında yerləşən mənzil ipotekaya qoyulmuşdur. İş materiallarında olan 25 noyabr 2014-cü il tarixli, 77 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən «Bank Melli İran»ın Bakı filialı tərəfindən HBna illik 19% ödəmək şərti ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. İşdə olan «Bank Melli İran»ın 18 yanvar 2018-ci il tarixli, 2018/118 №l i maliyyə arayışından görünür ki, HBnın 25 noyabr 2014-cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə iddia məhkəməyə verilən tarixə 24.01.2018-ci il tarixinə banka borcu - kredit üzrə 19884,27 manat, faiz üzrə 11331,77 manat, cəmi 31216,04 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-ci il tarixli, 9436 №li məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 25 noyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, HBnın «Bank Melli İran»a olan borcu 14 mart 2018-ci il tarixə – əsas kredit borcu – 19884,27 manat, faiz borcu – 11919,46 manat təşkil edir. İşdə olan «xxxx» MMC-nin 10 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, ÜNVANi n dəyəri – 70.000 (yetmiş min) manat təşkil edir. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, «Bank Melli İran»ın Bakı filialı tərəfindən cavabdehlərə qarşı iddia ərizəsi üzrə cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən 25 noyabr 2014-cü il tarixli, 77 saylı kredit müqaviləsi ilə «Bank Melli İran»ın Bakı filialı tərəfindən HBna illik 19% ödəmək şərti ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi həmin tarixdə «Bank Melli İran»ın Bakı filialı ilə HB və ƏƏ arasında “sonrakı ipoteka” müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MMdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəl əri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli də rəcədə məhrum olur. -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hal lar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun həddi düzgün müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında eləcə də ekspert rəyindən əsas kredit borcunun 19884,27 manat olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsas kredit borcunun məbləği hissəsində gəldiyi nəticə ilə razılaşsa da faiz borcu hissəsində razılaşmayaraq qeyd etmişdir ki, cavabdehlərdən tutulası faiz borcunun həddi 11.331,77 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdi r ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22- ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslar dan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 4 49.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqavilələrinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. İşdə olan «Bank Melli İran»ın 18 yanvar 2018- ci il tarixli, 2018/118 №-li maliyyə arayışından görünür ki, HBının 25 noyabr 2014-cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə iddia məhkəməyə verilən tarixə 24.01.2018-ci il tarixinə banka borcu faiz üzrə 11331,77 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməklə onun açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. İş materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipotekaqoyan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yerinə yetirmədikdə, ipotekasaxlayan tələblərinin ödənilməsini ipotekaqoyanın könüllü iştirakı yolu ilə əks təqdirdə isə məhkəmə qərarına əsasən ipoteka predmetinə yönəldir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış ipoteka müqavilələrnin şərtlərinə eləcə də mülki məcəllənin ipoteka hüququnu tənzimləyən normalarına və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - ipoteka predmeti olan əmlak satıldıqda n sonra bir ay ərzində boşaldılması ilə bağlı hissəsi üzrə səhv nəticəyə gəlmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göründüyü kimi, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri müəyyən edilmişdir, lakin həmin hal - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması ilə şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtləri eləcə də qeyd olunan normanın tələbləri baxımından hesab etmişdir ki, iddiaçı ipoteka predmeti olan əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh HBnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3529/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3529/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver