Məhkəmə qərarları › İş №2(102)-3541/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3541/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3541/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiaçı ləğv prosesində olan (LPO) "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, cəmi borc 26059,01 ABŞ dolları - bundan 12647,42 ABŞ dolları əsas borc, 4775,21 ABŞ dolları faiz borcu, 8131,26 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 505,12 ABŞ dolları zərər əvəzi və iş üzrə ödənilmiş 222.90 manat dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin (hakim - Aynur Əliyeva) xx.xx.2025-ci il tarixli, e2(067)-58/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11235,36 ABŞ dolları əsas borc, 4110,27 ABŞ dolları faiz borcu, 505,12 ABŞ dolları cərimə borcu olmaqla cəmi 15850,75 ABŞ dolları məbləğində (qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə manatla) kredit borcunun və 170,84 manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X1 (Məhkəmə Eksperizası Mərkəzinin hesabına) keçirilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)547/2025 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş a pellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsi qismən – iddianın cavabdehlərdən iddiaçının xeyrinə AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən hesablanmış zərər əvəzinin tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilmiş, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə kreditora vurulan zərərə (əldən çıxmış faydaya) görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 505,12 ABŞ dolları (beş yüz beş dollar 12 sent) məbləğində (ödəniş vaxtı rəsmi məzənnə üzrə Azərbaycan manatı ilə) pul vəsaitinin tutularaq iddiaçı LPO "xxxx" AS C-yə ödənilməsi və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-547/2025 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-547/2025 nömrəli qətnaməsində n verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

6. Kassasiya şikayəti mülki işlə birgə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və məhkəmənin 2(102)-3541/2025 nömrəli, 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

7. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılmalıdır.

8. Belə ki, iş materialları və “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiq edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(105)547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadı 3 oktyabr 2025-ci il tarixində cavabdehin vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.

9. Azərbaycan Respublikasının MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

10. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxs lər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. 13. “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiqlənir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3 oktyabr 2025-ci il tarixində rəsmi qaydada verilmiş 2(105)-547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadından cavabdeh 20 oktyabr 2025-ci il tarixində - kassasiya şikayəti verilməsi üçün 10 günlük müddəti buraxdıqdan sonra kassasiya şikayəti vermişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə Azərbaycan Respublikasının MPM-in 404-1.2-ci maddəsinə əsasən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilməli olduğu halda, Azərbaycan Respublikasının MPM-in tələbərinə zidd olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3541/2025 nömrəli, 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçd ikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

16. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. MPM-in 417.1 və 417.1.7-ci maddələrinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-547/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2025-ci il tarixli 2(102)-3541/2025 nömrəli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar