Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-353/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-353/2019 21 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, Cavabdeh1 vəkili X1nun iştirakı ilə, İddiaçı-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə faiz borcunun və əlavə xərclərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli 2(103)-2911/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Hacılı Pərviz Faiq oğlu tər əfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc qismində 51 695,01 ABŞ dolları, faiz borcu qismində 8599,59 ABŞ dolları olmaqla cəmi 71 358,58 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına xərclənmiş vəsaitin əvəzi qismində 31 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 54 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və s atışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan mənzil satıldıqda Cavabdeh2, Cavabdeh3nun, X1, Cavabdeh5 və Cavabdeh6 oradan çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 51 695,01 ABŞ dolları məbləğində ödəniş edildiyini, həmin vəsaitin əsas borca silindiyini, kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 54 saylı evin 14 saylı mənzilinin yüklülükdən azad edildiyini, 23 yanvar 2017-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcunu n olmadığını, faiz borcunun isə 13 375,04 ABŞ dolları təşkil etdiyini qeyd etmiş, buna görə də həmin cavabdehdən 29 may 2015-ci il tarixli 100810-229513/1 saylı kredit müqaviləsi üzrə faiz borcu qismində 13 375,04 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasının ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manatın, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xərclənmiş 180 manat xidmət haqqının, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) 02 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin iddiası təmin edilərək Cavabdeh1 29 may 2015-ci il tarixli, 100810-229513/1 saylı kredit müqaviləsi üzrə faiz borcu qismində 13.375,04 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasının ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manat, ödənilmiş dövlət rüsumu qismində 30 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ödənilmiş 180 manat xidmət haqqının "İddiaçı'’ ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi İ.Xəlilov, hakimlər A.Abdullayeva və A.Hüseynov) 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhk əməsinin (sədrlik edən və məruzəçi Ə.Əliyev, hakimlər A.Kalbalıyev və V.İbayev) 13 dekabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi E.Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyev) 24.08.2018-ci il tarixli 2(103)-2911/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(010)-90/2017 saylı iş üzrə 02 fevral 2017-ci il tarixli qətnaməsi cavabdehdən 13 375,04 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulmalı olan faiz borcunun 12 028,55 ABŞ dolları(ödəniş günü üçün Azərbaycan Respublikası Mə rkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının İddiaçı-dən, 45 manatının isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 və vəkili X iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli 2(103)-2911/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdir ki, təkrar apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə iddiaçının hesabına nə qədər pul vəsaitinin ödənildiyi və bu ödəmələrin təyinatı məlum olduğu halda iddia qaldırılan ana qədər borclu tərəfindən kredit müqaviləsi üzrə hansı məbləğdə pul vəsaitinin ödəniş edildiyini və bu vəsaitin hansı qaydada əsas borca, faiz borcuna və dəbbə puluna yönəldilməsi araşdırılmamışdır. İddiaçı tərəfindən bankda olan hesabındakı vəsaitin əsas borc məbləğinə silməsi kredit müqaviləsinin 4.5-ci maddəsinin şərtlərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılarkən işin halları tam və hər tərəfli araşdırılmayaraq sübutlara hüquqi qiymət verilməmiş, prosessual hüquq normaları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili X kassasiya şikayətinin mə zmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı (bank) arasında bağlanmış 29 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq, illik 24 faiz ödəmək şərti ilə 55 000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil ipotekaya qoyulmuş, bu barədə eyni tarixli ipoteka müqaviləsi bağlanılmış,ipoteka predmeti 120 000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 30.07.2018-ci il tarixli 7545 saylı rəyi ilə 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 dekabr 2016-cı il tarixinə Cavabdeh1 əsas və faiz borcunun məbləğlərinin, habelə 14 dekabr 2016-cı il tarixdə banka 51 695,1 ABŞ dolları məbləğində ödəniş edildiyi və həmin ödənişin əsas borcdan çıxıldığı nəzərə alınaraq, ekspert rəyi ilə müəyyən edilmişdir ki, 13.12.2016-cı il tarixdə Cavabdeh1 51 695,01 ABŞ dolları əsas, 12 028,55 ABŞ dolları faiz borcu olmuş, 14.12.2016-cı il tarixdə əsas borc məbləği ödənildikdən sonra onun göstərilən məbləğdə (12 028,55 ABŞ dolları) faiz borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasına qərar verdiyi faiz məbləği ilə razılaşmayaraq, faiz borcunun ekspertiza rəyinə əsasən müəyyən edilmiş 12 028,55 ABŞ dolları hissəsində əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini 13.375,04 ABŞ dolları faizin tutulması hissəsində dəyişərək, tutmalı olan məbləği 12 028,55 ABŞ dolları müəyyən etmiş, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tə ləb edə bilər. İş üzrə ödənilməli olan faiz məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcun tam bağlandığı tarixə hesablanmış faiz borcu müəyyən edilmişdir. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri isə hər hansı mötəbər sübutla təsdiq edilmir Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 24.08.2018-ci il tarixli 2(103)-2911/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-353/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-353/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver