Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2018 04.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3546/2018 şəhəri 04 iyun 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2017-ci il tarixli 2(105)1479/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəm əsinin (hakim E.Məmmədov) 12.01.2017-ci il tarixli 2(060)415/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və dəbbə borcunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə imzalanmış 18.02.2011-ci il tarixli AZBA-********** nömrəli kredit müqaviləsinə (04.03.2014-cü il tarixli Saziş daxil olmaqla) xitam verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 44.802,77 ABŞ dolları əsas, 7.376,52 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları dəbbə olmaqla, cəmi 53.179,29 ABŞ dolları kredit borcu və bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılmas ı üçün ödənilmiş 30 manat dövlət rüsumu və müqavilələrin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 42.20 manat, cəmi 102,20 manat rüsum tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri ************ massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına iddia üzrə tələb olunan məbləğin iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, L.Məmmədova, S.Qafari) 14.12.2017-ci il tarixli qətnaməsi ilə ca vabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 12.01.2017-ci il tarixli qətnaməsi - “ipotekanın ilkin satış qiymətinin, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi” hissəsindədəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə əsas borc üzrə 44.802,77 ABŞ dolları, faiz borcu üzrə 7.352,3 ABŞ dolları, dəbbə pulu (penya) 50 ABŞ dolları olmaqla, cəmi 52.155,07 ABŞ dolları və ya ödəməgününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc tutulmuş, Sumqayıt şəhəri Corat bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi ol an B-2004-V nömrəli evin ilkin satış qiyməti 197.400 manat həddində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 50 manat pulcavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ22 HesabAZ34CTRE******************** hesabına köçürülmüş, iş üzrə qiymətləndirici "xxxx" MMC-nin 150 manat xidmət haqqı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin H/h AZ******************** VÖEN ********** Benefisiar(alan) bank "xxxx" ASC kodu: 505817 VÖEN **********; NABZ******************** S.W.İ.F.T BİK: AZEGAG22 hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və dəbbə borcunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 03.11.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında ikinciyə 390.000 ABŞ dolları kredit verməsini nəzərdə tutan 18.02.2011-ci il tarixli AZBA003226 nömrəli kredit müqaviləsinə (04.03.2014-cü il tarixli Saziş daxil olmaqla) bu müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vax tında icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri ********** massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 18.02.2011-ci il tarixli AZBA-*********** saylı ipoteka müqaviləsi (04.03.2014-cü il tarixli Saziş daxil olmaqla) və Cavabdeh2 ilə 04.03.2014-cü il tarixli AZBA-******* saylı zaminlik müqaviləsi bağlanmış və 04.03.2014-cü il tarixli AZBA******** saylı Razılaşma ilə illik 20 faiz 48 ay müddətinə 63.000 ABŞ dolları kredit verilmiş və kreditin aylıq 1.925 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir. 10 iyun 2015-ci il tarixli Sazişlə kreditin qalıq məbləğinə hesablanaca q faiz dərəcəsi 19-a endirilmiş, qaytarılması müddəti 11.03.2019-cu il tarixədək uzadılmış və aylıq ödəniş məbləği 1.552 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən sonuncu ödəniş 27.05.2016-cı il tarixdə 200 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehlərin 44.802,77 ABŞ dolları əsas borc, 7.376,52 ABŞ dolları faiz borcu və 12.148 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 64.327,29 ABŞ dolları kredit borcu yaranmış və ödənilməmişdir. Kredit üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyinə və gecikdirildiyinə görə İpoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiy a şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi, Cavabdeh1 vəkili Vəkil və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsin ə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.12.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edib, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 12.01.2017-ci il tarixli qətnaməsini - “ipot ekanın ilkin satış qiymətinin, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi” hissəsindədəyişdirib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə əsas borc üzrə 44.802,77 ABŞ dolları, faiz borcu üzrə 7.352,3 ABŞ dolları, dəbbə pulu (penya) 50 ABŞ dolları olmaqla, cəmi 52.155,07 ABŞ dolları və ya ödəməgününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc tutulmuş, Sumqayıt şəhəri ********* massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evin ilkin satış qiyməti 197.400 manat həddində müəyyən etməklə, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olm uş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2011-ci il tarixli AZBA-003226 saylı kredit müqaviləsinə (04.03.2014-cü il tarixli Saziş daxil olmaqla) əsasən "xxxx" BOKT MMC Cavabdeh1 390.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü ə şyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2011-ci il tarixli AZBA003226 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri ************massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evi 18.02.2011-ci il tarixli AZBA-****** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin et mək məqsədi ilə "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 04.03.2014-cü il tarixli AZBA-******** nömrəli razılaşmadan görünür ki, illik 20 faiz 48 ay müddətinə 63.000 ABŞ dolları kredit verilmiş və kreditin aylıq 1.925 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir. 04.03.2014-cü il tarixli AZBA-******** nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra edilməsi üçün kreditor qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 10.06.2015-ci il tarixli sazişdən görünür ki, kreditin qalıq məbləğinə hesablanacaq faiz dərəcəsi 19-a endirilmiş və qaytarılması müddəti 11.03.2019-cu il tarixədək uzadılmış və aylıq ödəniş məbləği 1.552 ABŞ dolları müəyyən edilmiş dir. 24.07.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh3 tam mülkiyyətində olan Sumqayıt şəhəri Corat bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli ev "xxxx" BOKT MMC -nin xeyrinə ipotek ilə yüklü edilmişdir. 18.08.2016-cı il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri ********** massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evinə dair ipoteka predmetinə dair tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-nin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 385.1-ci maddəs inə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri poz maqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit, ipoteka, zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdi r. Nəticədə, Cavabdeh1 banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən, zamin borcun ödənilməsi üçün borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutul ması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə Ekspertizası Mərkəzinin 08.11.2017-ci il tarixli 1476 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödəniş tarixçəsi və cədvəl məlumatları, 04.03.2014-cü il tarixli AZBA-********** nömrəli razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, 20.10.2016-cı il tarixə Cavabdeh1 "xxxx" BOKT MMC-yə olan borcu 52.365,56 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas kredit borcu 45.013,26 ABŞ dollar, faiz borcu 7.352,3 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq eksper t rəyi ilə razılaşaraq qeyd etmişdir ki, bank borcludan əsas borca görə 44.802,77 ABŞ dolları tələb etmiş, ekspert isə bu borcu 45.013,26 ABŞ dolları müəyyən etmişdir. Lakin MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc 44.802,77 ABŞ dollarıdır. Faiz borcunun isə 7.352,3 ABŞ dolları olması hissəsində ekspert rəyi kifayət qədər əsaslandırılmışdır. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldi lməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetki nlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinəəsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmeti nin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəməyə təqdim edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC-in 29.06.2017-ci il tarixli MB 10/415 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri Corat bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli 5 otaqlı 95.7 kv.m yaşayış sahəsi, 81.5 kv.m yardımçı sahəsi və 177,2 kv.m ümumi sahəsi olan B-2004-V nömrəli evin ilkin satış qiyməti 197.400 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi nəzərə alın maqla 197.400 manat həddində müəyyən edərkən, həmçinin Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının tələb etdiyi yüksək hesablanmış 1.000 manat dəbbə pulunu azaldaraq 50 ABŞ dolları müəyyən edərkən haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsin şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2017-ci il tarixli 2(105)-1479/2017 nömrəli qətnaməsi - Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi nir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-3546/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3546/2018
04.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver