Məhkəmə qərarları › İş №2(102)-3535/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3535/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3535/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli 2(103)-1475/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYY ƏN ETDİ: İddiaçı X2 (bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24.04.2015-ci il tarixədək hesablanmış ödənilməmiş 10 119 ABŞ dolları əsas, 2027 ABŞ dolları faiz borcu olmaqla cəmi 12 146 ABŞ dolları kredit borcunun, həmçinin 20 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub banka ödənilməsi barədə əmrin çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Sonradan Cavabdeh2 etiraz ərizəsi əsasında həmin əmr ləğv edilmiş və iddia icraatına keçilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 10 040,50 (on min qırx dollar 50 sent) ABŞ dolları məbləğində əsas borcun, 577,89 (beş yüz yetmiş yeddi dollar 89 sent) ABŞ dolları məbləğində faiz borcunun, yəni cəmi 10 618,39 (on min altı yüz on səkkiz dollar 39 sent) ABŞ dolları məbləğində borcun, habelə 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı İKB-yə, 10 (on) manat məbləğində dövlət rüsumunun və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsi və Cavabdeh2 münasibətdə iddia rədd olunması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Elnur Həsənov - sədrlik edən və məruzəçi, hakimlər Xumar Mərdanova, Fuad Babayev) 10.01.2019-cu il tarixli 2(103)1475/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1392/2018 saylı iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 tutulan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 10.119 (on min yüz on doqquz) ABŞ dolları, faiz borcunun məbləği isə 674,95 (altı yüz yetmiş dörd dollar 95 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyənləşdirilmiş, qətnamə İddiaçı X1 münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05.06.2014-cü il tarixli "bank hesab, kredit və zaminlik müqaviləsi"nə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % hesablanmaqla 12 750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmiş, digər Cavabdeh2 isə adı çəkilən borcalanın öhdəlikləri üçün zamin qismində üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbinin məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ö dənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehlərin kredit borcunu əsas və faiz hissəsində azaltmışdır, halbuki ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Bundan əlavə iddiaçı "xxxx" İKB ASC-nin nümayəndəsi məhkəmə iclasında şifahi olaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət qaldırmış, lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafikində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və qrafik üzrə aparmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlill ərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.06.2014-cü il tarixli “bank hesab, kredit və zaminlik müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % hesablanmaqla 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmiş, digər Cavabdeh2 isə adı çəkilən borcalanın öhdəlikləri üçün zamin qismində üzərinə öhdəlik götürmüş olduğu göstərilmişdir; birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyinə görə 24.04.2015-ci il tarixinə borcalanın 10 040,50 ABŞ dolları əsas, 577,89 ABŞ dolları faiz borcunun yarandığı müəyyən edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən digər halına görə, Şəki Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 05.06.2014-cü il tarixli 2-MZ-2-0-362-14 saylı “bank hesab, kredit və zaminlik müqaviləsi”nin Cavabdeh2 adından imzalanmış zaminliyə dair hissəsi etibarsız hesab edilmiş, həmin qətnamə apellyasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Şəki Apellyasiya Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən). Sözügedən məhkəmə qətnamələri ilə, 05.06.2014-cü il tarixli “bank hesab, kredit və zaminlik müqaviləsi”nin Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından bankla Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bund an başqa apellyasiya instansiyası məhkəməsi borcun düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab etmişdir. Belə ki, iddia qaldırılan tarixə (05.05.2015-ci il) Cavabdeh1 əsas borcunun 10 209,34 ABŞ dolları və faiz borcunun isə 674,95 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Ekspert rəyini, həmçinin məhkəmənin irəli sürülən iddia tələbi ilə bağlı olduğunu nəzərə alınaraq Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 10 119 ABŞ dolları, faiz borcunun məbləği isə 674,95 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış k redit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu və faiz borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunu r. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yaran dığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş ü zrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli 2(103)-1475/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar