Məhkəmə qərarları › İş №2(102)-3546/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3546/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili X2, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili xxx oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər “xxx3” MMC-nin “xxx” zavoduna və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilələrin etibar sız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1570/2020 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxx3” MMC-nin “xxx” zavoduna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 700000 ABŞ dolları, faiz borcuna görə 31851 ABŞ dolları, dəbbə borcuna görə 140000 ABŞ dolları olmaqla, cəmi 871851 ABŞ dollarının, xx xxxxxx 2017-ci il tarixinə qədər 700000 ABŞ dolları əsas borca illik 5% hesablanmış 40056 ABŞ dollarının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 İstehsalat Birliyi MMCnin “xxx” zavodu və onun arasında bağlamış xx xxx 2017-ci il tarixli rb/km/1110 saylı baş kredit müqaviləsinin və xx xxx 2017-ci il tarixli rb/km-1110 saylı zaminlik müqaviləsinin həmin müqavilələrə xx xxxxxx 2017-ci il tarixdə edilmiş 1 saylı əlavələr və xx xxxxxxxx 2017-ci il tarixdə edilmiş 1 saylı əlavələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)154/2019 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) ilkin iddia qismən təmin edilmiş, “xxx3” MMC-nin “xxx” zavodundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi və ona əlavə sazişlər üzrə xx xxxxxx 2018-ci il tarixə ödənilməmiş 691910,92 ABŞ dolları məbləğində əsas kredit borcunun, ona kredit müddəti ərzində hesablanmış 24985,67 ABŞ dolları məbləğində faiz borcunun, kredit müddətindən sonra əsas kredit borcunun gecikdirilməsinə görə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək hesablanmış illik 5%-lə 34115 ABŞ dolları miqdarında pulun, 5000 ABŞ dolları dəbbə pulunun, cəmi 756011,59 ABŞ dolları məbləğin də borcun ödəniş gününə manatın məzənnəsinə uyğun tutulması, “Optika X3” MMC-nin “xxx” zavodundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8650/2019 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanova – sədrlik edən və məruzəçi, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdehlər “xxx3” MMCnin “xxx” zavodunun və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali M əhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)7337/2019 nömrəli qərarı ilə (hakim V.Ə.İbayev – sədrlik edən və məruzəçi, hakimlər A.K.Kalbalıyevdən və Ə.M.Rüstəmovdan ibarət tərkibdə) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın rədd olunması və borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilib, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1570/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2019 nömrəli, xx xxxxxx 2019-cu il t arixli qətnaməsi qarşılıqlı iddianın rədd olunması və borcun Cavabdeh2 tutulması hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili xxx oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1570/2020-ci il qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, Cavabdeh2 “xxx” Zavodunun adından kredit müqaviləsini imzalayarkən zaminlik müqaviləsinin bankın əməkdaşları tərəfindən təqdim edilməsini bilməmiş, müqavilələrin yalnız kredit müqaviləsi olduğunu və Zavodun adına öhdəlik yaratdığını düşünərək, vacib əhəmiyyətli yanılma nəticəsində imzalamışdır. Bu hal şahid qismində keçmiş baş mühasib ifadəsi ilə təsdiq olunmuşdur, lakin məhkəmə qətnaməsində şahidin verdiyi ifadəsi ümümiyyətlə qeyd etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi, vəkil X6 məhkəmə iclasında verdikləri izahatlarında, habeldə kassasiya şikayətin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməs inin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “xxx3” MMC səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ape llyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə müştəri “X1” MMC-nin “xxx” zavodu arasında bağlanılmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə əsasən bank müştəriyə 1 ay müddətinə, illik 13% dərəcəsi ilə 700000 ABŞ dolları məbləğində kredit vermişdir. Borc verən İddiaçı ASC ilə zamin Cavabdeh2 və borc alan “xx x3” MMC-nin “xxx” zavodu arasında bağlanmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında “xxx3” MMC-nin “xxx” zavodunun xx xxx 2017-ci il tarixli, rb/km1110 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə “xxx3” MMC-nin “xxx” zavodu arasında bağlanılmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə və eyni tarixli zaminlik müqaviləsinə xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxxxx 2017-ci il tarixli əlavə sazişlərə əsasən borclu və zaminlə bağlanmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi və Zaminlik müqaviləsinin müddətləri müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, kredit alan hüquqi şəxs tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən cavabdeh “xxx3” MMC-nin “xxx” zavodunun xx xxxxxx 2017-ci il tarixinə xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi üzrə 691910,92 ABŞ dolları əsas kredit borcu, 24985,67 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında göstərdiyi göstərişləri icra etmiş və tərəflər arasında bağlanmış müqavi lələrin əsillərinə məhkəmə iclasında baxış keçirmiş və sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini işə əlavə etmiş və onlara uyğun yekun qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, İddiaçı ASC ilə müştəri “xxx3” MMC-nin “xxx” zavodu arasında bağlanılmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə və eyni tarixli zaminlik müqaviləsinə xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxxxx 2017-ci il tarixli əlavə sazişlərə əsasən borclu və zaminlə bağlanmış xx xxx 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi və Zaminlik müqaviləsinin müddətləri müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, zamin Cavabdeh2 yanıldığını bildirdiyi müqavilədən sonra h əmin müqaviləyə əlavə olan müddətin uzadılması ilə bağlı digər müqavilə imzalamışdır. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, sonradan müqavilənin bağlanması əvvəlki müqavilənin yanılma nəticəsində bağlanmasını istisna edir. Həmçinin, işdə olan dörd müqavilədə (kredit və zaminlik müqavilələrinə bağlanmış əlavələrdə) məhkəmə ilkin kredit və zaminlik müqavilələrinə istinad edilmişdir. Cavabdeh2 isə müqavilələri həm hüquqi şəxsin nümayəndəsi, həm də fiziki şəxs olaraq öz adından imzalamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 dövlət müəssisəsi olan hüquqi şəxsin öhdəliklərinə cavabdeh olmaması və məsuliyyət götürməsinin mümkünsüzlüyünə dair dəlilinə münasibətdə isə qeyd etmişdir ki, bu halı qadağan edən heç bir maddi əsas mövcud deyildir. Müqavilə bağlanarkən onun maddi imkanının olmasının yoxlanmamasına dair isə qeyd etmişdir ki, bu hər bir halda müqavilə tərəfinin riskidir və bu risk üzrə məsuliyyət həddi nəzərə alınmaqla müqavilə bağlanmışdır. Həmin fakta istinad edilərək yanılmanın təsiri altında müqavilənin bağlanmış olması nəticəsinə gəlməyin özü mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmə lə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz ü zərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Azərbaycan Respublikası MM-in 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hər əkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məcələnin 347.2.1-ci maddəsinə əsasən şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmiş halı vacib əhəmiyyətli yanılma halı hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı irəli sürdüyü bütün dəlilləri ilə bağlı ətraflı araşdırma aparmış və həmin dəlillərə müfəssəl hüquqi qiymət vermişdir. Kassasiya məhkəməsinin kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1570/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar