Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3534/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxxxxxxx” MMC-nin vəkili Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “ pul tələbi” nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-305/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxxxxxxx” MMC-nin vəkili Vəkil kassasiya şikayəti üzrə mülki i şə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1269/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 35000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. (hakim Nigar Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2020 saylı, xx xxxx 2020-ci iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1269/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edil miş, iddia tələbi rədd edilmişdir. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli) İddiaçı “xxxxxxxxx” MMC-nin vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxx” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul e dilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İŞİN HALLARİ İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, Cavabdeh “xxxxxxxxx” MMC-də satış və hasilat üzrə nümayəndə səlahiyyəti ilə sürücü kimi işləmişdir. Vəzifəsi müştərilərə satılan mallara görə yığılan pulları şirkətin xəzinəsinə ödəmək olsa da, işlədiyi müddət ərzində Cavabdeh müxtəlif mağazalardan yığdığı pulları Cəmiyyətin kassasına təhvil verməmişdir. Nəticədə cavabdehin Cəmiyyətə 35.000 manat borcu yaranmışdır. xx.xx.2016-cı il tarixli aktda cavabdeh borcunun olmasını öz imzası ilə təsdiq etmişdir. xx xxxxxx 2015-ci il tarixli əmrlə cavabdeh xx.xx.2016-cı il tar ixdən işdən azad edilmişdir. Borc müəyyən edildikdən sonra ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə cavabdehə rəsmi məktubla müraciət edilmişdir, lakin cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək, borcunun olmasını etiraf etmiş, lakin borc məbləğinin şişirdilməsini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində iddianı qismən qəbul etməsi barədə izahat verməməsini, heç bir aktı imzalamamasını, onunla bağlanmış əmək müqaviləsinin, malların verilməsini təsdiq edən qaimələrin təqdim edilməməsini və pullar ın yığılmasının onun səlahiyyətlərinə aid olmamasını göstərmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2020 saylı, xx xxxx 2020-ci iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki halların ı araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki hallarını araşdırma qəbul edilməməlidir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iddiaçının tələbinin təsdiqi kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli aktı sübut növü kimi qəbul etməmişdir. Apelyasiya məhkəməsi həmin aktın ilkin olaraq iddia ərizəsinə əlavə edilən surəti ilə sonradan təqdim edilən əslinin fərqli formada tərtib edilməsinə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi və ilkin olaraq məhkəməyə təqdim etdiyi aktın əslinin mövcud olmamasına, eyni zamanda yeni, eyni məzmunlu daha bir aktın ortaya çıxmasına, bununla da ilkin sübutlar barədə şübhələr yaranmasına, iddiaçı təşkil atda cavabdehin imzası ilə icra edilmiş istənilən sənədi tərtib etməyin mümkün olmasına istinad edərək, eyni əsaslarla da ekspert rəyini qəbul etməyərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 14, 77, 88, 89.3 və 108-ci maddələrin ilə əsaslandırmılşdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, iş materialları ilə müəyyən edilib ki, cavabdeh birinci instansiya məhkəməsində yalnız borcunun şişirdilməsini bildirərək, iddiaçının istinad etdiyi aktı mübahisələndirməmiş, aktdakı imzanın ona məxsus olmamasına dair heç bir etiraz verməmişdir. Cavabdeh yalnız apelyasiya şikayətində aktdakı imzanın ona məxsus olmamasını bildirmiş, eləcə də birinci instansiya məhkəməsində borcunu qismən etiraf etməsi barədə izahat vermədiyni demişdir. Birinci instansiya məhkəməsində iddiaya etirazın dəlilləri ilə apelyasiya şikayətində irəli sürülən dəlillər yeni və ziddiyyətli olsa da, apelyasiya məhkəməsi bu ziddiyyəti araşdırmamış, həmin ziddiyyətləri aradan qaldırmağa yönələn halları müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə görə işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Prosessual qanunvericilik məhkəmə iclas protokoluna izahatı düzgün əks olunmayan proses iştirakçısına protokola qeyd vermək hüququ vermişdir. Lakin cavabdehin bu hüquqdan istifad ə edib protokola hansı səbəblərdən qeyd verməməsini apelyasiya məhkəməsi araşdırmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə görə də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozma qla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunverciliyin tələbinə görə yalnız qanunverciliyə zidd yolla əldə edilmiş sübutlar qəbul edilmir. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının öz tələbini hüquqi əsası kimi istinad etdiyi xx xxxxxx 2016-cı il tarixli aktın iki nüsxəsi var: bir nüsxə ilkin olaraq iddia ərizəsinə əlavə edilmiş aktın kserosurəti; bir nüsxə isə ilkin kserosurətdən fərqlənən aktın əsli. Apelyasiya məhkəməsi işin bu halına istinadən belə nəticəyə gəlib ki, bir halda ki, iddiaçı ilkin olaraq sübut kimi aktın əslini deyil, surətini təqdim edib, sonradan təqdim edilən aktın əsli isə ilkin təqdim edilmiş kserosurətin əsli deyil, fərqli nüsxədir, belə olan halda, iddiaçının təqdim etdiyi aktın əsli sübut kimi qəbul edilə bilməz, çünki bu hal idd iaçı təşkilatda cavabdehin adından istənilən sənədin tərtib edilməsi ehtimalını yaradır. İşdə olan sübutların bu cür qiymətləndirilməsini məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun hesab etmir. Mülki-prosessual qanunvericilik sübutun mötəbərliyini onun əvvəlcədən və ya sonradan təqdim edilməsi, birinin digəri ilə fərqli olması ilə əlaqələndirmir. Sübutun əvvəlcədən və ya sonradan təqdim edilməsi, birinin digəri ilə fərqli olması halı özü-özlüyündə iddiaçının istinad etdiyi halları sübut etməsini şübhə altına almır. İddiaçının öz tələbini sübut etmək üçün əvvəlcədən verdiyi sübutdan fərqli olan, yeni sübut təqdim edilməsi istisna edilmir. Bütün hallarda təqdim edilən sübutlar məcmu halında qiymətləndirilməli, sübutların mötəbərliyi ilə bağlı ehtimallar işin digər müəyyən edilmiş halalrı ilə əlaqəli şəkildə əsaslandırlmalıdır. Apelyasiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyi ilə müəyyən edilib ki, ekspertizaya təqdim edilmiş, mülki işin 114-cü vərəqəsində olan xx.xx.2016-cı il tarixli aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısındakı imza və mülki işin 8-ci vərəqəsində olan kserosurət aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısında əks olunmuş imza Cavabdeh tərəfindən icra olunmuşdur. Başqa sözlə, həm aktın kserosurət nüsxəsində, həm də əslindəki imzanın cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi ilə təsdiq edilir. Bu baxımdan, aktın əslinin yalnız sonradan təqdim edilməsinə əsasən iddiaçı təşkilatda cavabdehin adından istənilən sənədin tərtib edilməsi barədə gəlinən ehtimal əsaslı hesab edilə bilməz. Həmçinin sənədlərin məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30359 saylı rəyi ilə müəyyən edilib ki, tədqiqata təqdim edilmiş mülki işin 8-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli aktın kserosurəti həmin mülki işin 94-cü səhifəsində olan aktın kserosurəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə deyil, başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Həmin kserosurətin üzərindəki möhür əksinin sağ tərəfindəki imza, “əsli ilə düzdür” əl yazısı hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdir. Üzərindəki möhür əksi relyef kilşedən sənədin üzərinə birbaşa vurulub. Məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30359 rəyindən görünür ki, 8-ci səhifədə olan xx.xx.2016-cı il tarixli aktın kserosurəti 94-cü səhifəndə olan aktın kseros urəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə deyil. Amma başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Yəni mülki işin 8-ci vərəqində olan xx.xx.2016-cı il tarixli akt kserosurət olsa da, amma əslindən çıxarılmış kserosurətdir, üzərindəki möhür əksi də relyef kilşedən sənədin üzərinə birbaşa vurulub. Apelyasiya məhkəməsi məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30359 saylı rəyini təqdim edilən aktın kserosurəti ilə əslinin fərqli olması barədə suala cavab üzrə qiymətləndirsə də, işdəki kserosurət olan aktın əslindən çıxarılması barədə sual üzrə isə qiymətləndirməyib. Halbuki işin bu halı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticədə apelyasiya məhkəməsi ekspert rəyini tam qiymətləndirməməklə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərini pozub. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstəri lən nöqsanları aradan qaldırmalı, sübutları mülki-prosessual qanunverciliyin tələblərinə uyğun olaraq qiymətləndirməli və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)305/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3534/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3534/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver