Məhkəmə qərarları › İş №2(102)-3545/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3545/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3545/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4, Cavabdeh2, X8 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3545/2022 (açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-413/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli, 11 saylı qərarı ilə Tərtər rayonu Hüsənli kəndinin ərazisində İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətinə 0.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir.

2. Tərtər rayonu, Hüsənli kəndində yerləşən 1.7821 ha torpaq sahəsinin ¼ hissəsinə X10, ¾ hissəsinə X7 mülkiyyət hüququ üzrə payı müəyyən edilmişdir.

3. Tərtər Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(061)-890/2014 saylı qətnaməsi ilə Tərtər rayon Hüsənli kəndində yerləşən JN-271 saylı, kod nömrəsi 61100048 olan «Torpağa mülkiyyət hüququna dair » dövlət aktına əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasılnın 28 iyul 1998-ci il tarixli qərarı ilə X11 və 3 nəfər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 2 hektar pay torpaq sahəsinin 1,78 hektardan ibarət "271C" nömrəli hissəsinin tamamilə boşaldılaraq iddiaçılara qaytarılması, cavabdehlər X4, Cavabdeh2 və X5 həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.

4. Tərtər Rayon Məhkəməsinin 2(061)-273/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş dövlət aktı əsasında İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Tərtər rayonu, Hüsənli kəndində yerləşən 0,74 ha pay torpaq sahəsindən və AN 390868 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında X12 məxsus 1,78 hektar t orpaq sahəsindən X4, Cavabdeh2, X6 və Cavabdeh4 çıxarılması qət edilmişdir.

5. Mübahisə cavabdehlərin torpaq sahəsindən istifadə etmələri ilə bağlı iddiaçılara dəymiş ziyanın ödənilməsi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X1 25.000 (iyirmi beş min) manat ziyan məbləğinin və 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırıblar ki, Tərtər rayon Aqrar İslahat Komissiyasınm 28 iyul 1998-ci il tarixli, 11 saylı qərarı ilə Tərtər rayonu Hüsənli kəndin in ərazisində birgə mülkiyyət üzrə iddiaçılara 0.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN 272, KOD 61100048 nömrəli Dövlət Aktı ilə 01 oktyabr 1998-ci il tarixdə adlarına rəsmiləşdirilmişdir. Həmin pay torpaq sahəsinin 0.10 ha hissəsi başqa ərazidə verilmişdir. Həmçinin 21 sentyabr 2018-ci il tarixdə 4Ə-310 saylı bağışlama müqaviləsi ilə yaşadıqları Tərtər rayonu, Hüsənli kəndində yerləşən və pay torpaq sahələrinə bitişik olan 1.78 ha kənd təsərrüfatı təyinatlı pay sahəsi İddiaçı1 atası X17 tərəfindən ona bağışlanmışdır. Həmin torpaq sahəsini İddiaçı1 12 iyun 2019-cu il tarixdə adına rəsmiləşdirmiş və AN 390868 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Hər iki torpaq sahəsi bitişikdir və həmi n sahədə nar bağları olmuşdur.

8. Ümumi sahəsi 2.52 ha nar bağı olan torpaq sahəsini Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh4 zəbt etmiş və bu günə qədər həmin nar bağlarının nar meyvələrini yığıb satmış, nar ağaclarının budaqlarını kəsərək sobada yandırmışlar.

9. Cavabdehlər torpaq sahəsinin təyinatını dəyişərək həmin ərazini öz malqaralarının otlaq sahəsinə çevirmişlər. İddiaçılar dəfələrlə torpaq sahələrinə getmək istəsələr də, cavabdehlər buna imkan verməmiş, onları söyüb təhqir etmişlər. Onların qanunsuz hərəkətləri ilə bağlı iddiaçılar 3 il ərzində hüquq mühafizə orqanlarına şikayət etsələr də, heç bir nəticə əldə olunmamışdır.

10. Nar kollarına vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərilmədiyi üçün nar kolları cırlaşmış və məhsuldarlıq aşağı düşmüşdür.

11. Cavabdehlər torpaq sa həsini zəbt etməmişdən əvvəlki illərdə iddiaçılar hər il 2.52 ha nar bağından 35-37 ton məhsul yığmış, yerində kiloqramı 20 qəpik, bazarda isə kiloqramı 50 qəpikdən satıb qazanc əldə etmişlər. 1 ha torpaq sahəsində 400 və 420 nar ağacı var. Hər hektara dan 13-15 ton məhsul götürülür. Əgər aşağı hədlə götürülsə, 3 ildə nar bağından 105 ton məhsul yığılması və yerində satılan hər kiloqramı 20 qəpikdən hesablanılması nəzərə alınarsa, cavabdehlər 21000 (iyirmi bir) min manat iddiaçılara ziyan vurmuşlar.

12. Bundan başqa, cavabdehlər iddiaçıları əraziyə buraxmadıqları üçün iddiaçılar nar ağaclarına aqrotexniki qulluq göstərə bilməmiş və 1984-cü ildə salınmış 2,52 ha nar ağacları cırlaşmış və bağ yararsız vəziyyətə düşmüşdür. Yenidən həmin nar ağaclarını əkib ona aqrotexniki qaydada qulluq gös tərib ağacları böyüdüb məhsuldarlığa yetişdirmək üçün 10 il vaxt və 1000 və ya 1200 kiçik nar ağacını əkib becərmək lazımdır. Nar ağacının 1 ədədinin qiyməti isə 1 manatdır ki, bununla da cavbdehlər bu günədək iddiaçılar ümumilikdə 25000 manat məbləğində ziyan vurmuşlar.

13. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1097.1-ci maddələrinə istinad ediblər.

14. Tərtər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.

15. Cavabdehlər hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək, iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirib, iddianın rədd edilməsini xahiş etmişlər.

16. Ağdam Rayon Məhkəməsinin 2(013)-1412/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmi şdir. (hakim Rafiq Məmmədov)

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılara iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da onlar bu barədə məhkəməyə heç bir subut təqdim edə bilməmişlər.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini, 3 il ərzində torpaq sahəsindən əldə edəcəkləri 47250 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişlər.

20. Apellyasiya şikayətinin dəlilləri: -məhkəmə maddi və prossesual hüquq normalarını pozmaqla, onların ərizəsində göstərilən halların mövcud olduğunu araşdırmadan və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırmadan iddianı təmin etməmişdir. Cavabdehlərin iddianı təkzib etmək üçün heç bir əsasları yoxdur. Belə ki, cavabdehlər təkziblərini onunla əsaslandırmışlar ki, onlara məxsus torpaq sahəsini zəbt etməmişlər. Birinci instansiya məhkəməsi də yalnız cavabdehlər Cavabdeh2, Maşalla Məmmədovun və Siyəsət Qurbanovun izahatlarına istinad etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin dispozisiya şərtlərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulan zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi şərtləndirilmişdir; - məhkəmə onların izahatlarına və digər sənədlərə qiymət vermədən verilən pay torpaq sahəsinin həqiqətən azad edilməsini dəqiqələşdirmək üçün yerində baxış keçirməmişdir; - 10 oktyabr 2018-ci il tarixdə, yəni nar məhsulu yığımına 5-10 gün qalmış cavabdehlər torpağı zəbt edərək, 3 il nar bağının məhsulunu yığıb satmış, onları nar bağı olan əraziyə buraxmamış, nar bağlarını iribuynuzlu mal-qaralarının otlaq sahəsinə çevirmişlər. 200 ədəd nar ağacı kökündən çıxarılmışdır; - cavabdehlərin təqsiri nəticəsində nar ağacları vaxtında suvarılmadığı, cərgə araları şumlanmadığı, budama və ağacların dibi yumşalmadığı, üzvü və mineral gübrələr verilmədiyi, nar bağında aqrotexniki qulluq qaydalarına əməl olunmadığı üçün bütün nar ağacları cırlaşmış və məhsulda rlıq aşağı düşmüşdür;

21. Cavabdehlər nar bağını zəbt etməmişdən əvvəlki illərdə, yəni 1998-2017-ci illər ərzində iddiaçılar hər il 1 hektar nar bağından 13-15 ton məhsul yığmış, müxtəlif illərdə bazarda nar meyvəsinin 1 kq-nı 0,50 manata satmışlar. Bir hektar nar bağında 400-425 ədəd nar ağacı olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri barədə iddiaçılar 2018-ci ildən başlayaraq müxtəlif hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər etmişlər. Ancaq heç bir tədbir görülməmişdir. X14 Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə Tərtər rayon Polis Şöbəsinin və Tərtər rayon Məhkəməsinin qərarları ləğv edilmiş və işə cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istintaq orqanında yenidən baxılmasının təmin edilməsi barədə qərar vermişdir. 09 avqust 2021-ci il tarixd ə Tərtər rayon prokuroru tərəfindən Hümmət Alverdiyev, Cavabdeh2, Maşalla Məmmədov və Siyəsət Qurbanov barələrində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Tərtər Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(061)-273/2021 saylı qətnaməsi ilə cavabdehlərin 10 oktyabr 2018-ci il tarixdən zəbt etdikləri onlara məxsus 2,52 ha nar bağı olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmənin qətnaməsi 05 iyul 2021-ci il tarixdə Tərtər rayon İcra şöbəsi tərəfindən məcburi icra edilmişdir. Lakin cavabdehlər həmin gün İddiaçı1 anası X2 vurub xəsarət yetirmişlər; - 06 iyul 2021-ci il tarixdə isə cavabdehlər torpaq sahəsini yenidən zəbt etmiş, yalnız 15 avqust 2021-ci il tarixdə torpaq sahəsindən çıxarılmışlar; - məhkəmə baxışı z amanı onlar iddiaçı kimi yuxarıda qeyd etdikləri sənədləri sübut kimi məhkəməyə təqdim etmişlər. Həmçinin məhkəmədən nar bağına baxış keçirilməsi, cavabdehlərin onlara vurduqları ziyanın müəyyən olunması üçün mütəxəssis cəlb olunması barədə qərardad qəbul etməsi barədə vəsatət vermişlər. Hətta 20 avqust 2021-ci il tarixdə məhkəmədə onlara qeyd etdiklərini təmin edəcəkləri barədə ərizə də yazdırılmışdır. Lakin bir neçə gün sonra məlum olmuşdur ki, məhkəmə artıq 19 avqust 2021-ci il tarixdə qətnamə qəbul edilməklə bitmişdir. Halbuki onları 20 avqust 2021-ci il tarixdə məhkəmə baxışına dəvət edilmişdilər; - vəsatətlərinin qəbul edilməsi, nə də rədd etməsi barədə məlumat verilməmişdir. Buna görə də vurulmuş zərərlə bağlı iddiaçılar sübutlar təqdim edə bilməmiş və həmin sübutları apellyasiya şi kayətinə əlavə etmişlər. X24 İnkişaf Mərkəzinin mütəxəssisləri xx.xx.2021-ci il tarixdə nar bağına baxış keçirmiş və bağa aqrotexniki qaydada qulluq göstərilmədiyini, 200 ədəd nar ağacının kökündən çıxarıldığını və 2018-2021-ci ərzində nar ağaclarına aqrotexniki qaydada qulluq göstəriləcəyi təqdirdə orta hesabla 1 hektardan 9,0 ton nar məhsulu götürməyin mümkün olması barədə rəy vermişlər; - "xxxx" MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli 671 nömrəli arayışa əsasən 20182020-ci illərdə nar meyvəsinin təxmini bazar qiyməti 0.70-1,0 manat olmuşdur. Cavabdehlər 3 il ərzində torpaq sahəsindən istifadə edərək, iddiçılara həmin müddət ərzində əldə edəcəkləri (əldən çıxmış fayda) olan 47250 (qırx yeddi min yüz əlli) manat zərər vurmuşlar; - bu səbəbdən iddia həcmini artıraraq, cavabdehlərdən müştə rək qaydada 47250 (qırx yeddi min iki yüz əlli) manatın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmadını xahiş edirlər.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-413/2022 saylı mülki iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, cavabdehlər X4, Cavabdeh2, X9 və X1 müştərək qaydada 16500 manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 16520 (on altı min beş yüz iyirmi) manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilmsəi, iddianın qalan hissədə təmin edilməmsi qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, İslam Həsənov)

23. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçı lar birinci instansiya məhkəməsinə müraciət edərək 25.000 (iyirmi beş min) manat ziyan məbləğini cavabdehlərdən tələb etsə də, apellyasiya şikayətində iddia həcmini artıraraq, 47250 (qırx yeddi min iki yüz əlli) manat zərər məbləğini tələb etmişlər. İddianın həcminin artırılması ilə bağlı yeni tələb Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən qəbul edilməməlidir. Belə ki, iddiaçılar vurulmuş zərərin məbləği ilə bağlı müvafiq sübutlarını və buna müvafiq olaraq da tələbini birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə bağlı kifayət qədər imkana malik olmuşlar.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətlərini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlər X4, Cavabdeh2, X9 və X3 iddi açılara məxsus təxminən 2.52 hektar nar bağını zəbt etməsi və cavabdehlərin hüquqa zidd bu əməlləri nəticəsində iddiaçıların 2018-2021-ci illər ərzində bağlarından istifadə edə bilməməsi öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında olan X24 İnkişaf Mərkəzinin rəyinə əsasən iddiaçılara məxsus 2.52 hektar nar bağında 2018-2021-ci illər ərzində nar ağaclarına aqrotexniki qulluq qaydaları yerinə yetirildiyi halda bağdan hər il orta hesabla hər hektardan 9 ton nar məhsulu götürmək mümkün olardı ki, bu da iddiaçıların əldən çıxmış fayda qismində zərərə məruz qalmasını təsdiq edir.

25. Apellyasiya instansiyası məhkəməsi 2.52 hektar nar bağından hər il orta hesabla hər hektardan 9 ton nar məhsulu götürməyin mümkün olması ilə bağlı X24 İnkişaf Mərkəzinin rəyini və 2018-2020-ci illər ərzində nar meyvəsinin təxmini bazar qiymətinin 0.70-1,00 manat olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların qeyd olunan dövr ərzində 21000 manat gəlir əldə etmək imkanlarının olması əsaslı olmuşdur. İddiaçıların il ərzində nar məhsulunun götürülməsi üçün təxminən 1200-1500 manat aralığında xərc çəkilməsi ilə bağlı izahatı nəzərə alındıqda isə cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıların 16500 manat əldən çıxmış fayda qismində zərərə məruz qalması öz təsdiqini tapır.

26. Apellyasiya instansiyası məhkəməsi 2,52 ha nar bağındakı nar ağacları cırlaşması və bağın yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq 4000 manat ziyan vurulması ilə bağlı iddiaçıların tələbini isə əsassız hesab etmiş və bunu iddiaçıların qeyd edilən tələblə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmələri ilə bağlı əsaslandırmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 21.3, 1096.1,1096.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 21.2-ci maddəsinə düzgün əməl etməyərək nəzərə almamışdır ki, cavabdehlər məcburi köçkün olaraq 1993-cü il tarixdən mübahisə olunan torpaq sahəsinin yaxınlığına məskunlaşaraq 4 ailə olaraq həmin torpaq sahəsinin yaxınlığında qarğı qurğular vasitəsilə tikilmiş şəraitsiz şəkildəki evdə məskunlaşaraq orada yaşamışılar. Həmin torpaq sahəsində yaşadıqları müddət ərzində mübahisə olunan torpaq sahələri dövlətə məxsus olmuşdur. Bu zaman cavabdehlərin əməllərində hüquqa zidd hərəkətlərdən söz gedə bilməz; - həmçinin apellyasiya məhkəməsi iddiaçıların qeyri-müəyyən ziyanı tələb etməsinə də əhəmiyyət verməmişdir. Belə ki, iddiaçılar birinci instansiya məhkəməsində ümumilikdə 25000 manat məbləğində ziyan vurulmasını iddia edərək, əldən çıxmış fayda olaraq apellyasiya şikayətində 47250 manat məbləğində maddi ziyan tələb etmişlər; - Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərinə əsaslanan apellyasiya məhkəməsi cavabdehlərin iddiaçılara məxsus təxminən 2.52 hektar nar bağı zəbt etməsi kimi qiymətləndirmiş, ancaq ən azından cavabdehlərin həqiqətən də mübahisə olunan torpaq sahəsini zəbt etmələrini təsdiqləyən məsuliyyətə cəlb edilib-edilməməsi barədə qətnamədə əsaslandırıcı faktları qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazda cavabdehlərin onların mülkiyyətində olan nar bağını özbaşına tutduqlarını, nar ağaclarının bir qismini kökündən çıxararaq, həmin ərazidə yonca əkmələrini, ərazini mal-qara üçün otlaq sahəsinə çevrməklə onlara ziyan vurmalarını göstərmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi və tələb bölünməz olduğu üçün kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi zərərin əvəzinin ödənilməsi barədədir. İddiaçılar tələblərinin əsası kimi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi nəticəsində onlara zərər vurulmasına istinad etmişlər.

37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlər X4, Cavabdeh2, X9 və X3 iddiaçılara məxsus təxminən 2.52 hektar nar bağını zəbt etməsi və cavabdehlərin hüquqa zidd bu əməlləri nəticəsində iddiaçıların 2018-2021-ci illər ərzində bağlarından istifadə edə bilməməsi öz təsdiqini tapmışdır. Həmçinin zərərin məbləğini də apellyasiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir.

38. Nəzərə alınsa ki, Mülki Məcəllənin Maddə 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də cavabdehlərin iddiaçılara məxsus torpağı zəbt etmələri müəyyən edilib, belə olan halda gəlinən nəticə də işin hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçıların qeyri-müəyyən ziyanı tələb etməsinə əhəmiyyət verməməsi, iddiaçıların birinci instansiya məhkəməsində ümumilikdə 25000 manat məbləğində ziyan vurulmasını iddia edərək, əldən çıxmış fayda olaraq apellyasiya şikayətində 47250 manat məbləğində maddi ziyan tələb etmələri barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçılar apellyasiya şikayətində ziyan məbləğini artırsalar da, apellyasiya məhkəməsi iddianı birinci instansiya məhkəməsinə verilmiş tələb həddində qiymətləndirmiş və iddiaçıların tələblərini artırmasını qəbul etməmişdir. (bax: bənd 23)

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-413/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar