Məhkəmə qərarları › İş №2(102)-3532/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə ("xxxx" MTK və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyan, əldən çıxmış faydanın tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2374/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd “Çoxmənzilli qeyri-yaşayış sahəsinin satışı haqqında” müqaviləyə əsasən iddiaçı kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasının 2K mərtəbəsində yerləşən 260 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 153.400 manata və 3K mərtəbəsində yerləşən 105 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 61.950 manata almışdır. 2. "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2012- ci il tarixli (icarə müqaviləsinin 2-ci bəndi) müqaviləyə əsasən X3 həmin kooperativdən 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi əldə etmişdir.

3. X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X3 qeyd edilən müqaviləyə əsasən ona məxsus olan 635,29 kv.m. ölçüdə sahəni hər ay 3.000 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2030-cu il tarixədək cavabdehə icarəyə vermişdir.

4. X3 xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq, icarəyə götürülən sahə ilə yanaşı 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin də zəbt edilərək, istifadə edildiyini və bugünədək hər hansı ödənişin edilmədiyini bildirmiş və həmin əmlakdan itifadəyə görə də ödənişin aparılmasını tələb etmiş, habelə 2022-ci ilin 01 iyul tarixindən icarə haqqı məbləğinin 3.00 0 manatdan 10.000 manata dəyişdirildiyi və irəli sürülmüş şərtlərin qəbul edilmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyini cavabdehin nəzərinə çatdırmışdır.

5. Cavabdeh MMC-nin X2 ünvanlanmış 12 iyul 2022-ci il tarixli cavab məktubunda qeyri-yaşayış sahəsinin əsas hissəsi olan 635,29 kv.m. sahə üçün ona hər ay 3.000 manat, əlavə istifadə olunan 364,71 kv.m. sahə üçün də 3.000 manat, ümumilikdə kassadan 6.000 manat məbləğində pul vəsaitinin ödənildiyi bildirilmiş və icarə müqaviləsi bağlanan xx.xx.2020-ci il tarixdən əlavə istifadə olunan ticarət sahəsinə görə ona cəmi 72.000 manat məbləğində pul vəsaitinin ödənildiyi, ümumi isə 24 aya 144000 manat icarə haqqı ödənildiyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Promart MMC-nin zəbt edilmiş sahənin xx.xx.2020-ci il tarixindən faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 16 manat məbləğində aylıq kirayə haqqı ödənilməsi, 100 manat dövlər rüsumu, mütəxəssiz rəyi üçün ödənilmiş 100 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MTK-ilə müqavilə bağlayaraq Bakı şəhəri Nərimanov r-nu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı qeyri-yaşayış sahələrini əldə etmişdir. Həmin sahələr 15 mart 2015-ci il tarixli müqavilələr üzrə əldə edilmişdir, həmin sahələr ayrı-ayrılıqda olmaqla 105 və 260 kv.m-dən ibarətdir. Həmin sahələr hazırdır və bina bir neçə ildir ki, tam fəaliyyətinə başlamışdır. İddiaçı məxsus sahələrdə hər hansı fəaliyyət göstərilmirdi. Bir müddət öncə ona bəlli oldu ki, həmin sahələr özbaşına olaraq cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh həmin sahələrdə alqı-satqı fəaliyyəti ilə məşğuldur. İddiaçı məxsus sahələrlə qonşu olan digər fiziki şəxs özünə məxsus 635.29 kv.m sahəni xx.xx.2020-ci tarixində Cavabdeh MMC-yə icrarəyə vermişdir, lakin həmin şirkət əlavə olaraq İddiaçı məxsus sahələri də zəbt edərək biznes fəaliyyətilə məşğul olmuşdur. İddiaçı bununla bağlı qonşu olan şəxsə müraciət etmişdir ki, o icarəçiyə məlumat verərək dərhal ona məxsus səhələrin boşaldılmasını təmin etsin, lakin cavabdeh buna məhəl qoymadan zəbt etməni davam etdirir, özünü haqlı hesab edərək həmin sahələri boşaltmır və qanunsuz olaraq İddi açı məxsus sahənin fəaliyyətindən fayda əldə edir. Yuxarıda qeyd edilən səbəblərdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı tərəfindən "xxxx" MMC müraciət edilmiş və zəbt olunmuş sahələrinin orta aylıq kirayə haqqına dair müvafiq arayış alınmışdır. Həmin Arayışa əsasən qeyd edilən sahələrin aylıq kirayə haqqı 15-16 manat təşkil edir.

8. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC üzərinə zəbt edilmiş 105 kv.m və 260 kv.m sahələrini boşaldaraq İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-nin zəbt edilmiş sahənin xx.xx.2020-ci il tarixindən faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 16 manat məbləğində aylıq kirayə haqqı ödənilməsi, 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 100 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 cavabdehin icarə müqaviləsi üzrə əldə etdiyi hüquqları realizə etdiyini, müqavilədən kənar hərəkətlər etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

10. Məhkəmə tərəfindən "xxxx" MTK və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş,iddia üzrə münasibətlərini bildirməmişdirlər.

11. Cavabdehin sifarişi əsasında alınmış “Yeni Dövr” Qiymətləndirmə Xidmətinin hesabatında belə bir sahənin 1kv.m.-nin icarə haqqının 5-6 manat təşkil etdiyi göstərilmişdir.

12. İddiaçının sifarişi əsasında alınmış "xxxx" MMC-nin arayışında isə 1 kv. m belə sahə üçün icarə haqqının 15-16 manat olduğu qeyd edilmişdir.

13. Məhkəmənin sifarişi əsasında alınmış"xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş qiymətləndirmə hesabatına əsasən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m aylıq icarə haqqının dəyəri qiymətləmdirmə tarixinə 8 manat müəyyən edilmişdir.

14. Məhkəmə Ekspert Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/4498 nömrəli ekspert rəyinə əsasən X2 məxsus olan 635,29 kv.m. qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıc aktı və ya plan sxem iş materiallarında olmadığından və eləcə də, təqdim edilmədiyindən, həmin N.İsmayılovaya məxsus olan sahənin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini və sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı "Zirvə MV” MTK-ilə arasında ba ğlanmış müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu müəyyən edilir. Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasının 1K, 2K və 3K mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri razılaşdırılmış sxemlərə əsasən ayrı-ayrı mərtəbələrdə yerləşən sahələr olduğu müəyyən edilir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)253/2023 saylı qətnaməsi ilə (hakim X4) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən iba rət qeyri-yaşayış sahələrinin Cavabdeh MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kvadrat metrinə görə 8 manat məbləğində aylıq icarə haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumuna görə 100 manat, iddiaçının təşəbbüsü ilə aparılmış qiymətləndirməyə görə 100 manat pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə ekspertizanın dəyəri olan 100 manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirli yi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasını işin mübahisəsiz halı kimi bu sahələrin Cavabdeh MMC tərəfindən qanunsuz zəbt edilməsini isə işin mübahisəli halı kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə tərəflərin izahatlarına və iş materiallarına istinad edərək qeyd etmişdir ki, Cavabdeh MMC eyni ünvanda X1 mülkiyyətində olan 635,29 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini icarəyə götürmüş, iddiaçı cavabdehin bu sahədən kənara çıxaraq ona məxsus qeyri-yaşayış sahələrindən də istifadə etdiyini iddia etmişdir. Bu h alın müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyindən iddiaçıya məxsus olan ünvan 4 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Yəni iddia tələbinin əsaslandırılması məhkəmə tərəfindən araşdırma aparılan zaman öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin iddiaya etiraz edərək, X3 ilə bağladıqları icarə müqaviləsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə etmələrinin ekspert rəyi ilə təsdiq olunmadığını eyni zamanda cavabdehin iddiaya etirazını hər hansı başqa əsaslı dəlillərlə, sübutlarla əsaslandıra bilmədiyini diqqətə çatdırmışdır.

17. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyət hüququnu pozan təqsirli hərəkətlər edilmişdir. Belə ki, cavabdeh iddiaçının əmlakının qanunsuz zəbt edərək, həmin əmlakdan fayda götürmüşdür. İddiaçı cavabdeh tərəfindən əldə edilmiş faydanı deyil, əmlakından istifadə etməməsi nəticəsində əldən çıxmış faydanı tələb etmişdir. İş materiallarında iddiaçı tərəfindən verilmiş hesabatdan həmin ünvanda qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 16 manat olduğu qeyd olunsa da, məhkəmə bu hesabatda olan məbləğin şişirdilmiş məbləğ olduğu qənaətinə gəlmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatında qeyd edilən ünvanda qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 5-6 manat olduğu qeyd edilmişdir. Məhkəmə öz təşə bbüsü ilə qiymətləndirmə ekspertizası təyin etmiş və əldə edilmiş rəydən qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 8 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş hesabatda qeyd edilən məbləğin ağlabatan olmayan dərəcədə yüksək olduğunu, cavabdeh tərəfindən təqdim edilən hesabatda əskini tapan məbləğin isə qiyməti müəyyən edən təkzibedilməz sübut kimi qəbul edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq öz təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş qiymətləndirmə rəyində müəyyən edilmiş məbləğin əsas götürülməsi qənaətinə gəlmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21, 152, 157.8, 158.1.2, 1096, 1097, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin iddiannın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələdə cəmiyyətin istifadə hüququ icarə müqaviləsinin bağlandığı andan qüvvədədir. İddiaçıya hər hansı zərər dəyməmişdir. İddiaçı iddianın əsaslılığı barədə sübut təqdim etməmişdir. Ekspert qarşısında qoyulmuş suallardan biri icarəyəverən X3 ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahənin 635,29 kv.m olması nəzərə alınmaqla həmin sahədən (sərhəddən) kənara çıxmalar mövcuddurmu? Kənaraçıxma (birindən di gərinə və ya digər qonşu sahələrə müdaxilənin) olduğu halda, kənaraçıxmanın (müdaxilənin) nədən ibarət olduğu, hissəsi və ölçüləri müəyyən ediməsi ilə bağldır. Ancaq ekspert həmin sual üzrə tədqiqat aparmamışdır və ekspert bu məsələyə heç bir münasibət bildirməmişdir. Əlavə ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə həmin vəsatəti əsassız rədd etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2374/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 253/2023 saylı qətnaməsinin Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, apellyasiya şika yətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov).

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd “Çoxmənzilli qeyri-yaşayış sahəsinin satışı haqqında” müqaviləyə əsasən iddiaçı kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasının 2K mərtəbəsində yerləşən 260 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 153.400 manata və 3K mərtəbəsində yerləşən 105 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 61.950 manata almışdır. Həmin müqavilələrin, o cümlədən onların predmeti olan qeyri-ya şayış sahələrinin hər hansı şəxs tərəfindən mübahisələndirildiyi müəyyən edilmir. Qeyd edilən müqavilələr hazırda da qüvvədədir və müqavilələrin predmetini təşkil edən həmin qeyri-yaşayış sahələri iddiaçıya məxsusdur. "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli (icarə müqaviləsinin 2-ci bəndi) müqaviləyə əsasən X3 həmin kooperativdən 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi əldə etmiş və cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarix icarə müqaviləsinə əsasən həmin 635,29 kv.m. ölçüdə sahəni hər ay 3.000 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2030-cu il tarixədək cavabdehə icarəyə vermişdir. Ona məxsus bu sahə hazırda da icarə əsasları ilə cavabdehin istifadə və sahibliyindədir.

23. Hazırda iddiaçı ona məxsus olan 2 ədəd (260 kv.m və 105 kv.m) qeyri-yaşayış sahəl ərinin cavabdeh tərəfindən zəbt edildiyini, cavabdehin həmin sahələrdən kommersiya fəaliyyəti göstərmək üçün istifadə edərək fayda götürdüyünü iddia edir və həmin sahələrin boşaldılaraq cavabdeh tərəfindən ona təhvil verilməsini, habelə həmin sahələrdən istifadəyə görə aylıq kirayə haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin əldə olunması üçün ödənilmiş pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh zəbt etmə halına yol vermədiyini bildirir və iddianı qəbul etmir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlə X3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin predmeti məhz 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi olmuşdur. İcarə müqaviləsində bu sahə göstərilmiş, hətta X3 tərəfindən bu sahənin əldə edilməsinə əsas ol muş xx.xx.2012-ci il tarixli müqaviləyə və müqaviləyə uyğun olaraq bu sahənin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışına istinad olunmuşdur. Başqa sözlə, cavabdeh icarə müqaviləsi bağlamamışdan əvvəl həmin sahənin X2 məxsus olmasını müəyyən etmişdir. Lakin icarə müqaviləsi bağlandığı tarixdən cavabdeh icarə əsasları ilə bu sahə ilə yanaşı əlavə olaraq, 364,71 (365) kv.m. sahədən də istifadə etməyə başlamış və bu günədək də istifadə edir. Bu hal ilk növbədə cavabdehin X2 ünvaladığı xx.xx.2022-ci il tarixli məktubun məzmunu ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh həmin məktubda 364,71 kv.m. sahədən istifadə etdiyini və bunun müqabilində X2 xx.xx.2020-ci il tarixdən hər ay 3.000 manat məbləğində icarə haqqı ödədiyini bildirir. Halbuki, həmin sahə ilə bağlı onların arasında hər han sı icarə müqaviləsi bağlanmamış, bu sahənin məhz X2 məxsus olmasını təsdiq edən hər hansı sübut cavabdehə təqdim edilməmiş, reallıqda mövcud da deyil. Buna baxmayaraq, cavabdeh bu sahə ilə bağlı da hər hansı rəsmiləşdirmə tələb etmədən, o cümlədən sahənin qeyd edilən şəxsə məxsusluğunu müəyyən etmədən həmin sahədən də istifadə etməyə başlamışdır.

25. Hazırda cavabdehin istifadəsində olan həmin 364,71 (365) kv.m. sahənin reallıqda 105 kv.m və 260 kv.m sahədən ibarət iki ayrı qeyri-yaşayış sahəsi olduğu (bunu cavabdeh də təsdiq edir) və məhz iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd müqavilədə göstərilən sahələr olduğu müəyyən edilir. Bu hal xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmin sahənin hər hansı başqa şəxsə məxsus olması möv qeyindən ümumiyyətlə hər hansı şəxs çıxış etmir.

26. Bununla belə, məhkəmə kollegiyası ekspert rəyini də mötəbər sübut kimi qəbul etmiş, cavabdeh tərəfin həmin sahəni zəbt etməməsi barədə (cavabdehin mövqeyi ümumiyyətlə sözdən ibarətdir və hər hansı sübuta söykəmir) dəlillərini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus olan 105 kv.m və 260 kv.m., ümumi sahəsi 365 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi naturada mövcuddur və hazırda məhz cavabdehin qanunsuz istifadə və sahibliyində olması səbəbindən iddiaçı bu əmlak üzərində faktiki sahiblikdən məhrum olmuşdur. Məhkəmə cavabdehin hər hansı hüquqi əsas, o cümlədən qanuni sahib (mülkiyyətçi) olan iddiaçının razılığı olmadan mübahisəli qeyri-yaşayış sahəsindən istifadə və sahiblik etməsinin sonuncunun öz əmlakına istədi yi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozulduğu, bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə və sahibliyinə son qoyulmasını, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilməli olduğu qənaətinə gəlmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyinin mötəbərliyini şübhə altına alan dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyində cavablandırılmayan sual birbaşa cavabdehin mənafeyinə xidmət etdiyindən cavabdeh icarəyə götürdüyü sahənin sxemlərinin təqdim edilməsində təşəbbüs göstərməli idi. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan ekspert vəsatətlərinə istinad edərək, ekspertin həmin sahənin sxemlayihələrinin təqdim edilməsi üçün müraciət etməsini, lakin həmin sxemlər ekspert tədqiqatının aparılması üçün təqdim edilməməsini, bununla da, mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunduğundan həmin ekspert rəyinin mötəbər sübut olmasını, həmçinin, həmin rəylə iddiaçıya məxsus olan sahənin məhz cavabdeh tərəfindən zəbt edildiyinin müəyyən edildiyini diqqətə çatdırmışdır.

28. Qanunsuz sahiblik müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi nəticə etibarı ilə icarə müqaviləsi bağlandığı xx.xx.2020-ci il tarixd ən cavabdeh həmin sahənin X2 məxsus olmadığından xəbərdar idi (artıq qeyd edildiyi kimi, əks halda, bu sahə ilə bağlı da icarə müqaviləsi bağlamış olardı) və bugünədək ondan kommersiya məqsədləri üçün istifadə etməklə, gəlir əldə edir və bunun müqabilində hər ay 3.000 manat məbləğində pul ödəyir.

29. Müddət etibarı ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı xx.xx.2020-ci il tarixdən ona məxsus olan həmin əmlakdan sərbəst istifadə etmək və ona sahib olmaqla gəlir əldə etmək hüquqlarını həyata keçirə bilməmiş, bu əmlakın icarəyə verilməsindən real olaraq hər ay əldə edə biləcək ən azı 3.000 manat məbləğində gəlirdən məhrum olmuşdur və həmin məhrumiyyət hələ də aradan qalxmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfindən qanusuz sahibliyin həyata keçirildiyi bütün müddət üçün, yəni əmlakın ona təhvil verilənədək, bu əmlakdan götürməli olan gəlirlərin məhz cavabdehdən tələb edilməsi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməkdə və xx.xx.2020-ci il tarixdən başlayaraq əmlakın boşaldılaraq, iddiaçıya təhvil verilən günədək, cavabdehdən iddiaçının xeyrinə hər kv.m üçün 8 manat icarə haqqının tutulmasını qət etməkdə haqlı olmuşdur. Belə ki, bu halda hər ay ödənilməli olan ümumi icarə haqqı məbləği (365 x 8 = 2.920) 2.920 manat təşkil etmiş olur ki, bu məbləğ də cavabdehin hər ay ödədiyi məbləğə (3.000) yaxındır, hətta ödədiyi məbləğlə müqayisədə cavabdehin maddi maraqlarına daha uyğun məbləğdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellya siya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz.

31. Məhkəmə kollegiyası mövqeyini Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.5, 157.1, 157.2, 157.5, 157.6, 157.7, 178.8-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2 Oktay oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2374/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli qətnaməsinin tam ləğv edilməsini və iddianın rəd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Şik ayət onunla əsaslandırılmışdır ki, istifadədə olan sahənin iddiaçıya məxsus olması ekspert tərəfindəın tam müəyyən edilməmişdir. Ekspert tərəfindən əmlaka tam şəkildə baxış keçirilməli və qoyulan suallara tam cavab verilməlidir. Belə olan halda, bütün faktiki halların aydınlaşdırılması qeyri-mümkündür. Məhkəmə ekspertiza rəyində ekspert qarşısında qoyulmuş suallardan biri, İcarəyə verən X3 ilə Cavabdeh MMC arasında bağlanmış icara müqaviləsinə əsasən icarəyəverilmiş sahənin 635,29 kv.m olması nəzərə alınmaqla həmin sahədən (sərhəddən) kənara çıxmalar mövcuddurmu? Kənaraçıxma (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olduğu halda, kənara çıxmanın (müdaxilənin) nədən ibarət olduğu, hissəsi və ölçüləri müəyyən ediməsi ilə bağldır. Ancaq ekspert həmin sual üzrə tədqiqat aparma mışdır və ekspert bu məsələyə heç bir münasibət bildirməmişdir. Əlavə ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verilsədə məhkəmə həmin vəsatəti əsassız rədd etmişdir. İddiaçının subyektiv hüququ ilə bağlı məsələ tam araşdırılmamışdır.

34. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 77.1, 146.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər

39. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürm əli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

40. Maddə 178.8 (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır

47. M addə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etm ədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhk əməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2024-cü il tarixli 2(103)2374/2024 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar