Məhkəmə qərarları › İş №2(102)-3532/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2023

11.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində hərəkətin təmin olunması, özbaşına tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair birləşdirilmiş iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinə yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)31/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə Lerik rayonunun Göydərə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X5, onun ailə üzvləri İddiaçı və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində 1968-ci ildə tikilmiş 120 kv.m ev yerləşir. 2. “XX partiya qurultayı” Kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli ümumi iclas protokolu ilə X4 Lerik rayonunun Göydərə kəndində keçmiş öz yerində yenidən ev tikmək üçün icazə verilməsi, ev tikmək üç ün 0,05 hektar yerin ayrılması qərara alınmışdır.

3. Əskərov Cavabdeh1 Gülgəz Cahangir qızının övladıdır.

4. Lerik rayon Kələxan bələdiyyəsinin sədrinin 22 iyun 2018-ci il tarixli rəyinə görə, Lerik rayonunun Göydərə kənd sakini İddiaçı fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunun giriş və çıxışı hər iki tərəfdən 18 iyul 2016-cı il tarixdə Cavabdeh1 tərəfindən daş parçaları və dəmir torla bağlanmışdır. İddiaçı və ailə üzvlərinin yaşayış evinə gedən yoldan 1968-ci ildən istifadə edilmişdir. Sözügedən yola baxış keçirilmiş, İddiaçı evinə başqa bir yerdən yol yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Lerik rayonunun Göydərə kəndində tutduğu iddiaçının ya şayış evinə gedən avtomaşın yolunun açılaraq, sərbəstləşdirilməsi və cavabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Lerik rayonunun Göydərə kəndində 1968-ci ildə mərhum əri tərəfindən inşa olunmuş evdə övladları ilə birlikdə yaşayır. Yaşadıqları evə əvvəldən maşın yolu olmuş, həmin yol eyni zamanda piyada yolu kimi istifadə olunmuşdur. Lakin, əvvəllər Göydərə kəndində yaşamış mərhum X6, iddiaçı ev tikəndən bir neçə il sonra, qanunsuz olaraq onun evinə gedən maşın yolunun sağ tərəfini çəpərə alaraq həyətyanı torpaq kimi istifadə etmiş, yolun sol tərəfində isə qanunsuz ev tikmiş və iddiaçının evinə gedən yol onun evi ilə torpağı arasında qalmışdır. İndiyə kimi həmin yol barədə heç bir mübahisə olmamışdır. X1 oğlu Cavabdeh1 18 iyul 2016-cı ildə iddiaçının evinə gedən maşın yolunu daş tökməklə və dəmir qapı qoymaqla tutmuşdur. İddiaçı və oğlu Cavabdeh2 dəfələrlə cavabdeh ilə yolun açılması barədə söhbət etsələr də, nəticəsi olmamışdır. Cavabdeh nəinki yolu açmamış, iddiaçını və oğlunu söyüb təhqir etmişdir. Mübahisə barədə Kələxan kənd bələdiyyəsinə və digər yerli təşkilatlara müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də yol tutulduğu vaxtdan iddiaçının ailəsi məcburiyyətdən qonşunun həyətyanı torpaq sahəsindən müvəqqəti piyada yolu kimi istifadə edir. Maşın yolu isə tamamilə yoxdur. Cavabdeh iddiaçının evinə gedən maşın yolunu tutaraq yersiz narazılıq yaratmaqla və iddiaçını söyüb təhqir etməklə onu əsəb gərginliyinə məruz qoymuş, iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir.

7. İddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin olunması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq üzərində mərzlərin müəyyən edilməsi, cavabdeh tərəfindən tikilmiş qanunsuz özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən onun evinə vurulmuş 2500 manat miqdarında maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Həmin iddia belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində anadan olub, yaşasa da, atası Tanrıverdi Əskərov və anası Gülgəz Əskərova əslən Lerik rayonunun Göydərə kəndindən olduqlarına görə həmin kənddə ata-baba yurdu vardır. Azərbay can SSR Lerik rayonu, Qosmalian kəndinin “20-ci partiya qurultayı” kolxozunun 22 aprel 1971-ci il tarixli qərarı əsasında atası Tanrıverdi Əskərov ev inşa olunsa da, evin həyətyanı sahəsini qonşuluqda yaşamış mərhum X7 xahişi ilə çapara almamış, qarşı tərəfə öz həyətlərindən yol olaraq istifadə etməyə müvəqqəti icazə vermişdir. Hazırda qonşuluqda yaşayan Cavabdeh2 iddiaçıya məxsus evin həyətinin bir qismini onların daimi orada yaşamamalarından istifadə edərək qanunsuz zəbt etməklə, orada sərbəst hərəkətə maneçilik yaratmış, heyvanlarını saxlamaq üçün tövləni mülkiyyətində olmayan torpaq sahəsində, iddiaçının evinin yanında tikmiş və qanunsuz zəbt etdiyi ərazidə əkin aparmaqla və heyvanlarını iddiaçının həyətinə buraxmaqla onun evinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin hərəkə tlərinə görə ev qəzalı vəziyyətə düşmüş və evə 2500 manat maddi ziyan dəymişdir.

9. Lerik Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(048)-105/2017 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyan” tələbinə dair və iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin edilməsi, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

10. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 10 saylı Layihə-Tədqiqat İdarəsinin 22 may 2017ci il tarixli mütəxəssis rəyinə və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 iyul 2017-ci il tarixli rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən iddia olunan yerdən zəbt edilməmişdir. Lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m hissəsi Cavabdeh1 tərəfindən tutulmuş və tutulmuş yerdə uçulmuş tikili olduğu müəyyən edilmişdir.

11. Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 nömrəli qətnaməsi ilə (hakim F.Z.Əliyev) Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağı n mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə və Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6.1, 23.1, 23.2, 152.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2(106)2745/2017 nömrəli qətnaməsi ilə (hakim Z.B.Babayevin sədrliyi və məruzəsi il ə, hakimlər T.X.Heydərovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) birinci iş üzrə İddiaçı, habelə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 23 noyabr 2017-ci il tarixli, 2(106)-2745/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasinin 10 aprel 2018-ci il tarixli, 2(102)-2584/18 nömrəli qərarı ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 23 noyabr 2017-ci il tarixli, 2(106)-2745/2017 nömrəli qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə, yəni İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair” hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

18. Kassasiya məhkəməsi qeyd etmişdir ki, birinci və apellyasiya instansiyaları məhkəmələri gəldikləri nəticəni əsaslandırarkən iş üzrə keçiri lmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyinə istinad etmişlər. Lakin ekspert rəyinin məzmunu aydın olmamaqla, mücərrəd şəkildə yazılmış, zəbt olunduğu qeyd edilən 40 kv.m. sahənin yolun məhz hansı hissəsini əhatə etdiyi, harada yerləşməsi, həmin sahə açılarsa ictimai yolun bərpasının mümkünlüyü və s. kimi iş üçün əhəmiyyətli hallar müəyyən edilməmiş qalmışdır.

19. Kassasiya məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə təkrar, yaxud əlavə məhkəmə-torpaqşünaslıq ekspertizasının keçirilməsinə zərurət olub-olmadığını müzakirə etməli və nəticəsindən asılı olaraq həmin məsələyə qiymət verməlidir.

20. Məhkəmənin qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən kəndin, eləcə də mübahisələndirilən ərazinin texniki sənədlərində (baş plan, plan-ölçü və s.) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun (avtomobil və piyada yolunun) onun iddia etdiyi ərazidən keçib-keçmədiyini, həmin yoldan başqa iddiaçının həyətinə aparan başqa yol olubolmadığını, cavabdeh tərəfindən ictimai yolun bağlanıb-bağlanmadığını, daşların məhz həmin yolun üzərinə tökülüb-tökülmədiyini, ekspert rəyində göstərilən və cavabdeh tərəfindən zəbt olunduğu göstərilən 40 kv.m.-lik sahənin kimin mülkiyyətində olması və s. kimi hallar aydınlaşdırılmamışdır.

21. Kassasiya məhkəməsi hesab etmişdir ki, işə yenidən baxılarkən mübahisələndirilən ictimai yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmadığı aydınlaşdırılmalı, ərazi üzrə Kələxan bələdiyyəsi işdə iştirak etməyə cəlb edilməli və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun (avtomobil və piyada yolunun) cavabdeh tərəfindən tutulubtutulmadığına bələdiyyənin münasibəti öyrənilməlidir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən əraziyə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hər hansı hüququnun olduğu iş materiallarından görünmür. İşə yenidən baxılarkən ona mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edən sənədlərin təqdim olunması təklif edilməli və prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Təkrar apellyasiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 08 noy abr 2018-ci il tarixli mütəxəssis rəyinə və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 noyabr 2018-ci il tarixli rəyinə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun (sahəsi 300 kv.m) sərhədləri tam müəyyən edilmiş, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 5 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu müəyyən edilir.

24. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2019-cu il tarixli rəyinə görə, ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun (sahəsi 300 kv.m) sərhədləri müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 05 iyul 2017-ci il tarixli və 26 noyabr 2018-ci il tarixli rəylərinin nəticələri ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin 24 may 2017-ci il tarixli və 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edilərək verilmişdir. Bu səbəbdən də həmin rəylər arasında yaranmış fərqliliyinin səbəbi Azərbaycan Respublikası ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən izah edilə bilər.

25. İş üzrə alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 25 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İ ddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən iddia olunan avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən, iddia olunan avtomobil və piyada yolu Lerik rayon Kələxan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddia olunan avtomobil və piyada yolu cavabdeh hesab olunan Cavabdeh1 tərəfindən tam istifadə edilir. Həmin yolun açılması Lerik rayon Kələxan bələdiyyəsinin səlahiyyətinə aiddir. İddiaçı həyətyanı torpaq sahəsinə gedən iddia olunan avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən bütövlükdə istifadə olunur.

26. İş üzrə təqdim olunmuş "xxxx" MMC-nin 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Lerik rayonu, Göydərə kəndində yerləşən İd diaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə gedən avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. Həmin yolun Cavabdeh1 tərəfindən tutulmuş hissəsinin koordinatları müəyyən edilmişdir. Mübahisəli əraziyə baxış keçirilərkən Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilən rəydə göstərilmiş avtomobil yolunun tutulmuş hissələrinin ölçülərindəki fərqliliyin aradan qaldırıldığı aşkar olunmuşdur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29234 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Göydərə kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə məxsus torpaq sahəsinə gedən avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. Həmin yolun Cava bdeh1 tərəfindən tutulmuş hissəsinin koordinatları müəyyən edilmişdir. 05 iyul 2017-ci il tarixli və 26 noyabr 2018-ci il tarixli, 23930 saylı ekspert rəyləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərinə əsasən tərtib olunduğu üçün rəylər arasında yaranmış fərqliliyinin səbəbi həmin mütəxəssis rəylərini tərtib etmiş mütəxəssislər tərəfindən müəyyən oluna bilər.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 29 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə görə Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı əsasın da JN-013A, KOD 80306168 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Göydərə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,12 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir).

29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 10 fevral 2021-ci il tarixli, 2(106)04/2021 nömrəli qətnaməsi ilə (hakim Q.B.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və Z.A.Zeynalovdan ibarət tərkibdə) birinci iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 nömrəli, 28 iyul 2017-ci il tarixli qətnaməsi birinci iş üzrə İddiaçı cavabdeh (ikinci mülki iş üzrə iddiaçı) Cavabdeh1 qarşı Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilmə məsinə aid hissədə İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21, 152.1, 157.2, 157.4, 170.2, 175.3, 1096, 1097.1-ci, Torpaq Məcəlləsinin 4, 20, 55, 68, 84, 110, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 10 fevral 2021-ci il tarixli, 2(106)-04/21 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasinin 22 iyun 2021-ci il tarixli, 2(102)-3765/2021 nömrəli qərarı ilə (hakim İ.K.Xəlilovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və M.T.Əhmədovadan ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 10 fevral 2021-ci il tarixli, 2(106)-04/2021 nömrəli qətnaməsi ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

33. Kassasiya instansiyası mövqeyini onunla izah etmişdir ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. İddiaçı israr edir ki, cavabdeh onun yolunu özbaşına tutmuşdur. Həmin məsələnin müəyyən edilməsi üçün dəfələrlə mütəxəssis və ekspert rəyləri alınmışdır. Hər dəfə müəyyən edilmi şdir ki, cavabdeh əvvəllər yol kimi istifadə olunan və iddiaçının açılmasını tələb etdiyi sahəni tutmuşdur. Məhkəmə isə yuxarıda qeyd olunan qeyri-müəyyən rəyə istinad etməklə, hansısa 40 kv.m sahənin zəbtdən azad olunmasını qət etmişdir. Hansısa qaydada, necə, hansı tikilinin sökülməsi yolu ilə həmin yolun açılması məlum deyil. İddiaçı haqlı olaraq şikayətində qeyd edir ki, belə bir yolun açılması prosesə cəlb edilməyən qonşunun hüquqlarını pozur, orada başqa bir tikilinin sökülməsi ilə nəticələnir. Lakin işə baxan məhkəmələr bu halları aydınlaşdırmamışlar.

34. Bundan başqa, iddiaçı cavabdehdən tutmuş olduğu yolun açılmasını tələb edir, ona alternativ yol istəmir. Məhkəmələr isə iddiaçının israr etdiyi yolu deyil, alternativ yolun açılmasını qət etmişlər. Bu zaman həmin məsələ müzakirə edilməmiş, alternativ yolun açılması, hansı qaydada açılmasının mümkünlüyü, bununla bağlı mütəxəssis rəyi və s. aydınlaşdırılmamışdır. İşdə olan ekspert rəyi ilə, iddiaçıya verilən həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 300 kv.m-nin sərhədləri müəyyən edilmişdir. Həmin sahənin cavabdeh tərəfindən tutulması təsdiq olunur. Eyni zamanda, "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən mübahisəli yol Lerik rayon Kələxan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və cavabdeh tərəfindən tam istifadə olunur. Həmin rəyə cizgi sxemi əlavə edilmişdir. Həmin sxemdə də, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu təsdiq edilir. Sonuncu dəfə məhkəmə qərardadı əsasında "xxxx" MMC-nin verdiyi rəydə zəbt olunmuş torpa q sahəsinin (yolun) ölçüləri dəqiqləşdirilmişdir. Rəyə əlavə edilmiş cizgidən görünür ki, iddiaçının açılmasını israr etdiyi yol cavabdehin zəbt etdiyi sahənin düz ortasından keçir. Deməli, iddiaçının açılmasını tələb etdiyi yolun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 40 kv.m-lik sahə ilə heç bir əlaqəsi yoxdur. Həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 yanvar 2020-ci il tarixdə analoji rəy tərtib edilmişdir. Deməli, iddiaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə zəbtdən azad olunan sahə deyil.

35. Ona görə iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir və o, şikayətində haqlıdır.

36. Əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq kənd bələdiyyəsi maraqlı şəxs kimi prosesə cəlb edilmiş, mü bahisə ilə bağlı onların mövqeyi öyrənilmişdir. Torpaq sahəsi mülkiyyətində olan bələdiyyə həmin ərazinin həqiqətən həmişə yol kimi istifadə olunduğunu və hazırda cavabdeh tərəfindən zəbt edilməsi, iddiaçının alternativ yoldan istifadə imkanlarının olmadığını təsdiq etmişdir. Qeyd olunanlar məhkəmə qətnaməsinin işin hallarına uyğun olmaması qənaətini formalaşdırır ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.

37. İşə yenidən baxılarkən məhkəmə MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, tərəflərin, bələdiyyənin fikrini dinləməklə iddiaçıya alternativ yolun açılması imkanları müzakirə edilməli, bunun hansı qaydada mümkün olub-olmaması dəqiqləşdirilməli, lazım gələrsə, mütəxəssis rəyi alınmalıdır. Mübahisənin barışıqla yekunlaşdırılması m ümkün olmadığı təqdirdə məhkəmə işdə olan mötəbər sübutlar əsasında iddiaçının tələbinin əsaslı olub-olmaması ilə bağlı yekun qərar qəbul etməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

38. Yeni apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 02 fevral 2023-cü il tarixli rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Qiyas Quliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilir: 1) Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı əsasında JN-013A, KOD 8030 6168 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Göydərə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,12 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). 2) Cavabdeh1 mərhum anası X4 “XX partiya qurultayı” kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli ümumi iclasında qəbul edilmiş qərarla Lerik rayonunun Göydərə kəndində ayrılmış 0,05 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,05 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadı. 3) Cavabdeh1 faktiki istifadə etdiyi Lerik rayonunun Göydərə kəndində yerləşən torpaq sahəsinin sərhədləri və ölçüsü GPS vasitəsilə müəyyənləşdirildi. Həmin torpaq sahəsinin ölçüsünün 0,12 ha olması müəyyən edilmişdir. 4) İddiaçı Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu kimi və Cavabdeh1 tərəfindən tutulduğu iddia edilən tor paq sahəsinin sərhədləri naturada müəyyən edildi. İddia edilən torpaq sahəsinin ölçüsünün 120 kv.m (5 m x 24 m) olması aşkar olundu (iddia edilən həmin sahə faktiki olaraq Cavabdeh1 hər tərəfdən hasarlanan həyətyanı torpaq sahəsinin daxilində yerləşir). Cavabdeh1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi Göydərə kəndi ərazisində “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmadığından, eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından sözügedən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildi. Beləliklə, İddiaçı avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsi elektr on baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aiddir. 5) Cavabdeh1 tərəfindən tutulduğu iddia olunan yoldan başqa, İddiaçı yaşayış evinə hazırda faktiki istifadə etdiyi avtomobil yolu mövcuddur. Həmin yolun ortofoto görüntüsü mülki iş materialının 113-cü səhifəsinə əlavə edilmişdir. 6) İddiaçı yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən açıla biləcək olan yolun layihə sxemi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib edilərək 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmişdir (mülki iş materialı 207-ci səhifə). Sxem rəyə əlavə olunur.

39. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasinin 10 may 2023-cü il tarixli, 2(106)31/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər M.K.Həsənovdan və R.T.Əhmədovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 nömrəli qətnaməsi qismən - Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təm in edilməsi, Cavabdeh1 tərəfindən tutulmuş və hər tərəfdən hasarlanmış İddiaçı məxsus Lerik rayonunun Göydərə kəndindəki fərdi yaşayış evinə gedən, ölçüsü 120 kv.metr (5 m x 24 m) olan avtomobil yolunun açılaraq (cavabdehin zəbtindən azad olunaraq) hərəkətin sərbəstləşdirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. İddiaçı israr edir ki, cavabdeh onun yolunu özbaşına tutmuşdur. Məhkəmə isə qeyri-müəyyən rəyə istinad etməklə, hansısa 40 kv.m sahənin zəbtdən azad olunmasını qət etmişdir. İş materialları ilə isə müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə zəbtdən aza d olunan sahə deyil.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 10 saylı Layihə-Tədqiqat İdarəsinin 22 may 2017ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2017-ci il tarixli ekspert rəyi qeyri-müəyyən olduqlarından, "xxxx" MMC Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli ekspert rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli ekspert rəyi natamam olduqlarından, "xxxx" MMC Cəlilabad LayihəTədqiqat İdarəsinin 25 iyun 2019-cu i l tarixli mütəxəssis rəyi əsasında hər hansı ekspert rəyi verilmədiyindən, "xxxx" MMC-nin 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi həmin MMC-nin torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti olmadığından, Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli ekspert rəyi isə "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında verildiyindən, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mötəbər sübut olaraq qəbul edilə bilməz.

42. Sonuncu apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 29 avqust 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin və A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli Teymur Məmmədov tərəfindən verilmiş ekspert rəyinin 5-ci və 6-cı suallarında ziddiyyətli nəticələr müəyyən edildiyindən, məhkəmə kollegiyası bu ziddiyyətin aradan qaldırılması üçün həmin rəyləri vermiş mütəxəssis və ekspertin məhkəmə iclasında dinlənilməsini və onlara suallar verilməsini zəruri hesab etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis və ekspert rəyinə, eləcə də, onları vermiş mütəxəssis Qiyas Quliyevi və ekspert Teymur Məmmədovu dinlədikdən sonra, müəyyən edilmiş halları qarşılıqlı və əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, 02 fevral 2023-cü il tarixli ekspert rəyində 5-ci və 6-cı suallar üzrə gəlinən nəticə faktiki vəziyyətə uyğun deyil. Belə ki, iddiaçı və mütəxəssis bildirmişdir ki, ekspertin hazırda iddiaçının faktiki istifadə etdiyi avtomobil yolunun mövcud olması barədə gəldiyi nəticə əsaslı deyil, hazırda məcburiyyət nəticəsində iddiaçının müvəqqəti istifadə etdiyi həmin yol qonşularının mülkiyyətində olan pay torpaq sahəsindən açılmış olan və yol kimi istifadə edilməsi nəzərdə tutulmayan ərazidir. Bundan başqa, iddiaçının fərdi yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən yolun açılması da mümkün deyil. Belə ki, həm ekspert, həm də mütəxəssis alternativ yolun açılması təklif edilən yerdə iddiaçıya məxsus tikili olduğunu bildirmiş, ekspert həmin tikilinin sökülməsi ilə yolun açıla biləcəyini qeyd etmişdir. İddiaçı isə onun tövləsindən sonra qonşuya məxsus hasarın və tikilinin yerləşdiyini bildirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası 02 fevral 2023-cü il tarixli ekspert rəyində 5-ci və 6-cı suallara verilmiş cavablarla razılaşmır və ərazinin faktiki vəziyyəti barədə eksperti, mütəxəssisi və tərəfləri dinlədikdən sonra həmin suallarla bağlı belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən tutulduğu iddia olunan yoldan başqa, iddiaçının yaşayış evinə başqa yerdən hər hansı avtomobil yolu faktiki olaraq mövcud deyil və iddiaçının yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən yolun açılması mümkün deyil.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçının Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu olduğu və cavabdeh tərəfindən tutulduğu iddia edilən torp aq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildiyindən, həmin yolun cavabdeh tərəfindən tutulması faktı təsdiq olunduğundan və mülkiyyətçi Lerik rayon Kələxan bələdiyyəsi tərəfindən də bu hal təsdiq edildiyindən, eləcə də, həm bələdiyyə tərəfindən verilmiş rəydən, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 29 avqust 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə gedən hər hansı başqa yolun olmaması müəyyən edildiyindən, həmçinin, qonşu torpaq sahələrinə müdaxilə edilmədən bu cür yolun açılması imkanı olmadığından, iddi a tələbi yolun açılması hissəsində təmin edilərək, cavabdeh tərəfindən tutulmuş və hər tərəfdən hasarlanmış iddiaçıya məxsus Lerik rayonunun Göydərə kəndindəki fərdi yaşayış evinə gedən, ölçüsü 120 kv.metr (5 m x 24 m) olan avtomobil yolu açılaraq (cavabdehin zəbtindən azad olunaraq) hərəkət sərbəstləşdirilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçı ona mənəvi zərərin vurulması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iş materialları ilə də bu cür zərərin vurulması faktı müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

46. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-31/2023 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152 və 157-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 103, 217-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnu, həmin ərazidə atası tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyini nəzərə almışdır. Məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, təqdim olunan sübutları qiymətləndirməmişdir.

48. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

49. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

50. Etiraz işin faktiki halları ilə əsaslandırılmı ş və göstərilmişdir ki, kassasiya şikayətində pozuntu kimi qeyd olunan maddələrin işin mahiyyəti arasında heç bir uzlaşma yoxdur. Kassasiya baxışının hədləri:

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericil iyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

52. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

53. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törə dilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs- küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

55. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111.1-ci maddəs inə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olma dığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

59. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yolun yerləşdiyi sahənin cavabdehin mülkiyyətində olmaması, habelə iddiaçının öz torpağına başqa yolun olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur. Həmçinin apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsinə gedən yolu kəsməklə, son nəticədə onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaranmışdır. Cavabdeh mübahisəli torpaq sahəsinə gözlənti hüququnun olmasını bildirsə də, buna dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış, bu hüquqların rəsmiləşdirilməsi üçün müvafiq inzibati orqana müraciət etməmişdir.

60. Belə olan halda, məhkəmə əsaslı olaraq yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarına istinad edərək, iddianı mübahisələndirilən hissədə təmin etmişdir.

61. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarları nda formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-31/2023 nömrəli qətnaməsi iddianın təmin olun an hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar