Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3539/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator XXX oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(002)-307/2018 hakim R.K.Mürsəlov) İddiaçı ASC-nin XXX oğlu, Cava bdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7.682 manat əsas borc, 1.626 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 9.369 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8880/2018 hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) XXX oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə faiz borcunun və ümumi borcun məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcu 361 manat müəyyən edilmişdir. Həmin qətnamədən XXX verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddia məbləğinin azaldılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC XXX oğluna 24 ay müddətinə illik 27 % ödəmək şərti ilə 12.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasənCavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşlər. 01 fevral 2019-cu il tarixdə İddiaçı ASC XXX oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 8.006 manat əsas borc, 1.626 manat faiz borcu, 82 manat cərimə borcu olmaqla, cəmi 9.715 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, borc məbləği düzgün hesablanmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayt armağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank borcluya 12.000 manat məbləğində kredit vermiş, kreditdən istifadə müddəti 23.10.2014-cü ildən 23.09.2016-cı ilədək, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 27 faiz müəyyən edilmişdir. Kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəli kredit müqaviləsinin şərti hesab olunur, həmin cədvələ görə borc verilmiş 12.000 manatdan istifadəyə görə 24 ay ərzində 3.661 manat faiz ödənilməlidir. İş üzrə alınmış ekspert rəyindən görünür ki, borclu 23.09.2016-cı il tarixədək 7.617 manat ödəniş etmiş, həmin məbləğin 3.300 manatı faiz borcuna silinmişdir. Bu hesabla borclunun ödənilməmiş qalan faiz borcu 361 manat təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əsas borcun ödənilməsinin gecikdirilibgecikdirlməməsindən asılı olmayaraq yalnız ödəniş cədvəlində göstərilən məbləğdə faiz ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır. Həmin Məcəllənin 103-cü maddəsi ilə ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3539/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3539/2019
17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver