Məhkəmə qərarları › İş №2(102)-3532/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2018

25.05.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2018 25.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 may 2018-ci il № 2(102)-3532/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov, iş № 2(060)-12626/16) iddia qismən təmin edilərək 14719,03 (ond ördminyeddiyüzondoqquz, 03) ABŞdollarıməbləğindəəsas borcun, 1641,76 (min altı yüz qırx bir, 76) ABŞdollarıməbləğində faiz, 10 (on)ABŞdollarıməbləğində cərimə, cəmi 15370,79 (on beş min üçyüz yetmiş,79) ABŞdollarıpulməbləğininvə 30 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdehnaməxsusolanvəbankaipotekayaqoyulmuş “ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatınişanlıavtomobiləyönəldilməsi, avtomobilinaçıqhərracdansatılması, əldəedilənvəsaitləborcunvədövlət rüsumununödənilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunmuş, qalan hissədə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova-sədrlik edən və məruzəçi, E.Rəhimov və S.Qafari, iş № 2(105)-57/18) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12626/2016 saylı, 09 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək açıq hərraca çıxarılarkən ipoteka predmeti olan «ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatınişanlıavtomobilinilkinsatışqiyməti23.650 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx"ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdehbankaborcluolduğu 14719,03 (ondördminyeddiyüzondoqquz, 03) ABŞdollarıməbləğindəəsas borcun, 1641,76 (min altı yüz qır x bir, 76) ABŞdollarıməbləğində faiz, 1554,07 ( min beş yüz əlli dörd, 07) ABŞdollarıməbləğində cərimə, cəmi 17914,86 (on yeddi min doqquz yüz on dörd, 86) ABŞdollarıpulməbləğininvə 30 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdehnaməxsusolanvəbankaipotekayaqoyulmuş “ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatnişanlıavtomobiləyönəldilməsivəavtomobilinaçıqhərracdansatılması, əldəedilənvəsaitborcunvədövlətrüsumunödənilməsibarədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. İ şdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 yanvar 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayə tinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Unibank»ASCilə Cavabdeharasında bağlanmış 21.11.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə avtomobil satın alınması ücün 60 ay müddətinə qaytarılmaq üzrə illik 18 faizlə 29000 (iyirmi doqquz min) ABŞdolları məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. "xxxx"ASCilə Cavabdeharasında bağlanmış 21.11.2012-ci il tarixli girov müqaviləsindən görünür ki, götürülmüş kreditin təminatı olaraq girov müqaviləsinə əsasənCavabdehna məxsus “ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatınişanlıavtomobilbanka girova qoymu şdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, ipoteka qoyanCavabdeh “ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatınişanlıavtomobilbanka ipotekaya qoymuşdur. İş materiallarından görünür ki, "xxxx"ASCtərəfindən Azərbaycan Respublikası DİNnin Baş dövlət yol polis idarəsinə ünvanlanmış 26 may 2016-cı il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilir. İş materiallarından görünür ki, "xxxx"ASC cavabdehə dəfələrlə bildiriş göndərmiş və xəbərdar etmişdir ki, 21.11.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit üzrə banka olan borcunu tam ödəməlidir. Əks təqdirdə kreditin qaytarılması məqsədilə bank tərəfindən qanunveri cilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkün süzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 407-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mən afeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab etmişdir ki, iddiacı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, dəbbə pulunun məbləği 1554,07 ABŞ dolları tənəsübsüz surətdə yüksəkdir və müvafiq olaraq 10 ABŞ dolları məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən etmişdir. Dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. İş üzrə keçirilmiş 20.09.2017-ci il tarixli, 1757 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən lərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 21.11.2012-ci il tarixli kredit hesabı müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 05.07.2016-cı il tarixə iddiaçıya əsas borc üzrə 14737, 38 ABŞ dolları, faiz borcu üzrə 1650,59 ABŞ dolları borcu vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlməkdə haqlı olsa da, avtomobilin ilkin satış qiymətini göstərməmişdir. Ona görə də qətnamə dəyişdirilməli, avtomobilin ilkin satış qiyməti müəyyən edilməlidir. Belə ki, Əmlak Ekspert Mərkəzinin 30 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən buraxılış ili 2012-ci il olan «Chevrolet Captiva» minik markalı, ** CU *** dövlət qeydiyyat ni şanlı avtomobilin 30 noyabr 2017-ci il tarixə olan bazar qiyməti 23.650 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Beləliklə,apellyasiya instansiyası məhkəməsi apellyasiyaşikayətinindəlillərininəzərəalaraq, işdəolansübutlarıişinbütünfaktikihallarınıntam, hərtərəflivəobyektivaraşdırılmasınaəsaslanmaqlaqiymətləndirərəkbelənəticəyəgəlirki, cavabdehinapelyasiyaşikayətitəminedilməməli, hazırkıişüzrəbirinciinstansiyaməhkəməsininqətnaməsidəyişdirilməli, “ChevroletCaptiva” minikmarkalı, ** CE *** dövlətqeydiyyatınişanlıavtomobilinilkinsatışqiyməti23.650 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanı lmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üz rə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən bu tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 yanvar 2018-ci il tarixli, 2(105)-57/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar