Məhkəmə qərarları › İş №2(102)-3533/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3533/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3533/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və X4 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)01/2019 nömrəli qərardadından cavabdeh “xxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək,xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 290.748,90 ABŞ dolları (136.038,90 ABŞ dolları əsas, 78.514 ABŞ dolları faiz və 76.196 ABŞ dolları dəbbə borcu) məbləğinin tutularaq İddiaçı ASC-yə ödənilməsini, tələbin cavabdeh Allahverən Əliyev tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilə y önəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əşyaların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 290748,90 ABŞ dolları və 30 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(066)-5520/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMM-dən İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136038,90 ABŞ dolları əsas, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə, cəmi 178000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaql a manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, həmin tutmanın Allahverən Əliyev tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiymətinin 75.000 manat məbləğində mü əyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş daşınmaz əşyaların dəyərindən ödənilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Allahverən Əliyevə qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və onlar açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaları, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMM-dən və Allahverən Əliyevdən müştərək qaydada «Əmlakın qiymətləndirilməsi və Consaltinq» MMM-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ek spertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.(hakim Şahin Abdullayev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov) Cavabdeh X3 qətnamədən kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh X5 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019cu il tar ixli qərardadından kassasiya şikayəti vermişdir. Eyni zamanda cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMM də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından cavabdeh X1 şikayətiAzərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)7448/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7448/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in da qətnamədən verdiyi kassasiya şikayəti baxışdan çıxarılaraq, mülki iş kassasiya şikayətinin geri qaytarılması üçün apelyasiya mə hkəməsinı göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən vеrdiyi kаssаsiyа şikаyəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov) Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilib, mülki işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Apelyasiya məhkəməsi mülki işi apelyasiya şikayətinin mümkünlüyünün yoxlanması üçün Nəsimi rayon Məhkəməsinə göndərməli olduğu halda, kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdehlər (onların nümayəndələri və vəkilləri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessu al Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR. Mülki prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Barəsində şikayət verilən qərardaddan görünür ki, apelyasiya instansiyası məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-inNəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verməməsinə və həmin qətnamənin ona aid hissədə apelyasiya qaydasında yoxlanılmamasına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)7448/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadında şərh olunanlara istinad edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olmaması nəticəsinə gəlib, həmin qətnamədən MMM-in verdiyi kassasiya şikayətini geri qaytarmış, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(006)-5 520/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, həmin qətnamə yalnız digər cavabdehə münasibətdə yoxlanmış, MMM-ə münasibətdə yoxlanmamışdır. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, qanunvericilik apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarından kimlərin və hansı hallarda şikayət verməsi qaydasını müəyyən etmişdir. Qanuna görə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarından tərəflərin... tələbləri təmin olunmadığı hallarda şikayət veriə bilər. Hazırki işdə isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunur. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə də bu Məcəllənin 408.1.1-ci və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmçinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermək məqsədilə kassasiya şikayətinin geri qaytarılması barədə ərizə də vermişdir. Bu baxımdan, kassasiya şikayətini geri qaytaran apelyaisya instansiyasının prosessual hüquq normalarını pozması barədə şikayətin də lilləri əsassızdır. Kassasiya şikayətinin dəlilinə gəldikdə, hazırki kassasiya şikayətinin geri qaytarılması “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMM-in Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verməsini istisna etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmiş, həmin qərardadın ləğv edilməsi üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından şikayət təmin edilməməli, qərardad dəyişdirlmədəın saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)01/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar