Məhkəmə qərarları › İş №2(102)-3531/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3531/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3531/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun və elektron qaydada verilməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılm ası və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(104)-65/2023 nömrəli qətnaməsindən və xx.xx.2023-cü il tarixli, 2(104)65/2023 nömrəli qərardadından Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə 11974.78 ABŞ dolları kredit borcu, 607.11 ABŞ Dolları faiz borcu və 8047.90 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 20629 ABŞ dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırm aq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu X4 prospektində yerləşən 12 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 20629 ABŞ dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə tutulması, Gəncə ş əhəri Kəpəz rayonu X4 prospektində yerləşən 12 A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1279/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekviv alentində alınaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat müəyyən edilməklə evin açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilmiş, əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabde hlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 həmin evdən çıxarılması, evin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(043)-1279/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1nın apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixl i 2(043)1279/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 QSC-yə olan borcu 11.939.27 (on bir min doqquz yüz otuz doqquz dollar iyirmi yeddi sent) ABŞ dolları (pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində) məbləğində müəyyən edilməsi, qətnamə ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekt i 12A nömrəli fərdi yaşayış evinin orta bazar qiymətinin 35000 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilməsi, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 50500 (əlli min beş yüz) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayətində hansı maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməsi qeyd olunmadığ ı, o cümlədən prosessual hüquq normalarının pozulmasının və düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyinə, şikayət əsaslandırılmadığına və formal olaraq verildiyinə görə qaytarılmışdır. 6. 16 iyun 2023-cü il tarixdə Cavabdeh1 və vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən eyni məzmunlu kassasiya şikayətini yenidən Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmişlər.

7. Həmçinin Cavabdeh1 (Vəkil) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, şikayətin “Kassasiya şikayəti verən şəxsin tələbi” hissəsində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1607/2022 nömrəli, 06 oktyabr 2022-c i il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətini icraata qəbul etməklə kassasiya şikayətinə baxılaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməyini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli müşayiət məktubu ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-65/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

9. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

10. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

11. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

12. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 13. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan ele ktron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.

15. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

16. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Yuxarıda göstərilən hər iki kassasiya iş materiallarında mövcuddur.Ona görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin ikisinin də mümkünlüyünə qiymət verilm əlidir.

18. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, şikayət verilmiş qətnamənin və ya qərardadın kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr, qərardadlar kateqoriyasına aid olub-olmamasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassa siya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İşdən görünür ki, Cavabdeh1 apellyasiya məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsini 28 mart 2023-cü il tarixində rəsmi qaydada almış, ilk dəfə verdiyi kassasiya şikayəti apellyasiya məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı ilə qaytarılmış, cavabdeh eyni məzmunlu kassasiya şikayətini 16 iyun 2023-cü il tarixində yenidən apellyasiya məhkəməsinə təqdim etmişdir.Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsindən ikinci dəfə verilən eyni məzmunlu kassasiya şikayəti MPMin 405.0.1-ci maddəsində müəyyənləşdirilmiş 2 ayl ıq müddət ötürülməklə verilmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatət verilməmişdir.

21. Kassator apelyasiya məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətində hazırki işə aid olmayan, tamamilə başqa - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1607/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətini icraata qəbul etməklə kassasiya şikayətinə baxılaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməyini xahiş etmişdir. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Belə olan halda cavabdehin tələbini müəyyən etmək mümkün deyildir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

23. Eləcə də yuxarıda göstərilən hər iki kassasiya şikayəti elektron imza ilə imzalanmaqla elektron kabinet vasitəsilə verilməmişdir.Həmçinin apellyasiya məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadından verilən kassasiya şikayəti fiziki olaraq da vəkil tərəfindən imzalanmamışdır.

24. Göstərilən ha llarda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci və 408-ci maddələrinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətlərini geri qaytarmalı idi.

25. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. Beləliklə, məhkəmə kol legiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətləri icraata qəbul edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığı üçün kassasiya şikayətləri qeyrimümkün hesab edilməli, g eri qaytarılmaları üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-xx/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən və 26 may 2023-cü il tarixli 2(104)-xx/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar