Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 XXX qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-42/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 XXX qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) ilə Cavabdeh3 (bundan sonra – borcalan) arasında bağlanmış 14.03.2016cı il tarixli, 140316/119264 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 48 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 45210 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Bankın 15.03.2016-cı il tarixli ödəniş tapşırığına əsasən, həmin məbləğ borcalanın hesabına köçürülmüşdür. Borcalanın kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi məqsədi ilə, Bank, borcalan, habelə Cavabdeh4 XXX qızı, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – zaminlər) arasında 14.03.2016-cı il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən, zaminlər borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq Bank, borcalan və Cavabdeh4 XXX qızı arasında bağlanmış 14.03.2016-cı il tarixli 140316/119264 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, sonuncu, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ y olu küçəsi, 7d saylı evin, 39 saylı mənzilini (bundan sonra – ipoteka predmeti) borcalanın həmin tarixli kredit müqaviləsinin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri 70000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh3, Cavabdeh4 XXX qızına, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.03.2016-cı il tarixli 140316/119264 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada əsas borca görə 43886 ABŞ dolları, faiz borcuna görə 10811 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 55697 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka pr edmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin mənzilin ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsinə dair öhdəliklərini yerinə yetirməmiş, borcunu ödəməmişdir. Bankın 08.02.2017-ci il tarixli arayışına əsasən, borcalanın 14.03.2016-cı il tarixli 140316/119264 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 43886 ABŞ dolları, faiz borcuna görə 10811 ABŞ dollar, cəriməyə görə 1000 ABS dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.11.2017-ci il tarixli 10867 nömrəli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, Bank ilə borcalan arasında bağlanmış 14.03.2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borcalanın 08.02.2017-ci il tarixinə Banka olan borcu 48569,71 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 43734,15 ABŞ dolları, faiz borcu üzrə 4835,56 ABS dolları. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair "xxxx" MMC-nin 26.05.2017-ci il tarixli 198 nömrəli rəyinə əsasən, ipoteka predmetinin bazar qiyməti 102.000 manat müəyyən olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3533/2017 nömrəli iş üzrə 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbinin qismən təmin edilməsi, Bank ilə Cavabdeh3 arasında bağlanmış 14.03.2016-cı il tarixli 140316/119264 nöm rəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən həmin kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 43734.15 ABŞ dolları, faiz borcuna görə 4835.56 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla cəmi 48619,71 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın Bankın xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, habelə ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh4 XXX qızının mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 102.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olu nmuş vəsaitdən 48619.71 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın Bankın hesabına, 50 manat ekspertiza xərcinin dövlət nəfinə, 200 manatın "xxxx" MMC-nin hesabına keçirilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, onun Bank qarşısında borcu yaranmışdır. Odur ki, ekspert rəyi ilə müəyyən edilən məbləğdə əsas və faiz borcu müştərək qaydada ondan və zaminlərdən tutulmalıdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini qiymətləndir mə rəyi əsasında 102.000 manat müəyyən etmiş, həmçinin tələb olunan cəriməni tənasübsüz yüksək hesab edərək 50 ABŞ dollarınadək azaltmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 319.1, 385.1, 421, 422, 425.1, 439.1, 439.2, 439.7, 442, 467, 472.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 33, 34.1, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 XXX qızı apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-306 6/2018 nömrəli iş üzrə 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyantlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 XXX qızı kassasiya şikayəti vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(1 02)-5934/2018 nömrəli iş üzrə 31 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər – V.İbayev (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh4 XXX qızının mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 102.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu tarixli Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaş ayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Ona görə də, əmlakın real dəyəri ilə bağlı şübhələrin aradan qaldırılması üçün ipoteka predmetinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməsi məqsədəmüvafiq hesab olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə yenidən baxan Məhkəmə, Ali Məhkəmənin məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair göstərişini yerinə yetirərkən, göstərişə uyğun olaraq qiymətləndirməni Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə etmişdir. Lakin Komitə tərəfindən ekspertizanın keçirilməsindən imtina edildiyindən, Məhkəmə kollegiyası tərəfindən ekspertiza tədqiqatının keç irilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 30 noyabr 2020-ci il tarixli, ƏEM/N 96683/20 nömrəli rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 7d saylı evin 39 saylı mənzilinin likvid dəyəri 91.000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-42/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manatın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə istinad etmədiyindən və ipoteka predmetinin dəyərinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razı olduğundan, ipoteka predmetinin likvid qiyməti qətnamə ilə müəyyən edilmiş məbləğdən daha az olduğundan cavabdehlərin şikayəti əsasında həmin məbləğ dəyişdirilə bilməz. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cav abdeh4 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni həll edərkən qanuni və əsaslı nəticəyə gəlməmiş, Ali Məhkəmənin göstərişini yerinə yetirməmiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, cavabdehlərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, onların hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, ölkədə baş vermiş devalvasiya ilə əlaqədar borcalan xarici valyutada o lan borcu ödəməkdə çətinlik çəkmişdir. Bu hal müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılmasını təşkil edən xüsusatdır. Bank Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əməl etməmiş, əhalinin maraqları baxımından hərəkətlər etməmiş, kredit müqaviləsi üzrə hər hansı minimum güzəştin edilməsi barədə təklif irəli sürməmişdir. İpoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlillərinə məhkəmə hüquqi qiymət verməmişdir. Qətnamədən narazılıqlarının başlıca səbəbi budur. İş üzrə təyin edilmiş qiymətləndirilmə rəyi ilə razı deyillər. Kassasiya şikayətinin əsası kimi, MPM-in 217.1, 420-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şik ayətinə qarşı etiraz verilməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassatorlar, onların vəkili, habelə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Əvvəlki kassasiya baxışı üzrə apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh4 XXX qızının mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 102.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edildiyindən və iş həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən apellyasiya baxışının həddi həmi n hissə ilə məhdudlaşmışdır. Bu baxımdan yeni apellyasiya baxışı üzrə qəbul edilmiş məhkəmə aktı həmin məhkəmə baxışı həddində tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün ə şyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müst əqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətind ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert (mütəxəssis) rəyinin əsassız olması ilə dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi hal da araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri kredit borcunun məbləği ilə bağlıdır. Həmin hissə sonuncu apellyasiya baxışının predmetindən kənar olduğundan hazırkı icraat çərçivəsində də qeyd olunan dəlillərə qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 XXX qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-42/2021 nömrəli i ş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3532/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver