Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3543/2022 07.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləriini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı, 25 oktyabr 2021ci qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qarşı borcun və vurulmuş ziyanın ödənilməsi barədə ilk iddia tələbi qismən təmin, Cavabdeh İddiaçı qarşı pul və əmlak barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən verdikləri apellyasi ya şikayətləri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadından verdikləri apellyasiya şikayətləri təmin edilməmişdir. İddiaçı və cavabdeh qərardaddan kassasiya şikayətləri vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar göstərilmişdir. Həmin normaya görə, apellyasiya instansiyası məhkəmələrinin apellyasiyanın qeyrimümk ün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret olaraq müəyyən edilmişdir. Hazırda kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı qanunda göstərilən həmin qərardadların dairəsinə aid deyildir. Hazırda mübahisələndirilən qərardadla iddiaçı və cavabdehin Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadından verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərardadı isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı, 25 oktyabr 2021-ci qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılmas ı barədədir. Yuxarıda qeyd edilən normada isə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)2652/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qərardadından verdikləri kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3543/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3543/2022
07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver