Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-354/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il İş № 2(102)-354/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı vəkili Camalzadə Şəfa Məhəmmədəli qızı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, vəkili Rəfiyeva Aygül İlham qızının iştirakları ilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”x xxx” Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-nə və Xətai Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəriman ov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 noyabr 2017-ciil tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş 2(005)-6683/2017) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)1719/2018)iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 noyabr 2017-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəyev (sədrlik edən və məruzəçi), G.Quliyev, T.Qoldman, iş 2(102)-4084/2018) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, İ.Vəliyev, iş № 2(103)-9272/2018) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin açıq hərracdan satılması ilə bağlı “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 27 sentyabr 2016-cı il tarixli 66/07 saylı Protokolun etibarsız hesab olunması, iddia ərizəsinin və apellyasi ya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 20,80 (iyirmi manat 80 qəpik) “xxxx” MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Rəfiyeva Aygül İlham qızı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidə n baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Camalzadə Şəfa Məhəmmədəli qızı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin fa ktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC-nin “xxxx” MMC-yə və digərlərinə qarşı iddia tələbləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, əsas borc kimi 145 000 manat, faiz borcu kimi 25 375 manat, cərimə kimi 6100 manat olmaqla cəmi 176 475 manat pul vəsaitinin “xxxx” MMC-dən bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması qərara alınmış, qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, mənzil Bakı şəhəri Xətai rayon İcra şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracın yekunları barədə 27.09.2016-cı il tarixli 66/07 saylı protokola əsasən 57 375 manata “xxxx” ASC-nə satılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416-cı maddələrini, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə,qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən,bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən az 30 gün qalmış verilir. Hərracın keçirilm əsinə ən az 15 günü qalmış ikinci elan verilir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, İddiaçı Cəfərqıılu qızı keçirilən hərraclar barədə məiumatiı olmasına baxmayaraq, həmin hərraclarda iştirak etməmiş və bununla bağiı niyyətini bildirməmişdir. Mübahisələndirilən qətnamə “xxxx” ASC-nin mülkiyyət hüquqlarını pozur. İddiaçı, ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək. Banka qarşı əsassız iddia verməklə və bununla da “xxxx” ASC tərəfindən qaldırılan və Xətai Rayon Məhkəməsinin hal-hazırda icraatında olan “mənzilin boşaldılması və mənzildən istifadə hüququna xitam verilməsi tələbi"nə dair id dia ərizəsi üzrə mülki işinin uzadılması ilə məşğuldur. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...xxxx” MMC,Xətai rayon İcra şöbəsinin sifarişi əsasında qətnamənin icrası istiqamətində hərrac proseduruna başlamışdır; bununla belə iş materiallarında, keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verildiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Ali Məhkəmənin qərarında da göstərilidiyi kimi, birinci instansiya məhkəməsi dəfələrlə “xxxx” MMC-dən hərracla bağlı sənədlərin məhkəmə araşdırmasına təqdim edilməsini tələb etsə də, cavabdeh yalnız hərrac protokolunu və qəzetd ə verdiyi elanları məhkəməyə göndərmiş, digər sənədləri isə təqdim etməmişdir.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinin dəlillərindən biri də, ondan ibarətdir ki, mübahisə tərəflərinin hüquq və mənafelərinin qorunması, onların pozulmasına yol verilməməsi, məsələni mahiyyəti üzrə həll edən məhkəmənin üzərinə düşən vəzifədir. Hazırkı iş üzrə qəbul olunmuş qətnamə isə əksinə, Xətai Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli, 2(011)-!61/2014 saylı qətnaməsinin icrasında qeyri-müəyyənlik yaratmaqla, ipoteka saxlayan və müvafiq icra işi üzrə tələbkar kimi çıxış edən “xxxx” ASC-nin hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına yol açır və onun tərəfindən öz hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mənafelərinin qorunması iddiaçının hüquqlarının pozulması hesabına həyata keçirilə bilməz. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticə ləri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-354/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-354/2019
11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver