Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-353/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-353/22 (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)1728/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, baş vermiş yol nəqliyyat hadisəsində xidməti nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində dəymiş maddi zərərə görə 18.540 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ü.O.Qənbərov) iddia qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 13.708 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni b elə əsaslandırıb ki, cavabdeh, iddiaçının Binəqədi rayon Mühafizə İdarəsində polis nəfəri, polis serjantı işləyib. 13 sentyabr 2013-cü il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən, 2013-cü il buraxılışlı “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olub və həmin nəqliyyat vasitəsi iddiaçının 04 dekabr 2019-cu il tarixli, 434 saylı əmri ilə xidməti zərurətlə əlaqədar olaraq cavabdehə təhkim edilib. 17 dekabr 2019cu il tarixli “inzibati xəta haqqında” protokola əsasən, cavabdeh, 15 dekabr 2019-cu il tarixdə, saat 08-00 radələrində, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivindəki Daş bazarının yaxınlığında yol ayrıcında idarə etdiyi “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sol tərəfdən h ərəkətdə olan “Hyndai” markalı, ** UV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirli bilinib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1097.1, 1108.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov sədrlik edən, məruzəçi, T.S.Kərimov və T.X.Heydərov) apellyaiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məh kəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rə dd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsa sən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hü quq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin fa ktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayət ində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, cavabdeh, iddiaçının Binəqədi rayon Mühafizə İdarəsində polis nəfəri, polis serjantı vəzifəsində işləyib. 13 sentyabr 2013-cü il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən, 2013-cü il buraxılışlı “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olub və həmin nəqliyyat vasitəsi iddiaçının 04 dekabr 2019-cu il tarixli, 434 saylı əmri ilə xidməti zərurətlə əlaqədar olaraq cavabdehə təhkim edilib. 17 dekabr 2019-cu il tarixli “inzibati xəta haqqında” protokola əsasən, cavab deh, 15 dekabr 2019-cu il tarixdə, saat 08-00 radələrində, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivindəki Daş bazarının yaxınlığında yol ayrıcında idarə etdiyi “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sol tərəfdən hərəkətdə olan “Hyndai” markalı, ** UV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirli bilinib. Bundan sonra, iddiaçının 09 yanvar 2020-ci il tarixli, 27-038-20 saylı əmri ilə vəzifə borcunun icrasına etinasız yanaşaraq ona təhkim edilmiş nəqliyyat vasitəsinə maddi zərər vurduğuna görə cavabdeh “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanında xidmətdən xaric olunub. İşə əlavə edilmiş “Euro Style” LTD tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli Qüsur aktına əsasən, 2013-cü il buraxılışlı “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı dəyişdirilməli olan ehtiyat hissələrin dəyəri 15780,0 manat və təmir işlərinin dəyəri 2760,0 manat olmaqla, cəmi 18.540 manat müəyyən edilib. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən, 2013-cü il buraxılışlı “Volksvagen Polo” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı təmir-bərpa və avtoehtiyat hissələrinə düşən köhnəlmə faizi nəzərə alınmaqla, cəmi 13.708 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasl andırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqla olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçının balansında olan nəqliyyat vasitəsinə 13.708 manat məbləğində maddi zərər dəyməsi, mülki iş materialları, ekspertin rəyi ilə tam təsdiq edildiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tu tulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fi ziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını, habelə y ol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş sözügedən nəqliyyat vasitəsini tam təmir edərək iddiaçıya təhvil verdiyini və nəqliyyat vasitəsinin təmirinə bütövlükdə 5.255 manat vəsait xərclədiyni və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla sözügedən nəqliyyat vasitəsinə məhz cavabdehin təqsiri üzündən maddi zərərin dəyməsi mülki iş materialları ilə istisna edilmir. Digər tərəfdən cavabdehin nəqliyyat vasitəsinin təmirinə 5.255 manat xərc çəkməsi, nəqliyyat vasitəsini tam saz vəziyyətdə iddiaçıya təhvil verməsi, habelə hazırki iddianın 13.708 manat məbləğdə təmin edilməsi və nəticədə arada yaranan fərqi tərəflər öz aralarında qarşılıqlı şəkildə həll edə bilərlər, bu barədə mübahisə yarandıqda isə cavabdeh ayrıca birinci instansiy a məhkəməsində iddia qaldırmaqla pozulmuş hesab etdiyi hüququnun bərpa edilməsini tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin digər dəlillərinə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şi rvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)-1728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-353/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-353/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver