Məhkəmə qərarları › İş №2(102)-3530/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3530/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3530/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, C avabdeh «xxxx» ASC-nin ləğvedicisi «xxxx» MMC-nin xeyrinə 2517 manat 06 qəpik məbləğində əsas borc, 1292 manat 91 qəpik məbləğində faiz borcu, 604 manat dəbbə pulu və 31 manat ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqı və 2 manat poçt xidmət haqqı olmaqla, cəmi 4446 manat 97 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(103)-12938/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığrtalanması Fondunun xeyrinə 2517 manat 06 qəpik məbləğində əsas borc, 762 (yeddi yüz altımış iki) manat 57 (əlli yeddi) qəpik məbləğində faiz borcu, 604 manat dəbbə pulu və 31 manat ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqı və 2 manat poçt xidmət haqqı olmaqla, cəmi 3916,63 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» ASC-nin ləğvedicisi «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2011-ci il tarixli ****** *** saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh «xxxx» ASC- nin xeyrinə 2517 manat 06 qəpik məbləğində əsas borc, 1292 manat 91 qəpik məbləğində faiz borcu, 604 manat dəbbə pulu olmaqla, cəmi 4413 manat 97 qəpik məbləğində borcu, 31 manat ödənilmiş dövlət rüsumu və ba nk xidmət haqqının və 2 manat poçt xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə kassasiya şikayətinin dəli lləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin f aktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2011-ci il tarixli ***** *** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 24 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən bank müqavilədə nəzərdə tutulan məbləğdə pulu cavabdehə verməyi, cavabdeh isə üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı kredit müqaviləsində göstərilən məbləğdə pulu cavabdehə verməklə üzərinə düş ən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borcun və dəbbə pulunun məbləği düzgün nəticəyə gəlsə də faiz borcununun məbləği hissəsində səhv nəticəyə gəlmişdir. Kredit müqaviləsi üzrə borc götürənin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlə r etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi əsas borcu faiz və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iddianın əsaslı olması barədə düzgün nəticəyə gəlsə də faiz borcunun həddini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan həcmdə kredit müqaviləsi üzrə faiz məbləğini, kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə iddia ilə məhkəməyə müraciət edildiyi tarixədək tələb edir. Kredit müqaviləsi üzrə faizlər kredit müddətinin sonuna qədər hesablanmalı idi. Tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqavilələrinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Apellyasiya baxışı zaman ı təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsinin bitdiyi tarixə, yəni 03.10.2013-cü il tarixinə banka olan borcu 2517 manat 06 qəpik məbləğində əsas borc, 762 manat 57 qəpik məbləğində faiz borcu təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsinin əsas borcun məbləği ilə bağlı qənaəti düzgün olsa da, tutulmalı faiz borcunun məbləği hissəsində düzgün olmamışdır. Belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesabdan çıxarışa əsasən faiz borcunun 762 manat 57 qəpik olması müəyyən edilsə də birinci instansiya məhkəməsi faiz borcunun həddini 1292 manat 91 qəpik olması qənaətinə gəlməklə düzgün müəyyən etməmişdir. Belə olan halda cavabdehdən tutulası faiz borcu 762 manat 57 qəpik həddində müəyyən edilməlidir. Bundan başqa birinci instansi ya məhkəməsi tərəfindən dəbbə pulunun həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınmaqla müəyyən edilmişdir. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətininin faiz borcu hissəsi ilə bağlı dəlilləri ilə razılaşır, qalan hissədə isə apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan sənədlər xüsusi bilik tələb edilmədən tutulan borcun həddinin hesablan ması mümkün olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi tutulmalı olan faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mad dəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozul ması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi say ılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin v ə ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassas iya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki halların ı tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar